Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə54/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

  
 
109 
 
məmləkətlərimizin  sərhədlərini  müəyyən  etməsinə  görə,  Araz  çayının  kənarından 
tutmuş  Qaracadağ,  Kər,  Mahidəşt,  Həvizə  və  Ərəbistan  bizim  hakimiyyətimiz 
altında  qalmışdır.  Gilan  ulkası  isə  bizim  paytaxtımız  olan  Qəzvindən  bir  günlük 
məsafə  uzaqlıqdadır.  Əgər  Gilan  sizin  himayəniz  altına  keçərsə  bu,  bizim 
kədərlənməyimizə  və  sizin  şahənşahlıq  lütfünüzdən  əvvəl  bizə  çatmış  olsaydı  ali 
əmrə riayət edib dediyinizə əməl edərdik. Novruzdan sonra sizin icazənizlə özbək 
tayfasının dəf olunması üçün Xorasana tərəf yollanacağam. Həmin məmləkət bizə 
məxsusdur‖.
271
 
Aramızda  olan  birinci  sədaqət  məktubunda  qeyd  olunmuşdu  ki, 
―əsgərlərimizin  ayağı  dəyən  hər  yer  bizimdir‖.  Xan  Əhmədin  bizimlə  birləşmək 
meyli  sülh  müqaviləmizə  zidd  deyildir.  Sülhnamədə  də  deyilirdi  ki,  Qaracadağ 
hakiminin sülh bağlamazdan əvvəl də bizimlə münasibəti yaxşı olmuşdur və Təbriz
Qaracadağ, Gəncə, Qarabağ bizim torpaqlara aiddir. Bundan sonra bu sevdadan əl 
çəkib,  Gilan  vilayətinə  hücum  etməməli,  Əhməd  xana  hörmət  və  ehtiram 
göstərməlisiniz‖.
272
 
Heydər  Evoğlunun  ―Münşəat‖ında  gedən  bir  məktub  göstərir  ki,  Şah 
Abbasın  Osmanlı  sultanının  bu  təhdidamiz  izahı  müqabilində  geri  çəkilmək  və 
Gilandan  əl  üzmək  fikri  olmamışdır.  Belə  ki,  özünün  yeni  Xorasan  yürüşü 
haqqında məlumat verdikdən sonra III Sultan Murada belə yazır: 
―Xan  Əhməd  Gilani  barədə.  Birincisi,  onlar  qədimdən  bəri  bizə  xərac 
verirlər.  İkincisi,  onların  sikkə  xə  xütbələri  həmişə  bizim  əcdadımızın  adı  ilə 
bəzənmişdi. İran hökuməti bu bəndənin ixtiyarına  keçəndən sonrasa onların  sikkə 
və  xütbələri  mənim adımadır. Üçüncüsü, Gilan  hakimləri qızılbaş  əmir  və  xanları 
zümrəsinə  daxildirlər.  Dördüncüsü,  sizin  paşaların  müəyyən  etdikləri  sərhəd 
xəttində də Gilan bu bəndənin məmləkətinə daxildir‖.
273
 
Gilanın  özünə  xas  olduğunu  bu  dörd dəlillə  göstərən  Şah  Abbas  sonra  isə 
Gilan  hakiminin  cəzalandırılmasını  hüquqi  cəhətcə  əsaslandırır:  ―Əgər,  sərhəd 
əmirlərindən  biri  itaətdən  çıxarsa  mən  onu  cəzasız  qoya  bilərəmmi?  Siz  bizim 
tərəfimizdən  ona  cəza  verilməməsini  yazmısınız.  O,  müsəlmanlardan  da,  kafir  və 
başqa millərdən olanlardan da yazdığı kimi cizyə tələb edir və bunun adını ―sərəzər‖ 
qoymuşdur. Xan Əhməd müsəlmanların qadın və qızlarını özünə kəniz edib, bunu 
isə ―gilənam‖ adlandırmışdır. Buna görə də, onu onun tənbeh edilməsinin vacibliyi 
üçün onu cəzalandırdım‖.
274
 
Lakin Şah  Abbas,  bildiyimizə  görə,  mahir diplomat  olmuşdur. Məhz  buna 
görə də o, həmin məktubunun sonuna yaxın öz yazı tərzini dəyişir. Gilanı yenidən 
Xan Əhmədin ixtiyarına  verdiyini bildirir.
275
  Göstərmək  lazımdır  ki,  Şah  Abbas  - 
Xan  Əhməd  münasibətləri  get-gedə  daha  da  kəskinləşir  və  Osmanlı  -  Qızılbaş 
əlaqələrinin  gərginləşməsinə  səbəb  olurdu.  Həmin  məsələni  araşdırmaqdan  ötrü 
dəfələrlə bir ölkədən başqa ölkəyə elçilər yollanmış, Səfəvi hökmdarı ilə Osmanlı 
vəziri  və  sultanın  müəllimi  arasında  yazışmalar  olmuşdur.
276
  Bu  məsələyə  hətta 


  
 
110 
 
Osmanlı sədr-əzəminin qarışması (―Məsləhətim budur ki, sultanımızın fikrinə zidd 
hərəkət  etməyəsiniz‖)
277
  hadisələrin  yaxın  zamanda  daha  da  kəskinləşəcəyindən 
xəbər  verirdi.  Şah  Abbasın  Molla  Sədəddin  Məhəmmədə  (Sultanın  müəlliminə  - 
Ş,F.) göndərdiyi dörd məktubun hamısında Səfəvi hökmdarı dəfələrlə Xan Əhmədə 
qarşı gördüyü tədbirlərində özünü haqlı saymış, hərəkətlərinə bəraət qazandırmağa 
çalışmışdır:  ―Biyəpiş Gilanın  Xan Əhmədi bizim xanədanın təbəəsi,  mülazimi  və 
yetişdirməsidir.  O,  mənə  qarşı  üsyan  etdi  çarəsiz  qalıb  bir  dəstə  əsgəri  Gilana 
yolladım.  O  isə  canının  qorxusundan  bir  gəmiyə  minib  Şirvana  getdi.  Siz  imkan 
verməyin ki, qərəzkar və fitnəkar adamların sözü ilə fitnə-fəsad yaransız və islama 
pənah verən padşahın lütfkarlığı sayəsində yaranan sülhə zərər dəysin‖.
278
  
Səfəvi  -  Gilək  münaqişəsi,  nəyahət  ki,  IV  Sultan  Məhəmmədin 
hakimiyyətinin ilk illərində Xan Əhmədin Türkiyəyə qaçmasına  səbəb oldu. Yeni 
Osmanlı hökmdarına Şah Abbasın yolladığı bir məktubda ―Xan Əhməd Gilaniyyə 
və  Nəcəfquluya  aman  vermək  köhnə  şərtlərimizə  müxalif  bir  əməldir‖  cümləsi 
şahın  hələ  də  Gilan  hakimindən  əl  çəkmədiyini  göstərir.  Tezliklə  şaha  cavab 
məktubu yazan IV Sultan Məhəmmədin aşağıdakı cümlələrindən göründüyü kimi, 
sultanın Xan Əhmədi geri qaytarmaq fikri yoxdur: ―Sizə məlum olsun ki, Əhməd 
xan  Gilana  hələ  Sultan  Murad  xan  zamanında  Rum  məmləkətinə  qədəm  basmış, 
ona  pənah  gətirmiş  və  inayətə  nail  olmuşdur.  Onun  İraqa  göndərilməsi  də  həmin 
sultanın icazəsi ilə baş vermişdi. İndi o, qoca və zəifir. Bir küncə düşüb güclülük 
məqamında özünə yer tapmışdır. Ondan intiqam almaq rəva deyildir‖.
279
 
Xan Əhmədin ―Güclülük məqamında‖ olduğunu yazmaqla məhz öz gücünü 
nümayiş  etdirən  IV  Sultan  Məhəmməd  Nəcəfqulu  məsələsi  ilə  məşğul  olacağını 
Səfəvi  şahın  bildirir,  lakin  belə  məsələlərin  əhəmiyyətsiz  olduğunu  qeyd  edir: 
―Bizim  adamlarımızdan  Bayazid  bəy  və  Davud  xanın  oğlu  da,  heç  bir  səbəb 
olmadan  sizin  diyara  qaçmışlar.  Onlardan  başqa  bir  neçə  də  müxalifət  edərək  o 
tərəfə  getmişdir.  Amma  biz  belə  cüzi  işlərə  fikir  vermirik,  çünki  xatirimiz  aram, 
dövlətimiz möhkəmdir‖.
280
  
Göstərmək  lazımdır  ki,    Xan  Əhməd  h.  1005  (m.  1597)-ci  ildə  Bağdadda 
vəfat etmiş və bu xəbər Şah Abbasın böyük sevincinə səbəb olmuşdu. Ə. Nəvainin 
fikrincə, Bağdadda Osmanlı himayəsində olan Xan  Əhməd yeni Səfəvi - Osmanlı 
ixtilafının başlanması səbəb ola bilərdi, onu vəfatı ilə əlaqədar belə ixtilaf üçün heç 
bir səbəb qalmadı.
281
 
Elə  həmin  il  Şah  Abbasa  ikinci  xoş  xəbər  də  çatdırıldı.  İstanbulda  girov 
saxlanılan  Heydər  Mirzə  taun  xəstəliyindən  ölmüşdü.  Şah  Abbas  taxta  çıxdıqdan 
sonra həmişə Heydər Mirzənin Osmanlılar tərəfindən siyasi bir alət kimi, ―padşah‖ 
adlandırılıb. İrana göndərilə biləcəyindən qorxmuşdu.
282
 
Vəziyyət, bütün bunlara baxmayraq, gərginləşməkdə idi. Osmanlı Türkiyəsi 
Səfəvilər dövlətinin bir çox torpaqlarını öz əlinə saxlamaqla bərabər, eyni zamanda 
bir  sıra  ölkələri  ilə  də  siyasi  nifaqda  idi.  Səfəvilərin  yeni  şahı  olan  gənc  Abbas 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə