Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)


Qaraqoyunlu dövləti və Osmanlı imperiyası



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə2/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   2   3   4   5   6   7   8   9   ...   65

  
 

 
Qaraqoyunlu dövləti və Osmanlı imperiyası 
 
XIV yüzilliyin ortalarında Türkiyənin şərq hissələrində siyasi səhnəyə çıxan 
Qaraqoyunluların Azərbaycan və İranda hakimiyyəti (1410-1467) qısa olmuşdursa 
da, bu dövlətin Azərbaycanın türkləşməsində müstəsna rolu inkar edilməzdir. Hələ 
monqol  Arqun  xanın  hakimiyyəti  zamanı  (1284-1291)  Türküstandan  bu  ərazilərə 
gəlməyə  başlayan  Qaraqoyunlu  və  Ağqoyunlu  tayfa  ittifaqları  sonradan  Kiçik 
Asiyada  məskunlaşmış,  qaraqoyunlular  Ərzincan  və  Sivasda,  ağqoyunlular  isə 
Diyarbəkirdə  məkan  tutmuşlar.
1
  Professor  Faruq  Sumerin  yazdığına  görə  ―Bəzi 
məlumatlardan  onların  (qaraqoyunlu  və  ağqoyunluların-Ş.F.)  Azərbaycana  və 
Şərqi  Anadoluya  hələ  islamiyyətdən  əvvəl  Oğuz  xanın  fəthləri  nəticəsində 
gəldikləri xatırlanır‖.

―Tarixi-Türkməniyyə‖ əsərində isə qaraqoyunluların Çingiz xanın   hücumu 
ilə  əlaqədar  Turə  bəy  adlı  bir  qaraqoyunlu  rəisinin  başçılığı  altında 
Türkmənistandan  Mavəra  ən-nəhrə,  oradan      da  İran  yolu  ilə    Şərqi  Anadoluya 
gəldikləri barədə məlumat vardır.
3
 Səfər İbrahimovun bu haqda verdiyi məlumatda 
isə  yazılır:  ―Mənbələrə  görə,  sonralar  Qaraqoyunlu  və  Ağqoyunlu  tayfa 
birləşmələrinin  əsasını  təşkil  edən  tayfalar  XII-XIII  əsrlərdə  Orta  Asiyadan  qərbə 
doğru hərəkət etmiş və Mesopotamiyanın şimal hissəsində, İranda, Ermənistanda, 
Azərbaycanın  qərb  hissələrində,  Kürdüstanda  məhsuldar  sahələri  tutaraq,  köçəri 
həyat  tərzi  keçirirdilər.  Hər  iki  tayfa  birliyinin  mənşəyi  Orta  Asiyanın  oğuz-
türkman qəbilələrinə mənsubdur.  XIV əsrin ortalarına yaxın Qaraqoyunlu tayfaları   
sürətlə    inkişaf etməyə başladı. Bu tayfaların içində Baharlı oymağı xüsusi olaraq 
fərqlənirdi.  Heç  də  təsadüfi  deyildir  ki,  bütün  Qaraqoyunlu  rəhbərləri  həmin    
oymaqdan çıxmışdılar‖.
4
 
XIV  əsrin  sonlarında  Qaraqoyunlular  Azərbaycanın  cənub  hissəsində 
hakimiyyətdə  olan  Cəlairilər  dövləti  ilə  ittifaqa  girdilərsə  də,  əzəmətli  Teymuri 
imperiyası qarşısında zəif olan bu ittifaqın başçıları Sultan Əhməd (1382-1410) və 
Qara  Yusif  (1410-1420)  çox  keçmədən  Teymurun  qüvvələri  tərəfindən  1392  və 
1394-cü  illərdə  ağır  məğlubiyyətə  uğradılar  və  hər  iki  müttəfiq  Misirə  qaçmaq 
məcburiyyətində qaldı.
5
 
XIV əsrin sonu - XV əsrin əvvəllərində Azərbaycanın vahid bir hakimiyyət 
altında  birləşməsi  üçün  əlverişli  şərait  yaranmışdı.  Böyük  Teymuri  imperiyası 
tədricən  zəifləməkdə  idi.  Belə  bir  şəraitdə  rəsmi  yazışmalarda  Osmanlı  sultanları 
tərəfindən  ―Bağdad  və  Azərbaycan  hakimi‖  adlandırılan  Sultan  Əhməd  Cəlairi 
özünə  daha  güclü  bir  müttəfiq  cəlb  etmək  niyyətilə  Kiçik  Asiyada  yerləşən 
əzəmətli  Osmanlı  imperiyası  və  həmçinin  başqa  dövlətlərlə  öz  münasibətlərini 
yaxşılaşdırmaq  haqqında  düşünürdü.  Özünü  türk  sultanının  ―müxlisi-qədim‖i 
(―qədim dostu‖)
6
 adlandıran Sultan Əhməd Osmanlı sultanları Murad və Bayazidlə 
yaxşı münasibət yarada bilmişdi. Tarixçi Firidun bəyin ―Münşəat‖ında ―əcəm şahı‖ 


  
 

 
titulu  ilə  xatırladılan  Qara  Yusif  də  Sultan  Əhməd  kimi,  Osmanlı  sultanları  ilə 
müttəfiq olmaq və yeri gələrsə onların köməyindən istifadə etmək niyyətində idi.
*
 
Sultan  İldırım  Bayazid  də  öz  növbəsində  Cəlairi  və  Qaraqoyunlu 
qoşunlarının Teymurun  ―özbəkiyyə‖ ordusuna qarşı müqavimətə hazır olduqlarını 
təqdir  edir,  özünün  də    ―cahad‖    elan    etdiyi    ―firənglərə‖    qarşı  deyil,  tezliklə 
Teymura qarşı hücuma  keçəcəyini bildirirdi. 
Elə Osmanlı qoşununun qüvvətini   dərk edən Teymur da Sultan Bayazidlə 
münasibətini        birdən-birə  pisləşdirmək  istəmir,  əksinə  onu  öz  tərəfinə  çəkməyə 
çalışırdı. Onun Osmanlı sultanına yazdığı birinci məktubda – ―Allahın yardımı ilə 
dünyanın dörd bir tərəfi bizim əlimizlə zəbt olunmuşdur. Cahan padşahları    bizim 
hökmümüz qarşısında  baş əyirlər. Öz həddini bil və ayağını öz kilimindən kənara 
çıxarma!  Ağlını  başına  yığıb  fitnə  və  bəla  qapısını  üzünə  açma‖
8
  kimi  acıqlı 
cümlələr vardısa da, ikinci məktubda bir qədər yumşaq sözlərlə nəsihətlər verilir: 
―Qürur  yaxşı  sifət  deyil  və  məktublarda  pis  sözlər  yazmaq  ağıllı  adamlara 
yaraşmaz. Amma bütün bunlara baxmayaraq bildirirəm ki, o, (yəni Sultan Bayazid 
-Ş.  F.)  məmləkətin  viran  olmasının  səbəbkarı  olmasın,  sülh  yoluna  düşsün,  [bizə] 
üzrxahlıq  məktubu  göndərsin.  Biz  də  öz  tərəfimizdən  söz  veririk  ki,    aramızdakı 
dostluq pozulmayacaq‖.
9
 
Lakin Osmanlı sultanı öz fikrindən dönmək istəmir, Teymurla mübahisəyə 
girişir, ona qarşı hətta qıpçaq qoşunları ilə də ittifaqa girdiyini açıq-aşkar bildirir: 
―Qıpçaqlar  sizdən  inciyərək  bizimlə  müttəfiq  olmuşlar.  Əgər  siz  bizə  tərəf  döyüş 
qədəmi atsanız, biz də ―Allaha təvəkkül‖ deyib, döyüşə hazırıq, vəssalam‖.
10
 
XV  əsrdə  Osmanlı  Türkiyəsi  şərqdən  iki  böyük  hücuma  məruz  qalmışdı. 
Həmin  hücumların  birincisi  Teymurləngin  yaxın-uzaq  ölkələrə  etdiyi  uğurlu 
yürüşlərin  davamı  kimi  baş  vermişdi  və  nəticədə  Osmanlı  dövləti  az  qala 
dağılacaqdı.  Türkiyəyə  şərqdən  olan  ikinci  hücum  isə  bu  hadisədən  70  il  sonra 
Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən edilmişdi ki, bu haqda bir qədər sonra 
ətraflı məlumat veriləcəkdir. 
Qeyd 
etmək 
lazımdır 
ki, 
Osmanlı-Teymuri 
münasibətlərinin 
kəskinləşməsinin əsas səbəbi Sultan Əhməd Cəlairi və Qara Yusif Qaraqoyunlunun 
Teymurun qorxusundan Türkiyəyə qaçaraq Sultan Bayazidə sığınmaları və sultanın 
onların hər ikisinin cəzalandırılması, yaxud tutulub çağatay hökmdarının hüzuruna 
göndərilməsi  xahişinə  əməl  etməməsi  olmuşdur.  Teymur  Osmanlı  sultanına 
                                                 
*
  Sultan  Əhmədlə  Qara  Yusif  arasında  yaxın  qohumluq  əlaqəsi  də  vardı.  Osmanlı  tarixçisi  Qara 
Çələbizadə  özünün  ―Rövzətül-əbrar‖  əsərində  yazır  ki,  Qara  Yusifin  atası  Qara  Məhəmməd  sultan 
Əhməd  Cəlairinin  adlı-sanlı  əmirlərindən  idi.  O,  öz  qızını  sultan  Əhmədə  verib,  ―sərdariye-uluse-
Qaraqoyunlu‖   (―Qaraqoyunlu ulusunun başçısı‖)  olmağa nail  oldu,  sonra  isə  bu  vəzifəni  Qara  Yusif 
yerinə  yetirməyə  başladı  (Bax:  Qara  Çələbizadə,  Rövzətül-əbrar,  S.  M.  Saltıkov-Şedrin  adına  Sankt-
Peterburq  Dövlət  Kütləvi kitabxanasının  Şərq    əlyazmaları    kabineti,    şifrə   №7,     (XIII,    № 2,    səh.  
296). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə