Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə7/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   2   3   4   5   6   7   8   9   10   ...   65

  
 
15 
 
nəvazişinə nail olmaq istəmiş, eyni zamanda Qara Osmanı məğlub edə bilməsi ilə 
öz hərbi gücünü də sultan qarşısında nümayiş etdirmişdir. 
II Sultan Murad da, öz növbəsində, sanki Şahruxa yazdığı ―Qara İsgəndərin 
Ruma tərəf qaçmağından fikrə düşdük və fərman verdik ki, əgər ondan bir xəbər-
ətər  bilsələr  dərhal  ona  hücum  etsinlər‖  sözlərini  unutmuş,  özünə  xas  olan 
diplomatik xüsusiyyətlə bu Qaraqoyunlu şahzadəsinə ―kama çatmış adlı-sanlı Qara 
İsgəndər‖  deyə  müraciət edərək, onu bu  ―şad  müjdə‖  münasibəti ilə  təbrik etmiş, 
atası Qara Yusifin qəfil vəfatından kədərləndiyini bildirmişdir.
57 
Qeyd  etmək  lazımdır  ki,  Osmanlılarla  Qaraqoyunlular  arasında  XIV  əsrin 
sonu  –  XV  əsrin  əvvəllərində  olan  dostcasına  münasibət  Sultan  Bayazidin  
vəfatından  sonra  da  davam  etmişdir.  Heç  də  təsadüfi  deyil  ki,  I  Sultan 
Məhəmmədin  vəfatından  sonra,  Cavanşah  taxtına  cülus  edən  II  Sultan  Muradı 
təbrik  edərək,  ona  bu  iki  sülalə  arasında  qədimdən  bəri  dostluq  və  qarşılıqlı 
anlaşma münasibətləri olduğunu bir daha xatırlatmışdır: ―Bu şad xəbər gəlib çatan 
kimi canımızda elə həzz və sevinc yarandı ki, (onun şərhi) yazıya belə sığışmır‖.
58
 
II  Sultan  Muradda  cavab  məktubunda  bu  fikri  təsdiq  edərək,  ―əzəmətli  padşah 
əbülmüzəffər  Mirzə  Cahanşah‖a  belə  yazır:  ―Aydındır  ki,  bizim  aramızda  olan 
qədim  məhəbbət  heç  bir  bəyana  sığmır.  Bu  qoy  belə  davam  etsin  və  heç  bir 
dəyişiklik baş verməsin‖.
59 
II  Murad  Amasya  valisi  Yürgüc  paşaya  İsgəndərə  onun  layiq  olduğu 
hörmətin olunmasını tapşırmış, özü isə ona on min altun pul və paltarlar, silahlar, 
atlar,  kölə  və  cariyələr  yollamışdır  (Məğrizi,  İbn-Həcər).  Lakin  baharda 
Qaraqoyunluların  həmin  əraziyə  qarətə  başlamaları  II  Murada  bəlli  olan  kimi,  o, 
Anadolu  bəylərbəyisi  Teymurtaş  paşanın  oğlu  Umur  bəyi  İsgəndərin  üzərinə 
yollamış, İsgəndər Osmanlı ölkəsini tərk etmişdi.
60
 
Qara  İsgəndərin  məğlubiyyəti  uğratdığı  Qara  Yuluq  Osman  da  II  Sultan 
Murada məktub göndərib, öz məhəbbətini ona bildirir: ―Qəlbimizdəki məhəbbətin 
çoxluğundan  Tərxan  ağanı  sizin  yanınıza  göndərdik  ki,  özümüzü  sizin  yadınıza 
salaq. Yazışma qapılarının həmişə üzümüzə açın ki, ürəyimiz təsəlli tapsın‖.
61
 
Qara  Osman  həmin  məktubda  fürsətdən  istifadə  edərək  Osmanlı  sultanına 
―Qara Yusifin övladları‖ndan şikayət etməyi də unutmur: ―Qara Yusifin övladları 
tamamilə məğlub olmuşlar. Rəcəb ayının 1-də Şərqin və Qərbin padşahı əmirzadə 
Şahrux bizə cürbəcür hörmət və izzət göstərdi, soyurqal,
*
 qılınc, kəmər, çoxlu qızıl 
və gümüş verdi‖. O, hədsiz inayət, şəvqət və lütfkarlıq etdi ki, heç bir şərhə sığmır. 
[İndi]  vacibdir  ki,  baş  verən  bu  hadisələr  dost  və  yaxın  adamlara  çatdırılsın  ki, 
dostlar şad, düşmənlər pərt olsunlar‖.
62
 
Şahrux  yalnız  cəhd  edirdi  ki,  bu  ölkələrdə  Qara  Yusif  yaratmış  olduğu 
Qaraqoyunlu dövləti kimi güclü dövlətlər yaranmasın və buna görə də, Azərbaycan 
                                                 
* Soyurqal  - torpaq, malvə pul şəklində əsasən hərbçilərə bəxş edilən ənam. 


  
 
16 
 
feodal  hakimləri  tərəfindən  özünün  siyasi  üstünlüyünün  qəbul  edilməsi  ilə 
kifayətlənirdi.
63 
Heç  bir  mənbə,  yaxud  elmi  ədəbiyyatda  Azərbaycanın  Şahrux 
tərəfindən,  yuxarıdakı  məktubda  göstərildiyi  kimi,  Qara  Yuluq  Osmana  verilməsi 
faktı  yoxdur. Belə  ki,  bu Teymuri hökmdarı  Azərbaycan taxt-tacını  Qara  Yusifin 
ölümündən  sonra  əvvəlcə  Əbu  Səid  Qaraqoyunluya,  sonra  isə  Cahanşaha 
vermişdi.
64  
Qara  Yuruq  Osmana  cavab  yazan  II  Sultan  Murad,  görünür  ki, 
Azərbaycandaq  və  müvafiq  qonşu  ölkələrdə  hakimiyyətin  bu  Ağqoyunlu  əmirinə 
verildiyinə  inanmadığı  üçün  onun  məktubuna  nisbətən  soyuq  tərzdə  cavab  verir: 
―Şahruxun fütühatı haqqında yazdığınız [sözlər] şadlığa səbəb oldu. Xaqanın sizə 
iltifatı yetdiyi üçün gərək hər iki tərəfin din və dayiq hərəkət edəsiniz. Əgər bizim 
yazışmamışda  bir  qədər  ləngimə  olsa,  bunun  səbəbinin  bizim  bərk  məşğul 
olmağımızda görün.
65 
Cahanşah  Qaraqoyunlu  ilə  II  Sultan  Murad  arasında  müntəzəm  olaraq 
yazışma davam etmiş, Osmanlı sultanı Macarıstanın yenidən Osmanlılar tərəfindən 
fəth  olunduğunu  böyük  sevinclə  Cahanşaha  xəbər  vermişdi.
66
  Cahanşahda  onu 
ürəkdən təbrik edərək, özünün siyasi əqidəsini belə ifadə etmişdi: ―Mən həmişə öz 
sələflərim  kimi,  islam  dininə  müxalif  olanlarla  müxalif  edəcəyəm  və  onların 
rəfiqlərinə qarşı belim cahad və müharibə kəməri bağlayacağam‖.
67
 Cahanşah hələ 
gənc  yaşlarından  uzaqgörən  bir  hökmdar  olmuşdur.  O,  özünü  Şərq  regionunda 
müvəffəq  görmək  üçün  Osmanlıları  ən  yaxın  arxa  bilmiş,  onlarla  xoş  keçinməyi 
münasib  hesab  etmişdi.  ―O,  Sultan  Məhəmməd  Fatehə  elçi  göndərərək  Sivasa 
qonşu olan Qaraqoyunlu torpaqlarına hücum etməyəcəyi təqdirdə ona 4 min kental 
(?  -  Ş.F.)  təryağı  (kərə  yağı  –  Ş.F.)  və  min  baş  dəvə  verəcəyini  bildirmiş  və 
Osmanlı hökmdarı da bu təklifi qəbul etmişdi‖.
68 
Osmanlı sultanı özünün ―məhəbbətnamə‖ adlandırdığını həmin məktubunda 
Qaraqoyunlu  hökmdarına  yazırdı:  ―Bursadan  sizin  diyarınıza  öz  kəsbkarklığını 
etmək  üçün  Əhməd  Musa  adlı  bir  tacir  getmişdi.  Onun  əlindən  bütün  bütün  nəğd 
pullar və cins mallar sizin dərgahınızın ümənası (əmin-amanlığı qoruyanlar – Ş.F.) 
tərəfindən  alınmışdır.  Onun  fərzəndi  olan  Şeyx  Məhəmməd  Bursəvi  onun  varisi 
kimi oraya gəlir. O, çatan kimi, [gərək] valilərə və nəvvabe-südura (cənab sədrlərə 
-  Ş.F.)  işarə  olunsun  ki,  şəri  qohumluq  hökmünə  riayət  edərək,  alınmış  şeyləri 
Məhəmmədə qaytarsınlar‖.
69
    
   
 
  Məlum  olduğu  kimi,  II  Sultan  Məhəmmədin  ―məhəbbətnamə‖sində  irəli 
sürülən  xahiş  tezliklə  Cahanşahın  fərmanı  ilə  yerinə  yetirilmiş,  həmin  məktubun 
cavabı  kimi  sultana  Qaraqoyunlu  hökmdarlarının  yeni  bir  fəthnaməsi  yola 
salınmışdı.  Orada  deyilirdi:  ―Maleke-məmalike-Rum  və  Yunan[ıstan]  Sultan 
Məhəmməd! Biz fərman verdik ki, Şeyx Məhəmməd Bursəvidən (Əhməd Bursəvi 
olmalıdır  –  Ş.F.)  alınan  şeyləri  Təbriz  darüs-səltənəsinin  zabitləri  (zəbt  edən 
məmurları  –  Ş.F.)  Əhməd  ibn  Musa  Bursəviyə  (Məhəmməd  ibn  Əhməd  Musa 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə