Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə4/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   2   3   4   5   6   7   8   9   ...   65

  
 

 
―Biz  öz  ləşgərimizi  (Qəzvində)  bir  dağ  ətəyinə  yığıb  gözləyirik.  Əgər  qəddar 
ruzigar ona kömək edərsə, o öz qoşunu ilə Qəstəntəniyyə sahilində çətir quracaq, 
Qara Boqdan və Rus(iya)dan keçib Azərbaycana yetəcəkdir. Sizə deyiləsi xəbərlər 
çoxdur. Bu barədə (məlumat vermək üçün) Xacə Bəhram Naxçivanini sizin tərəfə 
göndəririk. Nə fərman etsəniz ona əməl edəcəyik‖.
23 
Sultan  Məhəmməd  cavan  olmasına  baxmayaraq,  atası  Bayazid  kimi 
Teymurilərə  qarşı  çılğınlıq  etmir,  sülh  və  mübarizə  məsələlərini  diplomatik  yolla 
həll  etmək  istəyirdi.  O,  Qara  Yusifə  də  bunu  məsləhət  görür,  ―səy  edin  ki,  fitnə 
atəşi şülələnməsin‖ deyirdi.
24 
Qeyd  etmək  lazımdır  ki,  Qara  Yusifin  böyük  oğlu  Qara  İsgəndər  də  öz 
növbəsində  I  Sultan  Məhəmmədə  məktub  yazaraq  ―Şahrux  Mirzə  həmişə 
Azərbaycanı ələ keçirmək fikrində olmuşdur‖ cümləsini əlavə etmişdir ki, bununla 
da Rum sultanını Azərbaycana tərəf yönəlməkdə olan yeni Teymuri təhlükəsindən 
xəbərdar  etmək  məqsədi  güdmüşdür.
25 
Doğrudan  da,  Əmir  Teymurun  dördüncü 
oğlu olan Xorasan hökmdarı Şahrux (779-850), Qara Yusifin I Sultan Məhəmmədə 
xəbər  verdiyi  kimi,  Xorasanla  kifayətlənməyərək  Azərbaycanı  da  ələ  keçirmək 
niyyətində  olmuşdur.  O,  qardaşı  Miranşaha  yazdığı  məktubunda  bildirir  ki, 
Miranşahın  ―Azərbaycan  məmləkətinə  heç  bir  dəxaləti  olmamalı  və  o,  Arran, 
Muğan,  Əraməne
*
  (ermənilər  diyarı  –  Ş.F.)  və  Gürcüstan  vilayəti  ilə 
kifayətlənməlidir.‖
26 
 
Bu  biri  tərəfdən  Azərbaycanı  ələ  keçirmək  barədə  Ağqoyunlu  əmirləri  də 
götür-qoy  edir,  özlərinə  bu  işdə  güclü  arxa  axtarırdılar.  Qara  Yuluq  Osman  bu 
məqsədini  həyata  keçirmək  üçün  Şahruxdan  kömək  umur,  onu  nəinki 
Azərbaycanın,  hətta  Şam  və  Rum  dövlətlərini  də  zəbt  etməyə  çağırırdılar.  Onun 
məmulatına görə, Hələb və Şam əmirləri, Əmir  Məhəmməd Qaramani, İsfəndiyar 
Qəstəmuni,  Həmideli  diyarının  hakimi  Hüseyn  bəy,  Əmir  Həmzə  bəy  İzmiri, 
Zülqədər  hakimi  Süleyman  bəy,  Qəstəntəniyyə  kralı,  Trabzon  kralı,  Gürcüstan 
məlikləri,  Şirvan  və  Gilan  hakimləri,  Kürdüstan  və  Laristan  valiləri  də  guya 
Şahruxun  hücumunu  gözləyir  və  ona  kömək  edəcəklər.
27 
Qara  Osman  bu 
məktubunda Şühruxu şirnikləndirərək əlavə edir: ―Biz özümüzün miqdarca az olan 
qoşunumuz Azərbaycan və Rum hakimlərindən qorxub-çəkinmirik, sizin gəlişinizi 
gözləyirik.  Qara  Yusif  Türkmanın  qüdrət  və  taqəti  onun  Sizin  qulamlarınızdan 
birinə  qarşı  (yəni  Qara  Osmana  qarşı  –  Ş.F.)  çıxması  üçün  kifayət  deyildir. 
(Gəlsəniz,)  yalnız  Qara  Yusif  deyil,  həmiçinin  Rum  və  Şam  (da)  sizin  bir 
həmlənizlə basılar‖.
28  
Məsələ  bundadır  ki,  Qara  Osmanın  Şahruxa  yazdığı  bu  məktubu  aparan 
qasid  yolda Qara Yusifin döyüşçüləri tərəfindən axtarılmış və  həmin məktub ələ 
keçirilərək, Qara İsgəndər vasitəsilə başqa ünvana – Bursa şəhərinə iqamət edərək 
                                                 
*
  Bəhs  olunan  dövrdə  ―Ermənistan‖  adlı  bir  dövlət  olmadığına  görə,  təbiidir  ki,  ilkin  mənbələrdə 
―Ermənistan‖ deyil, məhz ―ermənilər‖ /‖əraməne‖/ ifadəsi işlənmişdir.  


  
 
10 
 
Sultan Məhəmmədə göndərilmişdir.
29 
Sultan Məhəmmədin Qara İsgəndərə yazmış 
olduğu  cavab  məktubunda  Rum  sultanı  Qara  İsgəndərin  atasını  (Qara  Yusifi) 
―padşah‖ adlandırır ki, bu da  Qara Yusifin Azərbaycanın hələ rəsmi padşahı elan 
edilmədiyinə baxmayaraq padşah kimi tanındığına bir işarədir.
*
 
Şahruxa  yazdığı  məktubun  Qara  Yusif  tərəfindən  ələ  keçirilib  Rum 
sultanına  göndərilməsi  xəbərini  eşidən  Qara  Osman  bərk  təşvişə  düşmüş,  dərhal 
Sultan  Məhəmmədə  bəraət  məktubu  göndərmişdi.  Onun  yazdığına  görə  Sultan 
Məhəmmədə çatan məktub heç də onun Şahruxa yazdığı məktub deyildir. Belə ki, 
guya Qara Osmanın Xorasan hökmdarına yazmış olduğu başqa məzmunlu məktub 
yolda  Cahanşah  İbn  Qara  Yusif  tərəfindən  ələ  keçirilmiş,  qasid  öldürülmüş, 
məktub yandırılmış, əvəzində isə yeni məzmunlu məktub yazılmış, Təbrizdə Qara 
Osmanın saxta möhürü düzəldilmiş və həmin məktub  yeni möhürlə möhürlənərək, 
Osmanlılarla  Ağqoyunluların  arasını  vurmaq  məqsədilə  Rum  sultanına 
göndərilmişdi. ―Mənim sizə sədaqətdən başqa heç bir təqsirim yoxdur‖ yazan Qara 
Osman  onu  ―düşmənlərin  sözünə  inamamağa‖  çağırır.  Onun  yazdığına  görə, 
Osmanlı hökmdarı gərək Qara Yusif Osmanlı sultanına yolladığı bu zəraətnamədə 
(üzrxahlıq məktubunda – Ş.F.) 1402-ci ildə Əmir Teymur və Rum sultanı arasında 
döyüşün baş vermə  səbəbini Yusiflə əlaqələndirib, ―onlar (yəni Qaraqoyunlular – 
Ş.F.)  elə  əvvəllər  də  [sizə  qarşı]  fitnəkar  olublar‖  yazaraq,  Osmanlı  –  Teymuri 
ziddiyətinə  Qara  Yusifin  səbəb  olduğunu  xəbər  verir.
31
  sultan  Məhəmməd  öz 
növbəsində  onun  da  məktubunu  cavabsız  qoymur.  O,  ilk  növbədə  Qara  Yusifi 
həmişə  himayə  etməklə  yanaşı  (  beə  ki,  onu  ―Təbriz  şəhriyarı‖  adlandırır) 
Aqğqoyunlu əmrinə də qədimdə olduğu kimi öz dostluğunu təklif edir.
32
 Beləliklə, 
məlum  olur  ki,  Rum  sultanı  Ağqoyunlu  və  Qraqoyunlu  əmirləri  arasında  gedən 
münaqişədən öz xeyrinə istifadə etmək fikrində olmuş, onların heç birini özündən 
incitmək istəməmişdir.  
Rum  sultanının  Ağqoyunlularla  ixtilafa  girməməsi  Osmanlı-Qaraqoyunlu 
münasibətlərinə heç bir mənfi təsir göstərmir. Belə ki, hər iki hökmdar yenə də bir-
birinə  məktublar  yazır,  biri  digərini  öz  ölkələri  və  qonşu  dövlətlərdə  baş  verən 
hadisələrlə tanış edirdi.
33 
 
                                                 
*
  Qeyd:  Doğrudan  da  Qaraqoyunlu  dövlətinin  rəsmi  hökmdarı  Qara  Yusif  deyil,  Pirbudaq  elan 
edilmişdi, çünki həmin dövlətə o zaman yalnız ―Çingiz soyundan‖ olanların ―sultan‖, ya ―xan‖ titulu ilə 
hökmdarlıq etmək hüququ vardı və Pirbudaq həmin soyun əsl nümayəndəsi olan Sultan Əhməd Cəlairi 
tərəfindən ―mənəvi övladlığa‖ qəbul edilmiş və hökmdarlıq statusu qazanmışdı. Bunu nəzərə alan Qara 
Yusif  h.  814  (m.  1411)-cü  ildə  bütün  Azərbaycan  başçıları  və  türkman  bəylərinin  Təbrizə  çağırıb, 
onların  hamısının  iştirak  etdiyi  bir  məclisdə  Pirbudağı  rəsmən  ―sultan‖  elan  etdi.  Padşahlıq 
mərasimindən  sonra  bütün  fərman  və  hökmlərin  başına  monqol  üsulu  ilə  ―Sultan  Pirbudaq  xan 
yarlığından!  Əbunəsr  Yusif  bahadır  sözümüz!‖  cümləsi  yazılırdı.  Qara  Yusif  hətta  dövlətin  müxtəlif 
yerlərində üzərində oğlu və özünün adları həkk edilən mis və gümüş sikkələr kəsdirmişdi ki, bunların ən 
əskiləri 814 (1411)-cü ildə buraxılmışdır (Ahmed Teuhid. Meskukat-i Kadime-i İslamiyye Kataloqu, c. 
IV, İstanbul, h. 1321, s. 450-455. Bax: Faruq Sumer. Qaraqoyunlular, səh. 87-88). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə