Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə14/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

  
 
29 
 
tonunu, hətta dilini də dəyişərək, cavabını Osmanlı dilində verir ki, bu fakt da, artıq 
onların arasında ixtilafın başlandığını göstərir. Məktubun əvvəlində yazılırdı: ―Mən 
hökmdarlar  şahı  Sultan  Məhəmməd  ibn  Murad  ibn  Məhəmməd  ibn  Bayazid 
xanam‖.
54 
Osmanlı  sultanı  elə  özünün  ilk  cümləsi  ilə  Uzun  Həsənə  öz  əsil-nəcabətin 
xatırladır, əzəmətini nümayiş etdirirdi. Məktubun sonrakı cümlələri daha kəskin və 
eyhamlı ifadələrdir:  
―Sən  ki,  sərdare-əcəm,  xane-əzəm,  Keyxosrove-yeganə,  Firidune-zəmanə 
Həsən xansan Agah olasan ki, hər kəs [əgər] dövləti ilə qürurlanıb, həddindən artıq 
təcavüzə  qurşanarsa,  insafsız  əməllər  edərsə,  [belə  hərəkətlər]  dövlətin  əldən 
çıxmasına  və  məmləkətin  zavala  uğramasına  səbəb  ola  bilər,  sən  gərək  ağılla 
hərəkət  edəsən,  çünki  bizim  məmləkətimiz  darül-islamdır.  Ata-babadan  bizim 
dövlətimizin  çırağı  kafir  ellərindəki  ürəklərin  qanı  ilə  yanmaqdadır.  Əgər  sən  nə 
sənə  tabe  olub  kömək  edənlər  islam  əhlinə  qorxunc  qəsd  edirsinizsə  dövlət  və 
şəriət  düşmənlərindən  birisiniz.  Bizim  atımız...yəhərlənmiş,  qılınclarımız 
qurşanmışdır.  [sonradan]  ―bilmədim  və  ya  qafil  oldum‖  deməyəsən...  Mübarək 
şəvval ayında sən Qarahasar qalasına hücum etdin. Mən gərək həmin qəsdə cavab 
olaraq  sənin  zülmünü  məzlumların  üzərindən  götürüm  və  ad-sanından  əsər 
qoymayım.  Xülasə,  sözü  uzatmaq  lazım  deyildir.  Mənim  məktubuma  cavab 
göndər. Vəssalam‖.
55
 
II  Sultan  Məhəmməd  dərhal  oğlu  sultan  Mustafaya  da  namə  göndərərək 
Uzun  Həsənin  Osmanlı  sarayına  kinayəli  və  ədəbsiz  (―biədəbanə‖)  məktublar 
yazmış  olduğu,  Qaramanlıların  təhriki  ilə  onun  ―diyari-islama‖  qəsd  etdiyini 
bildirir. ―Onun dəf olunması üçün səni sərəsgər təyin edirəm. Anadolu və Rumeli 
bəylərbəyisi  ilə
*
  lazım  gələn  vaxtda  onun  üzərinə  hücum  edib,  allahın  köməyi  ilə 
müdafiə qapılarında [dayanaraq] bir dəqiqəni belə fövt etməyəsən‖.
56
 
Bu  məktubda  bizim  diqqətimizi  cəlb  edən  bir  məsələ  də  nəzərə 
çatdırılmalıdır. Bu məktubundan başqa II Sultan Məhəmməd Fateh özünün heç bir 
naməsində  Ağqoyunlu hökmdarının adını  ―Uzun‖ ləqəbi ilə qələmə almamış, onu 
―Həsən padşah‖, ―Həsən şah‖, ―Həsən sultan‖  şəklində qeyd etmişdir. Burada isə 
ilk  dəfə  olaraq  Osmanlı  sultanının  məktubunda  ―Həsən‖dən  əvvəl  ―Uzun‖  sifəti 
işlənir:  ―Cahanşah  padşahın  və  şəhid  Sultan  Əbu  Səidin  başlarına  gələn 
hadisələrdən  sonra  taxta  əyləşən  Uzun  Həsən‖.
57
  Beləliklə,  bu  məktubundan 
                                                 
*
 XV əsrin ikinci yarısında Osmanlı imperiyası iki böyük canişinliyə bölünmüşdü: Anadolu və Rumeli 
bəylərbəyiliyi.  Anadolu  bəylərbəyiliyi  Kiçik  Asiyanı,  Rumeli  bəylərbəyiliyi  isə  Avropa  torpaqlarını 
əhatə  edirdi.  hər  bəylərbəyiliyin  başında  ən  böyük  feodal  (bəylərbəyi)  dururdu  ki,  bütün  hərbi  və 
inzibati  hakimiyyət  onun  əlində  cəmlənmişdi.  Hər  bəylərbəyilik  sancaqbəyiliyə  və  sancaqlara 
bölünmüşdü. II Sultan Məhəmmədin hakimiyyəti vaxtı Kiçik Asiyada 20 sansaqbəyilik, Avropada isə 
28 sancaqbəyilik vardı (Bax; A. D. Noviçev, Göst. əsər, səh. 65 
 


  
 
30 
 
başlayaraq, Osmanlı sultanının Ağqoyunlu şahına olan nifrəti özünü əyani şəkildə 
büruzə verir. 
Atasından  həmin  məktubu  alan  Sultan  Mustafa  dərhal  ona  cavab  yazır. 
Onun  məktubundan  məlum  olur  ki,  Fatehin  ona  göndərdiyi  məktub  hələ  yolda 
ikən,  rəbiül-əvvəl  ayının  14-də,  Konya  vilayəti  yaxınlığında  artıq  Sultan 
Mustafanın, həmçinin Anadolu və Rum bəylərbəyilərinin ixtiyarında olan Osmanlı 
qoşunu  ilə  Uzun  Həsənin  qoşunu  üzləşmiş,  nəticədə  Ağqoyunlular  məğlubiyyətə 
düçar olmuşdular. ―Başbuğları (başçıları - Ş. F.) olan Uzun Həsən də öldürüləcək 
və cəsədi ilan və qarışqaya yem olacaq, inşallah!‖ -yazan Sultan Mustafa bu müjdə 
xəbərli məktubunu Çaşnigirbaşı Mahmud vasitəsilə atasına göndərir.
58
 
Sənədlərdən  məlum  olur  ki,  Sultan  Məhəmməd  Fateh  Uzun  Həsənlə 
döyüşdən  qabaq  ölkəsinin  qazilərinə  də  məktub  yazmış,  ramazan  ayından  sonra 
―valiye-Şərq  Uzun  Həsən  qəhrullaha‖  hücum  edəcəyini  bildirmiş,  onların  döyüş 
yerinə yollanmaları haqqında əmr vermişdi.
59
 
Məlum  olduğu  kimi,  XV  əsrin  II  yarısındakı  Türkiyə  -  Azərbaycan 
münasibətlərində  əsas  hadisələrdək  biri  Otluqbeli      (yaxud  Üçağızlı)      vuruşması  
olmuşdur.  Həmin    döyüşün    ətraflı  təsvirinə    başlamazdan    əvvəl    bu  dövrdə 
Azərbaycanın  və  Türkiyənin  siyasi  mənzərəsinə  bir  qədər  nəzər  yetirmək  faydalı 
olardı. ―Təbriz və İranın ən qüdrətli padşahı‖
60
 olan Uzun Həsənin hakimiyyətinin 
son  on  ilində  Ağqoyunlu  dövlətinin  tərkibinə  aşağıdakı  torpaqlar  daxil  edilmişdi:  
Cənubi Azərbaycan   (Ərdəbil əyaləti istisna olunmaq şərti ilə) Qarabağ  (şimalda 
Kür  çayına  qədər  olan  ərazi),  Ermənistan,  Kürdüstan,  Diyarbəkir,  İraqi-Əcəm, 
İraqi-Ərəb  Luristan,  Fars  və  Kirman.  Ağqoyunlu  dövlətinin  mərkəzi  vilayəti  isə 
Cənubi Azərbaycan idi.
61
 
Uzun Həsən ona qarşı çıxan  böyük  və kiçik dövlətlərin bir çoxu ilə uğurla 
mübarizə  etmiş,  onlara  qalib  gəlmiş,  öz  müstəqil  dövlətini  yarada  bilmişdi.  Əgər 
onun  hakimiyyətinin  başlanğıcında  ―Ağqoyunlu  bəyliyi‖ni  mərkəz  Diyarbəkirdə 
(Amid) olmaqla şərqdə indiki Türkiyə - Suriya sərhəddindən başlayaraq Mardinin 
şərqindən  Urfanın  qərbinə  qədər,  şimalda  isə  Ərzurum,  ilə  Sivasın  şimalından 
başlayaraq Xərputa qədər uzanır və əsasən Ərzurum, Ərzincan, Xərput, Diyarbəkir, 
Mardin  və  Ruha  kimi  şəhərləri  əhatə  edirdisə,  1469-cu  ilə  qədər  artıq  Trabzon 
imperatorluğu,  Qaraqoyunlu  Cahanşah  və  Teymuri  Əbu  Səidin  hakim  olduqları 
yerlər  də  ələ  keçirilərək,  İran  və  İraq  da  daxil  olmaqla  böyük  bir  imperiya 
yaradılmışdı.
63
 Lakin onun dövlət sərhədinin qərbində yerləşən Osmanlı imperiyası 
daim  narahatçılığa  səbəb  olurdu.  II  Sultan  Məhəmməd  Qəstəntəniyyənin 
(Konstantinopolun)  fəthindən  sonra  (1453),  XV  əsrin  ən  görkəmli  Osmanlı 
tarixçilərindən  Tursun  bəyin  ―Tarixi-Əbülfəth‖  əsərindəki  məlumata  görə 
―iyirmidən  çox  məmləkət  estenza  edib  (ələ  keçirib  -  Ş.  F.),  onları  öz  mülki-
mövrusuna  zəmm  etdi,  name-sahibqirani  (sahibqiran  adını  -  Ş.  F.)  qazandı‖.
64
 
Şübhəsiz ki, belə vəziyyət Ağqoyunlu hökmdarını da təşvişə salmaya bilməzdi. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə