Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə11/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

  
 
23 
 
xilas  etmək  məqsədilə  Uzun  Həsən  1459-cu  ildə  İstanbula  Murad  bəy 
Ağqoyunlunun  başçılığı  ilə  bir  elçi  heyəti  göndərmişdi,  amma  bunun  işlərin 
sonrakı  gedişinə  elə  bir  müsbət  təsiri  olmadı.
19
  Sultan  Məhəmməd  ordusu  Kiçik 
Asiyada hərbi əməliyyatlara başladı.  
Fateh  o  vaxtlar  Ağqoyunlu  hökmdarının  məğrurluğundan  və  onun  irəli 
sürdüyü bəzi tələblərdən çox narazı idi. Uzun Həsən Osmanlılara qarşı Gürcüstan 
və Trabzonla saziş bağladıqdan sonra, yuxarıda deyildiyi kimi İstanbula elçi Murad 
bəyin  başçılığı  ilə  bir  heyət  göndərmiş,  Osmanlılara  cizyə  verməyi  qəbul  edən 
Trabzon  imperatorluğunun  1453-cü  ildən  bəri  ödənilməsinə  boyun    olduğu  və 
miqdarı  1458-ci  ildə  iki  min  dükatdan  üç  min  dükata  qaldırılan  illik  verginin 
aradan  götürülməsini  və  vaxtilə  İldırım  Bayazidin  Osmanlı  torpaqlarına  basqın 
etməməsi  müqabilində  Qara  Yuluq  Osman  bəyə  vəd  etdiyi  və  Teymurun 
ölümündən  sonra  göndərilməyən  hədiyyələrin  dərhal  verilməsini,  xanımı 
Despinaya  (Teodoraya)  atası  tərəfindən  cehiz  verilən  kappadokiya,  yəni  Qeysəri 
şəhəri və ətrafındakı torpaqları özünə verməsini tələb etmişdi. Sultan Məhəmmədin 
Ağqoyunlu  hökmdarının  bu  tələbləri  müqabilində  kinayə  ilə  ―mən  gələn  il  gəlib, 
əfəndinizin  məndən  istədiyi  şeyləri  özümlə  gətirəcək  və  sizə  olan  borcumu 
ödəyəcəyəm‖ cavabını vermişdi.
20
 Bəkir Sidqi Baykala görə də, Uzun Həsən 1459-
cu  ildə  II  Sultan  Məhəmməddən  onun  ilbəil  Trabzondan  aldığı  xəracdan  vaz 
keçməsin,  eyni  zamanda  Teymurləngin  ölümündən  (1405)  keçə  54  il  ərzində 
Ağqoyunlu  sarayına  göndərilməyən  hədiyyələri
*
  ―topdan  yollamasını‖  tələb 
etmişdi.
21
 
Bildiyimiz kimi, Uzun Həsən XV əsrin yarısından etibarən əvvəllər o qədər 
də  böyük  ərazini  əhatə  etməyən  (əsasən  mərkəzi  şəhəri  Amid  olan  Diyarbəkir) 
―Ağqoyunlu bəyliyi‖nin nüfuz dairəsini xeyli genişləndirdi. Belə ki, 1460-1470-ci 
illərdə Ermənistan – Azərbaycanın cənub vilayətləri, Qərbi İran, Kürdüstan, İraqi-
Əcəm İraqi-Ərəb, Diyarbəkir, Luristan, Fars və Kirman onun birbaşa hakimiyyəti 
altına  keçmişdi.
22
  Artıq  1467  (h.  872)-ci  ildə  ―böyük  əzəmətə  malik  olan  Uzun 
Həsən‖
23
  Ağqoyunlu  tayfa  ittifaqının  hər  iki  tərəfində  -  həm  qərbində,  həm  də 
şərqində  (qərbdə  Osmanlı  türkləri,  şərqdə  Qaraqoyunlu  qəbilələri)  mübarizə 
aparmış,
24
 Osmanlılara bata bilməmiş, Qaraqoyunluları isə iflasa uğratmışdı. 
Uzun Həsənin  nisbətən az vaxt içində əldə etdiyi qələbələri barədə dövrün 
tarixçisi  Fəzlullah  ibn  Ruzbehan  Xunci  belə  yazır:  ―O,  Amidlə  və  Hisn  Kəhflə 
kifayətlənməyərək,  öz  hakimiyyətini  şərqə  və  qərbə  genişləndirmək  istədi.  O, 
Qaraqoyunlu hakimiyyətindən heç nə qoymadı. Cahanşahın oğlu Həsənəliyə ölüm 
şərbəti silahlanmış döyüşçü ilə gələn Teymuri Sultan Əbu Səidin yasəmən bağını 
qara bağa verirdi. Beləliklə, bir neçə ildə öz hakimiyyətini Fəratdan Amudəryaya 
və Rum sərhədindən Oman adalarına qədər genişləndirdi‖.
25
 
                                                 
*
  Qonşu  dövlət  başçıları  tərəfindən  bir-birilərinə  hədiyyə  yollaması  dövlətlərarası  münasibətlərin  daha 
da nizamlanmasında zəruri bir ənənə idi. 


  
 
24 
 
Tarixçi  Xoca  Sədəddin  Əfəndi  özünün  çoxcildli  ―Tacüt-təvarix‖  əsərində 
Uzun  Həsənin  sultana  qarşı  olan  saymazyana  hərəkətlərini  onun  II  Məhəmmədin 
qüvvəsini yanlış dəyərləndirməsi ilə izah etmişdir.
26
  
Trabzon  imperatoru  Kalo  İoannes  Komninlə  -  ―bu  ədəbsiz  kafirlə  əqraba 
olmuş və yaxınlıq qurmuş‖
27
 Uzun Həsənə öz gücünü daha bariz şəkildə göstərmək 
istəyən II  Məhəmməd Rum bəylərbəyisi şərabdar Həmzə  bəyi  ―Rum sipahiləri və 
dilavərləriylə  Qoyluhisarı  almağa‖  göndərdi.  Həmzə  bəy  əmrə  itaət  edib,  qalanı 
günlərlə mühasirə etmişdisə də qələbə hasil olmamışdı.
28
  Buna baxmayaraq, Rum 
əsgərləri  bir  sıra  qonşu  kəndlərə  hücum  etmiş,  Uzun  Həsənin  təbəələrinə  xəsarət 
yetirmişdilər.  ―Onların  azğın  əməllərindən  pərişan  olan  zavallılara  Uzun  Həsənin 
yanına gəlib, başlarına gələnləri anladaraq ağlamışdılar‖.
29
 
Vəziyyəti  belə  görən  Uzun  Həsən  tezliklə  əsgərləri  toplamış,  ―padşahın 
ədalət  qanadları  altında  rahatlıq  içində  yaşayan  xalqın  canına  qorxu  salmışdır‖. 
Lakin o, ehtiyatla hərəkət edərək, sultanın Qoyluhisara tərəf hətəkət etdiyini eşidib, 
Ərzincanın kənarında olan Kəmax dağlarına çəkilmiş, ―ölkələr fəth edən sultan ilə 
qarşılaşmaq istəməmişdi‖.
30 
Amma Ağqoyunlu əmiri Xurşid bəyin başçılığı altında 
olan  bir  dəstə  Ağqoyunlu  döyüşçüsü  Məndiz  dağının  yanında  sultanın  qoşunu  ilə 
vuruşmuş, lakin məğlub edilmişdi.
31 
Uzun  Həsən  yaxşı  bilirdi  ki,  II  Məhəmməd  tezliklə  Ağqoyunlu  dövlətinin 
Qara dənizə mühüm çıxış yolu olan Trabzona hücuma keçəcəkdir.
32
 Ümumiyyətlə 
isə,  Ağqoyunlu  –  Trabzon  qarşılıqlı  münasibətlərinin  yaranması  hər  iki  dövlətin 
mənafeyinə uyğun idi. 
Vəziyyətin    təhlükəli  məqama  çatdığını  görən  Uzun  Həsən  müvəqqəti  də 
olsa, II Məhəmmədlə sülh şəraiti yaratmaq və onun Trabzona hücumunu bir qədər 
heyəti ilə birlikdə Osmanlı sultanının yanına göndərmək məcburiyyətində qaldı.
33 
Sədəddin  Əfəndi  yazır  ki,  Bulqar  dağının  ətəyində  Sara  Xatun  yanındakı 
elçi  heyəti  ilə  gələrək  dövləti  qapını  döymüş  və  gətirdiyi  ərmağanlara  Uzun 
Həsənin  salamlarını  sultana  yetirmişdi.  Lakin  sultanın  Sara  xatunu  yaxşı 
qarşılaşmasına  baxmayaraq,  Osmanlı  hökmdarı  öz  qəti  qərarından  dönməmiş, 
tezliklə  Trabzon  imperatorluğu  ilə  haqq-hesabı  çürütmək  məqsədi  ilə  səfərə 
çıxmışdı.  
Bu  məktubu  alan  Uzun  Həsən  yuxarıda  göstərildiyi  kimi,  dərhal  Sara 
xatunu  Fatehin,  Fateh  isə  oğlu  Qutluşahı  Uzun  Həsənin  sarayına  yollamış,  arada 
sülh bərpa olunmuşdu. Lakin sonradan göründüyü kimi, bu müvəqqəti barışıq uzun 
sürmədi,  Fateh  Trabzonu fəth etmək üçün Sara  xatunu da  özü ilə  götürüb  yürüşə 
çıxdı.
*
  Sədəddin  Əfəndi  bildirir  ki,  Osmanlı  ordusunda  olan  döyüşçülərin  sayı  o 
                                                 
*
  Bu  barədə  Səlahəddin  Tansel  belə  yazır:  ―padşah  quzeyə  dönərək,  Trabzona  doğru  yürüdü.  O,  Sara 
xatunun  da  daxil  olduğu  Uzun  Həsənin  elçilərini  bu  səfərində  özü  ilə  aparırdı,  çünki  Uzun  Həsənə 
etibarı  yox  idi.  Padşah  Uzun  Həsənə  məktub  yazıb,  onun  anası  ilə  elçilərinin  yalnız  Trabzon  fəth 
edildikdən sonra geri qaytarılacağını bildirmişdi (Gös, əsər, səh. 266-267). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə