Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə9/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

  
 
19 
 
müstəqilliyinə toxunmadı. Beləliklə, Osmanlı imperiyasının Ağqoyunlular əleyhinə 
müttəfiqi olan Qaraqoyunlular dövləti süquta uğradı.
80
 
 
Ağqoyunlu dövləti və Osmanlı imperiyası 
 
Hər  şeydən  əvvəl  qeyd  etmək  lazımdır  ki,  dövrün  ümumtarix  hadisələrini 
əks etdirən müxtəlifdilli mənbələrin bolluğuna baxmayaraq, onların heç birində sırf 
Ağqoyunlu-Osmanlı  münasibətləri  əks  etdirilməmiş  və  həmin  regionda  mövcud 
olan  ölkələrin  ictimai-iqtisadi  və  hərbi-siyasi  məsələlərində  bəhs  olunan  zaman 
ötəri  olaraq  bu  münasibətlərə  toxunulmuşdur.  Buna  görə  də,  bu  sahədə  müstəsna 
əhəmiyyətə  malik  epistoylar  qaynaqlara  müraciət  etmək  tədqiqatçılar  üçün 
müstəsna əhəmiyyətə malikdir. 
XIV  əsrin  sonu  –  XV  əsrin  əvvəllərində  hələ  Ağqoyunlu  tayfa  ittifaqının 
başçısı  olmamışdan  əvvəl  Qara  Yuluq  Osman  qonşuluqdakı  müxtəllif  feodal 
bəylikləri  ilə  yaxşı  münasibətdə  olmağa  çalışmış,  bu  mümkün  olmadıqda  isə 
onlarla ölüm-dirim mübarizəsinə başlamışdı. O, bir müddət (11 il) Sivasda məşhur 
dövlət xadimi və şair Qazi Bürhanəddinin yanında xidmət etmiş, sonradan onların 
arasında  ixtilaf  düşmüş,  az  sonra  bu  Ağqoyunlu  əmiri    Qazi  Bürhanəddini 
öldürməyə  nail  olmuşdur.  Ümumiyyətlə,  Qara  Osman  qonşu  Qaraqoyunlu  əmiri 
Qara  Yusifdən  fərqli    olaraq  həmişə  Teymur  və  onun  övladlarının  himayəsində 
olmuşdur. İsmayıl Həqiqi Uzunçarşılıların məlumatına görə ―Qara Osman bəyliyi 
Qara  Yusifin  şiddətli  zərbələri  altında  genişlənə  bilmirdi‖.
1
  Lakin  buna 
baxmayaraq iki türkmən
*
  bəyliyinin  heç  biri  digərinə  qalib  gələ  bilmir,  bir-birləri 
ilə  ixtilaf  şəraitində  yaşayırdılar.  Ağqoyunlu  tayfa  ittifaqının  başçısı  olduqdan 
sonra  isə  Qara  Yuluq  Osman  nüfuzlu  cağatay  hökmdarı  Şahrux  ibn  Teymurla 
Osmanlılar  və  Qaraqoyunlular  əleyhinə  dostcasına  münasibət  yaratdı  ki,  bunun 
nəticəsində  Ağqoyunlu  –  Qaraqoyunlu  münasibətləri  bir  qədər  də  pisləşdi. 
―Düşmənin  dostu  mənim  düşmənimdir‖  prinsipinə  riayət  edən  Qara  Yusif 
Ağqoyunlu  –  Teymuri  münasibətinin  yaxşılaşmasından  Ağqoyunlu  –  Osmanlı 
münasibətinin  pisləşməsi  üçün  istifadə  etmək  qərarına  gəldi.  Tezliklə  onun  əlinə 
belə bir fürsət düşdü. Yuxarıda qeyd etdiyimiz kimi h. 820 (m. 1417) – ci ildə Qara 
Osmanın  Xorasan  hökmdarı  Şahruxa  yazmış  olduğu  məktub  elçi  Xacə  Mənsur 
Amidi  adlı  bir  tacir  vasitəsilə  göndərildiyi  ünvana  aparılarkən,  Sultaniyyə 
şəhərində  təsadüfən  Qaraqoyunlu  əsgərlərinin  əlinə  keçmiş,  nəticədə  məktubun 
çatacağı  məkan  –  Şahruxun  istiqamətgahı  olan  Herat,  Osmanlı  I  Sultan 
Məhəmmədin  dövlət  paytaxtı  Bursa  şəhəri  ilə  əvəz  edilmişdir.  Qara  Yusif  belə 
hərəkət  etməklə,  heç  şübhəsiz,  özünün  Osmanlı  hökmdarına  olan  dostluğunu 
nümayiş  etdirmək,  Ağqoyunlu  –  Osmanlı  və  Teymuri  –  Osmanlı  qarşılıqlı 
                                                 
*
 Səlcuqların tərkibində Azərbaycana gəlmiş tayfa – Ş.F.). 


  
 
20 
 
münasibətlərinə  xələl  vurmaq istəməmişdi.  Həmin  məktubu dərhal  Qara  İsgəndər 
Bursaya gətirib, Osmanlı hökmdarına təqdim etmiş, təbiidir ki, məktubda Şahruxun 
―xaqani-cahaniyan‖  (dünyada  yaşayanlar  xaqanı),  ―qaani-məmalik‖  (məmləkətlər 
qaanı)  və  başqa  epitetlərlə  adlandırılması  Osmanlı  hökmdarının  qəzəbinə  səbəb 
olmuşdu. 
Şahruxun həmçinin Rum və Şam (Suriya – Ş.F.) torpaqlarını da ―bir həmlə 
ilə‖  tuta  biləcəyi  barədə  ona  ürək-dirək  verirdi.  O,  Şahruxa  ləngimədən  hücuma 
keçməyi  məsləhət  görüb  yazırdı:  ―Buna  görə  də,  cağatay  mirzələri  arasında  baş 
verən kiçik qovğaları nəzərə almaq və ləngimək rəva deyildir: 
 
Olsun o Səmərqənd həmin mirzələrin, 
Təbriz ilə Rumu Şam bəsindir, ey şah. 
 
Başqa məsələləri [elçim] tacir Xacə Mənsur Amididən soruşun‖.
2  
Bununla, 
Qara  Osman  necə  olursa-olsun  Şahruxu  böyük  döyüşlərə  şirnikləndirmək,  ətraf 
ölkələrdə  hakimlik  edən  güclü  rəqiblərinə,  o  cümlədən  Qara  Yusifi  və  I  Sultan 
Məhəmmədi heç olmazsa bir qədər zəiflətmək məqsədi güdürdü. 
I  Sultan  Məhəmməd  ―Qara  Yuluq  Osmanın  fitnə  üslublu‖  məktubunu 
oxutduqdan  sonra  dərhal  məhərrəm  ayının  əvvəllərində  Bursadan  Qaraqoyunlu 
şahzadəsi Qara İsgəndərə cavab məktubu yazmış, ona öz təşəkkürünü bildirmişdi: 
―Qara  Osmanın  xainliyi  məlum  oldu.  Biz  onun  cəzasını  allaha  tapşırdıq.  Bizi 
məsələdən  agah  etdiyinə  görə  xoşbəxt  olun.  Əgər  [hər  hansı  bir]  təşviş  və  hücum 
olarsa, xəbər verin ki, onu dəf edə bilək‖.

Qaraqoyunlu-Ağqoyunlu münasibətlərindən bəhs edərkən yaddan çıxarmaq 
lazım  deyildir  ki,  dövrün  yazılmamış  qanunlarına  müvafiq  şəkildə  hərəkət  edən 
kiçik  feodal  bəyliklərin  başçıları  heç  də  bir-birləri  ilə  sadəcə  inadkarlıq  naminə 
müxalifətə  girmirdilər.  Fikrimizin  sübutu  üçün  aşağıda  gətirəcəyimiz  misal 
Qaraqoyunlu-Ağqoyunlu  münasibətlərinin  dəyişkənliyini  izləmək  baxımdan 
olduqca maraqlıdır. 
Hələ  Azərbaycan  Qaraqoyunlu  dövlətinin  təsisindən  bir  neçə  il  əvvəl  Qara 
Yusif tərəfindən Qara Yuluq Osmana göndərilən bir məktubda Ağqoyunlu bəyinə 
bu  hər  iki  türkman  tayfa  birliyi  arasında  olan  nifaqın  dayandırılması  təklif 
olunurdu:  ―Bizim  hər  ikimiz  türkmanıq.  Gəl  bundan  sonra  bir-birimizə  hücum 
etməyək  və  bir  daha  qırılmayaq.  Qoy  bizim  hər  birimiz  Rumdan  və  Cağataydan 
olan  düşmənlərimizlə  mübarizə  edək‖.
4
  milli  mənsubiyyət  baxımından  hər  ikisi 
müxtəlif  köçəri türkman tayfasının  nümayəndələri olduğu  üçün, görünür ki,  Qara 
Yusif  təəssübkeşlik  edərək,  Ağqoyunlu  bəyini  öz  tərəfinə  çəkmək  istəmiş, 
aralarında  sülh  münasibəti  yaranmasını  məqbul  saymışdı.  Lakin  feodal  hərc-
mərcliyinin,  mənəm-mənəmliyin,  dərəbəyliyin  hökm  sürdüyü  bir  şəraitdə 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə