Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə5/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   2   3   4   5   6   7   8   9   ...   65

  
 
11 
 
Elə  Ağqoyunlularla  da  Qara  Yusifin  münasibətləri  həmişə  ixtilaf  xarakteri 
daşımamışdır.  Bu  Qaraqoyunlu  hökmdarı  öz  hakimiyyətini  daha  da 
möhkəmləndirmək  və  güclü  rəqib  həmləsinə  məruz  qalmamaq  üçün  sülh 
sazişlərinə də meyl edirdi. O Qara Yuluq Osmanla sülh bağladıqdan sonra özünün 
Şərqi  Anadoludakı  hakimiyyətini  bərpa  etmiş,  nüfuz  dairəsini  xeyli 
genişləndirmişdi.  Azərbaycanın cənubu, habelə Naxçıvan, Mosul,  Sincar, Muş və 
Ərzuruma qədər ərazi olan tərəfindən idarə olunurdu.
34
 
Rum dövləti ilə normal münasibətdə olan Qaraqoyunlu dövlətinin Teymuri 
Şahruxun  hökmranlıq  etdiyi  Xorasanla  siyasi  münasibətləri  sabit  deyildi.  Həsən 
bəy  Rumlunun  bildirdiyinə  görə,  Şahrux  Qara  Yusifə  etibar  etmir,  Qara  Yusifdə 
onun  səmimiliyinə  inanmırdı.  Şahrux  817  (1414/15)-ci  ildə  Azərbaycana  yürüş 
etmək  məqsədi  ilə  Heratdan  çıxmış,  lakin  öz  dövləti  daxilində  üzə  çıxan  bəzi 
ixtilaflara  görə  onun  Azərbaycana  etmək  istədiyi  bu  birinci  hərbi  yürüş  baş 
tutmamışdı.  822  (1419/20)-ci  ildə  isə  Şahrux  Xorasandan  çıxaraq,  ―köç-köç 
Təbrizə tərəf yollandı‖.
35 
Xorasan  qoşununun  Amudəryanı  keçib  Azərbaycana  hücumu  barədə  Rum 
sultanına  xəbər  verən  Qara  Yusif  yazır:  ―Əziz  oğlum  Cahanşahı  Sultaniyyəni 
mühafizə  etmək  üçün  yolladım,  sədaqətli  oğlum  Əmir  ŞahMəhəmməd  bahadırı 
İsgəndər  bahadırlarla  birgə  bir  mənzil  məsafəlik  qarovuliyə  (kəşfiyyata  –  Ş.F.) 
göndərdim. Özüm isə 50 minə qədər süvari ilə Təbriz yaxınlığında cəm olub, Ucan 
yaylağına tərəf getməkdəyəm, Dilavəar oğlum Qara İsgəndər 20 min süvari ilə arxa 
tərəfdən pusquda dayanmışdır. Başqa məsələlər barədə [bu məktubu gətirən] qasid 
[sənə] məlumat verər‖.
36
 
Öz  cavab  məktubunda  Qaraqoyunlu  hökmdarını  ―sultani-səlatin  ət-türk 
(―türk  sultanlarını  sultanı‖).  ―Qara  Yusif  bahadır‖  adlandıran  Rum  sultanı  ona 
ürək-dirək  verirsə  də,  ona  öz  köməyini  vəd  etmir  və  beləliklə  də,  Şahruxla  hərbi 
münaqişəyə  girməyəcəyini  anladaraq,  Bursadan  ―Allah-təala  sənə  xeyir  versin. 
Qalan  məsələləri bu  məktubu gətirən Həsən bəy şifahi şəkildə sənə bildirər‖ yaan 
Sultan Məhəmməd, beləliklə, ona öz hüsn-rəğbətini bildirir.
37
 
Göstərmək lazımdır ki, Xorasan şahının Azərbaycana bu yürüşünün səbəbi 
Qara  Yusifin  siyasi  cəhətcə  getdikcə  qüvvətlənməsi,  hətta  onun  Şahruxun  hökmü 
altındakı bir sıra şəhərləri də öz əlinə keçirmək istəyi olmuşdur. Həsən bəy Rumlu 
yazır:  ―Qara  Yusifin    yanına  Təbrizə  göndərilən  elçi  qayıdaraq  [Şahruxa] 
bildirmişdi  ki,  Qara  Yusif  orada  özsünü  müstəqil  şah  sayır,  ətraf  yerlərin  bütün 
hakim  və  sərdarları  ona  tabedir.  Padşahın  (yəni  Şahruxun  –  Ş.F.)  şövkəti  və 
qoşununun  qələbələrindən  qorxmayan  Qara  Yusifin  çoxlu  döyüşçü  dəstələri 
vardır‖.
38
 
Doğrudan  da,  Qara  Yusifin  səyi  və  rəhbərlyi  nəticəsində  Azərbaycanda 
böyük ordu yaradılmışdır. Təsadüfi deyildir ki, Şahruxun əmrləri və saray adamları 
―Azərbaycan  qoşununun  tuğyanına  yalnız  bahadırların  həmləsi  yatıra  bilər‖ 


  
 
12 
 
demişdilər.
39
 Məhz buna görə də, Şahruxun əmri ilə Azərbaycana hərbi yürüş üçün 
az vaxtda böyük bir ordu toplandı.
40
 
Xorasan  qoşunu  ilə  döyüş  ərəfəsində  Qara  Yusif  tərəfindən  orduda  hərbi 
islahat keçirilmişdi.  Teymuri Şahruxun güclü ordusuna  həlledici zərbə  endirməyə 
böyek cidd-cəhdlə hazırlaşan Qara Yusif ona qarşı miqdarca daha çox əsgəri hərbi 
qüvvə  çıxarmaq  məqsədi  ilə  piyada  qoşun  toplanması  üçün  də  əmr  vermiş, 
beləliklə, Təbriz vilayətinə tarixdə ilk dəfə piyada qoşun dəstələri hazırlanmışdır.
41
 
Qaraqoyunlu-Teymuri münasibətlərinə müdaxilə etmək istəməyən Osmanlı 
hökmdarı Sultan  Məhəmmədin  məqsədi öz  qonşuluğunda  özündən qüvvətli rəqib 
görməmək olmuşdur. Belə ki, baş verəcək müharibədə, nə qədər olmasa da, hər iki 
ordu  müəyyən  dərəcədə  qüvvədən  düşəcək,  regionda  Rum  dövlətinin  əzəməti 
toxunulmaz  qalacaqdır.  Bizim  fikrimizcə,  Osmanlı  sultanı  məhz  bu  mülahizə  ilə 
müharibənin  qarşısının  alınmasına  heç  bir  cidd-cəhd  etməmiş,  fəqət  Qara  Yusifə 
ürək-dirək verməklə kifayətlənmişdi. 
Hücum  822  (1420)-ci  ilin  şəban  ayının  4-də  (avqustun  27-də)  baş  verdi. 
Mənbələrin  bəzisində  Şahrux  ordusunun  200  min,  Qara  Yusifin  isə  120  min 
döyüşçüsünün  bu  müharibəyə  gətirildiyi  barədə  məlmat  vardır.
42
  Lakin  həmin 
müharibə  baş  tutmadı.  Buna  səbəb  Qara  Yusifin  qəfil  vəfatı  oldu.  Qaraqoyunlu 
hökmdarının ölümünü eşidən Şahrux həmin ilin zilhiccə ayının 9-da (dekabrın 28-
də)  Qarabağa  gedərək  orada  qışlamış,  oğlu  Baysunqur  isə  Təbrizi  döyüşsüz  ələ 
keçirmişdi.
43
 
Yuxarıda  göstərildiyi kimi,  Qara  Yusifin oğlu Pirbudaq Qaraqoyunlu taxt-
tacının  rəsmi  hökmdarı  elan  edilmişdi.  Lakin  o,  atasından  bir  qədər  əvvəl  vəfat 
etmiş, Qara Yusif isə hələ onun əvəzinə vəliəhd təyin etməyə macal tapmamışdı.
44
 
Qara  Yusif  öləndə  şahzadələrdən  heç  biri  onun  yanında  yox  idi: 
ŞahMəhəmməd  Bağdadda,  İsgəndər  Kərkükdə,  İspənd  (İsfahan  Mirzə) 
Adilcəvazda,  Cahanşah  Sultaniyyədə,  Əbu  Səid  Ərzincanda  idilər.  Vəziyyəti  belə 
görən Şahrux Azərbaycanı və Şərqi Anadolunu istilaya başladı.
*
 
Şahrux 823 (1420)-cü ilin rəbiul-əvvəl ayının 19-da (aprelin 5-də) Təbrizə 
gəldikdə Naxçıvan və Salması da idarə edən Qaraqoyunlu şahzadələri Əbu Səid və 
İspənd Mirzə də gələrək, ona tabe olduqlarını bildirmişdilər.
45
 Lakin Qara Yusifin 
başqa  oğlanları,  xüsusilə  İsgəndər  Şahruxa  tabe  olmaq  istəmirdi,  amma  Xorasan 
hökmdarı  tezliklə  onu  da  məğlub  edərək,  Təbriz  hökumətini  Qaraqoyunlulara 
düşmən  olan  Qara  Osmanın  oğlu  Əlibəyə  verdi.  Paytaxtın  ona  verilməsi 
                                                 
*
  Firidun  bəyin  ―Münşəati-səlatin‖  əsərində  dərc  olunmuş  Şahruxun  Sultan  Məhəmmədə  yazdığı 
―Fəthnamə‖də  Qara  Yusif  vəfat  edən  vaxt  baş  verən  qarmaqarışıqlıq  belə  göstərilir:  Qardaşı  Əmir 
Misirin    oğlu  Qazan  bəy  dərhal  Qara  Yusifin  xəzinəsini  və  var-dövlətini  qarət  edib  Ovnik  qalasına, 
başqa  qardaşı  oğlu  Zeynal  bəy  isə  başqa  səmtə  yollandı.  Əmir  Qara  və  Qədəm  paşa  Əlincə  qalasına 
qaçdılar. Qara Yusifin oğlanları Əmir Şahməhəmməd və Əmir İsgəndər Əhməd Qaramaninin oğlu ilə 
birlikdə  Gəncə  və  Bərdəyə  getdilər.  Cahanşah  atasının  meyitini  Ərcişə  apardı.  Qara  İsgəndər  Qara 
Yuluq Osmanla döyüşə yollandı (səh. 161). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə