Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə8/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

  
 
17 
 
Bursəvi  olmalıdır  –  Ş.F.)  qaytarsınlar  sizin  məktubunuz  gələn  vaxtlarda  bu 
həvaxah (yəni Cahanşah – Ş.F.) Fars və İraqi-Əcəmin qala və şəhərlərini tutmaqla 
məşğul  idi.  Bu  işi  bir  neçə  gündə  bitirib,  tərs  xasiyyətli  çağatay  tayfasının 
toxumunu o diyardan kənar etdik və geri qayıtdıq. Əmir Tacəddin İbrahim Mehtəri 
bu  şad  xəbəri  xəbəri  sizə  çatdırmaq  üçün  xeyli  gümüş,  firuzə  və  yaqutla  tezliklə 
dərgahınıza göndərirəm‖.
70
 
Cahanşahın  məktubunu  alan  II  Sultan  Məhəmməd  ona  cavabında 
Qaraqoyunlu elçisi əmir Tacəddin Mehtərin artıq onun yanına çatdığını xəbər verir, 
―birgə  həmlə  ilə  İraqi-Əcəm  qalalarını  xilas  edən  və  fars  məmləkətlərini  tutan‖ 
Qaraqoyunlu hökmdarını təbrik edir, bundan bərk sevindiyini bildirir.
71
 
Osmanlı  sarayına  bundan  sonra  gedən  məktubda  Cahanşah  oraya  tezliklə 
yeni  bir  qasid  yollayacağını,  hələlik  isə  Qəvaməddin  Qara  bəyi  göndərdiyini 
sultana xəbər verir.
72
 
Türklər tərəfindən İstanbul  şəhərinin
*
  fəthi  Türkiyə  tarixində  ən  əlamətdar 
hadisələrdən  biri  olmuşdur.  Məhz  bu  fəth  münasibətilə  II  Sultan  Məhəmməd 
―Fateh‖ ləqəbinə layiq görülmüş, özünün növbəti fəthləri münasibətilə sonradan da 
başqa qonşu dövlətlərə, o cümlədən Azərbaycana ―fəthnamələr‖ yollamış, öz siyasi 
qüdrətini  nümayiş  etdirmişdir.  Osmanlı  hökmdarının  fikrinə  görə  Türkiyə 
tərəfindən  edilən  fəthlər  elə  Azərbaycan  tərəfindən  edilən  fəthlər  kimi 
qiymətləndirilməlidir  (―Bizim  tərəfin  fəthi  sizin  tərəfin  fəthi  deməkdir  və  ya 
əksinə‖).
73
  
Sultan  Məhəmməd  Fatehin  həmin  ―fəthnamə‖sindən  sonbra  Cahanşah 
Qaraqoyunlu  özünün  Bağdad  ―fəthnamə‖sini  yollayır,  yeni  qələbəsini  çox  böyük 
şadlıqla  xəbər  verir.  Bir  qədər  əvvəlki  məktubunda  Cahanşahı  ata  adlandıran  II 
Sultan Məhəmməd ona bu dəfə də ―əziz atam Cahanşah‖ ifadəsi ilə müraciət edir, 
özünün də İstanbuldan sonra ―Murə
*
 kafirləri‖ ilə döyüşərək, oranı ələ keçirildiyini 
bildirir. Məktubun  sonrakı cümlələləri Sultan  Məhəmməd Fatehin o vaxtlarda baş 
verən  başqa  fəthlərindən  (Səməndəriyyə
**
  şəhəri,  Sinab  qalası)  bəhs  edir  və 
nəhayət  sultanın  Ağqoyunlu  tarixi  ilə  sıx  surətdə  bağlı  olan  Trabzona  yürüşü  və 
oranın da tezliklə alınacağı xəbəri ilə bitir:  ―Ümidvarıq ki, oranın kafirlərdən xilası 
[bizə]  asanlıqla  müyəssər  olacağıq.  Əgər  bu  hücumla  əlaqqədar  bizim 
                                                 
*
  İstanbul  şəhərinin  adı  əvvəlcə  Bizans,  conra  Kanstantinopol  olmuşdur.  Sonralar  Türklər  yunanca 
―İstan polis‖ (―şəhərə gedirəm‖) sözünü tez-tez eşitdiklərinə görə həmin şəhəri İstanbul adlandırmışlar. 
Şəhər müsəlmanların əlinə keçəndən sonra oranın adının ―İslambol‖ olduğunu fərz edənlər də vardır ki, 
bu tamamilə yanlışdır (Ə.Nəvai, Tarixi məktublar və sənədlər... səh. 512.). 
*
 Yunanıstanın cənubunda yerləşən ―Moree‖ yaxud ―Pelopon ese‖ adlanan Murə adası əvvəlcə 1458-ci 
ildə  (qismən),  sonra  isə  1460-cı  ildə  (tamamilə)  Osmanlılar  tərəfindən  alınmışdır  (Ə.Nəvai,  Tarixi 
məktublar və sənədlər..., səh.534). 
**
  Səməndəriyyə  -  Serbiyada  yerləşən  bu  şəhər  (Smederevu)  1459-cu  ildə  baş  vəzir  Mahmud  paşa 
tərəfindən zəbt olunmuşdur (Bax: Ə.Nəvai. Tarixi məktublar və sənədlər..., səh. 539). 


  
 
18 
 
məktublaşmağımız  bir  qədər  təxirə  düşərsə,  başqa  şey  haqda  düşünməyib, 
məktublaşma qapılarını bağlayın‖.
74
 
Göstərmək lazımdır ki, Sultan Məhəmməd Fateh dövründə Ağqoyunluların 
Osmanlılarla  olan  münasibəti  Qaraqoyunlu  –  Osmanlı  münasibətindən  bir  qədər 
fərqlənirdi  və  dostcasına  əlaqələr  baxımından  heç  də  qənaət  bəxş  deyildi.  Bu 
münasibət  Osmanlı  sultanının  1461-ci  ildə,  onun  öz  sözü  ilə  desək,  ―Həsən  bəy 
ağqoyunlunun  məmləkətinə  yaxın  olan  və  onunla  qohumlaşan  Trabzona  zəfərli 
yürüşündən  sonra  xeyli  pisləşdi.  Ağqoyunlu-Osmanlı  münasibətinin  pisləşməsi 
Cahanşahın  ürəyindən  idi,  çünki  Uzun  Həsən  özünün  irsi  mülkü  sayılan 
Diyarbəkirlə  kifayətlənməyərək,  XV  əsrin  50-ci  illərində  Qaraqoyunluların  əlində 
olan  Ermənistanın  və  Kürdüstanın  böyük  bir  ərazisini  öz  dövlətinə  birləşdirməyi 
nail  olmuşdu.
75
  Ağqoyunluların  get-gedə  qüvvətləndiyini  görən  Cahanşah  təcili 
olaraq  Sultan  Məhəmməd  Fatehə  belə  bir  məktub  göndərdi:  ―Qədim  vaxtlardan 
bəri bizim tərəfin sizin şərafətli xanədanınıza həqiqi məhəbbəti zahirdə [bizə qarşı] 
özünün  razılıq  və  məhəbbətini  göstərirdisə  də,  əslinə  başqa  cür  hərəkət  edirdi. 
Onun  zahiri  və  batini  bir  olmadığı  üçün  [aramızda]  günbəgün  nifaq  yaranmaqda 
idi.  Bu  yaxınlarda  onun  xəsislik  əlaməti  tam  şəkildə  aşkar  oldu,  əhd-peymanı 
sındırdığını  üzə  çıxdı.  O,  bizə  hücum  etdisə  də,  onun  dəf  edilməsi  asanlıqla 
müyəssər  oldu.  Himməti  uca  olan  həzrət  (yəni  Osmanlı  sultanı  –  Ş.F.)  onun 
cəzalanması üçün qoy cəhd etsin. Sizdən sədaqətlə rica olunur ki, həqiqi dostların 
məqsəd və istəkləri həyata keçsin‖.
76
 
Bu  xahişə  baxmayaraq,  Cahanşah  Qaraqoyunlu  Osmanlı  Türkiyəsini 
bilavasitə ağqoyunlu dövlətinə qarşı müharibəyə təhrik edə bilmədi. Amma 1467-
ci  ildə  Cahanşah  Qaraqoyunlu  II  Sultan  Məhəmmədin  təhriki  ilə  Ağqoyunlulara 
qarşı şirnikləndirilərək, öz silahlı qüvvələri ilə Diyarbəkirə tərəf yollandı. Osmanlı 
sultanını  hökmü  ilə,  hələ  o  zaman  Amasya  valisi  olan  şahzadə  Bayazid 
Qaraqoyunlu  hökmdarına  hərbi  yardım  göstərməli  idi.
77
  Osmanlılara  arxalanan 
Cahanşah  Qaraqoyunlunun  əksinə  olaraq  Uzun  Həsən  Ağqoyunlu  ―Türkiyənin 
Osmanlı sultanları ilə mübarizə etmək naminə Avropa dövlətləri ilə möhkəm ittifaq 
yaratmağa cəhd edirdi‖.
78 
Nəhayət,  1467-ci  ilin  noyabr  ayının  10-da  Qaraqoyunlu  dövlətinin  ən 
nüfuzlu  hökmdarı  olan  70  yaşlı  Cahanşah  ona  qəfildən  hücum  edən  Sultan 
Məhəmməd  Fateh  bu  Qaraqoyunlu-Ağqoyunlu  münaqişəsinə  müdaxilə  edə 
bilmədi.  Cahanşahın  kəsik  başı  Uzun  Həsən  tərəfindən  Xorasanın  Teymuri 
hökmdarı Sultan Əbu Səidə şahzadə Məhəmmədi Qaraqoyunlunun başı isə Sultan 
Məhəmməd Fatehə göndərildi.
79 
Uzun  Həsən  azacıq  sonra  Həsənəli  Qaraqoyunlunu  da  asanlıqla  məğlub 
edib, Kür çayının cənub hissəsindəki bütün Azərbaycan torpaqlarını ələ keçirdi. O, 
təkcə  Qaraqoyunlularla  dostluq  və  qohumluq  əlaqələrində  olan  Ərdəbilin 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə