Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

  
 
33 
 
Venesiya  səfirlərinin  ―Səyahətnamə‖lərini  mütaliə  etdikcə  bir  çox 
diplomatik  danışıqların  şahidi  oluruq.  Katerino  Zeno  bildirir  ki,  eyni  vaxda  həm 
Osmanlı həm də Ağqoyunlu dövlətinin səfirləri gələrək onlara ittifaq təklif etdilər, 
nəticədə isə  ―Venesiyalılar Şərqin ən böyük padşahının bu  döyüşdə (Osmanlılarla 
olacaq döyüşdə - Ş.F.) onlarla əlbir olmaq istəyini görüb sevindilər və məhz onun 
təklifini qəbul etdilər‖.
75 
Uzun  Həsən  yuxarıda  deyildiyi  kimi  Osmanlılara  qarşı  müharibə  hazıtlığı 
üçün  yalnız  Venesiya  respublikası  ilə  deyil,  başqa  dövlətlərlə  də  sazişə  girmək 
istəyir, bu işdə fəaliyyətini genişləndirirdi. Belə ki, 1470-ci ildə də onun tərəfindən 
Roma  papası  və  Neopol  kralının  yanına  elçi  heyəti  göndərilmi.  Və  onlara 
Osmanlılara  qarşı  ittifaq  yaratmaq  təklif  olunmuşdu.
76
  Katerino  Zenoya  görə  elə 
təklif ―Gürcü padşahı‖ Kvarkvareyə də edildi.
77 
Bəkir  Sidqi  Baykalın  yazdığına  görə,  Uzun  Həsən  o  vaxtlar  hərbi  qüvvə 
cəhətincə  heç  də  Fatehdən  geri  qalmırdı.  Türk  tədqiqatçısı  Rəhməti  Aratın  çap 
etdirdiyi ―Fateh Sultan Məhəmmədin yarlığı‖ adlı sənəd öz fikrinin sübutu üçün B. 
S. Baykalın əlində əsas olmuşdur. O, yazır: ―Fatehin yanından qaçan. Yaxud onun 
düşməni olan bir çox bəy onun (Uzun Həsənin – Ş.F.) yanında qalmaqda idi‖.
78 
 
Doğrudan  da,  həmin  yarlığı  mütaliə  etdikcə  görmək  olur  ki,  ―vələdi 
xudavəndigar  Qaramanoğlular  Pirəhməd  və  Qasım  bəy,  İsfəndiyar  oğlu  Qızıl 
Əhməd  bəy,  Gərmiyanoğlu  (?),  Qazanlı  oğulları,  ölkənin  halından,  xəzinədən  və 
ordunun  vəziyyətindən  xəbərdar  olan  dəftərdar  Məhəmməd  Çələbi‖  də  gəlib 
Ağqoyunlu qoşununa qoşulmuşdular.
79 
Qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adı  çəkilən  yarlıq  1473-cü  ilin  avqust 
ayının  30-da  Qarahasarda  yazılmışdır.  ―Yarlıq  Osmanlı  tarixinin  bu  səhifəsini 
aydınlaşdıracaq bir çox yeni məlumat və xüsusilə bu müharibədə iştirak etmiş olan 
hət  iki  dövlətin  əsgəri  təşkilatı,  qüvvələri,  texnikası  və  komandanları  haqqında 
mühüm təfsilat ehtiva etməkdədir‖.
80
 
Yarlığın başlanğıcında belə bir cümlə var: ―Uzun Həsən bəy Toqat şəhərini 
yaxdığı üçün, əsgəri şövq edib, onunla savaşmaq niyyətilə gəlmişdik‖.
81
 
İbn Kamalın  ―Təvarixe-ale-Osman‖  əsərinin  əhatə  etdiyi dövrdə  baş verən 
hadisələr  haqqında  yalnız  məlumat  baxımından  deyil,  eyni  zamanda  hadisələrin 
izahı, səbəb və nəticələri və bir çox orijinal qeydləri baxımından da başqa müasir 
Osmanlı  tarixlərindən  üstün  bir  qaynaq  olduğu  qənaətində  bulunurdu‖.
82
  İbn 
Kamal həlledici döyüş hadisəsinin izahından bir qədər əvvəl hər iki hökmdara olan 
münasibətini şeirlə belə ifadə etmişdir: 
 
―Qeysəri-Rum ilə Kəsrayi-əcəm, 
Ol Sikəndərxil, bu Darahəşəm, 
Ol Məhəmməd xan şəhe-keşvərguşa, 
Bu Həsən xan Xosrove-fərmanrəva, 


  
 
34 
 
Nə səbəbdən cəngə ahəng etdilər? 
Noldu bais kim bular cəng etdilər? 
Hüsne-təqrir ilə tərif edəlim, 
Əhsəne-vəch ilə təsvir edəlim‖.
83 
 
İbn  Kamal  Uzun  Həsənin  1470-ci  ilə  qədərki  siyasi  uğurları  bir-bir 
sadaladıqdan sonra yazır: ―Cahangirlik havası ol tağinin dimaqinə doldu, sevdayi-
Rum  dəryasına  təlib,  ol  buma  talib  oldu.  Qaramanoğlu  İbrahim  bəyin  oğulları 
Pirəhməd bəy  və Qasım bəy  qaçıb yanına  vardılar,  yalvardılar. Sonra  o bədgirdar 
30 min mərde-nəbərdi və süvarini diyare-Ruma göndərdi. Öz sipəhsaları Əmir bəyi 
və  qardaşı  oğlu  Yusif  şahı  ona  yoldaş  etdi.  Qəfildən  Ərzincana  gəlib,  oradan 
hücum  edərək  bume-Ruma  girdilər.  Diyare-Rumun  sipəhsaları  Şərabdar  Həmzə 
bəy  Toqatda  eyşü-işrət  edib  otururdu.  Əmir  bəy  sərhədde-Sivasdan  keçərək  gecə 
hücum edib kişvəre-Ruma girdi. Toqat bəldəsinə (ölkəsinə, vilayətinə - Ş. F.) neçə 
müddətdi yağı ayağı dəyməmişdi, dəydi. Neçə nazənin bədənləri soyundurub üryan 
elədilər.  Bu  xəbər  sultana  çatdı.  Ərkane-eyvane-divana  buyuruldu,  səfəre-
zəfərəsərin  yarağın  və  yasağın  qayırıb  gördülər  (hazırladılar  -  Ş.  F).  Amma 
təcrübəli  vəzirlər  və  əmirlər  dedilər:  ―Biz  buradan  ora  gedənəcən  bir  ay  çəkəcək. 
Əyyame-şita  (qış  fəsli  -  Ş.  F.)  yaxındır,  uzağa  səfər  həngamı  deyil.  Yaz  gələnə 
qədər  təxir  edək‖.  Sultanı  inandırdılar.  Elə  ki,  türkman  qoşunu  Toqatı  yaxıb 
dağıtdı,  Əmir bəy döndü Mirzə Yusif şah Qaraman tərəfə getdi. Ağsaraya çatdılar 
Ağşəhər  diyarına  getdilər.  Şahzadə  sultan  Mustafa  o  vaxt  diyare-Qaramanın 
şəhriyarıydı,  hiylə  işlətdi,  yol  verdi.  Əflatun  binarı  deyilən  yerin  yaxınlığında 
Ağqoyunlu çərisini qoyun sürüsü kimi tarü-mar qıldılar. İki yüz sərdar əsir alındı. 
Sərxeyle-türkman olan Yusif  şah da  əsir alındı,  əsgərləri qırıldı. Həsən xan etdiyi 
işə peşiman olub qayıtdı. Fərat çayı kənarına varınca, Ərzincan və Kəmaxda olan 
kaxları xak ilə yeksan etdi. Sultan şəhriyare-İranzəmin Həsən xan diyarına əvvəle-
baharda səfər əzəmətini müqərrər etdi‖.
84
 
―Fateh  Sultan  Məhəmmədin  yarlığı‖  1473-cü  ildə  olduqca  kəskinləşən 
Ağqoyunlu-Osmanlı  münasibətlərinin  isə  cərəyan  etdiyini  bəyan  edən  ən  mühüm 
sənəddir.  Yarlığın  əvvəlində  Otluqbeli  döyüşünün  başlanma  səbəbi  -  ―Osmanlı 
hökmdarının Uzun Həsən bəyin Toqat şəhərini yaxdığı üçün, əsgər toplayıb onunla 
savaşmaq niyyəti ilə‖ gəldiyi  göstərilir. Fateh Məhəmməd Uzun Həsəni Ərzincan 
vilayətində  gözləmiş,  lakin  Ağqoyunlu  hökmdarı  hələlik  Osmanlı  qoşunu  ilə 
                                                 
 
Toqat  şəhərinin  Uzun  Həsən  tərəfindən dağıdılmasının  səbəbini  izah  edən  Xəlil  İnalcık  yazır:  ―İpək 
gətirilərkən Osmanlılar iki yerdə gömrük haqqı alırdılar: Toqatda və Bursada. İranlılar Toqatda gömrük 
haqqı alınmasından çox şikayətlənmişdilər. Uzun Həsən bunu Fatehin çıxardığı haqsız bir bidət sayır. 
Həmin işi pisləyirdi. 1472-ci ildə Ağqoyunlular Toqatı alıb təxrib etdilər‖(Bax: Halil İnalcik, Bursa. XV 
asir  sanayi  ticaret  tarihine  dair  vesikalar,  Türk  Tarih  Kurumu,  Belleten,  cilt  XXIV,  sayl93,  Ankara, 
Ocak, 1960, s. 52.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə