Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə13/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

  
 
27 
 
əmirlərinin heç biri sağ qalmamış, 5000 süvarisi öldürülmüş, şahzadə Yusif Mirzə 
həbs  edilmişdi.  Qətlə  yetirilənlərin  kəsilmiş  başları  Ağqoyunluların  qələbə  rəmzi 
kimi  başqa  məmləkətlərə  göndərildi.  Belə  ki,  Cahanşahın  başı  Sultan  Əbu  Səid 
Gürgana, Məhəmmədi Mirzə, Rüstəm Təvaçi və divan hakimi Pirsalın başları isə 
―o  həzrətin  sarayına‖  yollanıldı.  Məktubun  sonunda  Uzun  Həsən  Osmanlı 
sultanından  xahiş  edir  ki,  onu  sadiq  sansın  ki,  o  da  übudiyyət  kəmərini  belinə 
bağlayıb ―əbədi dövlətin‖ duaçısı olsun.
46
 
Göstərmək  lazımdır  ki,  bu  qələbədən  çox  keçmədən  Uzun  Həsən 
Cahanşahın oğlu Həsənli Mirzəni də edam etdirmiş və bu münasibətlə də II Sultan 
Məhəmmədə  məktub  yazmışdır.  Onun  yazdığına  görə,  Həsənli  vilayətin  ətrak  və 
əkradını  (  türk  və  kürdlərin),  təxminən  10  minə  yaxın  adamı  öz  tərəfinə  çəkib, 
ölkədə ―fisqufəsada, tuğyan və inada və təxribi-bilada‖ başlamış, lakin Azərbaycan 
yağınlığında  qala  bilməyərək,  ―təvəkkülət-Əliyullah‖  deyərək,  Həmədana  tərəf 
getmişdi.  O,  orada  çoxlu    məbəd  və  məcsid  dağıtmış,  qədəm  qoyduğu  hər  yeri 
viran etmişdi. ―Onun qəbahətli işlərini eşidib onu dəf etmək üçün [qoşuna] bir yerə 
toplanmaq əmrini verdim‖. Qoşunun tərkibindən çoxlu əsgərləri ilə şahzadə Uğurlu 
Məhəmməd  bəy  də  vardı  ki,  qoşun  onun  sərkərdəliyi  ilə  Həsənəli  üzərinə  hücum 
etdi.  Həmədan  yaxınlığında  baş  verən  döyüşdə  Qaraqoyunluların  son  qüvvəsi 
məğlub  olmuş,  Həsənəli  və  yaxın  adamları  qətlə  yetirilmişdilər.  ―İndi  bütün 
Azərbaycan,  İraq,  Fars  və  Kirman  məmləkətləri  bizim  hökmümüz  altında  asudə 
həyat sürür‖, - yazan Uzun Həsən bildirir ki, oğlum Həmədan fəthindən sonra Şiraz 
darül-mülkünə  getdi,  Bağdad  hakimi  Əmir  Məhəmməd  Tavaci  öldüyünə  görə 
Həsənəlidən  sonra  oğlum  Zeynal  bəy  onun  əvəzinə  Bağdada  hakim  oldu.  İraqe-
ərəb də bizim hökmümüz altındadır. Aramızdakı məhəbbət və sədaqət ali dərəcədə 
olduğu üçün müjdənin sizə bildirilməsi vacib görüldü‖.
47 
Uzun  Həsən  özünün  növbəti  məktubunda  Osmanlı  sultanının  elçisi  Əmir 
bəyin  gələrək  məktub  gətirdiyini  bildirir.
48
  Həmin  məktubda  duyulur  ki,  Uzun 
Həsən artıq tam  hökmlü bir padşah olmuş, qonşu dövlətlərlə diplomatik  əlaqələrə 
başlamışdı. ―Herat hakimi Hüseyn Baykaranı təbrik etmək üçün elçilər və ləyaqətli 
hədiyyələr göndərdim‖. Sonrakı cümlədə məlum olur ki, Uzun Həsən Xorasan şahı 
Sultan  Hüseyn  Baykaradan  o  qədər  də  razı  qalmamış,  ―Şahrux  və  Teymuri 
xanədanının  üzvlərindən  biri  olan  Yadigar  Məhəmməd  Mirzəni  öz  sarayına  qəbul 
edib,  onu  gələcək  Xorasan  hökmdarı  olmaq  üçün  ―tərbiyə  və  təqviyə‖  etməyə 
başlamış,  nəhayət  ona  böyük  qoşun  qoşaraq  oğlu  Sultan  Xəlilin  və  adlı-sanlı 
əmirləri olan Yusif bəy, Şah  Mənsur bəy və Əlican bəyin müşayiəti ilə Xorasana 
yollamışdılar.  Nəticədə,  həmin  məmləkət  alınmış,  ―Herat  şəhəri  Amu  çayı  və 
Hindistan sərhədinə qədər‖ Yadigar Məhəmmədə verilmişdir.
49
 
Sonra  Uzun  Həsən  Osmanlı  sultanına  bildirir  ki,  Mazandaran,  Təbəristan, 
Sari,  Əstərabad,  Qumes,  Damğan,  Bəstam,  Səmnan,  Firuzguh  və  Ələrcanı  oğlum 
Məhəmməd bahadıra verdim və sərhəddə ―30 min kişi‖ni mühafizə üçün saxladım. 


  
 
28 
 
Oğlum  Zeynal  bəyə  isə  Kirman  və  Sərcanı  –  Ümman  bəhrinin  sahillərinə  qədər 
olan ərazini, Sultaniyyəni və başqa yerləri verdim.
50
 
Məktubda  yazıldığına  görə,  Zeynal  bəy  Xorasana  yaxınlaşıb  oranı  zəbt 
etmiş, Uzun Həsən isə  ―20 min kişini‖ həmin ölkə sərhədini qorumaq üçün oranı 
saxlamış,  Sultan  Əbu  Səid  Mirzənin  ―basqınından‖  qaçıb  Qarabağda  Ağqoyunlu 
sarayına  gələn  Sistanın  şahı  Nimruz  ölkəsinə  göndərilərək,  orada  vali  və  hakim 
olmuş,  böyük  əmir  Ömər  bəy  və  bir  neçə  tümən  və  qoşun  əmirləri  Fars 
məmləkətini zəbt etmək üçün Şiraza göndərilmişdi. Uzun Həsən sultana bildiri ki, 
Şahrux  və  Cahanşah  Luristanı  ələ  keçirmək  məqsədilə  bir  neçə  dəfə  mühasirə 
tədbirinə əl atmışdılarsa da, bu onlara müyəssər olmamışdı. ―Amma biz oranı fəth 
etdik  Allaha  şükür  ki,  ətraf  yerlərdən  bizə  heç  bir  təhlükə  və  nigaranlıq 
qalmamışdır.    Qışda    Azərbaycanda    qışlayırıq,  baharda  isə  həmin  ölkələrə 
gedirik‖.
51
  Ümumiyyətlə,  Uzun  Həsənin  bu  məktubu      doğrudan  da  olduqca 
qürurlu tərzdə yazılmış və onun son vaxtlarda əldə etdiyi qələbələr böyük təntənə 
ilə nəzərə çatdırılmışdır. Adətən, başqa məktublarında Osmanlı sultanının adından 
əvvəl 5-10 sətir təşbehli ifadələr işlədən Uzun Həsən bu naməsində cəmi bircə sətir 
təşbeh  işlədərək  II  Sultan  Məhəmmədə  xəbər  verir:    ―Salamdan  sonra    məlum 
olsun  ki,  bizə  hər  dəm  təzə-təzə  qələbələr  və  hər  ləhzə  əndazəyə  sığmayan  
fürsətlər    üz    verməkdədir.    Allah-taalanın  inayəti  sayəsində  heç    bir  cəhətdən    
nigarançılığımız  qalmadı.  Qoy  dövlət[imizin]  dostları  şad,  xilafət[imizin] 
düşmənləri qəhr olsun. Vəzifənizdir   ki, bu müjdələri eşidib dövlətxahlıq və yaxşı 
münasibətlərə cəhl edəsiniz‖.
52
 
Uzun Həsən güman etmirdi ki, Osmanlı sultanına özünün neçə-neçə fəthini 
xəbər  verməklə  onu  özünə  qarşı  qaldıra  bilər.  O,  sonrakı  məktublarında  özünün 
fəthlərini  nəinki  bildirməməyə  çalışmış,  əksinə,  sultana  daha  yeni  qələbələri    
haqqında növbəti    məlumatlarını vermişdir. Uzun Həsən sultana böyük qürur hissi 
ilə  yazırdı:  ―Azərbaycan  və  İraq  məmləkətlərini  ələ  keçirdikdən  sonra  yürüş 
yüyənini  Fars  istiqamətinə  yönəltdim.  Orada  olan  düşmənlərin  və  müxaliflərin 
surətinə  ümidsizlik  tozu  çökdü.    Pərən-pərən  oldular.    Fərzəndlərimiz  və  böyük 
əmirlərimiz  onların  arxasınca  hücum  etdilər.  Ümid  edirik  ki,  onlar  tezliklə  qalib 
gələcəklər.  Hal-hazırda  bütün  Xuzistan  və  Fars  məmləkətləri  xənnaslara  
(şeytanlara - Ş. F.) tabe olmaqdan bezmişlər. Şiraz darül-mülkü səltənətin paytaxtı 
oldu.  Böyük  padşah  Sultan  Hüseyn  Baykara  tərəfindən  bizə  elçi  [heyəti]  gəldi. 
Onlar  layiqli  töhfələr  gətirərək,  sikkə  və  xütbəni  bizim  hümayun  adımızla    
bəzədilər və bizə öz itaət və sədaqətlərini ərz etdilər‖.
53 
Uzun  Həsənin  son  məktubunda  əks  olunmuş  fəth  xəbərləri  II  Sultan 
Məhəmməd  Fatehin  böyük  qəzəbinə  səbəb  oldu.  O,  dərhal  cavab  məktubu 
hazırlayaraq  onu  Ağqoyunlu  sarayına  göndərdi.  Qeyd  olunmalıdır  ki,  bu  iki 
hökmdar  arasında  gedən  yazışma  adətən  fars  dilində  gedirdi.  II  Məhəmməd 
Ağqoyunlu padşahının bu məktubunu aldıqdan sonra nəinki ona yazdığı məktubun 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə