Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə15/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

  
 
31 
 
Doğrudan  da  XV  əsrin  II  yarısında  Kiçik  Asiya  və  Orta  Şərq  hüdudunda 
Osmanlı  II  Sultan  Məhəmməd  və  Ağqoyunlu  Uzun  Həsəndən  qüdrətli  hökmdar 
yox idi. Təəssüf  ki, onlar iqtisadi və hərbi-siyasi  mənafe baxımından bir-birlərinə 
qarşı  durmuşdular.  Mənbənin  məlumatına  görə,  Uzun  Həsən  özünün  bəzi  üməra 
(əmirlər)  və  püdəması  (nədimləri)  ilə  söhbət  əsnasında  belə  demişdi:  ―Sultan 
Məhəmməd yaman ğərimdir (rəqibdir - Ş. F-), yaxşı padşahdır, onunla bulaşməğə 
(əlaqə  saxlamağa  -  Ş-  F.)  niyyətim  vardır‖.
65
  Doğrudan  da  əgər  belə  əlaqə  baş 
tutsaydı,  bəlkə  də,  nahaq  qanlar  tökülməz,  hadisələrin  axını  hər  iki  dövlət 
başçısının,  eləcə  də  osmanlı  və  ağqoyunlu  tayfalarının  uğuru  ilə  nəticələnərdi. 
Ancaq belə olmadı. 
1469-cu  ilə  qədərki  əsasən  uğurlu,  qismənsə  uğursuz  siyasi  fəaliyyətindən 
sonra  Uzun  Həsənin  bircə  rəqibi  qalmışdı  ki,  o  da  II  Sultan  Məhəmməd  idi. 
Qaramanda da öz nüfuzunu bərqərar edib, oğlu Sultan Mustafanı Qaraman oğlular 
Pirəhməd  və  Qasım  bəyin  əvəzinə  orada  yerləşdirən  Fatehin  özünün  də  Uzun 
Həsənin şəxsində böyük bir düşməni qalmaqdaydı. 
1472-1473-cü  ilin  qışında  hər  iki  tərəf  yaxın  vaxtlarda  baş  verə  biləcək 
müharibəyə ciddi hazırlaşmağa başladı. Uzun Həsənin ordusu əsasən ənənəvi Şərq 
silahları  ilə  silahlanmış  olduğundan,  təbiidir  ki,  Osmanlıların  odlu  silahları 
müqabilində  zəif  idi  və  Uzun  Həsənin  özü  də  bunu  bilirdi.  Məhz  buna  görə  də, 
Uzun  Həsən  necə  olursa-olsun  yenidən  Aralıq  dənizi  sahillərinə  çıxmaq  və 
Qərbdən  odlu  silah  ala  bilmək  imkanını  qazanmaq  ümidində  idi.  O,  həmin 
məqsədlə Fərat çayının sağ sahilində olan məmlük torpaqlarını tutmağa cəhd etdi.
66
 
Uzun  Həsən  eyni  zamanda  öz  nümayəndələrini  Avropa  ölkələrinə  də  yollayaraq, 
ona  vəd  olunan  odlu  silahın  tezliklə  göndərilməsini  tələb  etdi.  Ağqoyunlu 
diplomatları  həkim  İshaq  və  Hacı  Məhəmməd    bu  tələbi  onlara  çatdırmaq  üçün 
Avropaya  yollandılar.  Tezliklə  Venesiya  dövləti  öz  səfiri  İosafat  (Sozafa) 
Barbaronu  10  nəfərdən  ibarət  bir  diplomatik  heyətlə  Ağqoyunlu  sarayına  yola 
saldı.
67 
1471-1473-cü  illərdə  Ağqoyunlu  dövlətində  səfir  olan  venesiyalı  Katerino 
Zeno  Osmanlı  hökmdarı  II  Sultan  Məhəmməd  və  Ağqoyunlu  şahı  Uzun  Həsən 
arasındakı  münasibətlərdən  bəhs  edərkən,  onların  hər  birinin  böyüklüyünü  qeyd 
etmiş,  birinin  digəri  üçün  təhlükəli  rəqib  olduğunu  nəzərə  çatdırmışdır.  Katerino 
Zenonun  Osmanlı  hökmdarı  haqqında  belə  bir  qeydi  vardır:  ―İran  tarixçilərinin 
yazdıqlarına görə, türk sultanı II Məhəmməd qorxurdu ki, əgər Uzun Həsən [belə] 
həşəmətlə  yüksələ  bilsə,  günlərin  bir  günü  ona  ziyan  vura  bilər‖.  Həmin  müəllif 
Ağqoyunlu  hökmdarı  haqqında  isə  yazır:  ―Osmanlı  ordusunun  əzəməti  Asiya  və 
Avropa xalqlarını mat etmişdi. Uzun Həsən böyük şahlara xas olan bir iş gördü. O, 
ale-Osmanın (Osmanlı sülaləsinin - Ş. F.) əzəmətli qüdrətinin İran şahlığını dağıda 
biləcəyi ehtimalını edərək, Trabzon imperatoru Kalo İoanneslə (Ka1o İoanni) birlik 
haqqında peyman bağladı və qohumluq yaratdı‖.
68
 


  
 
32 
 
Roma  papası  III  Kalikstusun  (Salixtus)  elçisi  Uzun  Həsənin  yanına  gəlib, 
Osmanlılara qarşı ittifaq təşkil etmək zərurətini ona bildirdikdə o, bu təklifi müsbət 
qarşılamış,  öz  elçisini  də  papanın  yanına  göndərmişdi.  Ağqoyunlu  elçisi  alman 
imperatoru III Fridrixə (Friedrich) də demişdi ki,  Uzun Həsən Osmanlılar üzərinə 
yürüş etmək üçün 50 minlik bir qoşun hazırlayır, gərək yürüş yalnız şərqdən deyil, 
həmçinin  sizin  vasitənizlə  qərbdən  də  başlasın‖.
69
  Beləliklə,  məlum  olur  ki, 
Ağqoyunlu  hökmdarı  Osmanlı  hökmdarına  qarşıdakı  ölüm-dirim  mübarizəsində 
qalib  gəlmək  üçün  özünə  Avropanın  başqa-başqa  dövlət  başçılarının  şəxsində  də 
müttəfiq  tapmağa  cəhd  etmişdir.  Venesiya  səfiri  Sozafa  Barbaro  bu  haqda  belə 
yazır:  ―Osmanlı  sultanı  və  alicənab  Siqnora  (Signorla)  arasında  1471  (h.  876)-cı 
ildə  baş  verən  döyüşlər  zamanı  məni  İran  padşahı  Həsən  bəyin  səfiri  ilə  birlikdə 
oraya (İrana - Ş. F.) yolladılar. Həsən bəyin səfiri ona görə Venesiyaya gəlmişdi ki, 
bu  respublikanı  Osmanlı  sultanı  ilə  müharibənin  davamı  üçün  təhrik  etsin‖.
70
  C. 
Barbaro  ―Səyahətnamə‖də  Uzun  Həsənin  Burqundiya  və  Rusiya  ilə  də  saziş 
bağlamaq  istəyini  və  bu  məqsədlə  həmin  ölkələrə  səfir  yollamaq  meylini  qeyd 
etmişdir. Onun məlumatına görə, o özü Ağqoyunlu sarayında olduğu zaman həmin 
ölkələrə gedəcək Ağqoyunlu elçiləri ilə görüşmüşdü.
71 
Digər  tərəfdən  elə  Avropanın  bir  sıra  dövlətləri  də  Uzun  Həsənlə  ittifaqa 
girərək,  məhz  onun  əli  ilə  Osmanlı  imperiyasını  məğlub  etmək  niyyətində  idilər. 
Katerino  Zenonun  ―Səfərnamə‖sini  çap  üçün  hazırlayan  Ramozio  bu  xüsusda 
yazır:  ―Öhdəmə  götürmüşəm  ki,  cənab  Katerino  Zenonun  -  o  nəcibzadənin  İran 
səfərinin şərhini bəyan edim. Bu səfər elə bir vaxtda baş verdi ki, bizim respublika 
(yəni  Venesiya  –  Ş.F.)  türklərlə  də  yüşürdü  və  biz  istəyirdik  ki,  onları  şərq 
səmtindən  Uzun  Həsənin  qoşunu  vasitəsilə  məğlub  edək.‖
72
  Ramozio  sonradan 
nəzərə çatdırır ki, əgər Uzun Həsən Fərat çayı kənarında Osmanlılarla etdiyi birinci 
döyüşdə və Sultan Məhəmmədlə etdiyi ikinci döyüşdə (məşhur Otluqbeli döyüşü - 
Ş. F.) qalib gəlsəydi, heç şübhəsiz həmin qələbə ilə özünü Asiya və Misirin sərvəri 
etmiş olardı‖.
73
 
Ümumiyyətlə  XV  əsrin  II  yarısından  başlayaraq  bir  çox  Asiya  və  Avropa 
dövlətlərinin hər biri həmin regionda  öz  siyasi qüdrətini artırmaq barədə  düşünür 
və  bu  sahədə  fəaliyyət  göstərirdi.  Məsələn,  Venesiya  respublikası  bir  sıra  kiçik 
İtaliya  dövlətləri  ilə,  Polşa  Macarıstanla,  Türkiyə  Yunanıstanla  rəqabət  aparırdı. 
Biz  yuxarıda  qeyd  etdik  ki,  Ağqoyunlu  və  Venesiya  dövlətləri  arasında  qarşılıqlı 
mənafe baxımından bir neçə saziş bağlanmış və onlar Osmanlı hücumuna qarşı bir-
birlərinin  köməyinə  bel  bağlamağa  boyun  olmuşdular.  Belə  bir  şəraitdə  Osmanlı 
dövləti  də  öz  növbəsində  Venesiya  ilə  sazişə  cəhd  göstərdi.  Katerino  Zenonun 
yazdığına  görə,  ―Osmanlı  sultanı  bizim  respublikamızla  dostluğun  əhəmiyyətini 
dərk  etdiyi  üçün  barışıq  yolu  axtarırdı.    Ağsaqqallar    məclisinin    üzvləri      isə 
görürdülər  ki,  başqa  ölkələr  türklərin  əli  ilə  artıq  məğlub  edilmiş  olduğundan 
onların özü də asanlıqla fatehlərin qurduqları topa düşə bilərlər.
74
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə