Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə17/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

  
 
35 
 
qarşılaşmağı  məsləhət  bilməmişdi.
85
  Yarlığın  şəhadətinə  görə  Uzun  Həsən 
divanbəyi  Məhəmməd  bəy  və  əmir  Cəmşid  bəyin  komandanlığı  altında  5  min 
nəfərlik  qarovulu
**
  Ərzincanda  Osmanlılara  qarşı  göndərdi.  Müqabil  tərəf  də 
Türəxan bəyin oğlu Ömər bəyin başçılığı ilə bir o qədər əsgərlə onlara qarşı çıxdı. 
Həmin döyüşdə Ağqoyunlu qoşunu basılmış, 50-yə qədər adamı əsir düşmüşdü.
86
 
Yarlıqdan  məlum olur ki, Uzun Həsənlə həlledici döyüş məqsədi ilə Fateh 
Məhəmməd  Ərzincan  gədiyini  aşmış,  rəbiül-əvvəl  ayının  9-da  (avqustun  2-də) 
Uzun  Həsən  ona  qarşı  gəlmişdi.  İlk  qarşıdurma  Ağqoyunlu  və  Osmanlı  qarovul 
dəstələri arasında olmuş. Ağqoyunlular ―bir qaç kişini əsir almışdılar‖.
87
 Vəziyyəti 
belə  görən  Osmanlılar  hərbi  manevr  işlətdilər.  ―Ondan  sonra  biz  oradan  çıxıb, 
Bayburt  tərəfə  yürüdük.  O  (Uzun  Həsən  -  Ş.F.)  bizim  geri  dönərək  Ruma 
getdiyimizi zənn etdi‖.
88
 
Döyüş rəbiül-əvvəl ayının 16-da  (11 avqust 1473) çərşənbə  günü Başkənd 
yaxınlığında,  Otluqbeli  adlanan  yerdə  baş  verdi.  Yarlığa  görə,  Ağqoyunlu 
qoşununun hərbi tərtibatı aşağıdakı kimi idi: 
pişdarda  (münqəlay)  yaxud  öndə-Uzun  Həsən,  Təvaçi  Bayandur  bəy,  Əli 
Mirzə, Şahəli bəy Pornak, İbrahim şah bəy, Kavur İshaq; 
cəvanğar  (sağ  qol)  alayında-Uzun  Həsənin  oğlu  Zeynal  Mirzə,  Qaramanlı 
Pirəhməd, Məhəmməd bəy, Süleyman bəy, Möhrdar Şeyx Əli, Əli paşa; 
bəranğar  (sol  qol)  alayında-Uğurlu  Məhəmməd,  sahibəran  Teymur  bəyin 
övladlarından:  Məhəmməd  Bəkir  Mirzə,  Zeynal  Mirzə  və  Müzəffər  Mirzə,  Hacı 
bəy, Rüstəm bəy və ŞahMəhəmməd bəy. 
Osmanlı qoşunu isə aşağıdakı şəkildə tərtib olunmuşdu: 
Pişdarda - Davud bəy və Mahmud paşa, yeniçəri dəstəsinin önündə Sultan 
Məhəmməd Fateh; 
bəranğarda - şahzadə Bayazid Sultan, Mahaloğlu Əli bəy, Məhəmməd paşa 
və Mənsur bəy; 
cəvanğarda  - şahzadə Mustafa Sultan və İsgəndər bəy; 
qərargahda  -  Əlvan  bəyin  oğlu  Sənan  bəy,  Əliyyə  bəyin  oğlu  Xosrov  bəy, 
Həmideli bəyi Məsih bəy və Yanya (?) sancaq bəyi Sənan bəy.
89
 
Osmanlı müəllifləri bir qayda olaraq Otluqbeli döyüşünün gedişini Osmanlı 
qoşununun  mütləq  qələbəsi  ilə  izah  edirlər.  Katerino  Zenonun  ―səfərnamə‖sinə 
müqəddimə  yazan  ingilis  mütərcimi  Çarlz  Qreyin  məlumatına  görə,  döyüş 
nəticəsində  güclü  müqavimətə  rast  gələn  ―Böyük  türk‖  (―Grand-Tirk‖  –  ―Torke 
bozarg‖), yəni Sultan Məhəmməd Fateh geri dönmək məcburiyyətində qaldı. Uzun 
Həsən  onu  təqib  edərək,  yenidən  döyüşə  girdi  və  məğlub  oldu.
90
  Qeyd  etmək 
                                                 
**
 Qarovul - düşməni qarşılamaq üçün müəyyən bir yerdə yerləşdirilən ön qüvvə. Olduqca mühüm olan 
bu  əsgər  qrupun  vəzifəsi  düşmənlə  ola  biləcək  ilk  çarpışmaya  girmək  və  onun  hərbi  qüdrətini 
müəyyənləşdirmək idi  (Bax: D-r Rəhməti Arat. Göstərilən əsər, 308-309). 
 


  
 
36 
 
lazımdır  ki,  həmin  döyüşə  çıxarılan  Osmanlı  əsgərlərinin  sayı  Ağqoyunlu 
döyüşçülərinin  sayına  nisbətən  çox  olmuşdur.  Katerino  Zenonun  yazdığına  görə, 
Uzun Həsən Osmanlı qoşununun böyüklüyünü  görərkən demişdi:  ―Hay qəhbəsən. 
Nə  dəryadır!‖.
91
  Həmin  heyrət  Ancolellonun  ―səfərnamə‖sində  dəy  təxminən 
yuxarıdakı kimi səslənmişdir: ―Bay qəhbəsən, nə dəryadır!‖
92
 
Osmanlı  ordusu  həmin  döyüş  zamanı  yalnız  türk  döyüşçülərindən  deyil, 
təsir  altına  saldığı  başqa  dövlətlərin  də  hərbi    qüvvəsindən    istifadə    etmişdir.   
Rumıniyalı  (rumani)  bəylərbəyi  Murad  Pelyologiusun  su  yolu  ilə  sultanın 
köməyinə  gəlməsi  barədə  məlumat  vardır.  Katerino  Zeno  bildirir  ki,  türklərin 
birinci döyüşdə  məğlubiyyətindən sonra vuruşma  yenidən   başlanmış, Ağqoyunlu 
qoşunu məğlub edilmişdi. Nəticədə 10 min iranlı, 14 min osmanlı öldürülmüşdü.
93
 
―Yarlığ‖ın  məlumatına  əsasən  deyə  bilərik  ki,  döyüş  olduqca  qızğın  keçmişdir. 
Sultan  Məhəmməd  Fateh  yazır:  ―Bu  arada  Həsən  bəy  gəlincə,  bizim  öndəki 
qarovul  bəyləri,  Davud  bəy  Anadolu  xalqı  ilə  və  Mahmud  paşa  komandalarında 
bulunanlar yürüyüb, onun (Uzun Həsənin - Ş. F.) irəli qarovul bəylərinə yetişdilər. 
İki üç dəfə Həsən bəyin irəli qarovul bəyləri bunları bəri sürdü və bunlar da onun 
irəli  qarovul  bəylərini  geri  sürərək,  sancaqlarının  bulunduqları  yerə  qədər 
püskürtdülər. 
Bu orada biz allah-taalanın inayətiylə və ərənlər himmətiylə əsgərləri tərtib 
edərək  dərədən  çıxdıq.  Həsən  bəy  bizim  böyük  qol  alayını  görər-görməz 
müharibəyə  girmədən  buraxıb  qaçdı.  Yanındakı  bəylərindən  Pərvanəçi  Qazioğlu 
Əli bəy, Qazi Mahmud Şureyhi, Pirqara bəy, Dara oğlu Ümmət bəy, Qızıl Əhməd, 
Tirək Sinanoğlu Aləm bəy, Əmir bəyin qardaşı Gurəli bəy, Kəmax bəyi Süvar bəy, 
Həsən bəyin silahşurları, süfrəçiləri və nədimlərindən, xassə Ağqoyunlu bəyləri və 
igidlərindən  minə  yaxın  adam  yaxaladılar,  sancaqları,  təbilxanələri,  borazançı  (?), 
zurnaçı və nəfirçilərinin hamısını aldılar. O gün axşama qədər ovada  (obada - Ş.F)  
ölənlərdən  başqa  4  min  baş  kəsib  və  3  min  700  kişi  də  diri  olaraq  yaxalayıb 
gəldilər. Biz də bu qələbəliyi  təhqiq etdik. Ağqoyunlu və Qaraman xalqından  əsir 
düşən  adamlardan  kim  varsa  qılıncdan  keçirərək  cəzasını  verdik.    Qaraqoyunlu 
cağatay  xalqına  (Qaraqoyunlu  ordusunun  tərkibində  döyüşən  özbəklərə  -  Ş.F.) 
şəfqət  edib  öldürmədik.  Bunları  əsir  edib,  [özümüzlə]  birlikdə  götürməkdəyik. 
Ovada ölənlər hesab edilərsə pək çox adam öldü‖.
94
 
―Yarlığ‖ın    məlumatı  Xoca  Sədəddin  Əfəndi  tərəfindən  də  təkrarlanır. 
Sədəddinə görə döyüşdən sonra ―adlı gözəl padşah‖ (Məhəmməd Fateh - Ş.F.) üç 
gün  savaş  yerində  dincəldi.  Alim  və  sənətkarları  əfv  edib,  İstanbula  göndərdi. 
Onların  arasında  İraqi-Əcəmdən  olan  Qazi  Mahmud  Şüreyhi  və  Nişançı  Seyid 
Məhəmməd Münşi də var idi. Sultan həmin üç gün ərzində əsir tutulanları gözdən 
keçirib  üç  hissəyə  ayırmış,  Ağqoyunlu  tayfa  başçılarını  qətl,  Qaraqoyunlu 
əmirlərini  əfv,  bəzi  hökmdarların,  məsələn  Teymurləngin  nəslindən  olan 
şahzadələri  isə  (Mirzə  Məhəmmədi  Bəkir,  Mirzə  Müzəffər)  həbs  etdirmişdi.
95
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə