Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə20/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

  
 
41 
 
Yeni Rum sultanı II Bayazid ilə Sultan Yaqub arasında bir neçə il yazışma 
davam etmiş, onlar bir-birlərinə  əldə  etdikləri qələbələr barədə  vaxtaşırı  məlumat 
vermişlər.  Məsələn,  rumluların  1484-cü  ildə  Ağkirman
*
  üzərində  qələbəsi 
məktubunu  sultandan  alan  Yaqub  dərhal  cavab  yazaraq  sevindiyini  bildirmiş,
116
 
Ağqoyunluların  Şeyx  Heydər  Səfəvini  qətlə  yetirməsi  barədə  isə  Yaqubun 
göndərdiyi məktuba cavab olaraq Sultan  Bayazid öz təbrikini yollayaraq yazmışdı: 
―Ümid  edirəm  ki,  hər  iki  tərəf  arasında  belə  [xoş]  xəbərlərin  təbliği  üçün 
yazışma(lar) davam edəcəkdir‖.
117 
Müəyyən  vaxtlarda  Ağqoyunlu  və  Osmanlı  hökmdarları  bir-birilərini  fəth 
xəbərləri  ilə  sevindirməklə  kifayətlənmir,  öz  şəxsi  xahişləri  barədə  də 
məktublaşırdılar.  Sultan  Bayazidin  Ağqoyunlu  hökmdarından    şahin  (alıcı  quş) 
xahiş etməsilə əlaqədar Sulatn Yaqub ona bildirmişdi ki, sizə bu günlərdə üç şahin 
göndərmişdim, lakin onların ikisi yolda uçmuşdur. ―Qış yaxınlaşdığı üçün quşları 
qışlamağa göndərmişəm. İndi isə sizə iki şahin yollayıram. Qışlaqlarımdan yenə də 
layiqli şahinləri tutub ―həmin quşxanaya‖ göndərəcəyəm‖.
118
 
Firidun bəyin ―Münşəat‖ında Yaqub Ağqoyunlu və Sultan Bayazid arasında 
əlaqə  yaradan  başqa  məktublar  da  dərc  edilmişdir.  Lakin  bu  məktublarda  ümumi 
sözlər  və  bir  tərəfin  başqa  bir  tərəfə  yazdığı  tərifli  kəlamlardan  başqa  heç  nə 
yoxdur.  Görünür,  məktubları  aparıb-gətirən  elçilər  öz  hökmdarlarının  sözlərini 
şifahi  olaraq  çatdırmış,  məktubların  başqa  ələ  düşə  bilmək  ehtimalını  nəzərdə 
tutmuşlar.  Məsələn,  bir  yazımşada  Yaqub    olduqca  yığcam  və  rəsmi  şəkildə  öz 
elçisi  Tacəddin  İbrahimi  Rum  məmləkətinə  göndərdiyini  yazmış,  Rum  sultanı 
Bayazid isə artıq həmin elçisinin gəlib çatdığını bildirmişdir.
119 
1485-ci ildə Ağqoyunlu əmiri Bayandur xan sultan Yaquba qarşı üsyan etdi. 
Ağqoyunlu  hökmdarı  tərəfindən  onun  ―bəzi  mülki  və  dini  işlərinə  nəzarət  etmək 
üçün  İraq  ölkələrinə‖  göndərilməsi  xüsusunda  əmr  alan  Bayandur  xan
120 
tezliklə 
Həmədana  gəlmiş,  orada  Ağqoyunlulara  qarşı  ―müxalifət  taxtına‖  əyləşmiş, 
tezliklə  İsfahan  darüğəsi  Hacı  bəy  Əlpavut  və  Qum  darüğəsi  Mənsur  bəy  Zöhrab 
da  ona  qoşulmuşdular.  Tezliklə  Savə  yaxınlığında  baş  verən  döyüşdə  üsyançılar 
məğlub  edilmiş,  Bayandur  xan  öldürülmüşdür.  Sultan  Yaqub  bu  hadisə  barədə 
Rum sultanına belə məlumat verir: ―Bu xanədanın yetişdirdiyi və bu dumanın bəzi 
mülk  və  din  işlərinə  nəzarət  etmək  üçün  bir  sıra  İraq  ölkələrinə  göndərdim.  O, 
özündə  qüdrət  və  ixtiyar  görüb  itaət  yolundan  çıxdı,  hakimlik  etmək  xəyalına 
düşdü.  Azərbaycan  diyarının  da  bəzi  idbar  qüruhunu  özünə  rəfiq  edən  Bayandur 
müsəlmanların mallarını qaərət başladı. Bayandur bir dağa tərəf qaçdı. Hər iki tərəf 
döyüşı  başladı.  O,  qaçan  vaxt  öldürüldü.  Xəlil  bəy  Sufi  onun  başını  dərhal  kəsib 
bizə  gətirdi.  Biz  bu  fəthnaməni  sizə  göndərdik  ki,  qoy  sizin  sevincinizə  səbəb 
olsun‖.
121
 
                                                 
*
  Ağkirmanın  əsl  adı  ―Beldorod-Dnestrovski‖  idi  ki,  Osmanlılar  oranı  ―Ağakirman‖  adlandırırdılar. 
(Bax: Ə. Nəvai, Teymur və şah İsmayıla qədər, səh. 594). 


  
 
42 
 
Az  sonra  Gürcüstan  vilayətinin  özü  tərəfindən  fəth  edilməsi  xəbərini  də 
Rum sultanına bildirən Sultan Yaqub, onun sevincini bir qədər də ―artırdı‖. O, bu 
hücumu ―cahad‖ adlandırıdb, gürcülərin ona qarşı müxalifətdə olduqlarını xüsusilə 
qeyd  edir.
122
  Osmanlı  sultanları  kimi,  o  da  apardığı  işğalçılır  siyasətinə  cahad  adı 
ilə  bir  növ  bəraət  qazandırırdı.  Sultan  Bayazid  dərhal  ona  cavab  məktubu 
göndərərək  (h.  991-ci  il  səfər  ayının  əvvəlləri‖  bu  fəth  münasibətilə  onu  təbrik 
edir.
123  
Sultan  Yaqub  yalnız  II  Bayazidlə  deyil,  onun  oğlanlarından  ən  döyüşkən 
Səlimlə də əlaqə saxlayır, onunla məktublaşır. Belə ki, bir müddət Trabzon hakimi 
olan şahzadə Səlim özünün təşəbbüsü və təkidi ilə Kəfədə hakim olduqdan dərhal 
sonra  Sultan  Yaqubdan  məktub  aldı.  Məktubda  şahzadə  Səlimin  yeni  iş  yeri 
(təyinatı)  ilə əlaqədar yazılmışdır: ―Sultan Səlim şah (halbuki o, hələ şah deyildi – 
Ş.F.).  Səlim  alicənab  bizim  diyarın  yaxınlığında  yerləşən  əyalətə  namizəd  təyin 
edilmişdir.  Yəqin  ki,  sülh  şəraitində  yaşayacayıq‖.
124 
Məktubu  aparan  Ağqoyunlu 
elçisi  Xızır  bəyin  artıq  onun  yanına  gəlib  çatdığını  bildirən  Səlim  Ağqoyunlu 
hökmdarını arxayın edir: 
―Əbunəsr  Sultan  Yaqub!  Bu  tərəf  sizə  qarşı  heç  bir  naqisliyə  yol 
verməyəcəkdir. Qoy yazışma qapıları həmişə üzümüzə açıq olsun‖.
125
 Doğrudan da 
hər iki tərəf yazışmanı davam etdirmiş, Sultan Yaqubla Səlim məktubların birində 
göstərildiyi kimi öz ―həqiqi məhəbbətlərini‖ bir-birinə izhar etmişdilər.
126 
1490-cı  ilin  dekabr  ayının  24-də  (11  səfər  896-cı  il)  12  il  ağqoyunlu 
dövlətinə  başçılıq  edən  Sultan  Yaqub  gözlənilmədən  öldü.  Onun  vəfatının 
təfərrüatı ilə təsvir edən Fəzlullah Xunci bu gözlənilməz ölümün səbəbini qızdırma 
xəstəliyində  görür.
127 
Lakin  ondan  sonrakı  tarixçilər  (Həsən  bəy  Rumlu,  Təbrizli 
Arakel  və  başqaları)  Sultan  Yaqubun  sui-qəsd  nəticəsində  zəhərlənərək  ölmüş 
olduğunu  yazmışlar.
128 
Doğrudan  da,  Həsən  bəy  Rumlu  həmin  ölümün  səbəbini 
aşağıdakı  kimi  təsvir  edir:  Yaqubun  anası  Səlcuqşah  bəyim  ögey  oğlu  Məsih 
Mirzəni  zəhərləmək  istəmiş,  təsadüfən  zəhrə  Yaqubun  və  qardaşı  Yusif  bəyin 
nəsibi olmuş, vəziyyəti belə görən ananın özü də intihar etmişdir.
129 
Yaqubun    vəfatı  və  onun  yerinə  azyaşlı  Baysunqur  Mirzənin  şah  olması 
Ağqoyunlu  –  Osmanlı  münasibətlərinin  davam  etməsinə  heç  bir  mənfi  təsir 
göstərmədi.  Yaqub  şahın  təziyəsi  və  Baysunqur  culusu  münasibətilə  Rum  sultanı 
Bayazid  dərhal  elçi  Şeyx  Hüseyn  ağa  vasitəsilə  Ağqoyunlu  sarayəna  məktub 
yollayaraq,  yeni  hökmdarı  ―səadətqübab,  məmalekpənah,  fələkdəstgah, 
səltənətşüar,  nəticeyi-səlatine-namdar,  calese-məsnəde-padşahi...Sultan  Baysunqur‖ 
kimi  ibarəli  ifadələrlə  salamlamış,  onun  culusunu  təbrik  etmişdi.  Onun  həmin 
məktubunda  gələcəkdə  də  iki  dövlət  arasında  gediş-gəlişin  davam  etməsinin 
zərurəti  xüsusilə  qeyd  olunurdu.
130 
―İndi  Həzrət  fərzənd  gərək  bizim  atalıq 
şəvqətimizin  olduqca  güclü  olduğunu  təsəvvür  etsin.  Vəziyyəti  barədə  və  zəruri 
məsələlər  haqda  yazışma  qapılarını  açıq  saxlasın‖.
131 
Tezliklə  Sultan  Bayazidin 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə