Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə19/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

  
 
39 
 
amirəyə  çatdırsın  ki,  başqa  şahzadələr  də  mürəxxəs  ola  bilsinlər.  Əgər  [göstərilən 
məbləği]  tez göndərməsə, qardaşlarına zərər dəyəcək‖.
104 
Osmanlı  sultanının  sonrakı  cümləsindən  məlum  olur  ki,  Ruqiyyə  xatunun 
Osmanlı sarayına göndərdiyi töhfələr içərisində kitablar da olmuşdur. Lakin, onlar 
sultanı  təmin  etməmiş  (―həmin  kitablardan  burada  da  çoxdur.  Az  tapılanlardan 
göndərin‖), o, əsirlikdə qalan Yusif bəy və Ömər bəy üçün göndəriləcək xunbəha 
pulunun miqdarını bir daha xatırlatmışdır: ―Yusif bəy üçün 200 tüməne-Təbrizi və 
Ömər bəy üçün 150 tüməne-Təbrizi müqərrərdir‖.
105
 
Çox  keçəndən  Ruqiyyə  xatun  sultanın  ikinci  məktubunu  da  alır.  Bu 
məktubdan  aydın  olur  ki,  yuxarıda  adları  çəkilən  üç  şahzadədən  başqa,  Osmanlı 
sultanından  daha  iki  əmirzadə  (Məhəmməd  Bağır  və  Müzəffər  bəy)  xüsusunda 
xahiş  edilibmiş.  Sultan  Ruqiyyə  xatuna  Məhəmməd  Bağırın  vəfat  etdiyini 
bildirdikdən  sonra  yazır:  ―Zeynal  bəy  və  Müzəffər  bəy  üçün  müqərrər  olan 
məbləğə göndərsin. Yollandığınız töhfə və hədiyyələrin dəyəri hesablanacaq. Əgər 
həmin məbləği göndərə bilməsəniz əmirzadə Zeynalı geri qaytarın, yoxsa əlimizdə 
olan qardaş(lar)ına zərər dəyəcək‖.
106 
Sultan  Məhəmməd  Fateh  və  Ruqiyyə  xatun  arasında  baş  verən  və 
imperiyanın  maddi  marağının  xeyrinə  yönələn  bu  yazışmadan  Osmanlı  sarayında 
əsir alınan şahzadələr üçün təyin olnumuş xunbəha və onun miqdarı məlum olur.  
Uzun  Həsən  Otluqbel  məğlubiyyətindən  sonra  Ağqoyunlu  döyüşçülərini 
ətraf  yerlərə  hücumları  azalmış,  onlar  əsasən  qonşu  xırda  dövlətlər  üzərinə  yürüş 
etməklə kifayətlənmişdilər. Uzun Həsənin  son  yürüşü Gürcüstana 1476-cı ildə (h. 
881) etdiyi qəzavat
*
 olmuşdur. 
Uzun  Həsən,  mənbələrin  məlumatına  görə,  rəiyyətin  qayğısına  qalan  bir 
padşah  olmuşdur.  O,  ―Qanunnamə‖  adlı  bir  sənəd  hazırlamış,  rəiyyətdən  vergi 
yığılarkən feodal və dövlət məmurları tərəfindən sui-istifadə hallarının qarşısını ala 
bilməmiş.
107 
Uzun Həsənin qanunları Şərqi Anadoluda ―Həsən padşah qanunu‖ adı 
ilə  məşhur  olmuş,  oranı  ələ  keçirən  Osmanlılar  çox-çox  sonralar  da  həmin 
qanunları  oralarda  tətbiq  etmişlər.  Bu  fakt  həmin  vilayətlərə  aid  ola  təhrir 
dəftərlərinə  edilən  qeydlərə  aid  ―müfəssəl  təhrir  və  ovqaf  dəftərləri‖ndə  ―səbt 
olunan‖  qanunlar  məhz  Uzun  Həsənin  ―Qanunnamə‖sinə  əsasən  yazılmışdır. 
Fəxrəddin  Kırzıoğlunun  Türkiyə  Baş  Vəlakət  Arxivi  sənədlərinə  əsasən  nəzərə 
çatdırılan qeydində məlum olur ki, Xv əsrin II yarısında Diyarbəkir vilayətində də 
yerli  xalqın  çoxdan  bəri  alışdığı  ―bacü-tamğa‖  vergiləri  Uzun  Həsəndən  qalma, 
―Həsən padşah yasaları‖na əsasən toplanırdı. İlk Osmanlı təhrir dəftərinə (h. 924-m. 
1518)  yazılmışdır.  ―Məhsulati-qürra  bər  movcibe-qanune-osmani  və  bacü-tamğa 
bər  mövcibi  Həsən  padşah‖.
**
  Uzun  Həsən  hakimiyyətə  çıxmağa  hazır  olan  beş 
                                                 
*
 Müqəddəs yürüş, müharibə. 
**
―Şəhər  və  kəndlərdən  yığılan  vergilər  Osmanlı  qanunları  bac  və  tamğa  isə  Həsən  padşah  qanunları 
əsasında (yığılırdı)‖. 


  
 
40 
 
oğlu vardı. Böyük oğlu Sultan Xəlil şahlığa ilk namizəd, ikincisi – Maqsud, üçüncü 
və bir sıra tarixçilərin  yazdığına görə ən layiqlisi Yaqub idi. Dördüncü və beşinci 
şahzadələrin  adları  Yusif  və  Məsih  idi.  Fəzlullah  ibn  Ruzbehan  Xuncinin 
məlumatına  görə,  ölüm  yatağında  olan  Uzun  Həsən,  bu  xəbəri  eşidib  Şirazdan 
gələn  böyük  oğlu  Xəlilə  taxta  əyləşməyi  məsləhət  bilməmiş,  bu  yüksək  vəzifəni 
Yaquba  vəsiyyət  etmişdir.
108 
Amma  Uzun  Həsən  vəfat  edən  kimi  Təbriz  taxtına 
məhz Sultan Xəlil  əyləşmiş,  Uzun Həsənin ölümün  və özünün  Ağqoyunlu taxtına 
əyləşmə  xəbərini  rəsmən  bildirmək  üçün  Qazi  Əlaəddin  Beyhəqini  İstanbula  –  II 
Qazi  Məhəmməd  Ruminin  (Sultan  Məhəmməd  Fatehin  –  Ş.F.)  yanına 
yollamışdı.
109 
 
Amma hadisələr Yaqubun xeyrinə cərəyan etməkdi idi. Çünki şahzadələrin 
bəziləri (Yusif, Murad ibn Cahangir, İbrahim ibn Cahangir) və ən əsası isə əlində 
böyük imkan və qüdrəti olan məlikül-üməra Süleyman bəy ibn Bicən Sultan Xəlilə 
qarşı idilər.
110
  Fəzlullah  ibn  Ruzbehan  Xuncinin  məlumatına  görə,  Uzun  Həsənin 
vəfatından sonra (5 yanvar 1478) şahzadə və əmirlər hakimiyyətin Sultan Yaquba 
veriləcəyini gözləyir və Xəlilə etimad etmirdilər.
111 
lakin bu belə deyildi. 
Uzun  Həsən  vəfatı  ilə  əlaqədar  dövlət  daxilində  bir-birinə  əks  olan 
qüvvələrin  qruplaşması  başlandı,  amma  özünə  tərəfdar  olan  əmirlərin  və  dövlət 
başçılarının  fəal  köməyi  sayəsində,  məlum  olduğu  kimi,  səltənət  taxtına  böyük 
şahzadə Sultan Xəlil əyləşdi.
112 
O,  Diyarbəkiri  qardaşı  Yaquba  verib,  həbsdə  olan 
digər  qardaşı  Maqsud  bəyi  qətlə  yetirdikdən  sonra,  Türkiyə  ilə  münasibətləri 
yaxınlaşdırmaq məqsədi ilə oraya elçi heyəti göndərmişdi.
113
  
15  iyul  1478-ci  ildə  (14  rəbius-sani  883)  Mərənd  yaxınlığında  iki  şahzadə 
arasında həlledici döyüş başladı. Xəlil məğlub edildi və Ağqoyunlu taxtına Sultan 
Yaqub əyləşdi.
114 
Yeni  Ağqoyunlu  hökmdarının  12  illik  hakimiyyəti  dövründə  Osmanlılarla 
açıq-aşkar  düşmənçilik  etmək,  onlara  pis  münasibəti  nümayiş  etdirmək  meyli 
aradan çıxmış, Sultan Yaqub və Fateh arasında yazışmalar və elçi get-gəli normal 
vəziyyətə  düşmüşdü.  Lakin  bir  sıra  başqa  ölkələrin  dövlət  başçıları  Ağqoyunlu-
Osmanlı  münasibətlərində  uzun  illərdən  bəri  yaranmış  soyuqluğu  istifadə  etməyə 
cəhd  göstərirdilər.  Öz  məlum  əsərində  1486  (h.  891)-ci  il  hadisələrini  şərh  edən 
Fəzlullah  ibn  Ruzbehan  Xuncinin  məlumatına  görə  həmin  il  sultan  Yaqub  rəcəb 
ayının  ortalarında  (iyul)  Təbriz  yaxınlığında,  Səhənd  dağında  istirahət  edərkən, 
onun  yanına  Misir  Sultanı  Qayıtbəyin  elçisi  Qanum  Şərbətdar  gəlmiş  və  ona  bir 
―dostluq  məktubu‖  gətirmişdi.  Həmin  məktubda  rumlular  üzərinə  çalınan  ―xoş 
Misir  xəbəri‖ndən  söhbət  gedir.  Sultan  Yaqub  məktubda  verilən  xəbərdən  çox 
sevinmiş,  məhşur  vəziri  Qazi  Səfiəddin  İsa  Savəci  vasitəsilə  Qayıtbəyə  dərhal 
cavab məktubu yazdırmışdı. Sultan Yaqub Misir sultanına vəd etmişdi ki, gələn il 
öz səfirini Misirə yollayacaq.
115 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə