Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə10/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

  
 
21 
 
Qaraqoyunlu  əmirinin  təklifi  həyata  keçmiş,  hər  iki  tayfa  başçıları  uzun  sürən 
mübarizələrə əl atmışdılar.  
Yuxarıda  qeyd  etdiyimiz  ―məktub  məsələsi‖nə  bir  daha  qayıtmaq  olduqca 
maraqlı  olardı.  Belə  ki,  Teymuri  Şahruxa  yazılan  məktubun  göndərilən  ünvana 
deyil, Osmanlı sultanına gedib çatdığını öyrənən Qara Osman bərk qorxuya düşür 
və  dərhal  sultana  ―zəraətnamə‖  (―yalvarış  məktubu‖)  yollayır:  ―Biz  bu  günlərdə 
Xacə  Mənsur  Amidini  Şahrux  bahadırın  sarayına  yollamışdıq.  Qara  Yusifin  oğlu 
Cahanşah  onunla  bizim  aramızda  olan  ədavətə  görə  onu  tutmuş  və  bu  sadiq 
bəndənin  məktubunu  ələ  keçirmiş,  qasidi  qətlə  yetirmiş,  məktubu  yandırmışdı. 
Təbrizdə  bizim  möhürümüzü  həkkaklar  vasitəsilə  tökdürmüş,  məktubu  başqa 
məzmunla  yazaraq  sizə  yollamışdır.  Vallah-billah  ki,  əhvalat  belə  olmuşdur. 
Mənim sədaqətdən və aramızda olan dostluqdan başqa bir fikrim yoxdur‖.
5
 Həmin 
məktubda  Qara  Yusif  və  onun  övladları  ―düşmən‖  adlandırılmış  və  sultandan 
təvəqqə edilmişdir ki, onların ―qərəzli sözlərinə‖ inanmasın.

Belə  ki,  I  Sultan  Məhəmmədin  Qara  Osmana  göndərdiyi  məktubda  deyilir 
ki,  ―biz  sizlərdən  bu  son  vaxtlarda  dostluq  və  xeyirxahlıqdan  başqa  bir  şey 
görməmişik, buna görə də, özünüzə təsəlli verin, özünüzü bizim dostumuz salın‖.

Ağqoyunlu tayfa  ittifaqının başçısı Qara  Osmanın vəfatından sonra  (1435) 
hakimiyyət  onun  böyük  oğlu  Əlibəyin  əlinə  keçdi.  O  da,  öz  atasının  siyasətini 
davam  etdirir,  Osmanlı  sarayına  vaxtaşırı  məktublar  yollayırdı.  Yeni  Osmanlı 
hökmdarı  II  Sultan  Murad  da  onu  cavabsız  qoymur,  öz  məsləhətlərini  çatdırırdı. 
Osmanlı sultanı Ağqoyunlu Əlibəyin ―ixlasla‖ (məhəbbətlə) yazdığı bir məktubdan 
(―özümüzü o həsrətin mülazimi etmək istərdik‖) razı qaldığını bildirmiş, gələcəkdə 
onun  hər  hansı  niyyəti,  məqsədi  olarsa,  Osmanlı  dövləti  tərəfindən  yerinə 
yetiriləcəyini  xüsusi  qeyd  etmişdi.
8
  Hətta  sultan  ona  yazmışdı  ki,  ―öz  qasidi 
vasitəsilə göndərdiyi layiqli xalatı can sağlığı ilə geyinsin, sədaqət qapılarını açsın 
ki, həmişə şahanə layiq görülmüşdür.

Qara Osmanın başqa övladları da (Həmzə bəy, Cahangir) II Sultan Muradla 
yazışırdılar.  Həmzə  bəy  hətta  Osmanlı  sultanına  bir  qoşun  başçısı  kimi  də  bəzi 
xidmətlər  göstərir,  sultanın  mənafeyini  dəfi  üçün  Ağqoyunlu  qoşununun 
yollanmasını  və  beləliklə  də  qələbə  əldə  edilməsini  təfsilatı  ilə  xəbər  verir.  ―İndi 
siz  əmr  edin,  mən  qalanı  kimə  məsləhət  bilsəniz  ona  da  verim‖,
11
  yazan  Həmzə 
bəyə  cavab  məktubunda  Sultan  Murad  Ərzincandakı  qələbənin  onu  sevindirdiyini 
bildirib  qeyd  edir  ki,  o  yerlərdə  bundan  sonra  əmin-amanlıq  olacaq,  tacirlər  və 
karvanlar rahat gediş-gəliş edəcəklər.
12 
Atası  Əlibəydən  sonra  Ağqoyunlu  tayfa  ittifaqının  başçısı  olan  Cahangir 
Ağqoyunlu  da  II  Sultan  Muradla  əlaqə  saxlayırdı.  Atası  kimi  o  da  özünün  türk 
sultanının ―mülazimi‖ olduğunu bildirir, ―bizim məmləkətimizdə elə sizindir və bu 
da  ev  ilə  o  ev  birdir‖
13 
kimi  cümlələr  yazmaqla  ona  öz  səmimi  münasibətini 
bildirirdi.  Çox  keçmədən  onunla  qardaşı  Uzun  Həsən  arasında  nifaq  yarandı, 


  
 
22 
 
nəticədə  Diyarbəkir  qalası  və  Mardin  Cahangirin  əlindən  çıxdı.  Məlumata  görə 
―siyasi  cəhətcə  təcrübəli  qadın  olan‖  Saray  xatunun  işə  qarışması  sayəsində 
qardaşlar  arasında  barışıq  yarandı.  Cahangir  sonralar  sanki  Osmanlı  dərgahına 
yolladığı  məktubların  məzmununu  unudub,  Uzun  Həsənin  türklərlə  etdiyi 
döyüşlərdə qardaşına kömək etməkdə idi.
14
 
1453-cü  ildə  İstanbulun  Sultan  Məhəmməd  tərəfindən  fəthindən  sonra 
―Fateh‖  təxəllüsü  daşıyan  Osmanlı  sultanı  olduqca  təkəbbürlü  olmuş,  get-gedə 
fəthlərinin  sayını  artırmağa  başlamışdı.  O,  İstanbul  fəthindən  sonra  özünü  Roma 
imperiyasının  yeganə  qanuni  varisi  saymışdı.  Hətta,  Yunanıstanın  feodal  (1396-
1485)  Fatehə  belə  yazmışdı:  ―Kimsə  şübhə  etməz  ki,  sən  romalıların 
imperatorusan,  çünki  imperiyanın  mərkəzini  rəsmən  əlində  saxlayan  bir  şəxs 
imperatordur və Roma imperiyasının mərkəzi də İstanbuldur‖.
15
 
Trabzon  dövlətinin  az  sonra  Osmanlı  imperiyası  tərəfindən  süquta 
uğradılması  bu  imperiyanın  Ağqoyunlular  əleyhinə  atdığı  ilk  böyük  düşmənçilik 
addımı  idi,  çünki  Trabzon  Avropa  ilə  Şərq  ölkələri  arasında  ticarət  əlaqələrinin 
yaranmasında  mühüm  əhəmiyyətə  malik  idi.  Kiçik  Asiyanın  şimalında  və  Qara 
dənizə  yaxın  mövqedə  yerləşən  Trabzon  vasitəsilə  bir  çox  dövlətlər  Azərbaycan, 
İran,  Orta  Asiya,  Hindistan  və  Çinlə  fəal  ticarət  etməkdə  idilər.  Trabzon-Tərbiz 
yolu  ilə  hərəkət  edən  avropalı  tacirlər  Asiyanın  bütün  nöqtələri  ilə  ticarət  edə 
bilirdilər.  Trabzon  Ağqoyunlu  dövlətinin  Qara  dənizə  çıxması  üçün  mövcud  olan 
yeganə  vasitə  idi.  Trabzon  həmçinin  Ağqoyunluların  Osmanlılara  qarşı  müttəfiqi 
idi.
16
 
Uzun  Həsən  təkcə  Osmanlılarla  deyil,  həmçinin  Qaraqoyunlularla  da 
nifaqda  idi.  Cahanşah  Uzun  Həsənin  əleyhinə  gedən  Cahangirin  tərəfini  tutur, 
Uzun  Həsən  isə  Cahanşaha  qarşı  çıxan  Qaraqoyunlu  şahzadələrinin  tərəfini 
saxlayırdı.
17
  Lakin  Qaraqoyunlu-Ağqoyunlu  ziddiyyəti  getdikcə  dərinləşməkdə 
olan  Ağqoyunlu-Osmanlı  ziddiyyətinin  önündə  hələ  bir  o  qədər  də  təhlükəli 
görünmürdü.  Osmanlı  hökmdarı  II  Sultan  Məhəmmədin  Ağqoyunlu  dövlətinin 
mənafeyinə bilavasitə bərk ziyan vuran hərbi-siyasi fəaliyyəti tezliklə Ağqoyunlu- 
Osmanlı  ziddiyyətini  olduqca  kəskinləşdirdi.  Nəticədə  Osmanlı  sultanının  kiçik 
feodal  dövləti  olan  Trabzona  1461-ci  ildə  həyat  keçən  hərbi  yürüşü  ərəfəsində 
Usun  Həsənlə  II  Sultan  Məhəmmədin  ilk  döyüşü  baş  verdi.  Bu  döyüşün  şərhinə 
başlamazdan əvvəl Trabzon-Ağqoyunlu münasibətlərindən də bir qədər danışmaq 
lazımdır.  Məlum  olduğu  kimi,  Turəli  bəy  (Əlaəddin)  Ağqoyunlunun  oğlu  Qutlu 
bəy və Bayanduriyyə sülaləsinin ən əzəmətli bəylərindən olan Qara Yuluq Osman 
Trabzon  imperatorlarının  qızları  ilə  evlənmişdilər.
18
  Sonradan  Uzun  Həsən  də  IV 
İoannın  qızı  Teodora  (Feodora)  ilə  izdivac  etdi.  Bütün  bunlardan  başqa  Trabzon 
Ağqoyunlu dövləti üçün təkcə xarici ticarətdə yox, onun hərbi-siyasi həyatında da 
böyük qol oynayır, Ağqoyunlu bəyləri məhz Trabzon imperatorları vasitəsilə Qərb 
dövlətləri  ilə  diplomatik  əlaqələr  yaradırdılar.  Trabzonu  Osmanlı  təcavüzündən 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə