Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə6/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   2   3   4   5   6   7   8   9   ...   65

  
 
13 
 
Qaraqoyunlular  və  Ağqoyunlular  arasında  olan  vəziyyəti  daha  da  gərginləşdirdi. 
İspənd  Mirzənin  Təbrizə  onun  üstünə  hücum  xəbərini  eşidən  Əlibəy  Bayandur 
Diyarbəkirə  qaçdı,  lakin  məlumata  görə,  qardaşı  İsgəndərin  Təbrizə  hücumunu 
bilən  İspənd  şəhəri  tərk  etməyə  məcbur  olmuş  və  İsgəndər  Azərbaycan  taxtına 
əyləşmişdi.
46 
Deməli,  Təbriz  bir  neçə  ayda  bir  neçə  nəfərin  əlinə  keçmişdi. 
Dövlətşah  Səmərqəndi  bildirir  ki,  Şahrux  Azərbaycanı  öz  övlad  və  əmirlərinə 
vermək  istəyirdisə  də,  onlar  İsgəndərin  qorxusundan  Azərbaycanda  hakim  olmaq 
istəmirdilər.
47
   
Nəhayət Şahrux İsgəndəri məğlub edərək, Azərbaycanı Cahanşaha verdi və 
beləliklə də, Azərbaycanda yenidən Qaraqoyunlu hakimiyyəti bərpa olundu.
48
 
Göstərmək  lazımdır  ki,  Osmanlı  sultanı  I  Murad  (1360-1389)  il 
Qaraqoyunlu  əmirləri arasında  yaxşı  münasibət olmuşdur.  Sonrakı  Rum sultanları 
da  (I  Sultan  Məhəmməd  və  II  Sultan  Murad)  Qaraqoyunlularla  pis  rəftara  yol 
vermirdilər.  Elə  yuxarıda  göründüyü  kimi,  Qaraqoyunlu  tayfa  ittifaqının  böyük 
əmirləri və şahzadələri də arada olan hörmət-izzəti gözləyirdilər. Lakin İsgəndər öz 
―qürur  və  nadanlığı  üzündən...  Rum  vilayətini  dağıtmaq  və  camaata  əzab-əziyyət 
verməklə  məşğul  idi.
49
  Məhz  buna  görə  Qaraqoyunlu-Osmanlı  münasibətləri 
ərginləşməyə başladı. 
Teymuri  Şahrux  sultan  və  hakim  –  yəni  II  Sultan  Murad  və  İsgəndər 
arasındakı  nifaqdan  öz  xeyrinə  istifadə  etməyə  çalışırdı.  O,  Qara  Yusifin  böyük 
miqdar  qoşununun  ona  məğlub  olması  münasibətilə  Rum  sultanına  göndərdiyi 
―Fəthnamə‖də  yazırdı:  ―Qara  Yusifin  mənimlə  düşmənçilik  edirdi.  Çarəsiz  qalıb, 
özümüzü  qorumaq  məqsədi  ilə  823-cü  ilin  şəban  ayının  15-də  (1420-ci  ilin 
avqustun  26-sı  –  Ş.F.)  Səmərqənd  darüs-səltənəsində  çıxıb  Azərbaycana 
yollandıq‖.
50
 
Şahruxun  II  Sultan  Murada  zilhiccə  ayında  Qarabağqan  yazdığı  bu 
məktubdan  məlum  olur  ki,  o  ―təsərrüfündə‖  (hakimiyyəti  altında)  olan 
Məvaraənnəhr,  Xorasan,  Zabul,  Kabul,  Sistan,  Kirman,  Mazandan,  Təbəristan, 
Fars,  Xuzistan,  İraqi-Əcəm  və  başqa  ölkələrdən  200  mindən  çox  əsgəri  olan  bir 
ordu  ilə  Qara  Yusif  üzərinə  hücuma  keçmişdi.  ―Mazandaran  vilayətində  olan  bir 
neçə fili də Humayun orduya gətirdilər. Təvaçilər bir neçə gün qoşunları saydılar, 
iki yüz min zirehli əsgər qələmə alındı, əksəriyyətini saya bilmədik. Təxminən 10 
dəfə yüz min əsgər toplanmışdı‖.
51 
Osmanlı  sultanına  verdiyi  bu  ―hesabat‖dan  məlum  olur  ki,  onun 
Azərbaycana  gətirdiyi  qoşunlarındakı  əsgərlərin  sayı  bir  milyon  nəfər  (―10  dəfə 
yüz  min‖)  olmuşdur.
52
  Şahrux  belə  şişirdilmiş  məlumatı  Osmanlı  hökmdarına 
bildirməklə, eyni zamanda, onun qarşısında əzəmət və qüvvətini nümayiş etdirirdi. 
―Zilqədə  ayının  axırında  Qara  Yusifin  ölüm  xəbəri  gəldi.  Böyük  oğlum 
Mirzə Baysunqur Təbrizi tutmağa yollandı. Zilhiccənin ortalarında Əmir Xəlilullah 
İbn Şeyx İbrahim –  Şirvanşah qiymətli peşkeşlərlə Humayın görüşə gəldi. Beş gün 


  
 
14 
 
sonra  sizin  elçiniz  Bəhram  bəy  də  gəlib  məktub  gətirdi.  Cahanşah  da  bizim 
dünyaya  pənah  verən  sarayımıza  gəldi  və  Azərbaycan  əyalətini  ona  verdi.  Qara 
İsgəndər  Ərzincanın  Çubuqcivarına  çıxmışdır.  O,  Qara  Yuluq  Osmanla 
döyüşməkdədir.  Mən  hal-hazırda  Allahın  köməyi  ilə  onu  dəf  etməklə  məşğulam. 
Əgər o, sizin  tərəflərə pənah gətirərsə, onu ələ keçirib mənim sarayıma göndərin. 
Qara Yusifin aradan çıxması fərəh və sevincimizə səbəb olmuşdur‖.
53 
II  Sultan  Murad  bu  fəthnaməni  alan  kimi  Şahruxa  dərhal  məktub  yolladı. 
Məktubun yazı təhrində duyulur ki, Şahrujxun əzəməti Osmanlı sultanı tərəfindən 
gələcək də nəzərə alınmayan və o, atasının səhvini təkrar etməməli, ağır Teymurun 
qoşununa  qarşı  diqqətsiz  olmamalıdır.  Məktubda  ―Şahrux  bahadur‖  ifadəsi 
işlədilənə  qədər  6  sətir  bu  adın  epiteti  (tərifli  ibarələri)  işlədilmiş,  ad  çəkiləndən 
sonra  yenə  3  sətir  həmin  adın  bəzəyən  təşbehlər  verilmişdir.  ―Sizin  Humayın 
əhvalınızdan və Azərbaycanın zəbtindən... Şirvanşah Fərrux Yasarın
*
 (―Xəlilullah‖ 
adı  düşmüşdür  –  Ş.F.)  görüşünüzə  gəlməyindən  və  o  diyarın  başqa  əhvalından 
xəbərdar olduq və [bu məsələlər] bizim keyfimizi çoxaltdı. Qara İsgəndərin Ruma 
tərəf qaçmağından fikrə düşdük və fərman verdik ki, əgər ondan bir xəbər-ətər tuta 
bilsələr dərhal ona hücum etsinlər‖.
54 
Təxminən elə o vaxtdan Şahruxun və II Sultan Muradın gözlədiklərinin əksi 
baş  verdi.  Rum  sultanı  Qaraqoyunlu  şahzadəsindən  onun  Qara  Yuluq  Osmanı 
məğlub  etməsi  xüsusunda  məktub  aldı.  Qara  İsgəndər  bəy  məktubunda  Şahruxun 
Azərbaycana hücumu, atasının təbii ölümlə dünyanı tərk etməsi, qardaşları İspənd 
bəyin və Şah Məhəmmədin Naxçıvan dağları və Qafan dağlarına pənah apardıqları, 
Cahanşahın  Ərcikdə  yaşamağı,  özününsə  Mirzə  Baysunqurun  hücumundan 
qurtararaq,  Çubuqcivara  üz  tutmağı  və  bir  neçə  dəfə  özbək  ləşkəri  ilə  döyüşü 
barədə Rum sultanına ətraflı məlumat verir. Məktubda məlum olur ki, ―məktublar 
aparan bir özbək casusu təsadüfən onun əlinə keçmişdir‖. Məktubları oxuyan Qara 
İsgəndər  özbəklərlə  ittifaqa  girən  Qara  Yuluq  Osmanın  onun  üstünə  hücum 
niyyətilə  gəlişindən  xəbərdar  olur.  Nəticədə  10  min  döyüşçü  ilə  qəfildən  ona 
basqın edən Qara İsgəndər Ağqoyunluların 20 min əsgərini qıraraq, başçıları Qara 
Osmanı məğlub etməyə müvəffəq olur.
55 
Qara İsgəndərin Osmanlı sultanına yolladığı bu məktubun sonunda maraqlı 
bir  məlumat  da  vardır:  ―[Qara  Osmanın]  iyirmi  mindən  çox  adamı  qırıldı,  sağ 
qalanlar  isə  pərən-pərən  düşdülər.  Kəsilən  başları  üç  doqquz  ayıraraq,
*
  dostlara 
yolladım.  Onun  təvacisi  Əhməd  bəyin  başını  isə  şadmanlıq  əlaməti  kimi  Cəmşid 
ağa  Əfşarla  [sizə]  göndərdim  ki,  qədim  dostluğumuzu  və  səmimi  məhəbbətimizi 
unutmayasınız‖.
56
 Demək, Qara İsgəndər Osmanlılarla  Qaraqoyunlular arasındakı 
―qədim dostluq və səmimi məhəbbəti‖ xatırlamaqla  yendən sultanın mərhəmət və 
                                                 
*
 Fərrux Yasar – Xəlilullahın ləqəbi olmuşdur. Onun oğlanlarından birinin adı belə idi. 
*
  9  rəqəmi  türklərdə  və  monqollarda  müqəddəs  sayılırdı.  Onlar  bütün  hədiyyələri  doqquz-doqquz 
yollayır,  hakimin xidmətinə gəldikdə isə doqquz dəfə təzim edirdilər (Ə.Nəvainin qeydi). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə