Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə3/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   2   3   4   5   6   7   8   9   ...   65

  
 

 
yazdığı üçüncü məktubunda Qara Yusifi ―yolkəsən quldur‖ adlandırır və ―dostluq 
qayda-qanunu‖  əsasında  onun  Teymurilərə  təslim  edilməsi,  yaxud  da  Rum 
vilayətindən  çıxarılması  təklifi  irəli  sürülürdü:  ―Əzəmətli  noyon  Bayazid  xan 
bahadır!..  Qoy  bizim  aramızda  elçi  və  kəlməçiyan  (kəlməçilər  -  Ş.  F.)  get-gəli 
başlasın  Sultan  Əhməd  Cəlairi  ilə  Qara  Yusifin  arası  yaxşıdır  hərçənd  ki,  Sultan 
Əhməd  tərəfdən  üç-dörd  nəfər  o  ölkələrdə  (yəni  Azərbaycan  və  İraqi-Ərəbdə  - 
Ş.F.)  hakimiyyət  etmişlər,  amma  Qara  Yusif  yolkəsən  quldurdur.  Bizim 
dostluğumuzun və sülhün davamı üçün: gərək o cənab (Sultan Bayazid - Ş. F.) onu 
(Qara  Yusifi  -  Ş.F.)  öz  yanında  saxlamayıb,  ya  bizim  tərəfə  yollasın,  ya  da 
vilayətdən çıxarsın‖.
12
 
Bununla  əlaqədar  Sultan  Bayazidin  Əmir  Teymura  verdiyi  ehtiyatlı  cavab 
olduqca  maraqlıdır.  Əhməd  Cəlairi  və  Qara  Yusifin  artıq  uzun  müddət  onunla 
dostluq  etdiklərini  və  heç  bir  ixtilafa  yol  vermədiklərini  nəzərə  çatdıran  Rum 
sultanı  onların  artıq  Rum  məmləkətini  tərk  etdiklərini  xəbər  verir:  ―Yazdığınız 
[məktubdan  məlum  oldu  ki,  Əhməd  Cəlairini  tutub,  Qara  Yusif  Türkmanla  birgə 
göndərim.  Bu  məsələ  bəhanədən  başqa  bir  şey  deyildir.  Onlar  hal-hazırda  bizim 
məmləkətdən çıxmışlar. Əgər geri qayıtsalar belə, onları incitmək Osmanlı qayda-
qanunundan xaric bir iş olar. Biz o iki fələkzədəni özümüzdən incitməyəcəyik‖.
13
 
Bu məktubu oxuyan Əmir Teymur başa düşür ki, Sultan Bayaziddən Cəlairi 
və  Qaraqoyunlu  hakimlərini  təhdid  yolu  ilə  geri  almaq  ona  müyəssər 
olmayacaqdır.  Buna  görə  də  nəzakətli  tərzdə  yazılmış  dördüncü  məktubunu 
Osmanlı sultanına göndərir: ―Bayazid xan! Biz istəyirdik ki, bizimlə o tərəf (Rum - 
Ş.F.) arasında dostluq hökm sürsün. Elə buna görə də [sizə] bir neçə məktub azdıq, 
[sizdən] sülh və dostluq istədik. İndi siz Əhməd Cəlairini özünüzdən uzaqlaşdırın, 
[elə] Qara Yusiflə də o cür hərəkət edin‖.
14
 
Cavab  məktubunda  Sultan  Bayazid  Teymurun  ―qovğa  yaratmaq  üçün‖ 
bəhanə  gəzdiyini  bildirirsə  də,
15
  Teymur  təzədən  onu  ―müsəlmanların  əmin-
amanlığı naminə‖ sülhə dəvət edir.
16
 
Əmir  Teymurun  məktubuna  yazdığı  cavabda  Sultan  Bayazidin  Cəlairi 
hökmdarı  və  Qaraqoyunlu  əmirini  himayə  etməkdən  çəkinməyəcəyi  və  onunla 
döyüşə hazır olduğu bildirilir.
17
 
Bu  məktublaşma  zamanı  Sultan  Əhməd  və  Qara  Yusif  Osmanlı  sultanının 
heç bir təzyiqi olmadan  Rumdan çıxaraq Ərzincana  tərəf hərəkət edirlər. Bundan 
dərhal  xəbər  tutan  Əmir  Teymur  onları  dəf  etmək  üçün  öz  əmir  və  qoşunlarını 
həmin səmtə yollayır.
18
 
Teymur  kimi  əzəmətli  bir  hökmdarın  sözündən  çıxıb  Sultan  Əhmədi  və 
Qara  Yusifi  cidd-cəhdlə  müdafiə  edən  Sultan  Bayazid  bundan  nə  kimi  məqsəd 
güdürdü?  Bu  sualın  bir  cavabını  da  Osmanlı  tarixçisi  Nişançı  Mahmud  paşanın 
tarix  kitabından  tapırıq.  Onun  məlumatına  görə,  Misir  sultanının  zindanından 
qurtulub Bayazid xanın yanına gələn Cəlairi hökmdarı və Qaraqoyunlu əmiri Rum 


  
 

 
sultanını  ərəb  torpaqlarına  mənsub  bəzi  yerləri  fəth  etməyə  təhrik  etdilər  və 
nəticədə  Sultan  Bayazid  tezliklə  ərəblərdə  olan  bir  neçə  qalanı  öz  əlinə  keçirdi.
19
 
Əlbəttə,  göstərilən  ərəb  qalalarının  türklərin  əlinə  keçməsində  Sultan  Əhməd  və 
Qara Yusifin Rum sultanını bu işə tərğib etmək baxımından rolu ola bilərdi, çünki 
onlar Sultan Bayazidin xidməti müqabilində onun xeyirxahı ola bilməzdilər, lakin 
heç  şübhəsiz  ki,  Bayazid  öz  yaxın  qonşularını    müdafiə  etməklə  özünə  onların 
şəxsində  müttəfiq  qazanmaq,  yeri  gələndə  onların  hərbi  köməyindən  istifadə 
etmək,  Teymurun  Ruma  olan  biləcək  hücumunun  qarşısını  almaq  məqsədi 
güdmüşdür.  Amma  Sultan  Bayazidin  Teymurun  qoşununa  qarşı  durmasına 
baxmayaraq, 1402-ci ildə baş verən  Osmanlı-Teymuri döyüşündə Tüymuru  əmirə 
qalib gəlmiş, Sulatn Bayazid əsir alınmışdır.
20
 
Rum  sultanı  ilə  öz  haqqı-hesabını  çürüdən  Əmir  Teymur  çox  keçmədən 
(1403-cü  ilin  yazında)  Cəlairi  və  Qaraqoyunlu  qüvvələrini  də  əzmiş,  həticədə 
onların hər iki məşhur başçısı Suriyaya qaçmaq  məcburiyyətində qalmışdı. 
Mənbələrin  məlumatına  görə,  onlar  Suriyada  əvvəlcə  həbs  olunmuş,  1404-
cü  ilin  fevral  əvvəlcə  həbsdən  azad  edilərək,  yenidən  öz  torpaqlarına  geri 
dönmüşdülər. 1405-ci ilin qış fəslini Mosulda keçirən Qara Yusif rəqabətdə olduğu 
Ağqoyunlu  əmiri  Qara  Yuluq
*
  Osmanla  barışaraq,  yenidən  özünün  Şərqi 
Anadoludakı hakimiyyəti bərpa etməyə başlamışdı.
21 
Teymurun  vəfatından  sonra  (1405)  vaxtı  ilə  Teymuri  işğalı  nəticəsində  ələ 
keçirilən və geniş bir ərazidə təşkil edilən böyük bir imperiya dağılmağa və həmin 
imperiyanı  təşkil  edən  müxtəlif  ölkələr  bir-birindən  ayrılaraq  müstəqil  olmağa 
başladılar. Lakin Teymuri şahzadələri yenə də Azərbaycandan əl çəkmək fikrində 
deyildilər.  Təbriz  şəhəri  əvvəlcə  Mirzə  Ömərin,  sonbradan  isə  Mirzə  Əbu  Bəkrin 
və  Miranşahın,  bir  qədər  sonra  isə,  az  müddətdə  də  olsa,  Şirvanşah  I  İbrahimin 
əlinə keçmişdi.
22 
Sultan  Bayazidin  vəfatından  sonra  Osmanlı  taxtına  onun  varisi  I  Sultan 
Məhəmməd  çıxdı.  Onunla  da  öz  münasibətini  yaxşı  saxlayan  Qara  Yusif  məktub 
yollayaraq, ―kafirlərin qatili‖ olan yeni Rum sultanına öz vəziyyətindən vali edirdi. 
Məsələn,  onun  yazdığına  görə,  Xorasan  hakimi  Şahrux  ona  məktub  yollayaraq 
―Azərbaycan kürəsini mənim vəkillərimə təslim et‖ deyə əmr etmiş, sonra Qəzvinə 
qoşun  çəkmiş,  Qaraqoyunlu  ordusu  da  döyüşə  hazır  vəziyyətdə  onun  qarşısına 
çıxmışdı. Qara Yusif Osmanlı sultanına xəbər verirdi ki, öz tatar (cağatay  – Ş.F.) 
qoşunu ilə əvvəlcə Qəstəntəniyyəyə (Konstantinopol, İstanbul) gələn Şahrux, sonra 
istiqamətini  dəyişmiş,  Kəfəyə  (Feodosiyaya),  oradan  da  Şirvan  Babül-Əbvabına 
(Dərbəndə)  getmiş,  hal-hazırda  isə  Azərbaycana  çatmaqdadır.  Məktubun  sonunda 
(amma  haqq  bunu  ona  rəva  bilməz)  yazan  Qara  Yusif  Azərbaycanın  yenidən 
Teymurilərin  əlinə  verilə  bilməyəcəyi  barədə  Rum  sultanına  məlumat  vermişdi. 
                                                 
*
 Qara Yuluq (Yülük) –m qara zəli deməkdir. Bax: Ə.Nəvai. Teymur və Şah İsmayıla qədər., səh. 177. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə