Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə57/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

  
 
115 
 
Məhəmmədin oğlu, Azərbaycan hakimi Qara Yusif Teymurdan fərar edib, sultane-
Misirə  iltica  etdikləri  vaxt‖
15
  Teymurləng  tərəfindən  Misirə  və  Osmanlı  dövlətinə 
və  əksinə,  onlardan  Teymurləngə  göndərilən  elçilərə  olan  münasibət  yuxarıda 
dediyimizə  aid  yüzlərlə  misaldan  bir  nümunədir.  Belə  ki,  Teymurləngin  Misir 
Sultanı  Bərquqa  h.  804  (m.  1401)-cü  ildə  göndərdiyi  elçi  dərhal  qətlə  yetirilmiş, 
Misir  sultanına  pənah  aparmış  Sultan  Əhməd  və  Qara  Yusif-Teymur  sarayına 
göndərilməmişdi.  Bu  məsələ  ilə  əlaqədar  Teymurun  göndərdiyi  ikinci  elçi  heyəti 
Sultan  Əhməd  və  Qara  Yusifin  yenicə  himayəsinə  sığındıqları  Sultan  İldırım 
Bayazidə  göndərilmiş,  elçinin  gətirdiyi  məktubda,  ―mabeyndə  olan  məhəbbətin 
ədavətə mübəddəl‖ olmaması üçün onların hər ikisinin Teymurilərə təslim edilməsi 
tapşırılmışdı.  Tarixçi  Hüseynin  məlumatına  görə,  ―qətle-rəsul  vəze-məqbul‖ 
olmadığı üçün Sultan Bayazid elçinin geri qaytarılmasına icazə vermiş, Teymurun 
təhdidinə təhdidli cavab göndərmişdi.
16
 
Məsələ bununla bitmir. Teymurləngin Sultan Bayazidə ikinci dəfə yolladığı 
elçi Rum sultanı tərəfindən həbs edildi.
17
 Mənbənin məlumatına görə, əmir Teymur 
öz elçisinin ―ihanət‖ (təhqir) olunmasından qəzəblənmiş, Kəmax qalasını mühasirə   
etmiş və zorla ələ keçirmişdi.
18 
I  Şah  İsmayıl  tərəfindən  təhqiramiz  ―hədiyyələr‖  və  məktubla  Sultan 
Səlimin sarayına göndərilən qızılbaş elçiləri dəhşətli cəzaya məruz qalmış, onların 
qulaq  və  burunları  kəsilmiş,  həqarətlə  geri  qaytarılmışdılar.
19
  Osmanlı  müəllifi 
Heydər Çələbinin ―Ruznamə‖ əsərində I Səlimin Çaldıran səfəri  zamanı danışıqlar 
aparmaqdan  ötrü  1514-cü  ilin  avqust  ayının  22-də  Osmanlı  ordusuna  gələn 
elçilərin  dərhal  qətlə  yetirilməyi  barədə  məlumat  vardır:  ―Ərzuruma  tabe  olan 
Alacalar adlı yerdə əvvəlcə, qızılbaşlardan gələn elçilər qətlə yetirildilər‖.
20
 Həmin 
müəllifin başqa bir məlumatına görə, Osmanlıların Çaldırandakı qələbəsi günü (23 
avqust 1514) ―Şah İsmayılın həbsdə saxlanılan elçisi qətlə yetirildi‖.
21
 
Bəzən  isə,  elçini  yollayan  adamdan  dəhşətli  qisas  almaqdan  ötrü  elçini 
yandırırdılar.  Həsən  bəy  Rumlunun  məlumatına  görə,  h.  937  (1530/31)-ci  ildə 
Səfəvilərə xəyanət etmiş Ölmə Təkəlinin I Şah Təhmasibə göndərdiyi elçi Ürkməz 
bəy Zülqədər diri-diri Təbrizdə yandırılmışdı.
22
 
XV əsrdə elçi heyətinin üzvlərinin sayı əsasən yüz nəfərdən artıq olmurdu. 
Fəzullah ibn Ruzbehan yazır ki, ―O, (elçi – Ş. F.) böyük əmirlərdən biri idi və onu 
yüz qulam müşayiət edirdi‖.
23
 
XVI əsrdə isə, xüsusilə I Şah Təhmasibin hakimiyyəti dövründə onların sayı 
xeyli artırılmış, müxtəlif vaxtlarda hətta bir neçə yüz nəfərə çatmışdı. Belə ki, Şah 
Təhmasibin  özünün  yazdığına  görə  h.  969  (m.  1561/62)-cü  ildə  Sultan  Süleyman 
tərəfindən  I  Şah  Təhmasibin  yanına  göndərilən  bir  elçi  heyətində  ―iki  mötəbər 
elçidən  başqa,  xandgarın  (Osmanlı  sultanının  –  Ş.  F.)  200  qulamı  və  həmin  iki 
elçinin 300-ə yaxın adamı vardı‖.
24
 Tarixçi Həsən bəy Rumlu bu rəqəmləri daha da 
dəqiqləşdirib,  Rumdan  Azərbaycana  gələn  elçilərin  Mərəş  hakimi  Əli  paşa  və 


  
 
116 
 
Qapıçıbaşı Həsən ağa olduqlarını bildirərək, onların 706 nəfərlə birgə gəldiklərini 
xəbər verir.
25
 
Getdikləri  ölkədə  elçilərin  qalma  vaxtı  qoyulan  məsələnin  mahiyyətindən, 
onun  həll  olunma  müddətindən  asılı  olmuşdur.  Məsələn,  Şah  Abbas  h.  1004  (m. 
1596)-cü  ildəözünün  sərhəd  bəylərbəyisi  Zülfüqar  xanı  elçi  sifətilə  Osmanlı 
sarayına  göndərmiş,  lakin  həmin  elçi  IV  Sultan  Məhəmməd  Macarıstanla 
müharibəyə  yollandığından,  iki  il  Türkiyədə  qalıb  onu  gözləməli  olmuşdu. 
Məlumata görə, bu yeni Osmanlı sultanının taxta çıxması münasibətilə göndərilən 
Zülfüqar xan özü ilə birgə apardığı ―300 mülazim və seçmə atlarla İstanbula getdi 
və orada elə xərclər etdi ki, türklər onu israfçı və səfeh kimi qəbul etdilər‖.
28 
Bildiyimiz  kimi  şahzadə  Sultan  Bayazid  öz  atası  və  qardaşının  təqibindən 
qurtularaq,  Səfəvi  sarayına  sığınmış  və  orada  iki  ildən  artıq  qalmışdı.  Bu  müddət 
ərzində  həmin  məsələ  ilə  əlaqədar  hər  iki  ölkə  arasında  dəfələrlə  elçi  mübadiləsi 
baş  vermiş,  biri  digərinə  hədiyyələr  göndərmiş,  uzun-uzadı  yazışmalar  olmuşdur. 
Bir  məlumata  görə  Sarı  Abdulla  Əfəndinin  ―Dəsturülinşa‖  əsərində  həmin 
yazışmaların  20-sinin  sürəti  dərc  edilmişdir.
27
  Nəhayət,  Osmanlı-Səfəvi  sazişinin 
bir bəndinə (―Tərəflərin birinin adamı ikincisinə sığınarsa, o, geri qaytarılmalıdır‖) 
əsaslanaraq  969-cu  il  zilqədə  ayının  21-də  (12  iyul  1561)  Sultan  Bayazid  türk 
elçiləri Xosrov paşa və Qapıçıbaşı Əli ağaya qaytarıldı. Elçi heyəti Sultan Bayazidi 
və  onun  mindən  çox  mülazimini  dərhal,  elə  Qəzvin  şəhərindəcə  qətlə  yetirdi. 
Buradan, elçilərə verilən səlahiyyətlərin bəzən olduqca böyük olduğu aşkara çıxır. 
Elçilərin  getdikləri  ölkəyə  apardıqları  hədiyyələr  barədə  də  mənbələrdə 
məlumat  vardır.  Şübhəsiz,  göndərilən  elçi  qiymətli  hədiyyələrlə  yola  düşür, 
hədiyyələri  təntənəli  şəkildə  hökmdara  təqdim  edir,  məhz  bu  vasitə  ilə  ona 
tapşırılan  diplomatik  missiyanı  öz  dövlətinin  və  xalqının  xeyrinə  həll  etməyə 
çalışırdı.  Şah  Təhmasibin  ―Təzkirə‖sində  bu  barədə  belə  qeyd  vardır:  ―Mən 
Zəncana  çatan  kimi,  Keçəl  Pirəlini  hədiyyə  və  peşkəşlərlə  elçi  kimi  xandgarın 
yanına yolladım ki, bəlkə dava-dalaş aradan götürülə‖.
28
 
Şah Təhmasib, öz şah və şair atasından fərqli olaraq, pulun qədrini bilmiş, 
görmüş  olduğu  işin  müqabilində  həmişə  əvəzini  almağa  cəhd  etmişdir.  O, 
İstanbuldan Səfəvi sarayına gələn elçiləri bu sözlərlə qarşılayır: ―Paşa həzrətləri və 
Həsən  ağa.  Xoş  gəlib,  səfa  gətirmisiniz.  Həzrət  xandgar  nə  buyurubsa,  onu  da 
edərəm.  Ancaq  bu  böyük  xidmətin  müqabilində  həzrət  xandgardan  və  Sultan 
Səlimdən onların özlərinə layiq mükafat istəyirəm‖.
29
 Bəzi müəlliflər hədiyyələrin 
nədən  ibarət  olduğunu  təfərrüatı  ilə  verir,  bəziləri  isə onları  ümumi  sözlərlə  (―bol 
peşkəşlər‖,  ―çoxlu  töhfələr‖,  ―yaxşı  xələtlər‖)  ifadə  edirlər.  Elçilərin  apardıqları 
şeylər  arasında  şahin  (alıcı  quş),  ov  heyvanları,  fil,  dəvə,  at,  qatır,  zinət  şeyləri, 
kitablar  və  bəzi  hallarda  gözəl  qız,  qadın  və  qullar  da  olurdu.  Bu  haqda  tarixi 
qaynaqlarda  məlumat  olduqca  çoxdur.  Bəzən  nəğd  pul  da  aparılır  və  təhvil 
verilirdi. Şahzadə Bayazidin qətlindən sonra Sultan Süleyman tərəfindən Qəzvinə 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə