Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə58/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

  
 
117 
 
gələn elçi İlyas bəy, sülh sazişinin əsas bəndlərindən birini pozmadığına görə Şah 
Təhmasibə 400 min qızıl sikkə, Səlim tərəfindən gələn elçi isə 100 min qızıl sikkə 
mükafat  vermiş,  bunlardan  başqa  15  at,  at  ləvazimatı,  xəncər,  atlas  və  məxmər 
parçalar  (Şah  Təhmasibin  övladları  üçün)  gətirmişdilər.
30
  Müharibə  gözlənilən 
təqdirdə  isə,  hədiyyələrin  əsasən  hərbi  sursat  və  ləvazimatdan  ibarət  olduğu 
məlumdur. 1471-ci ildə Venesiyadan Ağqoyunlu sarayına yola düşən səfir Cozafa 
Barbaronun  Uzun  Həsənə  apardığı  şeylər  arasında  top,  qumbara,  tüfəng,  barıt, 
güllə, müxtəlif başqa  silahlar  da  vardı.
31
 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  XV  əsrin  II  yarısında  Osmanlı-
Ağqoyunlu  münasibətlərinin  kəskinləşməsi  ilə  əlaqədar  elçi-səfarət  münasibətləri 
barədə Venasiya səfirləri Katerino Zeno, Cozafa Barbaro və Ambroco Kontarininin 
verdikləri  məlumatlar  olduqca  qiymətlidir.  Həmin  səfirlərin  ―səyahətnamə‖ 
lərindən məlum olur ki, Ağqoyunlu sarayına təşrif gətirən hər hansı bir səfir onun 
mənşəti ilə xüsusi məşğul olan (―səfirlərin işlərini qaydasına qoyan bir nəfər gəlib 
məni  salamladı‖)  şəxs  tərəfindən  qarşılanır  və  onun  üçün  müəyyən  edilmiş  yerdə 
yerləşdirilirdi.
32
  Bir  neçə  gün  sonra  səfirin  gəlişi  münasibətilə  ―qəbul  mərasimi‖ 
keçirilir,  zərlə  toxunmuş  ipək  və  yun  paltarlar  geyən  saray  əyanları  həmin 
mərasimdə  iştirak  edirdilər.  Cozafa  Barbaro  yazır  ki,  yeni  gələn  səfirlərin  qəbul 
edilmə  mərasimində 400-500 saray  əyanı və xarici ölkələrin bütün səfirləri iştirak 
edir,  saray  ətrafında  isə  minlərlə  süvari  cəmlənib,  mərasimin  yüksək  səviyyədə 
keçməsi üçün ―təşrifat işini‖ yerinə yetirirdilər.
33 
―Təşrifat  mərasimi‖ bitdikdən bir neçə gün sonra səfir əlahəzrət tərəfindən 
xüsusi olaraq saraya  dəvət olunur, ―səfirlik etimadnaməsi‖ adlanan sənədi şəxsən 
ona təqdim edirdi.
34
 
Venesiya  səfirlərinin  Ağqoyunlu  dövlətinə  göndərilməsindən  əsas  məqsəd 
Uzun  Həsən  Osmanlı  dövləti  ilə  müharibəyə  sövq  etmək  və  beləliklə  də,  Sultan 
Məhəmmədi iqtidardan salmaq meyli olmuşdur. Eləcə də Uzun Həsənin də niyyəti, 
Venesiya  dövlətinə  yolladığı  elçilər  vasitəsilə  ―Venesiya  respublikasını  Osmanlı 
sultanı ilə cəngin davamı üçün təhrik etmək‖ olmuşdur.
35
  Səfir Katerino Zenonun 
təhriki  ilə  Uzun  Həsən,  məlum  olduğu  kimi,  Osmanlılarla  döyüşmüş  və  məğlub 
edilmişdi. Lakin bu məğlubiyyətdən sonra da, Venesiya respublikası Uzun Həsənin 
əli ilə Sultan Məhəmmədi məhv etmək niyyətindən əl çəkməmiş və onun sarayına 
yeni  səfirlər  göndərmişdi.  Məlum  olduğu  kimi,  Katerino  Zenonun  əvəzinə 
Ağqoyunlu sarayına göndərilən səfirlərdən Cozafa Barbaro və Ambroco Kontarini 
özlərinin böyük cidd-cəhdinə baxmayaraq, Uzun Həsəni yeni Ağqoyunlu-Osmanlı 
müharibəsinin başlanmasına vadar edə bilmədilər. 
Səfirlər  getdikləri  ölkədə  ictimai-siyasi  və  iqtisadi  şəraitlə  dərindən 
maraqlanır,  ordunun  vəziyyəti,  əsgərlərin  sayı,  hökmdarın  hərbi  qüdrəti  barədə 
məlumat toplayır və öz padşahlarını bu məsələlərdən vaxtaşırı hali edirdilər.
36
 


  
 
118 
 
Uzun  Həsən bəzən xarici səfirdən də öz elçisi kimi istifadə edir, onu xüsusi 
tapşırıqla  üçüncü  bir  dövlətə  göndərir.  Otluqbeli  döyüşündə  məğlub  olan 
Azərbaycan  hökmdarı,  Venesiya  respublikasının  səfiri  Katerino  Zenonu  ―Xristian 
şahlarının  yanına‖,  o  cümlədən  Polşa  və  Macarıstan  hökmdarlarının  srayına  səfir 
göndərmiş və onları Osmanlılara qarşı müharibəyə cəlb etmək istəmişdi.
37
 II Sultan 
Məhəmmədin  oğlu  şahzadə  Mustafanın  sarayına  yaşayan  və  Fərat  çayı  sahilində 
baş vermiş Ağqoyunlu-Osmanlı döyüşündə  müşahidəçi  sifərilə  iştirak edən başqa 
bir Venesiya səfiri Ciovan Mariya Ancelello yazır: ―Katerinoya daha artıq hörmət 
istəyən  Uzun  Həsən  şah  onu  öz  səfiri  kimi  Firəng  (Avropa  –  Ş.F.)  şahlarının 
sarayına yollamağı qərara aldı ki, onları, xüsusilə Polşa və Macarıstan padşahlarını 
türklərlə  müharibəyə sövq etsin. Bizim dövlətimiz (Venesiya – Ş,F.) Katerinonun 
Firəng  şahlarının  sarayına  getdiyini  bilən  kimi  tez-tələsik  Barbaronu  və  sonra 
Kontarinini səfir vəzifəsinə təyin etdi‖.
38
 
I Şah İsmayıl Osmanlılara Çaldıran döyüşündə məğlub olduqdan sonra da, 
yenidən  Sultan  Səlimlə  döyüşə  girmək  arzusundan  əl  çəkməmiş   və  başqa 
dövlətlərlə  öz  diplomatik  əlaqələrini  genişləndirməyə  cəhd  etmişdi.  İtaliya 
səfirlərinin məlumatına görə, bu Səfəvi hökmdarı məğlubiyyətdən az sonra Təbrizə 
qayıtmış, tezliklə Misir sultanı Quri, kürd hökmdarı Əlaüddövlə Zülqədər və gürcü 
hökmdarının  sarayına  öz  səfirlərini  yollayaraq,  onlarla  Osmanlılar  əleyhinə  saziş 
bağlamağa müvəffəq olmuşdu.
39
 
I  Şah  İsmayıl,  müqabil  dövlətdən  bağladığı  müqavilənin  şərtlərinə  qeyd-
şərtsiz əməl olunmasını tələb edirdi. Misir-Suriya müqaviləsinin bir bəndində belə 
yazılmışdı: ―Əgər Böyük Türkün (yəni Sultan Səlimin – Ş.F.) yollayacağı səfirlər 
məxfi və ya açıq şəkildə Misir tərəfindən qəbul edilərsə, onun (yəni Şah İsmayılın-
Ş. F.) və Misir sultanının arasında bağlanan sülh sazişi pozulacaqdır‖.
40
 
XVI əsrin I rübündə Şah Təhmasibin və Sultan Süleymanın hakimiyyətləri 
dövründə  Səfəvi-Osmanlı  münasibətləri  gərgin  olmuş,  həmin  gərginliyin 
zəiflədilməsi  üçün  hər  iki  tərəfdən  onlarca  səfir  fəaliyyət  göstərmiş,  yüzlərlə 
məktub yazılmışdır. Şahzadə Əlqas Mirzənin Osmanlı sarayına və Sultan Bayazdin 
Səfəvi hökmdarının yanına qaçaraq onlara sığınmaları dövlətlərarası münasibətləri 
daha  da  kəskinləşdirmişdi.  Qeyd  etmək  lazımdır  ki,  bütün  bu  ziddiyyətlər  məhz 
səfirlərin  tədbiri  nəticəsində  aradan  qaldırılmış,  bir-birilərinə  güzəştlər  edilmişdir. 
Osmanlı və Qızılbaşlar arasında baş vermiş beş böyük döyüşün ən uğurlu nəticəsi 
kimi  imzalanan  Amasya  sülh  müqaviləsi  Osmanlı  Sultanı  I  Süleyman  və  I  Şah 
                                                 
 Şah İsmayılla Sultan Səlimin münasibətləri həmişə ziddiyyətli olmuş, hətta bu sultan Osmanlı taxtına 
cülus edərkən (1512) Səfəvi hökmdarı onun sarayına elçi göndərməmiş, onu təbrik etməmişdilər. lakin 
o,  uzaqgörən  bir  dövlət  xadimi  kimi,  yaxın  qonşusu  Osmanlılarla  ziddiyətin  artmasının  gec-tez  onun 
dövləti üçün təhlükə törədəcəyini bildiyindən Sultan Səlimin vəfatından (1520) üç il sonra gec də olsa 
yeni  sultana  elçi  yollamış,  onun  1521-ci  ildə  Belqradı,  1523-cü  ildə  isə  Rodosu  fəth  etməsini  təbrik 
etmişdi (Bax: Fəxrəddin Kırzıoğlu. Göstərilən əsər. səh. 123). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə