Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə60/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   57   58   59   60   61   62   63   64   65

  
 
121 
 
Azərbaycanın  deyil,  eyni  zamanda  bütün  Zaqafqaziya  və  Yaxın  Şərq  ölkələrinin 
tarixində mühüm rol oynamışdır. 
Müxtəlif ölkələrin, həmçinin Azərbaycanın şərqşünas və tarixçi alimlərinin 
orta  əsrlər  tariximizin  müxtəlif  məsələlərinin,  o  cümlədən  Azərbaycan-Türkiyə 
münasibətlərinin  öyrənilməsi  sahəsində  dəyərli  əsərləri  vardır.  Lakin  bizim 
tərəfimizdən  tədqiq  edilən  bu  məsələ  ilk  dəfədir  ki,  ayrıca  götürülmüş  bir  mövzu 
kimi  sırf  Azərbaycan-Türkiyə  qarşılıqlı  əlaqələri  baxımından  işlənilmişdir. 
Mövzunun qələmə alınmasının beynəlxalq əhəmiyyəti də böyükdür, çünki hər iki 
ölkə  tarixinin  baş  verən  hadisələrin  zənginliyi  və  mürəkkəbliyi  baxımından 
obyektiv şəkildə araşdırılmasının bu gün üçün faktiki əhəmiyyəti az deyildir. Belə 
ki,  bu  sətirlərin  müəllifi  XV-XVI  əsrlər  Azərbaycan-Türkiyə  münasibətlərinin 
məhz  hansı  zəmin  üzərində  yaranmış  olduğunu  göstərməklə,  illər  boyu  böyük 
insan  tələfatı,  iqtisadi  çətinlik  və  məhrumiyyətlərə  səbəb  olmuş  qanlı  döyüş  və 
müharibələrin  gərəksizliyini  bir  daha  nəzərə  çatdırmış,  dinc  yanaşı  yaşamaq 
prinsipinin zəruriliyini bir daha xatırlatmışdır. 
Problemin tədqiqində ilkin mənbələrin, o cümlədən Şərq mənbəşünaslığında 
sənəd  xarakterli  tarixi  qaynaqların-məktubların,  hökmlərin,  fəthnamələrin,  səfir 
məlumatlarının  diqqətlə  öyrənilməsi  qarşıya  qoyulan  mövzunun  aktuallığını 
səciyyələndirən  amillərdən  olmuşdur,  çünki  tarixi  salnamə  xarakterli  mənbələr 
tədqiqatçılar  tərəfindən  gen-bol  istifadə  olunduğu  halda,  əhəmiyyəti  böyük  olan 
sənədli mənbələr tədqiqata nisbətən çox az cəlb edilmişdir. 
Oxuculara  təqdim  edilən  bu  kitabın  Azərbaycan  və  Osmanlı  imperiyası 
arasında  bütün  XV-XVI  əsrlər  boyu  baş  vermiş  qarşılıqlı  münasibətlərin 
aydınlaşdırılması baxımından əhəmiyyəti inkar olunmazdır. 
Orada göstərilmişdir ki, tədqiq olunan dövr boyu bütün Azərbaycan feodal 
dövlətləri ilə qonşu Osmanlı imperiyası arasında münasibətlər birmənalı olmamış, 
hər  iki  əsr  boyu  dövlətlərarası  mənafe  baxımından  müxtəlif  dəyişikliyə  məruz 
qalmışdır.  Oxucuların  nəzərinə  xüsusi  olaraq  çatdırılmışdır  ki,  XV  əsrdə 
Azərbaycan  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  yaranması  və  fəaliyyəti, 
Şirvanşahlar  dövlətinin  öz  müstəqilliyini  qorumaq  məqsədi  ilə  Osmanlı 
imperiyasına  qarşı  tutduğu  düzgün  mövqe,  XVI  əsr  Azərbaycan  Səfəvilər 
dövlətinin  təşəkkülü,  inkişafı  və  Osmanlılarla  əlaqələri  Azərbaycan  tarixinin  ən 
əlamətdar  mərhələlərindən  biri  olmuşdur.  Əsərdə  Azərbaycan-Türkiyə 
müharibələrinin  başvermə  səbəblərinə  xüsusi  diqqət  yetirilmişdir.  Dövlətlərarası 
münasibətlərin  tənzimlənməsində  diplomatik  görüşlərin  əhəmiyyəti,  elçi  və  elçi 
heyətlərinin bir ölkədən başqa ölkəyə göndərilmə tərzi, elçi-səfirlərin dərəcələrinin 
müəyyənləşməsi bu kitabda müəllif tərəfindən xüsusi  araşdırılmışdır. 
Əsərdə  Azərbaycanın  göstərilən  dövrdə  yalnız  Türkiyə  ilə  deyil,  həmçinin 
Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və 
başqa ölkələrlə də münasibətləri haqqında müəyyən məlumat vardır. 


  
 
122 
 
Bizim qənaətimizə görə, əgər əsasən müxtəlif Qərb dövlətlərinin təhriki ilə 
Osmanlı imperiyası və  müxtəlif  Azərbaycan dövlətləri arasında  XV-XVI  əsrlərdə 
tez-tez  baş  vermiş  qanlı  münaqişə  və  ixtilaflar  olmasaydı,  həmçinin  bu  dövlətlər 
arasında  qarşılıqlı  münasibətlər  düzgün  istiqamətə  yönəldilsəydi,  bəlkə  də 
dünyanın bu günkü xəritəsi başqa görünüş almış olardı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sitat gətirilmiş mənbə və ədəbiyyat 
 
Qaraqoyunlu dövləti və Osmanlı imperiyası 
 
1. Faruq Sumer, Qaraqoyunlular, I c, Ankara, 1984, səh. 34-35. 
2. Yenə orada, səh. 35. 
3. Yenə orada. 
4.Джафар Ибрагимов. Феодальные государства, на территории Азербайджана 
XV века, Баку, 1962, səh. 26. 
5.  Mir  Bəxtəvər  xan.  Miratül-aləm.  Özbəkistan  EA  Əlyazmalar  İnstitutunun 
kitabxanası, inv. №5, vər. 117
b
, Дж. Ибрагимов. Феодальные, səh. 27. 
6. Firidun bəy. Münşəati-səlatin, İstanbul, h. 1274, I c. Səh. 112-113. 
7. Yenə orada, səh. 125. 
8.  Heydər  Evoğlu.  Münşəat  (Bax:  Teymur  və  Şah  İsmayıla  qədər  İran  tarixinin 
sənəd  və  məktubları.  Fars  dilində,  toplayanı  d-r  Əbdülhüseyn  Nəvai.  Tehran  h. 
1341, səh. 128-131). 
9. Firidun bəy. Münşəat, I c. Səh. 125-127. 
10. Yenə orada, səh. 127-128. 


  
 
123 
 
11.  Bəkir  Sidqi  Baykal.  Uzun  Həsənin  Osmanlılara  qarşı  qəti  mücadiləyə 
hazırladıqları  və  Osmanlı  –  Ağqoyunlu  hərbinin  başlanması.  Türk  Tarix 
Qurumunun bülleteni, c. XXI, №82, Ankara, 1957, səh. 261ş 
12. Firidun bəy. Münşəat, I c. Səh. 128-131. 
13. Yenə orada, səh. 131-132. 
14. Yenə orada, səh. 132-134. 
15. Yenə orada, səh. 135-136. 
16. Yenə orada, səh. 140-142. 
17. Yenə orada, səh. 135. 
18.  Хюсейн.  Бедаи  ул-вегаи  (Удивительные  события),  часть  1-2, 
Москва, 1961, vər. 101а. 
19.Tarixe-Nişançı Məhəmməd paşa. İstanbul, h. 1290. 
20. Hüseyn. Göstərilən əsər, vər. 103a; Tarixe-Nişançı Məhəmməd paşa. Səh. 117-
118. 
21. Kamran Kürün. Türklər və türk dövlətləri tarixi, Ankara, 1984, səh. 486-487. 
22. Yenə orada. 
23. Firidun bəy. Münşəat, I c. səh. 151-152. 
24. Yenə orada, səh.152. 
25. Yenə orada, səh. 153 
26. Yenə orada, səh. 142. 
27. Yenə orada, səh. 153. 
28. Yenə orada.  
29. Ə.Nəvai. Teymur və Şah İsmayıla qədər. səh. 179. 
30. Firidun bəy, Münşəat, I c. səh. 154. 
31. Yenə orada. 
32. Yenə orada, səh. 155. 
33. Yenə orada, səh. 157-158, 159. 
34. K.Kürün. Göstərilən əsər. səh. 487. 
35.  Həsən  Rumlu.  Əhsənüt-təvarix,  IX  c.  Tehran,  h.  1349.  Səh.  112;  Şahin 
Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, 1983, səh. 92-93. 
36. Firidun bəy, Münşəat, I c. səh. 159. 
37. Yenə orada. 
38. Həsən Rumlu. IX c. səh. 110. 
39. Yenə orada. 
40. Yenə orada. Ş.Fərzəliyev, Azərbaycan. səh. 93-94. 
41. Yenə orada. 
42.  Əbdi  bəy  Şirazi.  Təkmilətül-əxbar.  Azərbaycan  EA  Tarix  İnstitutunun  Elmi 
arxivi,  inv.  5067,  vər.  234b;  Minorsky  V.  The  Clan  of  the  Qara-Qoyunlu  Rulers, 
Melenges F. Körpülü, İstanbul, 1953, səh. 62; Şahin Fərzəliyev, Azərbaycan. səh. 
94. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə