Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə59/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

  
 
119 
 
Təhmasibin  elçisi  Fərruxzad  bəy  tərəfindən  imzalanmışdı.
41
  962-ci  ilin  rəcəb 
ayının 8-də  (29  may 1555) imzalanmış  Amasya  sülh  müqaviləsi,  Hammerə  görə, 
Osmanlı  Türkiyəsi  və  Səfəvi  dövləti  arasında  bağlanan  ilk  rəsmi  müqavilə  idi.
42
 
burada elçinin malik olduğu böyük səlahiyyət nəzərə çarpır. Sultan Süleymanın h. 
975-ci ildə (1566) vəfatından sonra taxta cülus edən II Sultan Səlimin təbriki üçün 
Şah  Təhmasib  70  gəz   uzunluğu  olan  bir  məktub  yazdırmış  və  onu  öz  elçisi 
Şahqulu  Sultan  Səlimin  təbriki  vasitəsilə  Ədirnəyə  yollamışdı.
43
  Mənbənin 
məlumatına görə, həmin elçi heyəti göndərilən töhfələri yeni sultana təqdim etmiş, 
bir neçə ay orada qalmış və sonra geri dönmüşdü.
44
 
 
Hammer  elçi  Şahqulu  Sultanın  Osmanlı  dövlətinə  münasibətilə  daha 
müfəsəl məlumat vermişdir. O, yazır ki, Ədirnə şəhərində Avstriya ilə sülh barədə 
danışıqlar aparılarkən, sultanın cülusunu təbrik etmək üçün İran elçisi də gəldi. 120 
nəfərdən  ibarət  elçilərin  hamısının  başında  zərli  saplarla  tikilmiş  papaqlar  vardı. 
Onları  200  süvari,  400  tacir  müşayiət  edir,  19  min  (?)  at,  dəvə  və  qatır  onların 
libaslarını və gətirdikləri yükləri daşıyırdı.  
Elçi heyəti İstanbula çatdıqda vəzir Piyalə paşa onları çpv böyük nəzakətlə 
salamladı.  Bu  cür  təmtəraqlı  qəbul  mərasimi  hələ  heç  bir  başqa  səfirə 
göstərilməmişdi.  Başqa  ölkələrin  səfirlərinə  də  əmr  olunmuşdu  ki,  İran  elçilərini 
qarşılamaq üçün küçələrə çıxıb, onları gedəcəkləri yerlədə salamlasınlar, ―Vəzire-
əzəm  (baş  vəzir  Piyalə  paşa  –  Ş.F.)  iki  gündən  sonra  Ədirnədə  Şahqulu  Sultanın 
şərəfinə böyük bir ziddiyət verdi.  
Sonrakı  məlumatdan  aydın  olur  ki,  aparılan  hədiyyələr  içərisində  səfirin 
özünə  məxsus  töhfələr  də  olmuşdur.  Üç  gündən  sonra  Şahqulu  Sultanı  şəxsən 
qəbul edən Sultan Səlimə Şah Təhmasibin yazdığı 1500 sətrlik məktub da verildi. 
44 dəvə yüklərinin 34-ü şahın, 10-u Şahqulu Sultanın hədiyyələri idi.
45
 
Həmin  səfarət  heyətinin  ən  məsul  vəzifəsi  isə,  şübhəsiz  ki,  1555-ci  il 
Osmanlı-Səfəvi sülh müqaviləsinin ―təzələnməsi‖ (yenidən imzalanması) olmuşdur. 
1575-ci  ildə  Şah  Təhmasib  Osmanlılarla  danışıq  aparmaqdan  ötrü  Rəvan 
hakimi  Məhəmməd  ibn  Sultanı  (Məhəmmədi  xan  Toxmaq  Ustaclını  –  Ş.F.) 
İstanbula  yollayır.  Elçiyə  lazım  olan  şeylərin  tədarük  olunması  üçün  bütün  yol 
boyundakı bəylərə və qazilərə ehkami-şərifə (sultan hökmü – Ş.F.) göndərilmişdir. 
Buyururam  ki,  o  gəlib  bizim  sərhədə  çatan  kimi  dərhal  mənə  xəbər  verilsin.  Adı 
çəkilən  Uveys  və  sənin  (Ərzurum  bəyin  Ş.F.)  bir  nəfər  Mütədeyyin  (pak,  dindar 
adam  –  Ş.  F.)  katibin  ona  qoşulsun,  yolda-izdə  heç  kimlə  görüşməsin,  yuxarı 
canibə  (Səfəvilər  dövlətinə  -  Ş.F.)  meyli  olanlarla  söhbət  etməsin.  Əgər  ona 
yaxınlaşıb  öz  məhəbbətini  izhar  edən  adam  olarsa,  o  adamın  kimliyi  öyrənilsin, 
kəndi, adı və əsl-nəsəbi müəyyən edilsin. Üveysə tapşır ki, ona kömək etsin, bütün 
                                                 
 Gəz (gəzi – şahi) Şardenə görə 54,745 sm-ə bərabər olmuşdur (Bax: В. Хинц. Мусульманские меры 
и  веса  с  переводом  в  метрическую  систему,  Москва,  1970,  səh.  63).  Demək,  Şah  Təhmasibin  II 
Sultan Səlimə göndərdiyi məktub 66,32 metr uzunluğunda idi. 


  
 
120 
 
ehtiyacı təmin olunsun, amma rəiyyətə zülm edilməsin, müftə, havayı heç kimdən 
heç nə alınmasın. Alınan şeylər günün nırxı üzrə ağca ilə alınsın. Əgər mənim bu 
əmrimə  müxalif  bir  əməl  baş  verərsə,  mən  bunu  onun  özündən  (elçidən  –  Ş.F.) 
soruşaram‖.
*
  
1590-cı il İstanbul sülh  müqaviləsinin  hazırlanması  və imzalanmasında da, 
elçi-səfirlərin  xüsusi  rolu  olmuşdur.  Firidun  bəyin  ―Münşəati-səlatin‖  adlı  rəsmi 
məktublar  toplusunda  IV  Sultan  Məhəmmədin  Səfəvi  elçisi  Nizaməddin  Əhməd 
ağa  haqında  yüksək  fikirləri  vardır.  Məktubda  gedən  bir  neçə  cümlə  ilə  həmin 
elçinin  fəaliyyəti  göstərilir:  ―Adı  çəkilən  səfir  özünün  elçilik  qayda-qanununu 
yüksək səviyyədə yerinə yetirdi. O, bizim izzət büsatımıza təşrif gətirməzdən əvvəl 
(yəni görüşdən qabaq – Ş. F.) müdrik vəzirlərimiz və müşküllər açan vəkillərimizlə 
danışıq  apardı,  nəzərə  çatdırılası  bütün  mətləbləri  ərz  etdi,  xələt  alaraq  mürəxxəs 
oldu‖.
46
 
Hökmdardan  hökmdara  yollanan  dostluq  məktublarının  sonunda  bir  qayda 
olaraq, vəzifəsini ləyaqətli  yerinə  yetirən elçi-səfir barədə xoş sözlər yazılır, onun 
ehtiramla  geri  qaytarıldığına  dair  məlumat  verilirdi.  Yenə  həmin  sultanın  şaha 
yazdığı məktubun sonunda oxuyuruq: ―Elçilik barədə sizə məlum olsun ki, dostluq 
qayda-qanununun  yenidən  imzalanması  və  səmimiyyətin  daha  da  artırılması  üçün 
bizim  yanımıza  göndərdiyiniz  elçi  öz  səfarət  vəzifəsini  böyük  riayətlə  ibraz 
etmişdir‖.
47
  Sultan  bunula  da  kifayətlənməyərək  əlavə  edir:  ―O  ədəbli  səfir  öz 
vəzifəsini böyük diqqətlə yerinə yetirdi‖.
48
 
Başqa  bir  məktubda  isə  səfir  barədə  belə  qeydlər  vardır:  ―Səfir  ali 
astanamızı öpdükdən sonra qayıtması üçün icazə alıb, bizim hümayun naməmizlə 
özünün  gəldiyi  ölkədən  elçinin  geri  qayıtması  üçün  hökmdarın  xüsusi  icazəsi 
olmalı  idi.  Osmanlı  sultanlarına  təqdim  edilən  məktubların  əksərində  bu  barədə 
təkidələ yazılmış cümlələr vardır.  
Beləliklə,  qeyd  edilməlidir  ki,  hər  bir  zamanda  olduğu  kimi  XV-XVI 
yüzilliklərdə  də  elçi-səfirlərin  rolu  böyük  olmuş,  onlar  ölkələr  və  hökmdarlar 
arasında münasibətlərin yaxşılaşması uğrunda fəaliyyət göstərmişlər. 
 
Nəticə 
 
Azərbaycan,  xüsusilə  onun  Araz  çayından  cənubda  yerləşən  hissəsi  XV-
XVI  əsrlərdə  müəyyən  tarixi  şərait  və  səbəblər  üzündən  bir  neçə  feodal  dövlətin 
yarandığı,  habelə  tərkibinə  Yaxın Şərqin bir çox ölkələrinin də  qatıldığı bir  ərazi 
olmuşdur.  XV  əsrdə  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin,  XVI  əsrdə  isə 
Səfəvi  dövlətinin  yaranması  və  onların  ayrı-ayrılıqda  Osmanlı  imperiyası  ilə 
münasibətləri,  həmçinin  göstərilən  dövr  hadisələrində  Şirvanın  rolu  yalnız 
                                                 
*
 Osmanlı devleti ile azerbaycan türk halıkları arasındakı münasibetlere dair arhiv belgeler, II c. Ankara, 
1993, c. 3-4 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə