Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə40/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   36   37   38   39   40   41   42   43   ...   112

81
* * *
1918-ci  il  28  may  tarixdə  Zaqafqaziya  Seymi  buraxıldıqdan  son-
ra  Azərbaycan  fraksiyası  tərəfindən  yaradılmış  Milli  Şuranın  ilk  iclasında 
Azərbaycan müstəqil respublika elan edildi. Yeni demokratik dövlətin yaranması 
faktını hüquqi cəhətdən təsdiq edən “Azərbaycanın müstəqilliyi haqqında akt” 
qəbul olundu və yeni dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti təsdiq edildi. 
Elə bu iclasda ilk Azərbaycan hökuməti formalaşdı, Fətəli Xan Xoyski hökumət 
başçısı, Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov 
ədliyyə naziri və digər təyinatlar oldu.
Fəaliyyətə  başladıqdan  və  Tiflisdən  Gəncəyə  köçdükdən  ay  yarım 
sonra, 1918-ci ilin iyul ayının ortalarında, AXC Nazirlər Kabinəsi xarici işlər 
naziri  M.H.Hacınskinin  məruzəsini  dinləyərək  respublikada  baş  vermiş 
hadisələrə,  xüsusilə  də  dinc  azərbaycanlı  əhalisinə  qarşı  törədilən  kütləvi 
zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzədə de-
yilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri bandalar 
tərəfindən dağıdılır, bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri və 
başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş 
vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları 
tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün 
ictimai  fikir  tamamilə  əks  istiqamətdə  yönəldilir”.  Məruzədə  qeyd  edilirdi 
ki, həm dövlətin ümumi mənafeyi, həm də əhalinin zərərçəkən qruplarının 
mənafeyi  elə  bir  təşkilatın  yaradılmasını  zəruri  edir  ki,  o  bütün  zorakılıq 
hadisələrinin  dəqiq  qeydiyyatını  aparsın;  2.  bu  zorakılıqların  törədildiyi 
şəraiti  müəyyənləşdirsin;  cinayətkarları  aşkar  etsin  və  onların  vurduqları 
zərərin ümumi miqyasını müəyyənləşdirsin”. Bu təşkilat Fövqəladə Təhqiqat 
Komissiyası  şəklində  yaranmalı,  onun  işinin  nəticələri  müxtəlif  Avropa  və 
türk  dillərində  nəşr  edilməli  və  geniş  yayılmalı  idi.  M.H.Hacınski  xüsusilə 
vurğulayırdı  ki,  Təhqiqat  Komissiyasının  təşkilinə  yubanmadan  başlamaq 
lazımdır,  “çünki,  adamların  dindirilməsi,  fotoşəkillərin  çəkilməsi  və  digər 
maddi  sübutların  əldə  edilməsi  mənasında  indi,  isti-isti  görülməsi  müm-
kün olan bir çox şeyləri etmək sonradan çətin olacaqdır, və ya, ola bilsin ki, 
ümumiyyətlə mümkün olmayacaqdır”. (248) 
AXC hökuməti özünün Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli həmin 
iclasında bu məsələni geniş və ətraflı müzakirə edərək, “Avropa müharibəsi 
başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar 
və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün, 
Fövqəladə Təhqiqat Komissiyasının (FTK) yaradılması” haqqında qərar qəbul 
etdi. Həmin il avqust ayinin 31-də AXC hökumətinin başçısı, eyni zamanda 
xarici işlər naziri olan F.X.Xoyskinin imzaladığı fərmana əsasən 7 nəfərdən 
ibarət  Fövqəladə  Təhqiqat  Komissiyası  yaradıldı.  Tanınmış  hüquqşünas, 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
82
andlı iclasçı Ələkbər bəy Xasməmmədov FTK-nın sədri təyin edildi. Əvvəlcə 
7  nəfərdən  ibarət  tərkibdə  müəyyən  edilən  FTK-nın  tərkibinə,  sonradan 
Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının 
digər  əməkdaşları  cəlb  edilmişlər.  Komissiyanın  işində  Andrey  Fomiç  No-
vatski, Nikolay Mixayloviç Mixaylov, Aleksandr Yevgenyeviç Kluqe, Məmməd 
xan  Təkinski,  Aley  Adamoviç  Aleksandroviç  (Litovskiy)  və  digər  peşəkar 
hüquqşünaslar və ictimai-siyasi xadimlər daha fəal iştirak etmişlər. (249)
Xarici İşlər Nazirliyinin yanında təşkil edilən FTK, artıq həmin ilin sent-
yabr ayından başlayaraq faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət 
göstərir. Komissiyanın üzvləri qruplara bölünərək, Azərbaycan hökumətinin 
nəzarətində olan, və ya bolşevik-erməni qoşunlarından xilas edilmiş ərazilərdə, 
respublikanın  müxtəlif  qəza  və  şəhərlərində  baş  vermiş  faciəli  hadisələrin 
araşdırılmasına başladılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının əvvəlindən 
müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında 
fəal  şəkildə  işləyirdilər.  Bakı  azad  edildikdən  və  Azərbaycan  Hökuməti 
Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da 
öz fəaliyyətini Gəncədən Bakıya keçirdi, və dərhal Bakı şəhərində və onun 
ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı. 
1918-ci  ilin  dekabrında  Gəncə  Dairə  Məhkəməsinin  üzvü  Andrey 
Fomiç Novatski Fövqəladə Təhqiqat Komissiyasının üzvü qismində köməkçisi 
Əyyub  bəy  Xanbudaqov  ilə  birlikdə  həmin  ilin  aprel-may  aylarında  Quba 
şəhərində  və  Quba  qəzasında  baş  vermiş  məlum  hadisələrin  araşdırmaq 
məqsədilə Quba şəhərinə gəldi. Bir neçə ay ərzində A.F.Novatskinin istintaq 
qrupu  onlarla  şahidi  dindirdi,  hadisələrin  baş  verdiyi  yerlərə  baxış  keçirdi 
və 3 cild və 451 vərəqdən ibarət istintaq sənədləri topladı. Həmin istintaq 
işinin materialları əsasında A.F.Novatski “Quba şəhərinin və Quba qəzasının 
kəndlərinin talan edilməsi və adı çəkilən şəhər və kəndlərin əhalisi üzərində 
törədilmiş zorakılıq halları haqqında məruzə” hazırladı və FTK-nın sədrinə 
təqdim etdi. (250) 
1919-cu ilin noyabr ayında Azərbaycan Hökuməti yanında Fövqəladə 
Təhqiqat Komissiyası “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan 
edilməsi və adı çəkilən şəhər və kəndlərin əhalisi üzərində törədilmiş zorakılıq 
halları haqqında” işə və Komissiyanın üzvü Novatskinin məruzəsinə baxaraq, 
bir  sıra  şəxslərin  “müttəhim”  qismində  istintaqa  cəlb  edilməsi  haqqında 
Qərar qəbul etdi. Bu şəxslər aşağıdakı cinayətlərdə kifayət qədər ifşa olunur-
dular: “müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn 
səbəblərdən ...öz aralarında və hələlik istintaqa məlum olmayan digər şəxslərlə 
qabaqcadan razılığa gələrək, odlu və soyuq silahla silahlanmış bir neçə min 
nəfərlik  quldur  dəstəsi  yaratmışlar  və  öz  qarşılarına  müsəlman  əhalisinin 
qırılması,  onun  əmlakının  qarət  olunması  və  məhv  edilməsi  məqsədini 
qoyaraq, 1918-ci ilin aprel ayı ərəfəsində Bakı quberniyasının Quba şəhərinə 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə