Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL


-ci il Quba hadisələri – Azərbaycanın müsəlman



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə2/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   2   3   4   5   6   7   8   9   ...   112

5
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
 əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi 
“...  Fövqəladə  Təhqiqat  Komissiyasına  bildirirəm  ki,  Quba  şəhərinin 
I hissəsinin ərazisində (1) erməni quldurları tərəfindən yaralanan və şikəst 
edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə 
əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər 
kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra 
isə meyitləri eybəcər hala salırdılar”... 
Quba  şəhər  pristavının  –  polis  idarəsi  rəisinin  raportundakı  bu 
sətirlər 1918-ci ilin aprel-may aylarında Quba şəhərində və Quba qəzasının 
kəndlərində baş vermiş qanlı hadisələr barədə yüzlərlə şəhadətlərdən yalnız 
biridir.  Öz  polietnik  tərkibi  ilə  seçilən,  say  etibarilə  üstünlük  təşkil  edən 
Azərbaycan türkləri ilə yanaşı ləzgi, tat, yəhudi, rus, erməni və digər xalqların 
nümayəndələrinin  kompakt  şəkildə  yaşadığı  Azərbaycanın  bu  bölgəsinin 
əhalisinin “günahı” nə idi? Axı bu əyalətin müxtəlif milli-etnik və dini-sektant 
əhali qrupları arasında daima mehriban qonşuluq əlaqələri mövcud olmuş 
və uzun yüz illər ərzində qorunub saxlanılmışdı. Həmçinin, Quba şəhərinin 
yerli erməni əhalisinin sayı “500 nəfərdən” çox deyildi (2), fəallığı isə Bakı və 
Şamaxı şəhərlərinin və ya Qarabağın erməni əhalisinin fəallığı ilə müqayisəyə 
belə gələ bilməzdi.
Bu suala cavab verməzdən əvvəl, Quba əyalətinin tarixinə və 1918-ci 
ilin yazında baş vermiş qanlı faciələrə gətirib çıxaran hadisələrə nəzər salmaq 
münasib olardı.
 
* * *
Qubanın kökü orta əsrlərə gedib çıxan tarixi haqqında hələ qədim alban, 
ərəb,  fars  və  türk  mənbələrində,  Avropanın  müxtəlif  coğrafiyaşünaslarının 
və  səyahətçilərinin  əsərlərində  bu  və  ya  digər  şəkildə  bəhs  olunmuşdur. 
Tarixdə “Quba” kimi qeyd edilmiş coğrafi ərazilər – tam mərkəzdə yerləşən 
şəhərin  adına  uyğun  –  qədim  dövrlərdən  Böyük  Qafqaz  sıra  dağlarının 
şimal-şərq  qollarından  başlayaraq  Samur-Dəvəçi  çökəkliyinədək  uzanıb 
getmişdir.  Daha  qədim  coğrafi  ad  olan  “Quba”  toponiminin  özü  kifayət 
qədər geniş – “Xəzərətrafı əyalətlərdə, habelə Şirvan və Şimali Qafqazı əhatə 
etməklə, Monqolustandan Rusiyanın mərkəzi zolağınadək olan ərazilərdə” 
yayılmışdır. (3) Bu toponimin yaranması haqqında, o cümlədən Azərbaycanın 
Quba şəhərinin adı haqqında bir çox müxtəlif xarakterli və bəzən bir-biri-
ni  inkar  edən  yozmalar  mövcuddur  ki,  onların  arasında  həqiqətə  daha 
çox  uyğun  olanları  qeyd  edək:  Məkkə  şəhərinin  yaxınlığında  Məhəmməd 


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
6
peyğəmbər  tərəfindən  tikilmiş  ilk  məscid  Quba  adlandırılmışdır.  X  əsrdə 
Azərbaycanın  hakimi  Ənuşirəvan  tərəfindən  indiki  Qubanın  ərazisində 
tikilmiş qala da “Bade-Firuz-Qubad” adlandırılmış və öz adını Sasanilər çarı 
I Qubadın adından götürmüşdür. “Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bunu 
xatırlayaraq yazırdı: “əl-Bab haqqında, Kəsra Ənuşirəvanın atası Qubad ibn 
Firuzun Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər 
inşa etməsi haqqında ...çoxlu xəbərlər var...”. Müəllif Məsqətdən danışarkən, 
ehtimal  ki,  indiki  Quba  rayonunu  və  Firuz-abad  şəhərini,  öz  adında  onun 
əsasını qoymuş Sasani çarı Firuzun oğlu I Qubadın (488-531) adını qoruyub 
saxlamış  müasir  Quba  şəhərini  nəzərdə  tuturdu”.  Bu  sətirlərin  müəllifi, 
tanınmış Azərbaycan tarixçisi Sara xanım Aşurbəyli göstərilən iki faktı bir-
biri  il  əlaqələndirərək  hesab  edir  ki,  Quba  adı  Xilafətin  Azərbaycanı  və 
Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb 
tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxil-
dir. “Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə 
də,  Quba  şəhərini  təsvir  edən  Zeynalabdin  Şirvaninin  (XIX  əsr)  aşağıdakı 
məlumatı bu fərziyyəni təsdiq edir: “Qədimdə ərəb tayfalarından biri Quba-
ya  köçərək  burada  məskən  salmışdır”.  Firuz  Qubada  köçüb  gələn  ərəblər 
Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, 
onu da tanış olan Quba adı ilə adlandırmışlar. (4) 
Həmçinin  belə  versiyalar  da  var  ki,  XII  əsrdən  məlum  olan  və  in-
diki  Azərbaycanın,  habelə  Şimalı  Qafqazın,  Özbəkistanın,  Qazaxıstanın, 
Qırğızıstanın,  Altay  əyalətinin  müxtəlif  ərazilərində  geniş  yayılmış  “quba” 
və “quva” komponentli toponimlər hansısa bir türk etnonimini təsvir edir. 
Məsələn, qırğızlarda “quba” adı ilə məşhur olan tayfanın qıpçaqlardan əmələ 
gəldiyi hesab olunur. (5) 
XII əsrdən etibarən Quba adına artıq bir çox ərəb mənbələrində rast 
gəlinir:  ərəb  alimi  Həməvinin  (XIII  əsr)  coğrafiya  lüğətində  Azərbaycan 
şəhərləri arasında “Kubba” adı da xatırlanır, XVI əsr səfəvi arxiv mənbələrində 
“Qubba”  əyaləti  haqqında  bir  çox  məlumat  vardır,  digər  qaynaqlarda  isə 
şəhərin adı “Qübbə” kimi çəkilir. 
Artıq  qəbul  edilmiş  faktdır  ki,  müasir  Qubanın  bünövrəsi  XIV  əsrdə 
qoyulmuşdur. “Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (h.774 
(1373-cü il) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu 
da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər 
olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli 
sakinlərin dilindən xəbər verilir ki, “dağın yamacında olan Quba qalası çox-
dan dağılmışdır. Həmin vaxt (1582-ci il - S.A.) Quba çoxlu kəndi əhatə edən 
nahiyənin adı idi”. Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə 
Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı”. (6)
Quba şəhəri-qalası və ya Quba nahiyəsi yarandığı dövrdən başlayaraq 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə