Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   2   3   4   5   6   7   8   9   ...   112

7
Şirvan adlı geniş ərazilərdə yerləşən və Azərbaycanın orta əsr böyük feodal 
dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin torpaqlarına daxil olmuşdur. 
Orta əsr mənbələrində Şirvan və ya Şarvan adı altında Kür çayından şərqə 
doğru,  Xəzər  dənizinin  qərb  sahillərini  əhatə  edən  və  qədim  Qafqaz 
Albaniyasının və ya ilk orta əsrlər Aranın tərkib hissəsi olan ərazilər nəzərdə 
tutulurdu.  Şirvan  əyalətinin  sərhədləri  orta  əsrlər  boyu  müxtəlif  siyasi 
hadisələr və işğallar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişdirilməsi 
nəticəsində  dəfələrlə  dəyişikliklərə  uğramışdır.  Bəzi  dövrlərdə  Şirvanın  bir 
hissəsi Atropatenanın tərkibinə daxil olmuş, onun şimal sərhədləri isə uzun 
müddət Cənubi Dağıstanın şəhər və kəndlərinə qədər uzanmışdır. (7)
Təsadüf deyil ki, “Quba” adı həmçinin orta əsr Azərbaycanının məş-
hur  ticarət  və  mədəniyyət  mərkəzi  olan  Şirvanın  paytaxtı  –  “Quba-Şirvan 
xalçalarını  almaq  üçün  dünyanın  hər  yerindən  insanların  axışıb  gəldiyi” 
Şamaxı  şəhəri  haqqında  yazılan  mənbələrdə  də  xatırladılır.  (8)  Quba 
nahiyəsinin əhalisinə gəldikdə isə qeyd edilməlidir ki, uzun minilliklər boyu 
Şirvan  torpağı  bir-birini  əvəz  edən  qafqazdilli,  irandilli  və  türkdilli  tayfalar 
arasında  rəngarəng  əlaqələr  və  təmas  meydanı  olmuşdur.  Bu  yalnız  yazılı 
mənbələrlə  deyil,  həm  də  arxeoloji  və  toponimik  məlumatlarla  da  təsdiq 
edilir.  Şirvanın  qafqaz,  iran  və  türk  mənşəli  qədim  əhalisindən  əlavə,  bu-
rada VII-IX əsrlərdən başlayaraq ərəblər də yaşamışdır. “Mənbələr və toponi-
mik  məlumatlar  göstərir  ki,  Qafqaz,  irandilli  və  türkdilli  tayfalardan  ibarət 
yerli  əhali  eramızın  əvvəlindən  etibarən  köçəri  türklərlə  intensiv  surətdə 
qaynayıb-qarışmışdır. Türk tayfalarının burada dərin kök salması Azərbaycan 
xalqının etnogenezində mühüm komponentlərindən biri olmuşdur.
Azərbaycanda  məskunlaşmış  ərəb  tayfaları  yerli  əhali  ilə  qaynayıb-
qarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksi-
kada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk və İran ünsürlərinin 
davamlı və sabit olduğunu göstərir”. (9) Artıq XVI – XVIII əsrlərdə Azərbaycanın 
etnik mozaikasının nəzərə çarpan hissəsini Türkiyədən Azərbaycana yeni kürd 
tayfalarının  köçməsi,  habelə  digər  kürd  tayfalarının  Cənubi  Azərbaycandan 
Şimali Azərbaycana ölkədaxili yerdəyişməsi təşkil etmişdir. (10) 
Şirvanın  şəhərləri  və  digər  yaşayış  nahiyələri  Səfəvi  İranı  ilə  Sultan 
Türkiyəsi arasında müharibələrin faciəvi və dağıdıcı nəticələrini müntəzəm 
olaraq öz üzərilərində hiss etmişlər. Belə ki, XVI əsrdə osmanlılarla səfəvilər 
arasında  artıq  6-cı  müharibə  nəticəsində,  türklər,  1578-ci  ildə  Şirvanı  ələ 
keçirərək,  onu  2  əyalətə  –  Böyük  və  Kiçik  Şirvana  bölmüşlər.  Quba  3-cü 
inzibati  sancaq  qismində,  mərkəzi  Dərbənd  şəhəri  olmaqla,  Kiçik  Şirvanın 
tərkibinə  daxil  edilmişdir.  (11)  Mənbələrdən  göründüyü  kimi,  qubalılar 
səfəvilərin tərəfində vuruşsalar da, qızılbaş hökmdarlarının hakimiyyətindən, 
xüsusilə də Şah sarayının yerli məmurlarından və hərbi nümayəndələrindən 
heç də razı deyildilər. (12)
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
8
“Azərbaycanın demək olar ki, bütün ərazisinin, cənub-şərq küncü is-
tisna olmaqla, osmanlılar tərəfindən müntəzəm olaraq tutulmasına və hətta 
uzunmüddətli  işğalına  baxmayaraq,  bununla  belə,  Azərbaycan  bu  dövrdə 
də artıq İranın Səfəvi dövləti sistemində özünün inzibati baxımdan xüsusi 
mövqeyini itirməmişdi... 1593-cü ildən etibarən, Azərbaycanın qızılbaşların 
əlində qalan əyalətləri: Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac 
və Lənkəran – Qızılüzən və Kür çaylarının arasında olan geniş ərazilər – va-
hid  “Azərbaycan”  bəylərbəyliyində  birləşdilər.  Bu  bəylərbəyliyin  başında 
bir-birini  əvəz  edən  Fərhad  xan  və  Zülfüqar  xan  Qaramanlı  qardaşları 
dururdu.  Bəylərbəyliyin  1595-ci  ilədək  sayı  10  minə  çatdırılmış  silahlı 
qüvvələri (atlı və piyada) “Azərbaycan qoşunları” adlandırılırdı. (13) Sultan 
Türkiyəsinin  Səfəvi  dövlətinə  müntəzəm  həmlələri,  müharibələr  zamanı 
türk qoşunlarının ilk növbədə Cənubi Qafqaz və Azərbaycan ərazilərinə hü-
cumu Səfəvi dövlətinin paytaxtının əvvəlcə Təbrizdən Qəzvinə (1548-ci il), 
sonra isə İsfahana köçürülməsinin yeganə və həlledici səbəbi olmuşdur ki, 
bunun da nəticəsində Azərbaycan Səfəvi dövlətinin mərkəzi və ya paytaxt 
əyaləti olması kimi əvvəlki əhəmiyyətini itirmişdir”. (14) Bu hadisə həmçinin 
ona  səbəb  olmuşdur  ki,  dövlətin  mərkəzindən  şimala  təcrid  olunmaq-
la  Azərbaycan  bilavasitə  İran  ərazisindən  daha  çox  ayrılmışdır.  Bu  isə,  öz 
növbəsində “Azərbaycan xalqının öz əzəli tarixi torpaqlarında ərazi baxımdan 
sabitləşməsinə müəyyən mənada şərait yaratmışdır ki, bu da dilin bütövlüyü 
ilə yanaşı istənilən xalqın formalaşması üçün ikinci vacib şərtdir”. (15)
1638-ci ildə İran ilə Türkiyə arasında bağlanan müqavilə bu iki ölkə 
arasında  80  ildən  artıq  davam  etmiş  (1639-1723)  sülh  münasibətlərinin 
qurulmasının  başlanğıcını  qoymuşdur.  Bütün  bu  dövrdə  Azərbaycan, 
İranın şimali-qərb ucqarlarını təşkil etməklə, İranın hakimiyyəti altında qal-
sa  da,  bununla  belə  bütöv  inzibati  vahid  idi.  Belə  ki,  Azərbaycanın  yalnız 
Qızılüzən  çayının  yuxarı  sərhədlərindən  Böyük  Qafqaz  silsiləsinədək  olan 
bütün  torpaqlarını  deyil,  həm  də  Şərqi  Ermənistanın  bir  hissəsinin  daxil 
olduğu  ərazini  təşkil  edirdi.  Bütün  bu  dövr  ərzində  “Azərbaycan”  anlayışı 
hüdudlarına  dörd  bəylərbəylik  daxil  idi:  Təbriz  –  Araz  çayından  cənuba 
doğru Azərbaycanın bütün ərazilərindən başqa Talış və Muğanı əhatə edir-
di; Şirvan – mərkəzi Şamaxı olmaqla, Kür çayından şimala doğru Dərbəndi 
də əhatə edən bütün ərazilər; Qarabağ – mərkəzi Gəncə olmaqla, Kür və 
Araz çaylararası bütün torpaqlardan Ağstafa və Ordubadadək əraziləri əhatə 
edirdi; Bununla bərabər Azərbaycan bəylərbəyliyinin tərkibinə “bu dövrdə 
əhalisinin çox hissəsini azərbaycanlıların təşkil etdiyi Çuxursaad bəylərbəyliyi 
adlı Şərqi Ermənistan da daxil idi”. (16) 
Beləliklə,  həmin  dövrdə  “Azərbaycan”  anlayışı  Talış  və  Kaspiana  ilə 
birlikdə  tarixi  Atropatenanı,  habelə  Qafqaz  Albaniyasının  torpaqlarını  tam 
şəkildə əhatə edirdi.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə