27
kimi baxırdılar. Sosialistlər Gəncə və Tiflis arasında canları təhlükə altında olduqları halda, soldatlar içinə gedib
müsəlmanların onlarla düşmən olmadığını isbat edirdi. Gördük ki, hər tirendə sosialist ittifaqından bir-iki adam
olurdu. Əsgərlər keçirdilər. Sonra Rusiya məclisi-müəssisanına intixab zamanı Gəncədəki müşavirədə
müsəlman sosialistləri bir ittifaq təşkil edib bir taqım səbəblərə görə xüsusi bir müsəlman sosialistləri adına bir
ittifaq təşkil ediblər. O zaman sosialistlər ittifaqı Zakafkaziya seyminə və hökumətə daxil olub anarxiya
müqabilinə mübarizə edirdi. Sonra Batum, Trabzon, İstanbul konqreləri dəvət edildikdə işbu konqrelərdə
(konfranslarda) iştirak etdik. Və bu çılışmaqları ilə sosialistlər başqa millətlər ilə müştərək hökumət təşkilinə
tərəfdar olduqlarını göstərmək istəyirdilər. Gürcüstan ayrıldı. Sair millətlər elani-istiqlal etməyə məcbur oldular.
Əz cümlə Zakafkaziya seyminin müsəlman fraksiyası Azərbaycan Cümhuriyyətini elan etdi. Azərbaycan
müstəqil oldu. Fəqət biz Rusiya ilə Azərbaycan demokratiyasının faydalarını birlikdə bilirdik və biliriz. Ona
görə də hamıdan axırda (elani istiqlal etməyə) məcbur olduqumuz üçün elan etdik. Bununla bərabər zənn ediriz
ki, Rusiya demokratiyası ilə Azərbaycan xalqının
[59 - 60]
əl-ələ çalışmaları olacaq birliyinə kimsə mane olmaz.
Çünki, Rusiyadakı demokratiyanın hamısının qayəsi, faydası bizimkilər ilə yenə də birdir. Biz müttəfiq
sosialistlər Azərbaycan Cümhuriyyəti yolunda əvvəldə işləmiş idik, imdi də var-qüvvəmizlə onun üçün
çalışmacayız. Azad dövlətimiz gərək yaşasın. Bizim proqramımızın başında yazılmışdır ki, millətlər bərabərdir.
Bu millətlərin biri yaşamaz isə heç digərləri yaşamaz. Rusiya istibdadı dövründən bəri bizim proqramdan heç
bir şey dəyişməmişdir. Bizim torpaq haqqındakı proqramımız görün nə qədər doğru idi ki, ona əsla razı olmayan
sağ firqələr də buna razı oldular.
Torpaq məsələsi: (Seym)də həll edildiyi zaman Zaqafqaziyada olan müsəlman firqə nümayəndələri torpağın
köylülərə əvəzsiz verilməsinə bir səs ilə rəy verdilər. (Hər tərəfdən alqış). Bir ayrı fikir də ola bilməz idi. Çünki
ayrı fikirdə olsa idilər ümumrusiya demokratiyası bu fikirdə olduğu üçün düşünürdülər ki, nə üçün hamı
Rusiyadakı millətlər bu fikirdə olduğu halda iki quberniyada başqa məslək çıxdı. (Alqış, solda gülüş.) Mən bilən
millətçilər də bu fikrə şərik olmalıdırlar. (Soldan: Olubdurlar da). Biz hamıdan əvvəl kəndçilərin halına
baxmalıyız. Kəndçilərin qarnı tox olmazsa, kəndimiz abad olmaz isə nə edə biləriz? O millətdən nə ola bilər?
Ümum Azərbaycan əhalisinin yüzdə doxsanı çöllüdür. Bunlar əksərən: ac, çılpaq, xəstə və kasıbdarlar. Biz
onların dərdlərini bilib, əlac aramalıyıq. (Soldan alqış). Onlar nə qədər eyi yaşasalar, o qədər cümhuriyyətimiz
üçün xeyirlidir. (alqışlar.) Onlar tox olub, azardan az qırılsalar, kənardan heç bir qüvvə hürriyyətimizə təcavüz
edə bilməz. (Alqış). Torpaq və fəhlə məsələsi haqqında bizim proqramımız məlumdur. İzahına hacət yoxdur.
Amma kəndli və fəhlə yoldaşlarımız bunu bilib bizə yardım etməlidirlər). (Soldan: Edəcəklərdir). Əlbəttə, bu
işlə həpsi qəzetdə yazıracaqdır, gizli qalmayacaqdır. Siyasi məsələlər otaqlarda, lokontalarda, örtülü yerlərdə
deyil, açıq surətdə həll edilməlidir. (Hər tərəfdən alqış). (Əlini nazirə uzadaraq). Onu zati-aliləri bilirdilər, ona
görə də Gəncədə bizim Şurayi-millimizi qovdular. Bir firqə ki, sosialist olduğunu istibdad hökumətindən
gizləmirdi. Əlbəttə cümhuriyyət zamanında gizləməyəcəkdir. Biz kürsüyi-xitabatda
[60 - 61]
açıq danışmaq
haqqını tələb edirdik. Öylə bir minbər ki, hamı orada dərdini söyləyə bilsin. Qanunsuzluq bütün millət
nümayəndələri fikirlərini deyə bilsinlər, siz də fikrinizi deyə bilin, biz də fikrimizi deyək, millət də görsün kimin
göstərdiyi yol yaxşıdır. Millət xəbərlidir (soldan: Doğrudur). O yandan maida belə şeylərdə mübarizə olmalıdır.
Çünki belə olmaz isə, işlər düz getməz, nə millət, nə demokratiya yaşaya bilməz. Demokratiya daima əzilər.
Mart hadisatında qırılan ancaq fəqir-füqəra oldu. Pulu olan qaçdı (Soldan: Qaçdılar, sağ olun). Mən özüm də
dövlətli olsa idim, belə olardım. Bu xüsusda əhəmiyyətsizləri sonraya buraxaraq hazırda mühüm məsələləri
müzakirə etməliyiz. Məsələn, bütün kəndlərdə eylə şeylər var ki, heç bizim xəbərimiz yoxdur. Kəndlilər tələf
olurlar, spanka deyilən bir azardan gündə hər köydə on-on beş adam ölür. Həkim və dərman adı olduğunu heç
kimsə bilmir. Hərçəndi rəisi-vükəla deyir ki, nazirlər bu xüsusda işlər görürlər. Amma biz bir şey görmüyoruz.
(Soldan: gülüş, alqış). Həkimləri məcburən əsgər kimi toplayıb, böyük para vermək, kəndlərə göndərmək
lazımdır. Qoy on gün gedib kəndlərdə qalsınlar. Barı camaət özünü azardan nə töhr saxlamağı söz ilə də olsa
öyrənsinlər, və illa millət qırılıb gedir. (Mərkəz və soldan: Doğrudur, alqış). Başqa yerlərə verilən pullardan bu
işə də bir qədər pul buraxılsa idi minlərlə kəndlərə təbib göndərmək mümkün olar idi və on minlərlə əhalimiz
qırılmaz idi. Bunlar heyvan deyillər. Hökumətin sütunu bunlardır. Bizi də, hökuməti də saxlayan çöldür,
çiftçidir... Kəndlərdə eylə əvamlıqdır ki, dostları ilə düşmənlərini tanımırlar. Hər kəs nə deyir, ona inanırlar.
Maarif yox, dərman yox, təbib yox. Gələcək cəmaət buna çox diqqət etməlidir. Təbiblər orada dərman da
verməz isələr, barı dil ilə özlərini hifz etməyi xalqa anlatsınlar. Yeni hökumət hamının rəyi ilə parlamentdən
seçilsə və parlament qarşısında məsul olmalıdır. Keyfi istədiyi kimi idarə edən hökumət məmləkəti bərbad edər.
Hökumət məsul olmaz isə vətənə mənfəəti dəyməz. Ona görə də məmləkətdə hökumət dəvam etdikcə,
parlamentdə davam etməlidir. Hərçəndi ki, hökumət üçün bu iş çox çətin olacaqdır. Bu neçə ayda bizim
parlamentimiz açıq olsa idi, çox sözlər danışılardı. Çox adam qırılmazdı. Adamın
[61 - 62]
qiyməti millətdən
ötəri çox bahadır. Biz hökuməti ziyadəsilə tənqid etmək istəmirdik. Lakin indi xarici böyük məsələlər var ki,
köhnə hökumət məsələlərinə o qədər irad etməyə vaxt qalmır, (keçən keçmiş) hər kəs öz insafı hüzurunda
cavabdeh olsun, biz isə keçəni tənqiddən ziyadə, artıq gələcəyi düşünməliyiz. Gələcəkdə nə etməliyiz ki, irəliki
kimi olmasın. Gələcəkdə hökumət parlament hüzurunda məsul olmalıdır dedim. Təbii hər bir iş qanunsuz,