28
parlamansız görülməməlidir. Qanun özü də bunu tələb edir. Əhalidən yığılan pullar: özlərinə xərc olunmalı. Hər
nəzarət bir illik smeta tərtib verib, onun üzərinə para istəməlidir. Dəftərxanaya lazım olan xırda xərclikdən və
irəlidə təsəvvür olunmayan məsarifdən başqa hökumət öz tərəfindən heç bir qanun qoya bilməz. Məsələn,
sözsüz, qanunsuz iş aparmaq olmaz. (Mərkəzdən: Olmaz daş). Doğrudur, neçə müddətdir deyirlər ki, adam
asılmaq ilə işlər düzəlməz (Soldan: asmaq düz deyildir). Məncə asmaq ilə camaatı düzəltmək olmaz. Məktəb və
tərbiyə ilə düzəltmək olar. Heç vaxt allah verən canı bəndənin almağa haqqı yoxdur. (soldan: alqış.) Bunu
ələlxüsus dindarlar bilməlidirlər. Özümüzü başqalarına doydürməmək üçün edam və cismani cəzalar ləğv
edilməlidir. (Alqış). Məsələn, ingilislər buraya gələndə zopa vuracaqlarını elan etdilər. Bunun da səbəbi o idi ki,
biz irəlidə zopanı çox yaxşı qanuni bir qərar, bir cəza hesab edirdik. Biz onlara belə qanun olmaz desək, nə üçün
türklərdən zopa qəbul edirdiniz, bizdən də qəbul etməlisiniz deyəcəklər. Bunu anlamayanlar da bu altı aydı
qanunsuzluq üzündən zopa dəydikcə bu qanun ləzzətini çox gözəl anladılar. (Alqış). Parlament vücudilə heç kəs
asılmaz, hətta heç bir kimsəyə qanunsuz, istintaqsız həbs və təçziyə etmək olmaz. Fraksiyamız tələb edir ki,
siyasi məhbuslar azad edilsinlər. Bunu təklif edib ittihad fraksiyası məzkur məsələsinin həlli üçün təyin edilmiş
iclasa gəlmədi. Hər gün bir nəfər, iki nəfər komissiya üzvlərindən gəldi, qalanı gorünmədi. Axırda birisi o vaxt
gəldiki, parlament iclası başlanacaqdı. Əlbəttə ki, böylə işlər yaramaz. Mənim təsəvvürümcə hökumətə təklif
etməlidir ki, bu vaxtatəkin təqsirnamə verilməmiş olan məhbuslar bu gün buraxılsınlar. (Alqış). Bizim əsl
fikrimiz millətlərin qardaşlığıdır. Binaən-ileyh biz rus demokratiyasını da
[62 - 63]
unutmamalıyız. Azərbaycan
hürriyyətinə Rusiya demokratiyası böyük yardım etmişdir. Bundan əlavə yüz illərlə qonşu yaşayan rus, erməni,
gürcü, yəhudi, polyak, xüsusən Şimali Qafqaziya demokratiyası ilə qardaşca dolanmalıydız. Bəylə
mehribançılıq Azərbaycan hürriyyətini də möhkəmləndirər. Azərbaycan, Gürcüstan, Ermənistan arasında olan
sərhəd məsələsi də həll edilməlidir. Məsələ üstündə bəzi anarxiya olur, qanlar tökülür. Bunlar həll edilməyincə
bu qanlar kəsilməz. Bu barədə Qafqaziya millətlərinə də təklif edilməlidir ki, onlar bir araya gəlib bu ixtilaflı
məsələləri həll etsinlər. Böylə olmaz isə bizim onların və ümumi Rusiyanın azad yaşamağına ümid yoxdur.
Görürsünüz ki, cürbəcür bandalar baş qaldırıblar, cümhuriyyətimiz onların gözlərinə batır və tarixin geri
qayıtmasına inanırlar. Amma mən deyərdim ki, onlar səhv edirlər, Nikolay getdi, gələsi deyil! (əlini sağ tərəfə
uzadaraq) Qətiyyən ümidinizi kəsiniz! (Alqışlar). Yaşasın demokratiya! Axırıncı dəfə olaraq deyirəm ki, yaşasın
Rusiya və Azərbaycanda yaşayan erməni, gürcü, rus və türk demokratiyasının qardaşlığı! (Sürəkli alqışlar).
Sədr — Söz Hümmət fraksiyası tərəfindən Şeyxülislamovundur.
Şeyxülislamov — Möhtərəm parlament əzası! Bu gün möhtərəm və səmimi revolyusionerlər üçün böyük
gündür. Bu asılan bayraq o inqilabın atəşidir. (Alqışlar). Biz sosialistlər məramnaməmizin üçüncü maddəsində
ümum millətlərin azadəliyini və qardaşlığını yazmış və şüarı bayrağımızda qaldırıb yürümüşük və yürüyürük.
Mən üzümü o şəxslərə tuturam ki, bizi beynəlmiləlçilikdə müttəhim və millətə zidd hesab edirlər.
Beynəlmiləlçilik ümum bəşəriyyətin azadə yaşaması və işləməsi deməkdir. (Alqış).
Biz deyiriz ki, millətin yaşaması mədəni və iqtisadi tərəqqi ilə ola bilər. Müsəlman qövmlərini o yerə
yetirməliyik ki, başqaları da müsəlmanların varlığına və onun hüququnun olduğunu anlasınlar. İnqilab
genişlənir. İnqilab atəşindən ruh veriləcək. Və bunun bizə köməkliyi var. Hüququmuzu əlimizdən almaq və
bayrağımızı yatırmaq, istənilən müharibə meydanında birinci cərgədə biz sosialistləri körəcəksiniz. (Alqışlar).
Bizim iki düşmənimiz var: biri xarici, biri də daxili.
[63 - 64]
Xarici düşmən o qədər qorxulu deyildir. Daxili isə
xarici düşməndən qüvvətlidir. Bunlar Tomsonun yanına qaranlıq bucaqlardan keçib Azərbaycanı yıxmaq və
milli müqəddəratımızı əlimizdən almaq istəyirdilər. (Sürəkli alqışlar). Biz sosialistlər Azərbaycan Cümhuriyyəti
yolunda atdığımız addımları bir daha geri götürməyəcəyiz. (Alqışlar). Biz demişik ki, idarələrin fəhlə və
kəndçilər sinfi iştirakilə təşkil edilən millətlər yaşayacaqdı. Cəmaət hökuməti işindən heç bir zaman kənar və
bixəbər qalmamalıdır. İndi hamı millətlər bizim əsasları qəbul etmişlərdir. Almaniya imperatorluğu da yıxılıb
demokratik şəklinə düşmüşdür. Və eşitdiyiniz Vilson prinsipləri, Vilsonun deyil, bütün dünya sosialistlərinin
prinsipidir. (Alqışlar). İnsan bu cərgəyə daxil olmaq üçün bir sinfə malik olmalıdır. İndi bizə nəsil, sənət
lazımdır ki, insanlar cərgəsinə daxil olaq. Cümhuriyyət inama daxil olmaq üçün bu yolda çalışdıq, şəxsi
mənfəətlərdən ötəri bizləri millətə düşmən hesab edənlər milli komitəni dağıtdılar. Onların səhvi məsum oldu.
Çox təəssüf olsun ki, erməni qonşularımız parlamentimizdə iştirak etmirlər. Biz yenə ruhumuzu
sındırmamalıyız. Çünki, bir millət ruh sağlamlığı sayəsində yaşar. Ən əvvəl əmələ və fəhlələrin hüququ həll
olunmalıdır. Bu barədə sağda oturan firqəni təbrik edəcəyiz ki, vəzifəmizi yüngülləşdirdilər. Ümidvaram ki,
daha sağdan gələnlər təzə proqramları ilə vəzifəmizi daha yüngülləşdirəcəklər. (Soldan alqış). Fəqət, bu
proqramlar kağız üzərindən həyata keçirilməlidir. Biz fəhlələrin hüququnu müdafiə edirik. Zira iqtisadi cəhətdən
qüvvətli olan bir millət yaşaya bilər. Millətpərəstlər millətindən ötəri çalışırlar. Böylə isə əmələ və kəndlilərə
hamıdan çox kömək verməlidirlər.
Məndən irəli nitq söyləyən arkadaşım unutdu, desin ki, bütün millət azad olmalıdır. Millətimizin yarısını
təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyız. (Sürəkli alqışlar). Millətin yarısı
işləyib, yarısı işləməsə o millət çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarımız gələcək