25
və bitərəfanə qərar və tədbirlərilə hökumət mart və sentyabr hadisələri kimi qəmgin faciələrin bir daha təkrar
edilməyəcəyi haqqında təminat verməlidir. (Alqış).
Bütün aləmi istila edən demokratik bir cərəyanın yol alıb getdiyi belə bir zamanda Rusiya inqilabi-kəbiri
kimi müdhiş bir ixtilal məşiməsindən doğmuş bir cümhuriyyəti təsis və idarə edəcək hökumət daxili siyasətində
hər şeydən ziyadə demokratiya sinfinə, köylülər ilə əməllərə istinad etməlidir. (Mərkəz və soldan alqış).
Fövqəladə bir surətdə bahalaşan məişətin ən ağır yükü millətin əksəriyyəti-əzəməsini təşkil edən bu iki sinfin
umuzundadır. Binaən-ilhey əkinçiyə yer, əmələyə iş verilməlidir. (Sürəkli alqışlar, mərkəzdən və soldan). Yeri
bəs necə verir, iş üçün nə düşünür, deyə vaqe olan suala firqə proqramımızı nəql ediriz.
"Torpaq məsələsi"
22). Xəzinəyə, sabiq padşaha və padşah nəslinə mənsub xanədanə; elə də mülkədarla xüsusi malikələrə
məxsus olan bütün torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir. (Şiddətli alqış,
soldan bravo!)
23). Bu surətlə zəhmətkeş və rəncbərlərə veriləcək torpaq onların kəndi mülkiyyətlərinə verilib, həmin yer
üzərində bütün hüquqa malik olacaqdır. (Mərkəzdən alqış).
24). Hər bir əldə qalacaq və ya bulunacaq torpağın ən çox miqdarı qanunən təin olunub, ondan artıq kimsəyə
torpaq sahibi olmaq haqqı verilməyəcəkdir. (Soldan bravo, alqış).
25). Torpağın pulsuz və əvəzsiz surətdə rəncbərlərə verilməsi üzərində xəsarətdidə olan xüsusi maliklərə
gördükləri ziyan müqabilində xəzinə tərəfindən, mütərəqqi gəlir vergisi
[54 - 55]
əsasilə varlı siniflərdən alınan
verdi pulu ilə hasil olmuş xüsusi bir məbləğ (fond) hesabına olaraq mükafat veriləcəkdir.
26). Malikiyyət torpağın üzərinə olub, altındakı mədəniyyat isə beytülmal (muxtariyyət xəzinəsinə)
məxsusdur ki, hu surətlə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır.
27). Meşələr, cəngəllər, göllər, duzlaqlar və axar sular ümumidir. Onların idarəsi məhəli idarələrin əlində
olub, xüsusi adamların onlardan faydalanmasının tərtibi dəxi məzkur idarələrə bağlıdır.
"İşçi məsələsi"
İşçilərin zəhmətin ağır məşəqqətindən daim rahat etmək üçün firqə aşağıdakı maddələri tələb edir:
28). (Hər bir muzdur, qulluqçu, əmələ və fəhlə üçün iş günü səkkiz saatdan artıq olmamalıdır. (Alqış
mərkəzdən və soldan).
29). Hər bir muzdur, qulluqçu, əmələ və fəhlə üçün, ərkək-qadın-fasiləsiz surətdə həftədə 24 saatlıq istirahət
qanunən müqərrər olmalıdır. (Alqış, soldan bravo).
30). Qanunən müəyyən olunan iş günündən artıq işləmək qaydası tamamilə mən edilməlidir.
31). Gecə qulluğu axşam saat doqquzdan saat 6-ya qədər yasaqdır. Fəqət, işin texnikası tələb eylədiyi
təqdirdə və əhd təşkilatı tərəfindən caiz görüldüyü halda gecə xidmətigkörülə bilir.
32). On altı yaşına qədər məktəb sinnində olan balaların çalışdırılması məmnudir. 16 yaşından 18 yaşına
qədər olan cavanların iş günü isə altı saatdan artıq olamaz.
33). Qadınların səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq məmnudir. (Mərkəzdən alqış, soldan
bravo). Hamilə olan qadın xidmətkarlar doğulduqlarından dörd həftə əvvəl və altı həftədə sonra xidmətdən azad
edilib və bu azadlıqları müddətində dəxi muzd və məvaciblərini tamamilə alacaqlardır.
34). Qadın əmələ və fəhləsi olan hər bir fabrika, zavod və sair karxanalar yanında südəmər uşaqlara məxsus
tərbiyəxanalar
[55 - 56]
yapılacaq. (Alqış soldan). Uşaq əmizdirən ana qulluqçular hər üç saat arasında yarım
saatdan az olmamaq şərtilə xidmətdən azad ediləcəklərdir.
35). tamamilə və ya qismən işləmək qabiliyyəti itmiş olan əmələlər dövlət tərəfindən xüsusi bir fond
(sərmayə) hesabına sığorta olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan alınan xüsusi bir vergi hasilatından
əmələ gələcəkdir.
36). Muzd və məvacib müqabilində nəqd əvəzinə cins vermək qaydası tamamilə mən ediləcək, muzd və
məvacib isə həftədə bir dəfə iş müddəti əsnasında veriləcəkdir.
37). Cərimə və xarab olan, bəyənilməyən mətaiq mayasını qaytarmaq və sairə kimi hər növ ittifaq və
səbəblərdən ötəri olsa da fəhlələrin haqqi-hesabından pul çıxmaq qaydası kökündən mən edilməlidir.
38). Hər növ emalatxana, kəsbxana, fabrika, zavod və sairəyə kifayət edəcək qədər fabrika təftişçiləri
(inspektorlar) təin edilməlidir. Dövlətə məxsus olan sənətxanalar, xadim və qulluqçusu olan kasbxanalar dəxi bu
müfəttişlərin nəzarətinə tabedirlər. Bu cümlədən olaraq ev qulluqçuları, ev nökərləri dəxi fabrika müfəttişliyinə
tabedirlər. Qadınların çalışdığı yerlərə qadın müfəttişlər təyin olunmalıdır. Fabrika, zavod və zəhmətin
müdafiəsinə məxsus nəşr olunan qanunların kamilən yerinə yetirilməsinə baxmaq üçün əmələlər tərəfindən
seçilmiş vəkillər dəxi iştirak etməlidir. (Alqış.) Bu vəkillərə dövlət tərəfindən maaş veriləcəkdir. Əmələlər
26
tərəfindən seçilən bu vəkillər, əmələyə verilən materiallara onların (brakovka) yaramazlığına və ələlümum
işlərin nəticəsinə nəzarət etməlidirlər.
39). Sahibkarlar tərəfindən əmələlərə məxsus olaraq verilən evlər ilə mənzillərin səhhətə müvafiq olub
olmamasına, məzkur otaqların daxili sıxlığa və tərtibatına, onların kirayə verilmək şəraitinə baxmaq və
həmçinin iş sahiblərinin, əmələlərin ev işlərinə müdaxilə etmələrinə meydan verməmək üçün bu mənzillər
məhəlli idarələr tərəfindən təftişə alınıb, nəzarət altına alınmalı, bu nəzarətə əmələlərin vəkilləri də iştirak
etməlidirlər.
40). Hər bir kargah, fabrika və emalatxanada müntəzəm surətdə iş sahiblərinin nüfuzundan azadə səhiyyə
nəzarətləri
[56 - 57]
təsis olunmalıdır. İş sahiblərinin hesabına olaraq əmələlərə müftə dərman verməli və
azarladıqları müddətcə məvacibləri özlərinə yetişçilməlidir.
41). Səy və zəhmət qanununu sındıran iş sahibləri cinayət Qanunu mocibincə məsuliyyətə alınmalıdır.
42). Hər bir kargah və kəsbxanada yarısı iş sahiblərindən, yarısı da əməllərindən ibarət xüsusi mühakimə
heyətləri təşkil olunmalıdır.
43). Yerli və xaricdən gəlmə əmələ və işçilərə qulluq tapmaq üçün kontorları (məsai birjası) təsis etmək işi
məhəlli idarələrə həvalə olunmalı, bu kontorlarda əmələ təşkilatı tərəfindən seçilmiş vəkillər dəxi iştirak
etməlidirlər. Millətin özəyini təşkil edən fəhlə baxımsızlıq üzündən müzür xəstəliklərə tutularaq minlərlə
qırılırlar. Təbiidir ki, tədabiri-səhiyyə etmədiyindən daha ziyadə bir ciddiyyətlə əvəz olunmalıdır. İaşə (ərzaq)
məsələsinin islahı, bu xüsusda ən təsirli çarə ola bilər. Fəqət bunun üçün də yolların tərtib və əmniyyəti, başqa
millətlər ilə ticarət mübadiləsini təşkil və əmniyyət əlzəmdir. Maarif daha ziyadə yapmalı və daha ziyadə
milliləşməlidir. Göylər məktəb şəbəkələri ilə, şəhərlər də darülmüəlliminlər ilə dolmalıdır. Dövlət müəssisələri
ilə təhrirati-rəsmiyyənin mümkün olduqca milliləşməsinə cəhd etməlidir. Əlbəttə unutmamalıdır ki, hökumət
qurmaq bir tərəfdən xalqın etimadını qazanmaqla olursa, dikər tərəfdən dəxi cəbr və qüvvəyə istinad etməklə
olur. Bunun üçün də əsgəri təşkilata son dərəcədə əhəmiyyət verilməlidir. Dövlətin xaricən müdafiəsi, daxilən
müsaliməti bunu iqtiza edir. Xidməti-əsgəriyyə bütün xalqın üzərinə deyil, daha ağ gün, daha zəngin siniflərə
təhəmmül olunmalıdır. Yeni qurulacaq hökumətdən daxilən və xaricən bu proqram daxilində fəaliyyət istəyəcək
məclisi-məbusan, eyni zamanda kəndisini dəxi bizat Azərbaycan məclisi-müəssisanı dəvət etmək üçün indidən
təşəbbüsdə olmalı, qanuni-intixab yazılması üçün bir ay əvvəl məxsusi bir komisyon ayrılmalıdır.
Bayaqdan bəri zikr etdiyim mətləbləri, məmləkətin istiqdalını müdafiə və millətin həyatını mühafizə etmək
üçün əzm qəvasilə təşkil edəcək bir hökumətdir ki, vücuda gətirilə bilər . Böylə bir hökumət içində
bulunduğumuz şəraiti-hazirəyə
[57 - 58]
görə yalnız tərəqqipərvər bir koalasiyon surətlə təşkil edə bilir.
Bu surətlə qurulacaq bir hökumət firqə və milliyyət etibarilə müştərək olmalı və hər bir cəhətcə parlament
hüzurunda məsul bulunmalıdır. Yalnız böylə bir əhval ilə təşkil olunacaq hökumətdir ki, əlbirliklə xilasına
borclu olduğumuz vətəni qurtarıb, hürriyyət və istiqlalımızı təmin ilə bizi həm məclisi-müəssisan hüzuruna
çıxarar, həm də istiqlalımızın beynəlmiləllik təsdiqini asanlaşdırar. (Şiddətli və sürəkli alqışlar).
Sədr - Söz sosialistlər ittifaqı tərəfindən Səfikürdlü Aslan bəyindir...
Aslan bəy — Yüz ildən bəri bizim vətənimiz, indiki Azərbaycan olan, İran padşahının istibdadindən qurtarıb
rus padışahının əlinə keçdi. Bir qədər keçdikdən sonra cəmaət anladı ki. Rusiya müstəbid hökumət əlinin altında
işləmək mümkün olmayacaqdır. Hamıdan qabaq fəhlə və köylülər anladı ki, belə Rusiya kimi böyük səltənət ki,
bir çox millətlərdən mütəşəkkil bir dövlətdir. Heç kəsin hüzurunda məsul olmayan bir adam tərəfindən idarə
oluna bilməz. Ona görə fəhlə qardaşlar siyasi firqələr əmələ gətirib qət etdilər ki, Rusiya gərək cümhuriyyət
olsun, iştə o yerin əhalisi, millətləri asudə, vətənləri abad ola bilər ki, oranın zəhmətkeş əhalisindən eyiləşsin;
Onun cismani xəstəliklərinə əlac və ruhani tərəflərinə müavinət edilsin. O zaman rus sosialistləri ilə bərabər
bizim firqəmiz də çalışır idi. Hətta Rusiya çarının güclü vaxtında çalışır idi. Özünüz bilirsiniz ki, o zaman biri
"cümhuriyyət" sözünü işlətmək nə qədər təhlükəli idi. Lakin o qorxulu vaxtda bizlər yenə işləyir idik, çünki
məsləkimizə inanırdıq və bilir idik ki, ən yaxşı tərzdə idarə ancaq cümhuriyyətdir. İndi məqsədimizə çatdıq,
cümhuriyyət alındı, nəinki Rusiyaya və Rusiyada yaşayan demokratiyaya, hətta başqa dövlətlərdə yaşayan xırda
millətlər də istiqlaliyyət almağa müvəffəq oldular. Bu işə hamıdan artıq biz sosialistlər şad oluruq. Ona görə
mən bu gün sosialistlərimiz tərəfindən deyirəm: "Yaşasın, Azərbaycan Cümhuriyyəti!"(Alqışlar).
Bəzi vaxtlar istibdad altında olurdu ki, biz aşkar işləyə bilmir idik,. Gizlicə işləyir idik. Özünüz bilirsiniz ki,
[58 - 59]
bizim qardaşlarımız yaşayan ölkələrdə, bu beş il müharibədə müfəttinlik nəticəsi olaraq Kars,
Ərdahan, Acarıstanda nə qədər qanlar töküldü. Müsəlmanlar barəsində zülmlər oldu. O vaxt bizim sosialist
yoldaşlar oraya getmiş idi. Həpsi orada çalışır idi. Ola bilər ki parlamentdə bizim firqədə oturanların həpsi orada
çalışırdı, işləyirdilər. Bacardığımız köməkləri edirdik. Sonra müharibənin ortasında inqilab oldu. Nikolay
taxtdan salındı, əski idarə yerində inqilabçılar təşkilatları əmələ gəldi. Hökumət idarələri demokratiya əlinə
keçdi. Digərləri o idarələrdə işləmirdilər. Çünki buna inanmırdılar, deyirdilər ki, bu idarələr daima deyil, bunlar
bir şey bacarmayacaqlar. Hər kəs orada çalışır, müttəfiqlərimiz Rusiya fəhlələrinə, Rusiya demokratiyasına
"sizin və bizim mətləbimiz birdir, siz azad olmaq istəyirsiniz, biz dəxi azad olmaq istəyiriz", deməsə idilər əhval
başqa dürlü olacaq idi. Siz gördünüz ki, rus ordusu cəbhədən qayıdarkən soldatlar bütün müsəlmanlara düşmən