29
övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi
[64 - 65]
müdafiə edən
azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir insanlar yaradarlar. (Alqışlar).
Torpaq və fəhlə məsələsi burada həll olunmayacaqdır . Biz ancaq "Seym"də həll olunan müəyyən məsələləri
icraya qoymalıyız. Fəhlə məsələsində müştərək müqavilə (kollektiv doqovor) payidar olmalıdır. Mövcud ali
imarətlər tikilib rahatlanmağımıza bais olan fəhlələrə köməklik edib, tezlik ilə onları aclıqdan qurtarmalıyız.
(Alqışlar). Biz ümumi seçki əsasilə bu tezlikdə Məclisi-Müəssisan çağırılmasını tələb edəcəyik. Özgə millətlər
ilə əlaqəmizə gəldikdə deyə bilərəm ki, "qardaşlıq ilə bir-birini anlamaq‖ sözlər yazılmış olan beynəlmiləl
bayrağı altında gedənlərin məqsədi, rəyi məlumdur. Biz bu yolda durub və məqsədimizə nail olacağımıza da
ümidvariz. Bir neçə söz də sosializm haqqında soyləməliyəm. Deyirlər ki, sosialistlər dovlətli: əri və
mülkədarları qırmağa dəvət edirlər. Mən bu mənbəri-alidən deyirəm ki, bizlər bəylər və dövlətlilər ilə mübarizə
etmirik. Torpaqdan və ziraətdən mənfəətbərdar olmaq üçün mülkədarlıq və sərvətdarlıq əsası ilə mübarizə
etmişik. Biz tokülmüş mülkədar qanlarının axıdılmasına nifrət və etiraz ediriz.
Qadınlar məsələsində bir şeyi unutmuş idim. Gərək bir qanun verilsin ki, o qanun üzrə hər kişinin bir
nəfər[dən] artıq [arvad] almağa ixtiyarı olmasın. (Gülüş, alqış).
Gələcək hökumətdən tələbimiz bunlardır:
1). Hökumətə daxil olanlar Azərbaycanın istiqlalını müdafiə etməlidir.
2). Hökumət zor ilə deyil, qanun ilə iş görməlidir.
3). Bu hökumət məclisi-müəssisan qarşısında məsul olmalıdır.
4). Hökumət əcnəbi siyasi ilə əlaqədar olmalıdır.
Bu barədə indiki hökumətdən biz narazıyıq ki, indiyə qədər Avropa ilə münasibət peyda etməmişdir.
İstiqlalımıza inanmayanlar hər firqədən olsalar da hökumətimizə daxil olmamalıdır. (Alqışlar).
Yaşasın, Azərbaycan Cümhuriyyəti, Gürcüstan, Ermənistan cümhuriyyətləri, Şimali Qafqaziya cümhuriyyəti
və millətlərin qardaşlığı!... (Alqışlar).
[65 - 66]
Sədr — Söz sosialistlər ittifaqı tərəfindən Əhməd Cövdət əfəndinindir.
Əhməd Cövdət — Əfəndilər! Müsəlman sosialistlər ittifaqı və demokrat "Hümmət" firqəsi tərəfindən
yoldaşlarımız Səfikürdski və Şeyxülislamov tərəfindən müfəssələn bəyan edilən nöqteyi-nəzərini aşağıdakı
deklarasiyon şəklində yetirmək niyyətindəyəm. Biz sosialistlərin parlamentə girməkdə məqsədimiz parlament
ideyasına və məclisi-müəssisanın tezlik ilə çağırılmasını bu kürsüdən müdafiə etməkdir. Bu məqsəd ilə biz
hökumətin yürüdəcəyi siyasət haqqında şu surətlə bəyan ediriz. Firqə və fraksiya nümayəndələrindən mürəkkəb
və müştərək bir hökuməti qəbul edir və onun proqramına demokratik əsaslara müvafiq olmasını arzu ediriz.
Gələcək hökumətin əvvəlinci vəzifəsi Azərbaycan Cümhuriyyətinin istiqlalına bütün qüvvəsilə müdafiə
etməkdir. Biz inanırıq ki, Azəri türklərinin istiqlalı təin və təsdiq olunandan sonra "yalançı millətçilik" ortadan
çıxar və şimdiki əsrin məhsulu olan sinif ayrılığı və sinif mübarizəsi qolaylıqla bizim də camaətin içinə girər ki,
bu da ümumi demokratiyanın xeyrinədir. (Alqış). Fəqət istiqlaliyyəti mühafizə etmək öz kabinetinə girib də
qapanmaq deyil, bir çox tarixi, mədəni və ən ziyadə ekonomik əsaslar Zakafqaziya millətləri və cumhuriyyətləri
və əski Rusiya torpağı üzərində əmələ gələn hökumətlərini biri-biri ilə sıxı münasibətdə bulunmaya məcbur
edir. Buna binaən biz Zakafqaziya cumhuriyyətlərini bir-birilə həm siyasi və həm də iqtisadi cəhətdən sıxı bir
münasibətdə bulunmalarını arzu ediriz.
Bundan əlavə Rusiyada əmələ gələn müstəqil parçaların bir-birilə yaxınlaşıb da hər tərəf üçün mənfəətli
ittifaq yapmağın da tərəfdarıyıq. Xarici siyasətimizi gözdən keçirdikdə qonşularımız ilə olan münasibətlərimizin
heç də yaxşı olmadığını, Avropa millət ve dövlətləri ilə lazım olan münasibətə girilmədiyini görürüz. Şimali
Qafqaz cumhuriyyəti ilə sıxı münasibətin saxlanmasını arzu edəriz.
Bizə dost və mehriban olan demokratik Gürcüstan Cümhuriyyəti ilə siyasi, iqtisadi ixtilafların bərtərəf
edilməsini, ixtilaflı məsələlərin ədalət üzrə həll edilməsini və tez bir zamanda ən səmimi münasibətin
qurulmasını arzu edəriz. Yaxın
[66 - 67]
qonşumuz olan Ermənistan Cümhuriyyəti ilə şimdiyə qədər heç bir
münasibata girilməmiş və mövcud olan münasibət isə pək gərgin, heç dostanə deyil, halbuki, hal və vəziyyət
bizim ilə Ermənistan arasında həqiqi dostluğun bərpa edilməsini tələb edir. Bu iki cümhuriyyətdə yaşayan
millətlər ən ziyadə erməni və türklərdir. Əgər bu hökumətlər arasında hüsnümünasibət olmaz isə, orada yaşayan
millətlərin arasında da dostluq olamaz. Və əksinə orada həll edilməmiş ərazi məsələsi vardır. Böylə ixtilaflı
məsələrin silah gücüylə həll olmayacağını qət edib anlaşma və uzlaşma ilə həll etməyə çalışmalıdır. Buna görə
biz hökumətdən Ermənistan ilə sıxı münasibata kirişməsini və cumhuriyyəti ilə ən dostanə münasibətin vəz
edilməsinə çalışmasını tələb edirik.
Başqa hökumətlər ilə münasibat peyda etmək üçün oraya parlament heyətinin göndərilməsini münasib
görürük. Daxili işlərimizə keçdikdə biz əvvəl bütün böyük və əhəmiyyətli işlərimizi həll etməyə haq və
səlahiyyəti olan məclisi-müəssisana dörd əsaslı üsul üzrə tez bir zamanda çağırılmasını tələb edirik. Bu işin
parlament kəndi əlinə almasını istəriz.
Şimdiyə qədər bu məmləkətdə qanuni bir həyatın olmadığını, keyf və təzyiqin, xüsusən ayrı-ayrı cərəyanlara
və millətlərə qarşı hökm sürdüyünü etiraf ilə gələcək hökumətdən daxildə qanun dövrünün qurulmasını və