32
Maarif haqqında firqə ümumi məcburi, rüşdü və ibtidai məktəblərdə məccani tədrisin və məktəblərin
cümləsinin milli olmasının tərəfdarıdır.
Bələdiyyə idarələri və zemstvo təşkilatı demokratik üsuluna tabe olmalıdır. ( Sağdan alqış).
[72 - 73]
Dövlət təşkilatına gəlincə firqə cumhuriyyət tərəfdarı və bir müəssiseyi-təşriyyə və buna qarşı məsul
qüvveyi-icraiyyə olmasını tələb edir. Hökumət mümkün olduqca ucuz və sadə olub klasnıları üsulixəfif və
məhdud olmalıdır. İntixab ümumi, dofu, gizli və müsavi, hər bir təşkilatda cari olmalıdır.
Ümum əhali qanuna qarşı müsavidir. Milliyyət və sinif fərqi yoxdur.
Əqliyyəti təşkil edən qövmlərin haqqına təcavüz edilməmək üçün hər dürlü intixabatda qövmlərin miqdarı
nəzərə alınıb, hər birinin miqdarinə nisbətən yer veriləcəkdir. Erməni və müsəlman arasında indiyə kimi dəvam
edən xüsumatın səbəbləri işhas dəstələrə bu iki milləti bunca xəsarət, tələfat və qailərə düçar edən amillərə
izharinifrət edər. Bu babda mükəmməl surətdə təftiş və istintaq qurmasını məsum müsəlmanlar və ermənilərin
başına bu rəzalətləri gətirən canilərin şiddətlə cəzalanmaları, zərərdidələrə geniş dairədə yardım olunmasını,
dağılmış şəhərlər və köylərin təcdid və təmirini tələb etməklə bərabər firqə gözəl Qafqaziyanın övladına belə
vəhşilik və qan içicilik xasiyyətini əbədən tərk etməyi təklif edir. (Sağdan yüngül alqış). Və insan şəklində olan
vücudların cümləsini qardaş və insan tələqqi etməyə dəvət edər. İnşallah ki, mədəniyyət və hürriyyətin qabili-
inkar olmayan nişanəsi olan şu mübarək müəssisə və məclis bu yolda kəfil və zamin olub bizim sevgili
vətənimiz və millətimizi hidayət və səlamətə doğru sovq etməyə istedad və iqtidarə malik olduğunu surətlə ibraz
edər. (Sağdan alqış).
Hökumətimizin hərəkət və fəaliyyətinin şəyani-tənqid bir çox noqtələrinin movcud olduğunu indilik ixtar
etməklə iktifa edərək bu babda münasibət bir zaman iradi kəlam edəcəyini firqə ədd edib bəyannaməsinə keçir.
(Sağdan yüngül alqış).
Sədr — Söz əqəliyyət təşkil edən millətlərdən slav-rus cəmiyyət nümayəndəsi Vinoqadovundur.
Sədr — Fraksiyalar və əqəliyyət təşkil edən millət nümayəndələri tərəfindən oxunan və soylənən
bəyannamələri dinlədiniz. "Müsavat" firqəsi tərəfindən belə bir təklif vardır. Bütün fraksiyaların bəyanatını
eşitdikdən sonra Azərbaycan Məclisi-Məbusanı rəyasət vəzifəsini ifa edən rəis müavininə
[73 - 74]
tapşırır ki,
hökumət təşkil etmək üçün kəndi mülahizəsinə görə bir rəis dəvət edib təsdiqini (gələcək) heyəti-vükəla
təşkilini məzkur rəisə təklif eləsin.
(Sədr bu formulanı rus dilinə tərcümə edir).
Sədr — Bu təklif, etiraz edən yoxdur ki?
Səslər — yoxdur.
Sədr — Demək bu təklif ümumiyyətlə qəbul olunur.
Məmməd Əmin Rəsulzadə — Təklif edirəm məclis rəisinə ixtiyar verilsin ki, Azərbaycan parlamentinin
açılması xüsusda bütün cahan parlamentlərinə və qonşumuz Şimali Qafkaziya, Gürcüstan, Ermənistan
parlamentlərinə bir teleqram çəksin.
Sədr — Bu təklifə etiraz yox isə qəbul olunur.
Məclisi qapamadan əvvəl rica edirəm ki, parlament olan fraksiyalar öz rəislərini heyəti rəyasətə xəbər versin.
Bundan əlavə tərtibat və ləvazimat komisyonunun sabah saat 12-də iclası dəvət edilir, etibarnamələri təhqiq və
təsdiq etmək üçün etimad komisyonu parlament işlərini təxirə salmamaq üçün tezliklə işə başlasın. Kələcək
məclisin gününü və saatını təin ediniz.
Məmməd Əmin Rəsulzadə — Mən təklif edirəm ki, məclisin dəvəti rəyasətə mühəvvəl olunsun, məclisin
dəvəti lazım olduqda elan etsin.
Sədr — Bu təklifə etiraz yoxdur, qəbul olunur.
İclas saat 4-ün yarısında qapanır.
Arxiv: f. 895, siy. I, nş. 1, vər. 12-21.
33
№ 3
Üçüncü iclas
15 dekabr 1918-ci il.
İclas saat 1 tamamda Həsən bəy Ağayevin sədarəti və Əhməd Cövdət bəyin katibliyi ilə açılır.
Sədr — Rica edirəm yerinizi tutasınız. Ruznameyi-müzakirata aşağıdakı məsələlər qoyulmuşdur:
[74 - 75]
1). Daxil olan kağızlar; 2) Etibarnamə komisyonunun məruzəsi; 3) Tərtibat və təzminat komisyonunun
məruzəsi; 4) Heyəti rüsayə baş katib seçilir; 5) Büdcə komisyonu intixabi; 6) Fəhlə komisyonu intixabi; 7)
Məclisi-müəssisan dəvəti üçün intixabat qanunu verəcək komisyon seçkisi.
Hərgah bu qaydaya etiraz yox isə qəbul olunur. Etiraf yoxdur ki? Deməli qəbul olunur.
Şimdi teleqramları oxuyalım. Teleqram çox gəlmişdir. Bir neçəsini oxumaqla iktifa edəcəyiz. Oxuyur:
Şamaxı müsəlmanlarından, birinci Azərbaycan topçu zabitanından, Şamaxı qəzası malikanlarından, Şamaxı
qəzası ermənilərindən varid olan teleqramları oxuyur. Bir də əhraf fraksiyasından bir məktub gəlmişdir,
məzmunu belədir.
Parlament sədri hüzuri-alilərinə! Əhrar fraksiyası tərəfindən aitdə əsamisi məzkur zatlar parlament
komisyonlarına intixab edildi. Ləvazim komisyonuna Hacı Molla Əhməd Nuruzadə, etimad komisyonuna
Abdulla bəy Əfəndizadə, intizamat (nakaz) komisyonuna Hacı Hüseyn Əfəndizadə göstərildi.
Söz etimadnamə komisyonu məruzəçisi Məhərrəmova verilir.
Məhərrəmov — Parlament təşkili barəsindən şurayi milli tərəfindən verilmiş qanuna görə parlament milli
şura əzasından, ictimai müəssisələrdən və qəzalardan göndərilmiş nümayəndələrdən təşkil edilməlidir. Milli
şura əzası bu xirqələrdən ibarətdir: Hümmət, İttihad, Müsavat, bitərəflər və sosialistlər ittifaq fraksiyalarından.
Etimadnamə komissiyonunun məruzəsi:
Dörd fraksiyadan mütəşəkkil sabit Azərbaycan milli şurası tərəfindən bu günə təkin parlamentə əza sifətilə
daxil olmuş əşxas barəsindən ancaq hümmət və Sosialistlər ittifaqı tərəfindən siyahı verilmişdir. Müsavat,
İttihad və bitərəflər fraksiyaları tərəfindən etibarnamə komisyonuna hələlik siyahı daxil olmamışdır. Bakı şəhər
idarəsi tərəfindən intixab edilmiş 5 əza ki, ibarət olsuq Qara bəy Qarabəyov, Ağazeynal Tağıyev, Ağa Aşurov,
Ağabəy Səfərəliyev və Əliağa Həsənov cənablarının etimadnamə və protokolları
[75 - 76]
düzgün və qanuna
müvafiq olduğundan etibarnamə komisyonunu qəbul və təsdiqini təklif edir.
2). Əqəliyyət təşkil edən millətlərə Bakı şəhərində mövcud cəmiyyətlərdən parlamentə intixab edilmiş əza:
alman milləti tərəfindən Lorens Kun, lehlər tərəfindən Stanistlav Vanseviç, gürcü milli şurası tərəfindən
Tsixokaya, yəhudi milli şurası tərəfindən doktor Koxman etibarnamə protokolları qanuna təsdiqini təklif edər.
3). Qafqaziyada Slav-rus cəmiyyəti tərəfindən parlamentə 5 əza göndərilmişdir: Vinoqradov, Mixaylov,
Kravçenko, Kolesnikovski və Ollenqron. Bunların etimadnamələri Qafqaziya milli şurası tərəfindən olduğuna
binaən və seçki protokolları olmadığından etimadnamə komisyonu qərara almışdır ki, yuxarıda adları zikr
olunan əşxasa təklif olunsun ki, seçki protokolu və Azərbaycanda işləyən şura tərəfindən etibarnamə təqdim
etsinlər. O vaxtadək onların təsdiqindən çekinilsin.
4). Bakı ticarət və sənaye ittifaqı tərəfindən: Yusif Əhmədov, Bakı neft mədənçilər sovet syezdi tərəfindən
Mirzə Əsədullayev intixab edilmişlərdir. Bunların etibarnamələri qanuna müvafiq və düzgün olduğundan qəbul
və təsdiqini parlamentə təklif edər.
Bakı vilayətindən intixab edilmiş üzvlər:
1). Quba şəhəri tərəfindən Quba sakini Murtəza Axundov, Quba qəzası tərəfindən Həmdulla əfəndi
Əfəndiyev və Əli bəy Zizikski, etibarnamələri qanuna müvafiq və düzgün olduğundan təsdiqi təklif olunur.
2). Salyan şəhər tərəfindən və Cavad qəzasından Baxış bəy Rüstəmbəyov və Rəşid bəy Axundzadə intixab
edilmişlərdir. Bu günəcən etimadnamə və seçki protokolları gəlmədiyindən təklif edilməməlidir, bu barədə
həmin şəxslər təşəbbüsatda bulunsunlar.
3). Göyçay şəhəri tərəfindən Sadıx bəy Ağabəyov və qəzasından Hacı Hüseyn Əfəndiyev intixab
edilmişlərdir. Etimadnamələri qanuna müvafiq və düzgün olduğundan təsdiqi təklif edilir.
[76 - 77]
4). Şamaxı şəhəri tərəfindən Şeyxəlibəyov şurayi-milli tərəfindən intixab edilmişdir. Şamaxı qəzası
tərəfindən əza intixabi haqqında bu vaxta qədər bir xəbər gəlməmişdir.
5). Lənkəran şəhər və qəzası haqqında hələ bir xəbər gəlməmişdir.