31
bəsləməyən sadiq və həqiqi demokratları firqə özünün ən yəqin və mötəbər dost və arkadaşı tanımaq istəyir.
(Sağdan bir nəfər alqış). Və bunlar ilə əl-ələ verib müttəfiqən salışmağı da hər kəsə tərcih edir. Fəqət əsl
Azərbaycan istiqlalının zikrinin belə bəzi adamları öyrətdiyi kimi müsəlmanlara qarşı bəzi mühafildə və hüsnü-
xüsumat oyandırdığı anlaşılır.
Bu isə firqə təvaccöhünü mocib olacaq bir əmrdir. Rusiya inqilabı kəbirini mütəaqib tarix nəzəri-tədqiqindən
keçirilir isə hər kəsə Azərbaycanın elani-istiplal etmək keyfiyyəti layiqincə təqdir edilə bilər. Rusiyada vaqe
olan anarxiya mərkəzi hökumətin büsbütün aradan qaldırılması, Rusiya ilə əlaqənin bilmərrə kəsilməsi, hərci-
mərcin Qafqaziyaya sirayət edib, burada daha müdhiş bir tufan və fırtına peyda etməsi. Müsəlman aləmini əzim
fəlakətlərə düçar etdiyi hər kəsçə məlum və inkar edilməz bir həqiqətdir. O halda tədarüksüz və aciz olan
müsəlman millətini bilkülliyyə məhv etməyə əzm etmiş olan düşmənlərin qarşısında bizim yeganə çarəmiz elani
istiqlal etmək ələləbəd mədyun olacağımız, həmcinslərimiz və sevgili qardaşlarımızın müavinətinə müraciətlə
təhlükədə olan müqəddəratımızı öz əlimizə almaq və istiqlalımızın təmininə müstəqilən çalışmaq ola bilirdi.
(Sağdan yüngül alqış).
Elani-istiqlal ilə də millətimiz iktifa edəməz idi, çünki vətənimizin
ən mühüm qəmləri düşmən əlində idi.
Vətəni istibdad üçün yenidən qurbanlar vermək və övlad qanı tökmək lazım gəlir idi. Bu halların cümləsini
nəzəri-etibarə alan, insaf əhli Azərbaycan istiqlalının bizim üçün zəruri bir əmr olması keyfiyyətini bila
tərəddüd qəbul etmək məcburiyyətində qalır. Bu xüsusda bizə qarşı ibrazi-xüsumət edən taqımın qətiyyən ədalət
və məntiqlə münasibəti olduğuna hökm edər.
[70 - 71]
Qonşumuzda bizim kimi daha müstəqil dövlətlər vücuda
gəlmişlər və onların da əsbabi hədəfi yuxarıda zikr etdiyimiz maddələrdir.
Gürcüstan, Ermənistan və Şimali Qafqaziya cumhuriyyətləri bizim fikrimizi müəyyəd və təsdiq edir. Bu
dövlətlərdə öz varlıqlarını isbat etməkdə davam edirlər və qan bahasına qazandıqları istiqlaliyyət və təyini-
müqəddərat haqlarını əldən verməyəcəklərini elan edirlər. Kəndi müqəddəratını təyin etmiş olan qonşularımız
gürcü, erməni və Şimali Qafqaziya millətlərinin bu yolda əfkar və amalının tamamilə bizimkinə müşabeh
olduğuna inandığı üçün firqəmiz bunları Azərbaycanın xeyirxahı və müqəddəs vətənimizin hürriyyətinin
müdafiəsi naminə ixtiyar etdiyimiz mübarizədə cəhr və yoldaş, ədd edib bunlar ilə sıxı münasibət və rabitə
əqdini iltizam ediyor. (Sağdan yüngül alqış). Əlan müdafiə etdiyimiz möhsünatı bizə bəxş etmiş olan Rusiyanın
müəzzəm demokratiyasına firqəmiz daha çox inanır və bilir ki, Rusiyanın həqiqi demokratları müsəlman
millətini özlərinə küçük və mədyun qardaş nəzərində görüb və onun haqqına heç bir vaxt təcavüz etmək
istəməzlər. (Soldan, sağdan yüngül alqış). Şu beş sənəlik cəsim mübarizəni zəlil millətlərin xilası naminə vaqe
olmuş müharibə adlandıran, imperializmin ən qəvi istinadkahı olub, cəbr, zülm və əsarətin mənbə və məbdəi
olan Prusiya militarizminin rişələrini qıran etilaf dövlətlərinə firqətimiz hakəza inanır və elə bir qənaət hasil
etmişdir ki, imdilik ümum millətlərin müqəddəratlarının hakimi olan hürriyyət beşiyi ədd edilən İngilis,
Firənkistan və Amerika məmləkətlərində pərvəriş bulmuş olan millətlər mədəni, hürr və parlaq həyatə hərəkət
etdiyimiz bir yola bizə sədlər qurmazlar , sülh konfransına qədər əmin və asayiş içərisində yaşadığımıza və əqd
ediləcək sülh fonransında hüququmuzu müdafiə üçün iştirak etməyimizə mane olmazlar. Digər məsələlər keçər
ikən firqəmiz əvvəlcə Azərbaycandakı millətlər münasibətindən bəhs etməyi lazım bilir. Bu məsələnin böyük
əhəmiyyəti vardır.
Milliyyət münasibatı, daha doğrusu müsadimatı bizim başımıza çox qayiələr gətirmişdir. Və indi də bir çox
müşkülat çıxarır. Firqənin qərarı qonşular ilə möhkəm bir sülh istehsalına
[71 - 72]
çalışma və bu yolda heç bir
fədakarlıqdan çəkinməyib elə bir şərait yaratmaqdır ki, istibdad və şovinizm xadimlərinin təhrik və təşviqilə
mükərrər vücuda gələn və hər iki tərəfi də biməna və mühüm xəsarətə uğradan bu hadisələrin artıq meydan
almasına imkan qalmasın. (Alqış). Firqə bu ictihadında da yenə namuskar və həqiqi demokratların müavinətinə
göz tikmişdir. Çünki səmimi əxəvatın tərəfdarı yalnız bunlar ola biləcəyinə firqənin qənaəti vardır.
Zəhmətkeşlər məsələsi: Firqə üçün dəxi mühüm bir maddə təşkil edir. Bu xüsusda firqə tamamilə menşeviklərin
proqramını qəbul etmişdir. (Alqış). Və geniş bir dairədə fəhlələrin səadətini təmin etməyə səy edəcəkdir. Yalnız
iş və sənaye aləmində anarxiya və keyfi mayəşdə meydan verməmək üçün sərmayə ilə cəmaət miyanında vaqe
olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir.
Xüsusi əmval və əmək firqənin nəzərində hər dürlü tərifdən müsəmməldir. Torpaq məsələsində ümmum
rəncbərlərin hər bir çalışqan fərdinə müsavi miqdarda və dərəcəyi kafiyədə xəzineyimiri hesabına məccanən
ərazi verilməsini firqə tələb edir. Maliyyə işində firqə gəlirlərindən doğru bir vergi alınmasının və birinci lazım
olan şeylərdən komisyonnı naloq adlanan xərc alınmasının tərəfdarıdır. Qəhətlik və bahalığın önünü almaq üçün
firqə ticarətin bilkülliyyə sərbəst olmasını, yolların bilatəxir təmirini tələb edir, ərzaq məsələsinin qorxunc bir
halda olduğu üçün bu babda ciddi tədabirin dərhal ittixaz edilməsi və möhtəkirlər haqqında şiddətli qanunlar və
cəzaların icra edilməsini tələb edir.(Alqış).
Məmləkət sarı mərəzə tutuşmuş olduğundan sahibsiz cəmaətin səlaməti üçün meydanda heç bir təşəbbüsün
görüldüyü müşahidə edildiyindən, bu xüsusda səhiyyə müəssisələrinin ciddi surətdə ibrazi fəaliyyət etməsini
qəti surətdə tələb edir. (Alqış).