34
Gəncə vilayətindən:
1). Gəncə şəhəri tərəfindən Əbuzər bəy Rzayev, Gəncə qəzası tərəfindən Hacı Əli Qasım oğlu və Hacı Molla
Əhməd Nuruzadə, seçki protokolları qanuna müvafiq tərtib olunub. Etibarnamələri isə nahiyyə müdiri
tərəfindən verildiyindən təsdiq olunması parlamentə mühəvvəl edilir.
2). Qazax qəzasından Hacı Kərim Saniyev intixab edilib, etibarnaməsi qanuna müvafiq olduğundan təsdiqi
təklif edilir.
3). Cəbrayıl qəzasından Bəhram bəy Vəzirov seçilmişdir. Etibarnaməsi qanuna müvafiq olduğundan təsdiqi
təklif edilir.
4). Şuşa şəhəri qəzası tərəfindən Ağdamdan milli şuraya Qara bəy Əliverdiyev cənabları intixab edilmişdir.
Etibarnamə və protokol nahiyyə naçalnikinin hüzuruna da və onun imzası ilə verilmiş olduğundan əlavə olaraq
bu xüsusda material təqdimi təklif olunur. Fəqət müvəqqət olaraq təqdim edilən, kağızlar isə iktifa etməkdə
məqbuldur.
5). Şəki şəhər idarəsi tərəfindən Abdulla bəy Əfəndiyev və qəza tərəfindən Qərib Kərimov intixab edilmişlər.
Etibarnamələri düzgün olduğundan təsdiqləri təklif edilir.
6). Ərəş qəzası tərəfindən Ağdaşdan Əşrəf Tağıyev və uyezdindən Cəmil Süleymanov etibarnamələri
olmayır, seçki protokolları da bütün-bütünə müğayir olduğundan mandat komisiyası təklif edir ki, əvvəla bunlar
etibarnamə və qanuna protokol təqdim edənədək təsdiqlərindən çəkilmək təklif olunur.
7). Zakatala nahiyyəsi tərəfindən Bayram Niyazi Kiçikxanov etibarnaməsi qubernator tərəfindən imza
edilmişdir və şurayi-milli tərəfindən seçki protokolu yoxdur. Ona görə etibarnamə
[77 - 78]
komisyonu təklif edir
ki, seçki protokolu təqdim etsinlər.
Sədr - Bakı bələdiyyəsi tərəfindən Əliağa Həsənov unudulmuşdur. (Məhərrəmov adları bir də oxuyur). Bəli,
Əliağa Həsənov dəxi var.
Sədr - Söz Yusif Əhmədovundur.
Əhmədov - Milli məclisin möhtərəm əzalarına məlum olsun ki, Şirvan şəhəri tərəfindən Şirəli Bəyovski
parlamentə üzv intixab edilməsi məəruzədə göstərilir. Şirvanovların Bakıda çoxdan bəri həmtorpaqlılar
(zemlyaçestvo) təkilatı vardır. Bundan əlavə Şirvan əhalisi bu axırıncı hadisələrdən və Şirvan şəhərinin
dağılmasından naşı Şirvan milli komitəsi və bələdiyyə idarəsi üzvləri Bakıdadırlar. Bu üç təşkilatın igrimi
nəfərə qədər olan üzvləri cəm olub şamaxılılar tərəfindən parlamentə üzv intixab edilmişlərdir. Bunların intixab
protokolları və etibarnamələri etimadnamə komisyonuna verilmişdir. Nədənsə etimadnamə komisyonu bu
etimadnamə haqqında bir söz söyləmədi. Bu şəhərin qanun üzrə seçilmiş milli komitəsi və Bakıda çoxdan bəri
yaşayan şirvanlıların cəmiyyəti və bələdiyyə idarəsi üzvləri olduğu halda bunların intixab etdikləri üzvün ədd
olduğu ədalətsizlikdir. Elə bir ədalətsizlik cümhuriyyətin adını daşıyan bir məmləkətdə şirvanlılar haqqında
layiq deyildir. Möhtərəm üzvlərin buna diqqətlərini xahiş edirlər. Təqazayi-zəmanədən dolayı şamaxılıların
kəndləri dağılmış, kəndləri yer altına buraxılmış isə də onların hüququna təcavüz edib, kabinetdə oturub, onların
tərəfindən üzv seçilmişlərdir. Bu haqda rica seçkini qanunsuz hesab edib yenidən şamaxılılar tərəfindən seçilmiş
üzvü qəbul edəsiniz.
Sədr -Aslan bəy Səfikürdski.
Aslan bəy - Seçki barəsində milli şura qanun qoymuşdur. Bu qanun üzrə seçilib parlamentə gələnlərin
etimadnamələri vardır. Etimadnamə komisyonu bunlara baxıb bəzilərini qanunsuz görmüşdür. Mən təklif
edirəm müvafiqi-qanun olan etimadnamələr qəbul edilsin, şübhələrə parlament baxsın. Təklifim budur ki,
parlament komisyonunun rəyini təsvib etsin.
Sədr - Söz Abdulla
bəy Əfəndiyevindir
.[78 - 79]
Abdulla bəy - Möhtərəm məbuslar! Bu etimadnamə komisyonunu seçib bir neçə zavatın etimadnamələrini
qanuna müvafiq görmür. Bu qanun hansıdır, heç kimə məlum deyil. Ancaq teleqraf ilə xəbər vermişlər ki,
parlamentə üzv seçin göndərin. O qanun elan edilməli idi, sonra intixab olmalı idi. Hərgah seçkilərə diqqətlə
baxsaq həpsi şübhəlidir. Bu parlamenti inqilab surətində təşkil olunmuş ədd edən və qanunsuzluğu kənara
qoyaq. Bilatəvafüt sözlərim nə indiki, nə də keçmişdəki demokrat üsulu ilə deyildir. Nə üçün Zakatala cəmaəti
ümumi iclasda seçilmiş nümayəndələrin etimadnamələrinə inanmamalıdır? Sədrdən təvəqqə edirəm danışıq qət
olunsun və etimadnamələrin həpsi qəbul olunsun. Vaxt bunu tələb edir ki, cüziyyat ilə uğuraşmayaq, başqa
müzakirata köçək.
Sədr - Söz Aslan bəy Qaraşovundur.
Qaraşov - Mən irəlidəki natiqin sozünə şərikəm. Zaqatala və Ərəş qəzalarından danışacağam. Etimad
komisyonu məruzəsindən belə məlum olur ki, işbu qəzalardan seçilmişlərin qanuna müvafiq etimadnamələri
yoxdur ki, qəbul olunsun. Abdulla bəy dedi ki, teleqraf ilə xəbər verilibdir ki, parlament üzvləri intixab olunsun.
Odur ki, intixablar hər kəsin öz bildiyi kimi olmuşdur. Zaqataladan hərçəndi məbuslar milli komitə tərəfindən
seçilmiş isə etimadnamə komisyonu tərəfindən rəsmiyyətcə qəbul edilməyib. Həmçinin Ərəş uyezdi tərəfindən
35
məbusların intixabnamələri. Zaqatalada qubernator, Ərəşdə qəza qaimməqamı təsdiq etmişlərdi. Təklif edirəm
seçkilər şübhə altında olduğundan Məclisi-Müəssisan
cəm olunanadək qəbul edilsin, əks surətdə şübhəlilər üçün
məlumat istənilsin.
Sədr - Söz Məmməd Əmin Rəsulzadənindir.
Rəsulzadə - Məsələ, bizim məclisi-məbusanın nə şəkildə təşkil olunmasıdır. Məclisi-məbusanımızın
seçkilərinin qanun üzrə olmadığını söylədirlər. Ümum əsas üzrə seçilmiş parlamentimiz yoxdur. Şimdi
parlamenti də tənqid etməyə vaxt yoxdur. Şurayi-milli parlament təşkili üçün əsas qəbul etmişdir, və bu da
etibarlıdır hərgah bu inkar edilər isə milli şuranın nüfuzu itmiş olur. Qanuna müvafiq etimadları təsdiq etməli,
şübhəlilərin icrasına baxmalı. Rəsmiyyətə bilməmişlərə vaxt veriblər. Lakin qanun iqtiza etmiş kibi
etimadnamələr pişnihad etsinlər. Qanun qəzetlərdə nəşr
[79 - 80]
edilsin, qubernator və naçalniklərə protokolun
forması göndərilmişdir. Bir çox yerlərdə belə də olmuşdur. Fəqət, bəziləri başa düşməmişlər. Biz buna laübəli
baxa bilməriz. Özümüz qəbul etdiyimiz qanunu pozmamaq üçün şübhəlilərə müsaidə verilsin. Sonra Şirvan
haqqında Əhmədov izahatda bulundu və şirvanlıların haqqına təcavüz edildiyini söylədi. Mən şurayi-millinin
sabiq rəisi olmaq sifətilə deyirəm ki. şurayi-millinin qətinə məbna o yerlərdə hərci-mərclik idi. O, yerlərin
məbuslarını şurayi-milli ozü təyin etsin. Bu maddə tətbiq ediləcək hansı yer olduğu müzakirə edildikdə ittifaqi-
ara ilə yalnız Şamaxı qəzası fovqəladə əhval altında olduğu qəbul olunur, oradan da məbus təyin edilməyi qət
olunmuş idi. Qanunun bu maddəsinə etiraz etmək üçün mümkün deyildir. Çünki qanun cari isə hamı maddələri
qəbul edilməlidir. Bir qanunu təmamilə qəbul və ancaq bir maddəsini rədd etmək qabil deyildir. Bu məsələyə
dərin baxsalar isə heç bir təcavüz olmadığı anlaşılar. Şıxəlibəyov şamaxılı, Gncə məşvərət məclisində Şamaxı
əhalisi tərəfindən göndərilmiş idi. Məclisi-Müəssisan intixabında dəxi siyahı ilə seçilənlər cümləsindən
olmuşdur. Fəqət, Şıxəlibəyov dəxi məzkur qanuna görə ixrac edilmiş idi. Bir dəfə şamaxılılar onu seçib
göndərmişlər və şəkil etibarilə, mahiyyət nəzərilə Şeyxəlibəyovun namizədliyinə etiraz edilməmişdir. Bu gün
biz Şamaxı həmtorpaqlar İttifaqı tərəfindən məbus qəbul edəcək olursaq, o vaxt sair ittifaqlar dəxi istəyəcəklər
və belə təbilərin həpsinə əməl edildikdə parlament təşkili qanunu əsasından xələldar olar. Mən təklif edirəm bu
məsələ haqqında müzakirata xitam verilsin. Müzakirat qət olunur.
Sədr - Söz məruzəçinindir.
Məhərrəmov - Zaqataladan məbuslara verilən etibarnamə milli şura tərəfindəndir. Deməli, Zaqatalada milli
şura var. Şübhəsiz ki, Şuranın sədri, müavini və katibi tərəfindən imza olunmalı idi. Halbuki, ancaq qubernator
imza etmişdir. Buna körədir ki, qubernatorun imzalaması qeyri-məqbul ədd edilməlidir. Komissiya təsdiq edir
ki, bunların etibarnaməsi nəzərə alınsın. İkinci təhqiqə möhtac etibarnamə Ərəş nümayəndəliyinidəndir. Əvvəla,
bu məbusların seçdikləri məclisin protokolları bizə verilməmişdir. Saniyən etibarnamələri milli şuraya başqa bir
ictimai müəssisə namindən
[80 - 81
] yazılmayıb, ancaq xüsusi bir şəxs tərəfindən yazılmışdır. Bu məclisin
kimlərdən ibarət olduğu, vəkil edildikləri barəsində bir məlumat verilmir.
Üçüncü Şirvan məsələsidir. Şamaxı həmvilayətləri tərəfindən məbus təyini haqqında varid olan təklif
parlament qanununa müğayirdir. Zira qəza vəkilini kəndi nümayəndələri, kənd cəmiyyətləri seçməli və onlar
göndərməlidirlər. Etibarnamə komisyonu qanuna müvafiq və düzgün olan məbuslar təsdiq edilib, yerdə
qalanlarına təklif edilsin ki, protokol və etibarnamə əldə etmək üçün komisyon ilə bərabər təşəbbüsatda
bulunsunlar.
Sədr - Müzakiratdan hasil olan nəticə belədir. İki təklif varid olur. Birincisi: etibarnamə komisyonu
tərəfindəndir ki, etibarnaməsi şübhəli və xətalı hesab olunan əza qəbul və təsdiq edilmək üçün şübhənin izalı və
xətaların təshihi üçün bir təşəbbüsatda bulunsun. İkinci təklif: Aslan bəy Qaraşov tərəfindən varid olubdur və
şübhəli, şübhəsiz xətalı və düzgün ümum etibarnamələrin qəbul təsdiqini tələb edir. İndi bu iki təklifi səsə
qoyuram. (Ruscaya tərcümə edir). Əvvəlcə birinci təklifi səsə qoyuram.
Məmməd Əmin Rəsulzadə - Fəqət vaxtsız və müəyyən möhlət qərarlaşdırılmadan olmaz.
Sədr - Mən də deyirəm vaxt təyin edilsin.
"İttihad" fraksiyasından - Möhlət on gün olsun.
Mərkəzdən - Bir ay.
Soldan - Üç ay.
Sədr - Bir ay möhlət verilməsinə etiraz yoxmu?
Cəfərov - Onlar iclasda iştirak edəcəklərmi?
Sədr - Bəli, edəcəklər.
Əhməd Cövdət - Söz istəyirəm.
Sədr - Səsə qoymaq barəsindəmi?
Əhməd Cövdət - Mən Məmməd Əmin bəyin əleyhinə danışmaq istəyirəm.
Sədr - Buyurunuz.
Əhməd Cövdət - Etibarnaməsi düz olmayan zavatın parlamentdə qalmaları və səs verilmələri haqqında
Məmməd Əmin tərəfindən verilən təklif hüquq nöqteyi-nəzərindən dürüst deyildir. Zira hüquqi noqteyi-