Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə79/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

443 

 

axını daha da artdı. 



Çar  Rusiyası  Cənubi  Qafqazı  türk-müsəlman  əhalidən  ―təmizləmək‖  və 

―türksüz Azərbaycan‖ yaratmaq üçün erməni amilindən geniş istifadə etdi. Rusiya 

tərəfindən  silahlandırılan  və  müdafiə  olunan  erməni  terrorçu  dəstələri 

azərbaycanlılara  qarşı  kütləvi  soyqırıma  başladılar.  Keçmiş  İrəvan,  Naxçıvan  və 

Qarabağ  xanlıqlarının  ərazisi  türk-müsəlman  əhaliyə  qarşı    dəhşətli  soyqırıma 

meydana  gəlmişdir.  Azərbaycan  xalqı,  xüsusilə  İrəvan,  Naxçıvan,  Qarabağ 

azərbaycanlıları  kütləvi  surətdə  öz  yurd-yuvalarını  tərk  edib  Türkiyəyə,  İrana  və 

dünyanın  müxtəli ölkələrinə mühacirətə getməyə məcbur oldular. 

Ermənilərin  köçürülüb  gətirilməsindən  sonra  Cənubi  Qafqaz  dünyasının 

ən  qaynar  gərginlik  ocağına  çevrildi.  Cənubi  Qafqazda  çox  geniş  ərazilərə  malik 

olan  Azərbaycan  öz  tarixinin  ən  ağır  qədəm  qoydu.  Regionun  ən  çoxsaylı  əhalisi 

olan azərbaycanlılara qarşı soyqırımlara və deportasiyalara başlandı.  

1918-ci  il  mayın  29-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  xalqın  iradəsini 

nəzərə  almadan,  böyük  dövlətlərin  təzyiqi  ilə  öz  ərazisində  paytaxtı  qədim 

Azərbaycan  şəhəri  İrəvan  olmaqla  erməni  dövləti  yaradılmasına  razılıq  verdi. 

Bununla  ermənilərin  Azərbaycan    torpaqlarına  köçürülməsindən  təqribən  100  il 

sonra  Qərbi  Azərbaycan  ərazisində  ermənilərə  dövlət  yaradılmış  oldu.  Beləliklə, 

ermənilər, nəhayət, məqsədlərinə nail oldular. Lakin bununla kifayətlənmədilər... 

1918-ci ildə İrəvan şəhəri və onun ətraflarını əhatə edən təqribən 9,5 min  

kv. km.-lik ərazini əhatə edən erməni dövləti yaradıldıqdan sonra Cənubi Qafqazda 

erməni  təcavüzünün  və  ermənilərin  öz  qoşunlarına  qarşı  ərazi  iddialarının  yni 

mərhələsi  başlandı.  Rus  silahı  ilə  silahlanmış  terrorçu  erməni-daşnak  quldur 

dəstələri  Naxçıvan,  Zəngəzur,  Şərur-Dərələyəz  və  Dağlıq  Qarabağı  ilə  ələ 

keçirmək üçün kütləvi soyqırımlara başladılar.  

Sovet-bolşevik  rejimi  çar  Rusiyasının  I  Pyotrdan  qalma  ermənipərəst  və 

antitgürk siyasətini davam etdirirdi. Moskvadan hər cür dəstək alan ermənilər, çox 

keçmədən, Azərbaycana qarşı yeni ərazi iddialarına başladılar. 

Bolşevik ermənilərin sovet hakimiyyətini qəbul etməsi yaradılmış erməni 

dövlətinə  qatılmasına  razılıq  verdilər.  1920-ci  il  avqustun  10-da  bolşeviklərlə 

ermənilər arasında bağlanmış sazişə əsasən, Azərbaycan xalqının iştirakı və razılığı 

olmadan  qədim  Azərbaycan  torpağı  Şərur-Dərələyəz  mahalının  mühüm  hissəsi 

ermənilərə verildi. Bundan dərhal sonra daşnaklar XI Qırmızı Ordunun köməyi ilə 

Zəngəzurun  cənub-qərbini  (Mehri  bölgəsini)  işğal  etdilər.  Bunula  Azərbaycanın 

əsas  ərazisi  ilə  Naxçıvan  arasında  əlaqə  kəsildi.  Mehrinin  işğalı  ilə  həm  sdə 

Ermənistanla İran arasında birbaşa  əlaqə yarandı.Lakin Naxçıvan  əhalisinin inadlı 

müqaviməti  və  qardaş  Türkiyənin  yardımı  sayəsində  daşnaklar  Naxçıvanı  ələ 

keçirə  bilmədilər.  Bununla  belə,  sovet  rəhbərliyinin  ermənipərəst  mövqeyi  və 

antiazərbaycan  siyasəti  nəticəsində  Dağlıq  Qarabağa,  Azərbaycanın  tərkibində 

saxlanılmaqla  və  mərkəzi  Şuşa  şəhərin  olmaqla,  vilayət  muxtartiyyəti  verildi. 

Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycan qarşı gələcək 




444 

 

yeni ərazi iddiası irəkli sürmək üçün ―zəmin‖ hazırladılar. Daha doğrusu, bugünkü 



Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ―bünövrəsi‖ qoyuldu. 

Sovet  rejimi  Kremldə  yuva  salmış  ermənilər  Azərbaycan  torpaqları 

hesabına  Ermənistanın  ərazisni  genişləndirmək  siyasətini  sonralar  da  davam 

etdirdilər.  Belə  ki,  1922-ci  ldə  ermənilərə  Azərbaycanın  Qazax  qəzasından  daha 

379.984  desyatin  torpaq  verildi.  1928-ci  ildə  ―sərhəd  mübahisələrini  nizama 

salmaq‖  bəhanəsi  ilə  keçmiş  Qazax  qəzasından  75.904 desyatin  münbit  torpaqlar 

və  79.208  desyatin  yaylaq  və  örüş  yerləri  Ermənistan  ərazisi  qatıldı.  Bununla 

Qazax  qəzası  öz  yaylaq  yerlərinin  yarısından  çoxunu  itirdi.  1929-cu  ildə  Sovet 

rejimi Qars müqaviləsinin şərtlərikni pozaraq Naxçıvanın 657 kv.km-lik ərazisinin 

əhatə  edən  9  kəndini  Ermənistan  ərazisinə  qatıldı.  Naxçıvan  torpaqları  hesabına 

Ermənistan ərazisinin genişləndirilməsi siyasəti sonralar da davam etdirildi. 1938-

ci  ildə  Sədərək  və  Kərki  kəndlərinin  torpaqlarının  xeyli    hissəsi  Ermənistana 

verildi.  Azərbaycan  torpaqları  hesabına  Ermənistan  ərazisinin  daha  da 

genişləndirilməsi bundan sonra da davam etdirildi.  

Sovet  hakimiyyəti  illərində  Azərbaycan  torpaqları  hesabına  durmadan  öz 

ərazilərini genişləndirən ermənilər, digər tərəfdən, yenədə Moskvanın fəal köməyi 

ilə  azərbaycanlıların  öz  ata-baba  torpaqları  olan  Şimal  Qərbi  Azərbaycandan 

(indiki  Ermənistan  Respublikası  ərazisindən)  deportasiyanı  da  həyata  keçirməyə 

başladılar.  Bu  siyasət  davamlı  olaraq  və  məqsədyönlü  şəkildə  aparıldı.  Belə  ki., 

azərbaycanlılar  öz  doğma  torpaqlarında  ana  dilində  təhsil  almaq  hüququndan 

məhrum  edildilər.  Azərbaycan  xalqına  məxsus  minlərlə  yer  adları  dövlət 

səviyyəsində  verilmiş  fərmanlar  əsasında  erməni  adı  ilə  əvəz  olundu. 

Azərbaycanlılara  məxsus  ənənəvi  təsərrüfat  sahələri  ləğv  olundu.  Minillərlə  tarixi 

olan  Azərbaycan  qəbiristanları  əkin  sahələrinə  çevrildi.  Yüzlərlə  karvansaralar, 

məscidlər, mədrəsələr, minarələr, hamamlar və digər tarixi-memarlıq abidələri məhv 

edildi. Nəhayət, ermənilər 1947-ci il dekabrın 23-də SSRİ  Nazirlər Sovetinin sədri 

İ.Stalin  tərəfindən  azərbaycanlıların  öz  tarixi-etnik  torpaqlarından  –  Ermənistan 

Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası 

barədə  qərar  imzalamasına  nail  oldular.  Nəticədə  1948-1950-ci  illərdə  100.000 

nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik 

torpaqlardan  Azərbaycan  SSRİ-nin  isti  Mil-Muğan  düzünə  deportasiya  olundu. 

İ.Stalinin  imzaladığı  qərarda  köçürülmə  müddəti  1948-1950-ci  illər  müəyyən 

olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan 

sonra  da  davam  etdirildi,  daha  on  minlərlə  aborigen  əhali  doğma  yurdundan 

məhrum  edildi.  Köçürülən  azərbaycanlıların  bütün  mülkiyyəti,  o  cümlədən  qədim 

yurd  yerləri  və  evləri  ermənilərə  paylandı.  Qeyri-insani  şəraitdə  deportasiya 

olunmuş  əhalinin  böyük  əksəriyyəti  yollarda,  isti  Mil-Muğan  düzlərində  qırılıb 

məhv oldu. 

Çar  Rusiyasının  erməniləri  xaricdən  Azərbaycanın  İran  və  Türkiyə  ilə 

sərhəd  rayonlarına  -  keçmiş  İrəvan  xanlığının  ərazisinə  köçürmək  siyasətini  sovet-




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə