Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə76/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

366 

 

Qafqazda  etibarlı  dayaq  yaratmaq  üçün  xristian  amilindən  istifadə  etdi.  Bu 



məqsədlə  yenicə  işğal  olunmuş  Şimali  Azərbaycan  torpaqlarına,  əsasən  də  keçmiş 

Azərbaycan  dövlətlərinin  -  İrəvan,  Naxçıvan  və  Qarabag  xanlıqlarının  ərazisinə 

İrandan  və  Türkiyədən  kütləvi  surətdə  ermənilər  köçürüldü.  Erməni  köçkünlərini 

yerli  türk-müsəlman  əhali  üzərinə  qaldırmaq  məqsədilə  imperator  I  Nikolay 

azərbaycanlıların  ümumxalq  bayramı  olan  Novruz  bayramı  günlərindən  birində 

1828-ci  il  martın  21-də  Azərbaycan  torpaqları  olan  İrəvan  və  Naxçıvan 

xanlıqlarının ərazisində "Erməni vilayəti" adlanan bir vilayətin yaradılması barədə 

fərman  imzaladı.  Yeni  yaradılmış  "Erməni  vilayəti"nin  ərazisinə  daxil  edilən  1111 

kənddən  yalnız  62-də  ermənilər  yaşayırdı.  Onlar  da  1828-ci  ilədək  buraya 

köçürülmüş  ermənilər  idi.  Yeri  gəlmişkən,  göstərilən 62 kəndin ancaq 14-nün adı 

erməni mənşəli idi. 

"Erməni vilayəti"nin yaradılmasından sonra əzəli Azərbaycan torpaqlarının 

bura  çar  Rusiyası  tərəfindən  köçürülüb  gətirilmiş  ermənilər  tərəfindən  etnik 

təmizlənməsi  dövrü  başlandı.  Azərbaycan  xalqın  öz  ata-baba  torpaqlarından 

məhrum  etmək  məqsədilə  ona  qarşı  saysız-hesabsız  deportasiyalar  və  soyqırımlar 

həyata  keçirildi.  Nəticədə  Azərbaycan  torpaqlarının  kütləvi  surətdə  ermənilərlə 

məskunlaşdırılması  prosesi  həyata  keçirildi.  Rus  tədqiqatçısı  N.Şavrov  1911-ci  ilda 

yazırdı:  "Hazırda  Cənubi  Qafqazda  yaşayan  1  milyon  300  min  erməninin  1 

milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən köçürülmüşdür". 

1918-ci  il  mayın  29-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  Cənubi  Qafqazda 

sülh  və  əmin-amanlıq  yaradılması  xatirinə  qədim  Azərbaycan  şəhəri  İrəvanı 

ətrafındakı torpaqlarla birlikdə ermənilərə güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda 

tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları  hesabına erməni dövləti  yaradıldı.  Bu 

vaxtdan  etibarən  Rusiyanın  hərtərəfli  köməyi  ilə  emənilər  tərəfindən  Qərbi 

Azərbaycan  torpaqlarının  azərbaycanlılardan  təmizlənməsi  prosesi  daha  da 

sürətləndi,  ermənilərin  köç  saldığı  ərazilər  Azərbaycan  torpaqları  hesabına  şərqə 

doğru daha da genişləndirildi. Bolşevik Rusiyasının hakimiyyəti dövründə bu proses 

daha da intensivləşdi. 1988-ci ildə azərbaycanlıların öz ata-baba yurdları olan Qərbi 

Azərbaycan 

(indiki 


Ermənistan 

Respublikasının 

ərazisi)  torpaqlarından 

deportasiyası  başa  çatdırıldı.  Yaxın  keçmişdə  əhalisinin  mütləq  əksəriyyəti 

azərbaycanlılar olan bu torpaqlarda - indiki Ermənistan Respublikasının ərazisində 

artıq bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 

Azərbaycanlılara  qarşı  1905-1906,  1918-1920,  1948-1953,  1988-ci  illərdə 

çoxsaylı  soyqırımlar  və  deportasiyalar  həyata  keçirmiş  erməni  millətçiləri,  eyni 

zamanda,  minlərlə  tarixi  abidələri,  nadir  maddi  mənəvi  mədəniyyət  əsərlərini, 

məscidləri,  minarələri,  qəbiristanlıq  yerlə  yeksan  etmiş,  tarixi  adlara  qarşı  da 

soyqırım  törətmişlər.  Erməni  millətçilərinin  indiki  Ermənistan  (tarixi  Qərbi 

Azərbaycan)  ərazisində  azərbaycanlılara  məxsus  mənəvi  sərvətlərə  qarşı  davamlı 

olaraq  həyata  keçirdikləri  soyqırım  nəticəsində  on  minlərlə  tarixi  adlar 

dəyişdirilərək erməniləşdirilmişdir. 




367 

 

İlk mənbələr, o cümlədən arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda 



azərbaycanlılara  məxsus  yaşayış  məntəqələrinin  adlarının  və  digər  toponimlərin 

dəyişdirilməsi  prosesinə  ilk  dəfə  1919-cu  ildə  -  Azərbaycan  ərazisində  erməni 

dövləti  yaradıldıqdan  (1918)  dərhal  sonra  Ermənistan  Respublikası  hökumətinin 

qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-

ci  ilədək  orada  190-dan  artıq  azərbaycanlı  yaşayış  məntəqəsinin  adı 

dəyişdirilmişdir.  Sonrakı  dövrlərdə  azərbaycanlılara  məxsus  tarixi  adların 

dəyişdirilməsi  prosesi  daha  da  sürətləndirilərək  kütləvi  miqyas  almış  və  1991-ci 

ildə Ermənistan Respublikası yaradıldıqdan sonra əsasən başa çatdırılmışdır. 

Tanınmış  tədqiqatçı  alim  Nazim  Mustafanın  əməyinin  nəticəsi  olan 

aşağıdakı  cədvəllər  müasir  erməni  vandalizminin  insanlığa  zidd  mahiyyətini  aydın 

göstərir.  Bu  cədvəllərin  başlıca  məziyyəti  bundan  ibarətdir  ki,  əsər  məhz  erməni 

mənbələrinə  əsasən  tərtib  edilmişdir.  Qoy  ikili  standartlar  mövqeyindən  çıxış 

edərək erməni vandallarını müdafiə edən bəzi Qərb siyasətçiləri havadarlıq etdikləri 

erməni millətçilərinin tarixi necə saxtalaşdırmaları ilə daha yaxından tanış olsunlar. 

Bəlkə  bundan  sonra  onlar  üzlərini  həqiqətə  doğru  çevirərək  özlərinə  qondarma 

tarix  yaradanları  əsl  adı  ilə  çağıracaq,  YUNESKO  -nun  mədəni  dəyərlərin 

qorunması  haqqında  1954,  1970  və  1972-ci  il  tarixli  konvensiyalarına  hörmətlə 

yanaşacaqlar. 



Yaqub  Mahmudov,  əməkdar  elm  xadimi,  AMEA-nın  müxbir  üzvü,  tarix  elmləri 

doktoru, professor  

 

Soyqırıma məruz qalan Azərbaycan toponimləri 

 

Çar  Rusiyası  dövründə  buraxılan  xəritələrdə  və  statistik  məlumatlarda 

yaşayış  məntəqələrinin  türkmənşəli  adları  olduğu  kimi  saxlanılırdı.  Sovet 

hakimiyyəti  dövründə  isə  Ermənistanda  rəsmi  "addəyişmə  əməliyyatları"  1935, 

1938,  1939,  1940,  1946,  1947,  1948,  1949  1950,  1957,  1962,  1968,  1969,  1977, 

1978,  1980-ci  illərdə  Ermənistan  SSR  Ali  Sovetinin  fərmanları  əsasında  həyata 

keçirilmişdir.  1988-ci  ilin  avqust  ayınadək  indiki  Ermənistan  ərazisində  521 

türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. 

Ermənistanda dəyişdirilmiş yaşayış məntəqələrinin təqdim olunan siyahısını 

"Ermənistan  SSR-in  inzibati-ərazi  bölgüsü"  kitabının  1976  və  1988-ci  il  nəşrləri, 

habelə Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı və 2000-ci ildə 

İrəvanda çap edilən Ermənistan Respublikasının xəritəsi əsasında hazırlamışıq. 

Addəyişmə əməliyyatı əsasən aşağıdakı qaydada həyala keçirilmişdir. 

1.

 



İlk  növbədə  azərbaycanlıların  soykökü,  onun  tarixi  keçmişi  ilə  bağlı 

yaşayış  yerlərinin  adlarının  dəyişdirilməsinə  xüsusi  diqqət  yetirilmişdir.  Məsələn, 

Aşağı  Türkmənli  -  Lusaqyuğ  (Eçmiədzin),  Qorçulu  -  Mrqaşad  (Hoktemberyan), 

Sərdarabad - Hoktember (Hoktemberyan). Bayandur - Vağadur (Gorus), Şirvancıq 

- Lernakert (Artik). 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə