Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə70/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

265 

 

yaşayan ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyunca ərazilərdə yığcam 



şəkildə  yerləşdirilməsindən  ehtiyat  edirdi.  Ona  görə  də  Osmanlı  hökuməti  bu 

köçürmənin  qarşısını  almaq  məqsədilə  Rusiya  işğalları  zamanı  ermənilərin 

Türkiyəyə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və 

fevralın  17-də  yerlərdəki  ermənilərə  "əfvnamə"lər  göndərdi.  Türkiyə  tərəfi,  eyni 

zamanda, ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan, 

lakin  Ədirnə  müqaviləsinin  şərtlərinə  əsasən  Rusiya  tərəfindən  boşaldılmalı  olan 

Ərzurum, Qars, Bayazid, Ələşgird və s. bölgələrə öz nümayəndələrini göndərdi [189, 

386-387; 109, 37-38]. 

Köçürülən  ermənilərin  qoyub  getdikləri  əmlak  və  torpaqların  salınması 

məsələsini həll etmək üçün Paskeviç öz nümayəndəsi mayor Vannikovu Ərzuruma 

göndərdi.  Yeri gəlmişkən, bu  ərazilərdəki erməni kəndlərinin  əksəriyyəti  əvvəllər 

onlara  məxsus  deyildi.  Həmin  kəndlər  bir  qədər  əvvəl,  yəni  müharibə  zamanı 

təhlükəsiz  yerlərə  köçməyə  məcbur  olan  müsəlmanların  tərk  etdiyi  kəndlər  idi. 

Ermənilər  bu  yolla  təkcə  Qars  bölgəsində  80  kəndə  tamamilə,  15  kəndin  isə 

yarısına  yiyələnmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi  ərazilərdən (əsasən, 

Axılkələk  və  Axıska  bölgələrindən)  Türkiyənin  digər  bölgələrinə  qaçan  türklərin 

qoyub  getdikləri  əmlak  və  torpaqları,  onların  boşaltmağa  məcbur  olduqları 

kəndlərin taleyi Rusiya tərəfi əsla maraqlandırmırdı [109, 38]. 

Ədirnə  müqaviləsi  ilə  müəyyən  edilən  müddətin  başa  çatması  ərəfəsində, 

yəni 1831-ci il aprelin 3-nə qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni 

ailələrinin  təxmini  sayı  və  məskunlaşdıqları  ərazilər  göstərilmişdir.  Türkiyədən 

köçürülən  ermənilər  Axıska  Pəmbək-Şörəyel  və  "Erməni  vilayəti"ndə  yerləşdirildi 

[32,  sənəd  830  s.847].  Həmin  sənəddən  məlum  olur  ki,  Türkiyə  paşalıqlarından 

Rusiya hüdudlarına (yəni Axıska paşalığı, Borçalı distansiyası, Pəmbək və Şörəyelə, 

Talın  mahalı,  Göyçə  gölü  ətrafı  və  Baş  Abarana)  14044  erməni  ailəsi 

köçürülmüşdür.  Ərzurumdan  köçürülən  7288  erməni  ailəsindən  5000-i,  eləcə  də 

Ərdəhandan  67  erməni  ailəsi  Axıska  paşalığı

*

  ərazisində,  1050  ailə  Borçalı 



distansiyasında  və  Çalqa  ətrafında,  qalan  1305  ailə  isə  Pəmbək  və  Şörəyel 

distansiyalarında  məskunlaşdırılmışdı.  Qarsdan  köçürülən  2464  ailədən  2264-ü 

Pəmbək  və  Şörəyel  distansiyalarında,  200-ü  isə  Talın  mahalında,  Bəyaziddən 

köçürülən  4215  ailə  Göyçə  gölü  ətrafında  və  Baş  Abaranda  məskunlaşdırılmışdı 

[32,  sənəd  830,  s.847].  Həmin  sənədə  aid  əlavə  qeyddə  göstərilir  ki,  tam  və  dəqiq 

hesabat  təqdim  edilmədiyi  üçün  Türkiyədən  neçə  nəfərin  köçürüldüyü  dəqiq 

göstərilməmişdir.  Lakin  hesablama  komissiyasının  təxmini  sayına  görə,  Osmanlı 

dövləti ərazisindən 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur 

[32, sənəd 830, s.847]. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş 

                                                           

*

  Axıska  paşalığı  indiki  Gürcüstan  Respublikasının  Cavaxeti  bölgəsidir.  XX  əsrin  ortalarında  Stalin 



rejmi bölgənin yerli əhalisi olan Məhsəti türklərini zorla Mərkəzi Asiyaya köçürdükdən sonra yenidən, 

ikinci  dəfə  bu  bölgəyə  erməniləri  yerləşdirdi.  Qonşulara  qarşı  saxta  torpaq  iddialarından  çəkinməyən 

ermənilər müasir dövrdə Cavaxeti (Məhsəti) bölgəsinə də ərazi iddiası sürürlər.

 



266 

 

Əlahəzrətin  buyuruğunda  Türkiyə  vilayətlərindən  köçürülmüş  xristianlar,  yəni 



erməni və yunanlardan ibarət 14 mindən çox ailə (min nəfərə qədər) üçün 380 min 

rubl  gümüş  pul  ayrıldığı  bildirilirdi  [89,  61;  32,  sənəd  832,  s.847].  General 

Paskeviç  özü  köçürülənlərin  90 ildən artıq  [32,  sənəd    829,  s.845;   172,  66],  

erməni    tarixçisi  Tavakalyan  isə  100  min  nəfərə  yaxın  olduğunu  göstərirlər 

[186,37]. 

Osmanlı  imperiyası  ərazisindən  Gürcüstana  köçürülən  ermənilər  əsasən 

Azərbaycan və Məhsəti türklərinin yaşadığı bölgələrdə yerləşdirildi. Bu faktı gürcü 

müəllifləri  də  öz  əsərlərində  təsdiq  edirlər.  Ədirnə  müqaviləsindən  sonra  106 

mindən  çox  erməni  general  Paskeviçə  Axıska  torpağında  məskunlaşmaq  üçün 

müraciət etdi. Köçürmənin birinci böyük axını Axıskaya, ikincisi isə Kvemo-Kartliyə 

(Borçalı, - red.) oldu [212, 75]. General Paskeviç Ərzurumdan köçürülən 100 min 

ermənini  Axılkələk və  Axıska bölgələrinə  yerləşdirdi [212,  100].  Artıq  1832-ci ildə 

Axıska əhalisinin əksəriyyətini ermənilər təşkil edirdi [213, 82-111]. Digər müəllifin 

məlumatına  görə,  Rusiya  tərəfindən  köçürülən  20  min  erməni  ailəsi  Cavaxetidə 

[Axıska - red.] yerləşdirildi [21 1,70]. 

Ümumiyyətlə,  Türkiyədən  keçmiş  İrəvan  xanlığı  ərazisinə  köçürülən 

ermənilər  şəhərlərdə  yerləşmək  istəmədiyindən  özləri  üçün  yaşayış  məskəni  olaraq 

Göyçənin  cənubunu  və  qərbini,  Dərəçiçək,  Abaran,  Sürməli  və  Talın  mahallarını 

seçdilər  [45,  93;  bax:  182,  118].  Beləliklə,  yeni  köçürülənlərin  əksəriyyəti  İrəvan 

vilayətinin  şimal  və  mərkəzi  hissələrində  və  demək  olar  ki,  bütünlüklə  Pəmbək-

Şörəyeldə yerləşdirildilər. Bunun nəticəsində Pəmbək və Şörəyeldə ermənilər 96 faizə 

çatdırıldı [71, II, 303-304; 182, 118]. 

Ermənilərin  İrandan  köçürülməsi  zamanı  fəallıq  göstərən  hərbçilər və  din 

xadimləri mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr zamanı da xidməti 

olanlara yüksək mükafatlar verildi. İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə 

görə,  ümumiyyətlə,  1828-1829-cu  illər  Rusiya  –  Türkiyə    müharibəsindən    sonra 

"Erməni vilayəti"nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) 

yezidi  kürd  köçürülmüşdür.  Köçürülən  ermənilər  əsasən  keçmiş  İrəvan  xanlığının  

Qırxbulaq,  Sürməli,   Talın,  Körpübasar Abaran, Dərəçiçək və Göyçə mahallarının 

129  kəndində  yerləşdirildi  [95,636-642;  109,40].  Qeyd  olunmalıdır  ki,  Şimali 

Azərbaycana  məxsus  olan  Şörəyel  Lori-Pəmbək  bölgələri  1801-1805-ci  illərdə 

Gürcüstana birləşdirildiyindən, "Erməni vilayəti"nə daxil edilməmiş və Gürcüstanın 

tərkibində  qalmışdı.  1829-cu  ilədək  (yəni  Rusiya  -  Türkiyə  müharibəsindən  sonra 

ermənilərin  rəsmi  surətdə  köçürülməsinə  qədər)  Şörəyel-Pəmbək  distansiyasına 

1536 erməni ailəsi (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 

ailə  (10575  nəfər  kişi  cinsi)  köçürüldü.  1832-ci  ilin  sonu,  1833-cü  i l i n   əvvəlində 

Türkiyədən Zalqayaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən 

Şörəyel-Pəmbək distansiyasına gətirildi. Köçürülənlər arasında 169 nəfər yunan və 

963 nəfər erməni katoliki də var idi [71, h.II, 302-304; 109, 41]. Smirnova görə isə, 

Türkmənçay  və  Ədirnə  müqavilələrinin  onlara  verdiyi  hüquqdan  yararlanan 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə