Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə71/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

267 

 

ermənilər  İrandan  90  min  nəfər,  Türkiyədən  isə  təxminən  75  min  nəfərədək 



köçürülərək  Azərbaycan  ərazisində  məskunlaşdırıldı  [183,180].  Erməni  mənşəli 

amerikan  tarixçisi  C.Bornoutyan  öz  tədqiqatında  Rusiya  işğalından  sonra  İrəvan 

xanlığına  xeyli  sayda  erməni  əhalinin  köçürülüb  gətirildiyini,  azərbaycanlıların  isə 

ata-baba  yer  adlarının  erməniləşdirildiyini  etiraf  edir;  məsələn,  Osmanlı 

imperiyasından ermənilər köçürülükdən sonra Göyçə mahalının mərkəzinin [Kəvər - 

red.] ermənilər tərəfindən dəyişdirilərək Nor Bayazid adlandığını qeyd edir [200,37-

38;145,122]. 

Ġrəvan xanlığı ərazisində etnodemoqrafik 

vəziyyətin ermənilərin xeyrinə dəyişdirilməsi 

 

Rusiya  imperiyası tərəfindən həyata  keçirilən bir qanlı siyasət nəticəsində 

İrəvan xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdirildi. 

Qeyd  etdiyimiz  kimi,  1828-ci  il  martın  21-də  Azərbaycan  torpaqları 

hesabına  yaradılan "Erməni  vilayəti" İrəvan  və  Naxçıvan əyalətlərinə  və  Ordubad 

dairəsinə  bölünmüşdü.  İmperatorun  fərmanı  ilə  "Erməni  vilayəti"  təşkil  olunan 

zaman  İrəvan  əyalətində  4  dairə  yaradıldı:  İrəvan,  Sərdarabad,  Şərur  və  Sürməli. 

Həmin dairələrə daxil edilən mahallar isə əvvəllər sayında saxlanıldı [71, IV, 270]. 

Ermənilərin  İrandan  və  Türkiyədən  İrəvan  xanlığı  ərazisinə  köçürülməsi 

işğaldan  sonra  uzun  müddət  davam  etdirildi.  Malenadaranda  saxlanılan  sənədlərə 

istinad  edən  N.A.Tavakalyan  İrandan  köçürülən  ermənilərin  sayının  8510  ailə 

olduğunu qeyd edir [186, 33]. 

1834-cü  ilin  kameral  təsvirinə  görə,  İrəvan  şəhərinin  ətrafında  yaşayan 

2750  ailədən  1807  ailə  tatar  (yəni  Azərbaycan  türkü  -  red.),  898  ailə  erməni,  40 

boşa  (qaraçı  -  red.)  ailəsi  vardı  və  onların  içərisində  çoxu  müxtəlif  peşədən  olan 

ustalar  və  sənətkarlar  idi  [71,  IV,  -91].  Həmin  kameral  təsvirə  görə,  bütövlükdə 

İrəvan  əyalətində  22336  ailə  var  idi  ki,  bunun  da  65300  nəfərini  kişi  cinsi  təşkil 

edirdi.  Bunların  29690  nəfəri  tatar  (yəni  Azərbaycan  türkü  -  red.),  10350  nəfəri 

əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən 

ermənilər, 1000 nəfərə yaxını Bayazid paşalığından buraya köçürülən yezidi kürdlər 

və  az  bir  hissəsi  boşa  adlanan  qaraçılardan  ibarət  idi  [71,  IV,  270-271;  bax: 

bölmənin sonu, cədvəl 5]. 

 

Azərbaycanlı əhalinin doğma torpağından 

didərgin salınmasımn haşlanması 

 

Ermənilərin  köçürülməsi  ilə  bağlı  olaraq  azərbaycanlı  əhalinin  təqib 

olunması  və  sıxışdırılması  nəticəsində  1828-  ci  ildə  İrəvan  və  Naxçıvandakı 

müsəlmanlar  açıq  və  ya  gizli  şəkildə  vətənlərini  tərk  edib  xarici  ölkələrə  pənah 

aparmaqda davam edirdilər [32, sənəd 622 s.646; sənəd 623, s.647]. Bu cür vəziyyət 



268 

 

Rusiya işğalçılarını və gəlmə erməniləri tamamilə təmin edirdi. Belə ki, 1828-ci ilin 



aprelində  Paskeviçin  verdiyi  əmrə  görə,  İrəvan  əyalətini  tərk  edən  müsəlman 

köçkünlər Rusiya hüdudlarına (yəni öz vətənləri olan İrəvan xanlığı ərazisinə - red.) 

yalnız onun xüsusi icazəsi əsasında qayıda bilərdilər [32, sənəd 438, s.490]. 

1829-cu  ilin  əvvəlində  qraf  Paskeviç-  "Erivanski"nin  tapşırığı  ilə  kollec 

asessoru İ.Şopen "Erməni vilayəti"ndə kameral siyahıyaalma keçirdi. Əlyazması 20 

cilddən  ibarət  olan  həmin  siyahıyaalmanın  nəticələri  müəllifin  1852-ci  ildə  nəşr 

edilən  "Erməni  vilayətinin  Rusiya  imperiyasına  birləşdirilməsi  dövrünün  tarixi 

abidəsi" adlı əsərində verilmişdir. İ.Şopenin siyahıyaalmasına görə, müharibələrdən 

sonra "Erməni vilayəti"ndə mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u 

Naxçıvan  əyalətinə,  52-si  isə  Ordubad  dairəsinə  aid  idi  [95,  485-508].  Müharibə 

nəticəsində vilayətin  ərazisində 359 kənd, o  cümlədən 310 kənd İrəvan əyallətində 

(nəzərə almaq lazımdır ki, o vaxt Şərur mahalı İrəvan əyalətinə daxil idi - red.), 43 

kənd  Naxçıvan  əyalətində,  6  kənd  isə  Ordubad  dairəsində  xaraba  qaldı.  Bu 

Azərbaycan  kəndlərinin  əhalisi  kütləvi  qırğınlara  məruz  qaldı  və  öz  doğma  yurd-

yuvalarından  didərgin  salındı  [95,  510-518].  Deməli.  dağıdılmış  və  xaraba  qalan 

kəndlərlə birlikdə "Erməni vilayəti"ndə cəmisi 1111 kənd (359 xaraba qalmış və 752 

abad  kənd) olmuşdur  ki, bunların  da  831-i  (521  abad  və  310  xaraba  kənd)  əvvəllər 

İrəvan xanlığının ərazisinə daxil idi [109, 23; bax: bölmənin sonu, əlavə 2;3]. 

İ.Sopenin  hesablamasına  görə,  İrəvan  və  Naxçıvan  xanlıqlarının  Rusiya 

tərəfindən  işğal  edilməsinədək  "Erməni  vilayəti"ni  təşkil  edən  ərazilərdə  təxminən 

23730  ailə  (İrəvan  əyalətində  17000,  Naxçıvan  əyalətində  4600,  Ordubad 

dairəsində  isə  2130  ailə)  yaşamışdır  ki,  bu  da  orta  hesabla    hər    ailəyə    5    nəfər  

olmaqla,   118650  nəfər edir [95, 542]. 

Siyahıyaalmanın nəticələrinə görə, köçürülməyədək vilayətdə 81749 nəfər 

müsəlman  və  25151  nəfər  erməni

*

  qeydə  alınmışdı.  Bu  tarixi  fakt  ermənilərin 



kütləvi  surətdə  köçürülüb  gətirilməsinə  baxmayaraq,  yerli  azərbaycanlı  əhalinin 

yenə  də  böyük  üstünlük  təşkil  etdiyini  göstərir.  Bundan  əlavə,  İ.Şopenin 

siyahıyaalmasında  ayrı-ayrı  yaşayış  məntəqələri  üzrə  İrandan  (35560  nəfər)  və 

Türkiyədən  (21666  nəfər)  Azərbaycan  torpaqlarına  köçürülən  erməni  ailələrinin 

sayı  (ümumilikdə  10631  ailə)  və  onların  hansı  yaşayış  məntəqələrində 

məskunlaşdırıldığı  da  göstərilmişdir  [95,  639-642].  Bu  da  siyahıyaalmanın  o 

zamankı  tarixi  reallığı  əks  etdirən  ilk  mənbə  olduğunu  göstərir  [bax:  bölmənin 

sonu, əlavə 1]. 

Ermənilərin  Azərbaycan  torpaqlarına  köçürülməsi  sonrakı  illərdə  də 

davamlı olaraq həyata keçirilirdi. Qədim Azərbaycan torpağı olan İrəvan xanlığının 

ərazisində  Rusiya  işğalından  sonra  gəlmə  ermənilərin  sayının  süni  surətdə 

artırıldığını,  yerli  Azərbaycan  türklərinin  isə  sayının  azaldığını  çox  aydın  göstərir. 

Belə ki, 1826-1828-ci illər Rusiya işğalınadək İrəvan xanlığında ermənilərin sayı 20 

                                                           

*

  İ.Şopenin  siyahıalmasına  əsasən,  "Erməni  vilayəti"ndə  "əvvəllər  yaşayan"  ermənilər bura  XIX    əsrin  



əvvəllərindəki Rusiya – İran və Rusiya – Türkiyə müharibələri zamanı köçürülmüşdülər.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə