443
axını daha da artdı.
Çar Rusiyası Cənubi Qafqazı türk-müsəlman əhalidən ―təmizləmək‖ və
―türksüz Azərbaycan‖ yaratmaq üçün erməni amilindən geniş istifadə etdi. Rusiya
tərəfindən silahlandırılan və müdafiə olunan erməni terrorçu dəstələri
azərbaycanlılara qarşı kütləvi soyqırıma başladılar. Keçmiş İrəvan, Naxçıvan və
Qarabağ xanlıqlarının ərazisi türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırıma
meydana gəlmişdir. Azərbaycan xalqı, xüsusilə İrəvan, Naxçıvan, Qarabağ
azərbaycanlıları kütləvi surətdə öz yurd-yuvalarını tərk edib Türkiyəyə, İrana və
dünyanın müxtəli ölkələrinə mühacirətə getməyə məcbur oldular.
Ermənilərin köçürülüb gətirilməsindən sonra Cənubi Qafqaz dünyasının
ən qaynar gərginlik ocağına çevrildi. Cənubi Qafqazda çox geniş ərazilərə malik
olan Azərbaycan öz tarixinin ən ağır qədəm qoydu. Regionun ən çoxsaylı əhalisi
olan azərbaycanlılara qarşı soyqırımlara və deportasiyalara başlandı.
1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsini
nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim
Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi.
Bununla ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən təqribən 100 il
sonra Qərbi Azərbaycan ərazisində ermənilərə dövlət yaradılmış oldu. Beləliklə,
ermənilər, nəhayət, məqsədlərinə nail oldular. Lakin bununla kifayətlənmədilər...
1918-ci ildə İrəvan şəhəri və onun ətraflarını əhatə edən təqribən 9,5 min
kv. km.-lik ərazini əhatə edən erməni dövləti yaradıldıqdan sonra Cənubi Qafqazda
erməni təcavüzünün və ermənilərin öz qoşunlarına qarşı ərazi iddialarının yni
mərhələsi başlandı. Rus silahı ilə silahlanmış terrorçu erməni-daşnak quldur
dəstələri Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı ilə ələ
keçirmək üçün kütləvi soyqırımlara başladılar.
Sovet-bolşevik rejimi çar Rusiyasının I Pyotrdan qalma ermənipərəst və
antitgürk siyasətini davam etdirirdi. Moskvadan hər cür dəstək alan ermənilər, çox
keçmədən, Azərbaycana qarşı yeni ərazi iddialarına başladılar.
Bolşevik ermənilərin sovet hakimiyyətini qəbul etməsi yaradılmış erməni
dövlətinə qatılmasına razılıq verdilər. 1920-ci il avqustun 10-da bolşeviklərlə
ermənilər arasında bağlanmış sazişə əsasən, Azərbaycan xalqının iştirakı və razılığı
olmadan qədim Azərbaycan torpağı Şərur-Dərələyəz mahalının mühüm hissəsi
ermənilərə verildi. Bundan dərhal sonra daşnaklar XI Qırmızı Ordunun köməyi ilə
Zəngəzurun cənub-qərbini (Mehri bölgəsini) işğal etdilər. Bunula Azərbaycanın
əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi. Mehrinin işğalı ilə həm sdə
Ermənistanla İran arasında birbaşa əlaqə yarandı.Lakin Naxçıvan əhalisinin inadlı
müqaviməti və qardaş Türkiyənin yardımı sayəsində daşnaklar Naxçıvanı ələ
keçirə bilmədilər. Bununla belə, sovet rəhbərliyinin ermənipərəst mövqeyi və
antiazərbaycan siyasəti nəticəsində Dağlıq Qarabağa, Azərbaycanın tərkibində
saxlanılmaqla və mərkəzi Şuşa şəhərin olmaqla, vilayət muxtartiyyəti verildi.
Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycan qarşı gələcək
444
yeni ərazi iddiası irəkli sürmək üçün ―zəmin‖ hazırladılar. Daha doğrusu, bugünkü
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ―bünövrəsi‖ qoyuldu.
Sovet rejimi Kremldə yuva salmış ermənilər Azərbaycan torpaqları
hesabına Ermənistanın ərazisni genişləndirmək siyasətini sonralar da davam
etdirdilər. Belə ki, 1922-ci ldə ermənilərə Azərbaycanın Qazax qəzasından daha
379.984 desyatin torpaq verildi. 1928-ci ildə ―sərhəd mübahisələrini nizama
salmaq‖ bəhanəsi ilə keçmiş Qazax qəzasından 75.904 desyatin münbit torpaqlar
və 79.208 desyatin yaylaq və örüş yerləri Ermənistan ərazisi qatıldı. Bununla
Qazax qəzası öz yaylaq yerlərinin yarısından çoxunu itirdi. 1929-cu ildə Sovet
rejimi Qars müqaviləsinin şərtlərikni pozaraq Naxçıvanın 657 kv.km-lik ərazisinin
əhatə edən 9 kəndini Ermənistan ərazisinə qatıldı. Naxçıvan torpaqları hesabına
Ermənistan ərazisinin genişləndirilməsi siyasəti sonralar da davam etdirildi. 1938-
ci ildə Sədərək və Kərki kəndlərinin torpaqlarının xeyli hissəsi Ermənistana
verildi. Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin daha da
genişləndirilməsi bundan sonra da davam etdirildi.
Sovet hakimiyyəti illərində Azərbaycan torpaqları hesabına durmadan öz
ərazilərini genişləndirən ermənilər, digər tərəfdən, yenədə Moskvanın fəal köməyi
ilə azərbaycanlıların öz ata-baba torpaqları olan Şimal Qərbi Azərbaycandan
(indiki Ermənistan Respublikası ərazisindən) deportasiyanı da həyata keçirməyə
başladılar. Bu siyasət davamlı olaraq və məqsədyönlü şəkildə aparıldı. Belə ki.,
azərbaycanlılar öz doğma torpaqlarında ana dilində təhsil almaq hüququndan
məhrum edildilər. Azərbaycan xalqına məxsus minlərlə yer adları dövlət
səviyyəsində verilmiş fərmanlar əsasında erməni adı ilə əvəz olundu.
Azərbaycanlılara məxsus ənənəvi təsərrüfat sahələri ləğv olundu. Minillərlə tarixi
olan Azərbaycan qəbiristanları əkin sahələrinə çevrildi. Yüzlərlə karvansaralar,
məscidlər, mədrəsələr, minarələr, hamamlar və digər tarixi-memarlıq abidələri məhv
edildi. Nəhayət, ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri
İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan
Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası
barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100.000
nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik
torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu.
İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən
olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan
sonra da davam etdirildi, daha on minlərlə aborigen əhali doğma yurdundan
məhrum edildi. Köçürülən azərbaycanlıların bütün mülkiyyəti, o cümlədən qədim
yurd yerləri və evləri ermənilərə paylandı. Qeyri-insani şəraitdə deportasiya
olunmuş əhalinin böyük əksəriyyəti yollarda, isti Mil-Muğan düzlərində qırılıb
məhv oldu.
Çar Rusiyasının erməniləri xaricdən Azərbaycanın İran və Türkiyə ilə
sərhəd rayonlarına - keçmiş İrəvan xanlığının ərazisinə köçürmək siyasətini sovet-