442
Vətən torpağından pay verən vətənsiz qalar!
XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazı ələ keçirmək
üçün apardığı işğalçılıq müharibələrində İran və Türkiyə ərazisində yaşayan
ermənilər dövlətlərinə qarşı rus qoşunlarına fəal köməklik göstərdilər. Ermənilər
bununla işğal olunacaq Türkiyə və Azərbaycan torpaqlarında Rusiyanın köməyi ilə
özlərinə dövlət yaratmağa çalışırdılar.
Çar Rusiyası İrana və Osmanlı imperiyasına qarşı müharibələrdə öz
dövlətlərinə xəyanət edən ermənilərdən bir vasitə kimi istifadə etdi.
1826-1828-ci illər müharibəsində Qacarlar İranına, 1828-1829-cu illər
müharibəsində isə Osmanlı dövlətinə qalib gələn Rusiya imperiyası erməniləri
kütləvi surətdə yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına (əsasən
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əraszisinə) köçürüdü.
Rusiyanın məqsədiİran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş
zristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarda ermənilərdən
yenə də bir vasitə kimi istifadə etmək idi.
Çar Rusiyası erməniləri İran və Türkiyədən Şimali Azərbaycan
torpaqlarına köçürərkən onlar üçün hər cür şərait yaratdı. Belə ki, ermənilərin
köçürülməsi işi rus ordusunda xidmət edən erməni zabitərinə həvalə olundu.
Köçürülənlərə imperiya xəzinəsindən maddi yardım göstərildi. Erməni köçlərini
mənzil başına qədər rus hərbçiləri müşüyiət etdi. Köçürülən ermənilər ilk dövrlərdə
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi.
Onlara İran və Türkiyədə yaşadıqları yerlərin iqliminə uyğun ərazilərdə torpaq
verildi. Şəhərlərdə köçürülənlərə şəhərlərdə, kənd yerlərindən köçürülənlərə isə
kənd yerlərində torpaq ayrıldı. Köçürülən ermənilər bütün vergilərdən və
mükəlləfiyyətlərdən azad olundular. Onlara pulsuz toxum və faizsiz pul borcları
verildi. Köçürülən ermənilərin xeyli hissəsinə yaylaqlarda olan azərbaycanlıların
evləri və torpaqları paylandı.
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ata-baba yurdları
əlindən alınmış və ev-eşiksiz qalmış yerli əhalinin –azərbaycanlıların kəskin
narazılığına səbəb oldu. Ümumxalq narazılığı bəzən o həddə çatırdı ki, çar
hakimiyyət orqanları bununla hesablaşmağa məcbur olurdu. Məsələn, Naxçıvan
əhalisinin kəskin narazılığı və aramsız çıxışları nəticəsində bu diyarda
yerləşdirilmiş 500 erməni ailəsi Dərələyəzə köçürüldü. Beləliklə, erməni
köçkünləri Naxçıvan diyarında qərar tuta bilmədilər.
Ümumiyyətlə, XIX əsrin 20-ci illərindən başlayaraq təqribən 90 il
ərazində Cənubi Qafqaza 1 milyondan çox erməni köçürülüb gətirildi. Köçürülən
ermənilər əsasən azərbaycan ərazisində və azərbaycanlıların elliklə yaşadıqları
Cənubi Qafqaz torpaqlarında yerləşdirildi.
Birinci dünya müharibəsi illərində Azərbaycan torpaqlarına ermənilərin