368
2.
Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcüə edilmişdir.
Məsələn, Armudlu - Tandzut (Hoktemberyan). Dasqala - Karaberd (Ani),
Dərəkənd - Dzoraqyuğ (Quqark), Dərəçiçək - Tsaxkadzor (Razdan), Göl - Liçk
(Martuni), Güllübulaq - Vardaxpuyr (Qukasyan).
3.
Bəzi yaşayış məskəninin adı "beynəlmiləlçilik" pərdəsi altında
dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq - Dostluq (Masis), Sultanabad - Şurabad
(Amasiya), Cücəkənd - Qızılşəfəq (Kalinino). Aşağı Necili - Sayat-Nova (Masis),
Çanaxçı - Sovetakert (Ararat). Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının
müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.
Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar,
lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas - Darbas
(Sisian), Dəlilər - Dalar (Arlaşat), Ələyəz - Araqats (Talın), Ərəvus - Arevis
(Sisyan), Gabud - Kapuyt (Əzizbəvov), Çırpılı - Crapi (Ani).
5 "Ermənistan SSR-in inzibati ərazi bölgüsü"nün qeyd etdiyimiz
nəşrlərində adının önündə "yuxarı", "aşağı", "böyük", "kiçik" sözləri gələn
türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlərin ermənicə - yəni müvafiq
olaraq "verin", "nerkin", "mets", "pokr" şəklində yazılması həmin adların erməni
dilində olması görüntüsü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat
yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn,
Verin Zağalı - Axpradzor (Vardenis), Nerkin Zeyvə - Hartaşen (Eçmiədzin), Mets
Kəpənəkçi - Musaelyan (Axuryan), Pokr Şiştəpə - Pokr Sepasar (Qukasyan). Biz isə
oxuculara təqdim olunan cədvəllərdə həmin adları ermənilərin təqdim etdikləri kimi
deyil, əslində olduğu kimi vermişik.
6. 1935-ci ilə qədər Ermənistanda türkmənşəli yaşayış məskənlərinin adları
Ali Sovetin fərmanları olmadan dəyişdirilmişdir. Məsələn, Bəbirli - Bartsraşen
(Ani), Dəymədağlı - Şrvenants (Qafan), Tovuzqala - Berd (Şəmşəddil), Şirabad -
Parakar (Eçmiədzin).
Onu da qeyd etmək lazımdır ki, hər dəfə Ali Sovetin fərmanı ilə yaşayış
məskənlərinin adları dəyişdirilməklə yanaşı, kəndləri birləşdirmək adı altında
yüzlərlə Azərbaycan kəndinin adı Ermənistanın yaşayış məntəqələrinin siyahısından
silinmişdir. Məsələn, Ermənistan SSR Äli Sovetinin 5 fevral 1978-ci il fərmanı ilə
Aşağı Kilsə (Quqark), Ağtala (Kamo), Rəhimabad (Masis), Qamışlı (Vardenis)
kəndlərinin adları siyahıdan çıxarılmışdır. 1918-1987-ci illərdə indiki Ermənistan
ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma
məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından
silinmişdir.
Azərbaycanlıların 1948-53-cü illər deportasiyasından sonra 60-dan artıq
yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Təkcə 1978-ci ildə 23 rayonda 60
türkmənşəli toponim dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 1991-ci il 9
aprel tarixli fərmanı ilə isə azərbaycanlılara məxsus 90 məntəqənin adı
dəyişdirilmişdir. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir.