263
Azərbaycana 32 milyon rubl ziyan vurmuşdu. Köçümə prosesinin bütün ağırlığı
yerli əhalinin üzərinə düşmüş, onların vəziyyətini kəskin şəkildə pisləşdirmişdi.
Köçürülmə Şimali Azərbaycanda da azərbaycanlıların məhsuldar torpaqlarının
əllərindən çıxması ilə nəticələnmişdi. Köçürmənin xərcləri, demək olar ki, Cənubi
Azərbaycanın hesabına həyata keçirilmişdi [bax: 130, 94].
Beləliklə, Rusiya imperiyasının erməniləri İrandan Şimali Azərbaycanın qərb
bölgələrinə və Qarabağa köçürməsi siyasəti azərbaycanlıların öz ata-baba
torpaqlarından sıxışdırıb çıxarmaq məqsədi güdürdü və "erməni dövləti"nin
yaradılmasına hazırlıq idi. Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki,
İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə - onlara burada "yeni vətən"
yaratmaq məqsədilə köçürülmüşdü.
İrandan ermənilərin Şimali Azərbaycana köçürülməsində fəallıq göstərən
hərbçilər və din xadimləri Rusiya tərəfindən mükafatlandırıldılar.
Ermənilərin Osmanlı imperiyasından Ġrəvan
xanlığı ərazisinə köçürülməsi
1826-1828-ci illər Rusiya - İran müharibəsində qələbədən ruhlanan rus
ordusu 1828-ci il iyunun 14-ə Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından
12 minlik qoşunla Arpaçayı keçərək Şərq Anadoluda işğallara başladı və iyunun 23-
də Qars qalasını ələ keçirdi. Hücumu genişləndirən rus qoşunları iyulun 24-də
Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi
tutdular.1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus
ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdi [109, 33].
Yeri gəlmişkən, birinci və ikinci Rusiya - İran müharibələri nəticəsində İrəvan
xanlığının ərazisindən - öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar
əsasən Şərqi Anadoluda sığınacaq tapmışdılar. Rusların Şərqi Anadoluya hücumu
zamanı qırğınlara və yenidən köçkün düşməyə məruz qalanların əksəriyyəti yenə də
azərbaycanlılar idi. Bu dəfə onlar Türkiyənin içərilərinə doğru köçməyə məcbur
oldular [193.826; 109,33].
1829-cu ilin avqustunda rus ordusu Balkan cəbhəsindən İstanbula
yaxınlaşdıqda II Sultan Mahmud Rusiyaya barışıq təklif etdi və sentyabrın 2-də
Ədirnə müqaviləsi imzalandı. Yeni təyin olunan rus-türk sərhədinə görə, Axılkələk
qalası və Axıska şəhəri Rusiyaya ilhaq olundu, müharibə zamanı ruslar tərəfindən
zəbt edilmş Qars, Trabzon, Bayazid və Ərzurum paşalıqları isə Türkiyəyə
qaytarıldı [183, 180].
Köçürməyə hazırlıq. Ədirnə müqaviləsinin 13-cü addəsinə əsasən,
Türkiyənin işğal olunmuş ərazilərindəki ermənilərə 18 ay müddətində daşınan
əmlakları ilə birlikdə Rusiya təbəəliyinə keçmək hüququ verilmişdi. Rus
qoşunlarının Qars, Ərdəhan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi
264
hərbi əməliyyatlar zamanı türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə saldı.
Rus qoşunlarının komandanlığı İran erməniləri kimi, Türkiyə ermənilərini də yenicə
işğal edilmiş Azərbaycan torpaqlarına köçürmək və bununla da Türkiyə ilə
sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etrirək qərarına gəldi.
Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya
raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin
Gürcüstanda və "Erməni vilayəti"ndə yerləşdirilməsinə icazə istədi [32, sənəd 818,
s.830].
1829-cu il noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə bildirdi ki,
imperator onun təklifini bəyənmişdir [32, sənəd 819, s.830-832] Bundan xəbər tutan
Paskeviç dərhal əməli fəaliyyətə başladı. O, dekabrın 3-də Gürcüstanın mülki
qubernatoruna məktubla xəbər göndərdi ki, Türkiyədə yaşayan və könüllü surətdə
Gürcüstana və Rusiyaya məxsus digər vilayətlərə köçmək istəyən, bunun üçün
maddi yardım tələb etməyən ermənilərə yola düşmək üçün lazımi sənədlər verilməsi
barədə yerli qoşun rəislərinə icazə verib və bundan istifadə edən bir çox erməni
ailəsi dərhal yola düşmüşdür [32, sənəd 820, s.831]. Paskeviç ermənilərin
köçürülməsi və köçürülən erməni ailələrinin məskunlaşdırılması işinə rəhbərlik
etmək üçün xüsusi komitə yaratmışdı. Həmin komitənin fəaliyyətini tənzimləmək
üçün 12 maddədən ibarət ümumi qaydalar müəyyənləşdirilmişdi [32, sənəd 822,
s.835-836].
Köçürmənin həyata keçirilməsi və köçürülənlərin yerləşdirilməsi. Qars
və onun ətraflarından köçürülən ermənilər yaşadıqları yerlərin iqlim şəraitinə
uyğun olan Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində
məskunlaşdırıldı. General Pankratyev Paskeviçə xəbər göndərdi ki, Loru dərəsində
yerləşmək üçün 95 erməni ailəsinə sənəd verilmişdir. General-mayor Bereman da
Qarsdan Gümrüyə yola düşən 400 erməni ailəsinə sənəd verdiyini bildirirdı [32,
sənəd 820, s.831]. İrəvan xanlığına, Gəncəbasara, Qarabağa və digər Azərbaycan
torpaqlarına, həmçinin Gürcüstana köçürülən ermənilər yerli müsəlman əhalinin
torpaqlarında – təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu ilə fərqlənən dağətəyi bölgələrdə
və şəhərlərdə yığcam şəkildə yerləşdirildi. Hətta, Sərdarabad qalasında olan 270 ev
belə həmin vaxt ermənilər tərəfindən tutulmuşdu [71, IV, 291; 122, 95]. Bir qədər
keçdikdən sonra M.Vladikin ermənilərin bura köçürülməsi barədə yazırdı: "İrəvan
quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-
1829-cu illər müharihəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər" [142, 12;
122, 95].
1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə göndərdiyi məlumata görə,
Qars və ətrafından köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları
yerin iqliminə uyğun olan Ələyəz (Alagöz) dağı yaxınlığında - Pəmbək
distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi [32, sənəd 821,
s.833].
Türkiyə hökuməti də, İran kimi, onun ərazisində səpələnmiş halda