Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə189/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   185   186   187   188   189   190   191   192   ...   208

432 

 

süni  əlamətlərini  yaratmağa  səy  göstərmişlər.  Bayram  günündə  su  ilə  əlaqədar 



mərasimlər  icra  edilirdi.  Hamı  əllərində  müxtəlif  su  qabları  musiqinin  müşayiəti  ilə 

çay  kənarına,  bulaq  başına,  yaxud  hər  hansı  bir  su  hövzəsi  yanına  toplaşaraq  çalıb-

oynayır, bir-birilərinin üstünə su atır, bir-birilərini suya itələməyə çalışırdılar. Qabı su 

ilə  doldurub  yan-yörəyə  səpməklə  yağışın  özünü  çağırmaq  kimi  ayinlər,  oyun  və 

əyləncə xarakterli mərasimlər icra edirdilər. 

X  əsrə  aid  olan  anonim  (müəllifi  bilinməyən)  "Hüdud  əl-aləm"  əsərində 

göstərilir  ki,  Abrizəgan  bayramı  ilə  əlaqədar  insanlar  çeşmə  başına  toplaşır,  çalıb-

oxuyur, şənlənir, öz istəklərini diləyirlər. Mənbələrin verdiyi məlumata görə, Səfəvilər 

dövründə Abrizəgan bayramı xüsusi təntənə ilə qeyd edilirdi. Səfəvi tarixçisi İsgəndər 

Münşi  (1560/61-1634)  "Tarix-i  aləm  arayi  Abbasi"  ("Dünyanı  bəzəyən  Abbasın 

tarixi") əsərində yazır ki, şah Abbas bu bayramı çox dəbdəbə ilə keçirir və özü də bu 

bayram  mərasiminin iştirakçısı olurdu. Xalqımızın təsərrüfat  həyatı ilə bağlı olan bu 

bayram süfrələrini dadlı-ləzzətli milli yeməkləri və süfrə içkiləri bəzəyirdi. 

Yayın orta ayının bir müddəti qoradöyən ay adlanır. Bu vaxtlar güldən düşmüş 

üzümün  qoraları  yavaş-yavaş  sulanır.  Nənələrimiz  bu  qoraları  yığıb  yuyur,  iri  taxta, 

tabaqlara tökür, yumru çay daşı - qənbərlə döyüb suyunu çıxarır, abqora (qora suyu) 

düzəldirlər.  Təcrübəli  bağbanların  dediyinə  görə,  abqoranı  qara  şanı  xal  salanda 

tuturlar.  Beləliklə,  yayın  bu  çağında  qora  döyüldüyü  (əzildiyi),  yəni  ondan  abqora 

tutulduğu üçün həmin vaxta qoradöyən ay deyilmişdir. 

Xalq  təqvimində  qoradöyəndən  avqustun  ortalarınadək  olan  müddət 



qorabişirən  ay  adlanır.  Yayın  bu  dövrü  onun  ən  isti  vaxtına,  yəni  yayın  zirvəsinə 

təsadüf  edir.  Yay  fəslinin  bu  müddətində  üzüm  qoraları  sürətlə  yetişməyə  başlayır, 

yəni üzüm gilələri bişib qaralır. Buna görə də bu dövr qorabişirən ay adlanır. 

Yayın ikinci dövrünün adına quyruqdoğdu da deyirlər. Quyruqdoğdunun tarixi 

qədim olub, çox güman ki, insanların göy və ulduzları müşahidəsindən yaranıb. Yay 

yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların 

görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər. 

Uzun  illərdən  bəri  formalaşmış  inama  görə,  yayda  pişpişi  bitkisi  saralandan 

sonra  torpağı  şumlamazlar.  Çünki  bu  vaxt  şumlanan  torpaq  kəltələnər  və  məhsul 

verməz. Bu nəsihətə qulaq asmayanlara "dəyirmanın ağzını bağlayanlar" - deyirlər. Və 

yaxud el-obada bilirlər ki, quyruqdoğanadək küləşi yığmazlar, çünki quyruq doğandan 

sonra havalar soyuyur,  yerə şeh düşür, çöl-çəmən  yenidən  yaşıl libasını  geyinir. Ona 

görə də küləşi hələ yığmırdılar ki, quyruqdoğandan sonra şeh düşüb küləşi nəmlətsin, 

yumşaltsın, daşınmasını asanlaşdırsın. 

Quyruqdoğana bir həftə qalmış yaylaqda qoyun qırxımı qurtarmalı idi. Belə ki, 

quyruqdoğandan  sonra  havalar  soyuyur,  bu  zaman  qoyun  qırxıldıqda  bəzən 

soyuqlayır. Naxçıvan ərazisindən topladığımız etnoqrafik materiallardan aydın olur ki, 

quyruqdoğandan sonra müalicə məqsədilə mineral su bulaqlarında çimməzdilər. Belə 

bir  inam  vardır  ki,  bu  müddətdə  mineral  sular  "kəsərdən  düşür".  Payızda  ağacların 

yarpaqları saraldıqdan sonra su yenidən öz kəsərini bərpa edir. 




433 

 

XIX  yüzilin  ikinci  yarısında  -  XX  yüzilin  əvvəllərində  yaşamış  məşhur 



Azərbaycan təbiətşünası, maarifçi-alim Həsən bəy Zərdabi hələ 1905-ci ildə "Quyruq 

doğdu,  çillə  çıxdı"  adlı  məqaləsində  yazırdı:  "Bizim  göy  üzündə  gecələr  görünən 

ulduzların hamısı həmişə görünməyir. Elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri 

vaxtlarda  görünməyir  və  bir  də  ulduzlar  çox  olduğundan  onları  bir-birindən 

ayırmaqdan ötrü dəstə-dəstə edib hər bir dəstəyə bu dəstə oxşadığı şeyin, ya heyvanın 

adını  qoyurlar  ki,  onları  tanımaq  asan  olsun.  Bu  ulduz  dəstələrinə  cürbəcür  adlar 

qoyublar.  O  cümlədən  onların  bir  dəstəsinə  quyruq  deyirlər  ki,  həqiqətən  heyvan 

quyruğuna  şəhabəti  var.  Zikr  olan  zaman  ki,  yayın  ortası  olur  və  günün  itkisinin  yer 

üzündə qalan hissəsi fəzada yox olan hissəsinə bərabər olur ki, ondan sonra yerin üzü 

mürür ilə soyuyur. O, quyruğa oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu edir. Hər 

kəs  iyulun  25-də  (təzə  təqvimlə  isə  avqustun  7-də)  sübh  tezdən  durub  gündoğana 

baxsa,  orada  o  quyruğa  oxşayan  ulduz  dəstəsini  görür.  Quyruqdoğmanın  vaxtı 

avqustun 6-dan 15-dəkdir. Həmin dövrdən başlayaraq havalar tədricən soyuyur". 

Alimlər  araşdırmalar  nəticəsində  göstəriblər  ki,  "quyruqdoğdu"  ifadəsi  Buğa 

bürcündəki  Ülkər  ulduz  topası  ilə  bağlı  yaranmışdır.  H.Zərdabinin  yazdığı  "quyruğa 

oxşayan  ulduz  dəstəsi"  Buğa  bürcündəki  Ülkər  ulduzlarıdır.  Azərbaycanlılar  həmin 

ulduzlara hodaqkarvan və ya şamtərəzi deyirlər. 

Elat camaatı arasında olan inama görə, Ülkər ulduzu doğan vaxt üç gün səhər 

tezdən  mal-qaranı,  xüsusən  qoyunu  arxacda,  yaxud  təpənin  arxasında  yatırırdılar  ki, 

həmin  ulduzun  işığı  onlara  düşməsin.  Əks  halda  heyvanın  tükü  tökülür,  bu  tala  yer 

batıq kimi qalır. 

Azərbaycan  xalqı  təqvimində  quyruqdoğan  müddət  quyruqdondu  kimi  də 

adlanır.  Yaylaqlarda  çobanlar  quyruq  əridib  yağını  gecə  çölə  qoyurlar.  Ertəsi  gün 

quyruq yağı donmuş olardısa, deməli, onda dağların soyuqları başlayır. Bundan sonra 

istinin üzü dönür, yayın bəyliyi qurtarır. 

Quyruqdoğdu  müddətində  Azərbaycanın  arıçılıq  bölgələrində  gəndalaş 

bitkisinin  başındakı  saçaqlı  çiçəklər  qaralananda  arıçılar  bal  kəsməyə  başlayır.  Xalq 

təcrübəsindən doğmuş inama görə, bu dövrədək arılar lazımi qədər şirə toplaya bilir. 

Balın həmin vaxtdan tez kəsilməsi əlverişli deyil, çünki onda bal hələ yetişmir. Həm 

də bu müddətdə arı ailəsində arıların sayı olduqca çox olur. Bu da öz növbəsində bal 

kəsilməsi  işini  çətinləşdirir.  Gəndalaşın  gülləri  qaralan  vaxt  isə  arı  ailəsində  arıların 

azalması  bal  kəsilməsi  işini  nisbətən  asanlaşdırır.  Balı  kəsmək  üçün,  adətən,  ilin 

müəyyən  vaxtı  (yəni  gəndalaşın  çiçəkləri  qaralanda),  həftənin  müəyyən  günü  (cümə 

günü), günün isə müəyyən saatları (gün əyilən vaxt) seçilir. Bu arıçılar arasında günün 

ən əziz vədələrindən sayılır. 

Balın  kəsilməsinin  başlanması  arıçıların  sevincinə  səbəb  olurdu.  Bu 

münasibətlə  şadlıq edirlər, bir-birinə  gözaydınlığı verir,  yanaqlarına  bal çəkir, xeyir-

bərəkət diləyirlər. El arasında deyilən "gəldi ballı gün, yamacda var toy-düyün" ifadəsi 

bununla əlaqədardır. Bu müddətə arıçılar arasında ballı ay da deyilir. 

Yay  fəslinin  son  ayı  xalq  arasında  elqovan  adlanır  (aran  camaatı  bu  müddətə 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə