Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə191/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   187   188   189   190   191   192   193   194   ...   208

436 

 

yerlərdə  isə  payız  almasının,  payız  armudunun  yanağına  xal  düşəndə  yar-yaraşıqlı 



günlərin birində toylar toylara calanırdı. 

Elə  ki  elin  sərvəti,  varı-dövləti  ağaclardan,  tənəklərdən  daşınıb  qurtarır,  ürək 

arxayınlaşır. Uğurla başa çatan məhsul yığımı rahatlıq, xoş əhval-ruhiyyə  gətirir. El-

oba  zəhmət  qələbəsinin  təntənəsinə  çıxır.  Bu  münasibətlə  bayram  edilir.  Şənliyə  el 

ağsaqqalları,  ahıllar,  cavanlar,  uşaqlar  yığışırlar.  Hamı  da  zövqlə  tikilmiş  al-əlvan 

geyimdə.  Hər  tərəf  fərəhlə,  sevinclə  dolur,  gül-çiçəklə  bəzədilir.  Belə  bayramlardan 

biri də Novruz qədər yaşı olan qədim məhsuldarlıq bayramı Mihrican adlanır. 

 Novruz  bayramı  kimi  Mihrican  bayramı  da  böyük  təntənə  ilə  keçirilirdi.  Bu 

bayram  Azərbaycanda  işlədilmiş  "Qədim  Avesta  təqvimi''ndə  beş  aydan  ibarət  "Qış 

fəsli"nin  başlanğıcı  idi.  Yazılı  qaynaqlardan  məlum  olur  ki,  vaxtilə  bu  bayram  da 

xalqın  təsərrüfat  həyatı  ilə  bağlı  olmuş,  maldar  və  əkinçilərin  məhsul  bayramına 

çevrilmişdir.  

Tədqiqatçılar  bu  bayramın  ilk  yaranışını  insanların  təbiəti  ilahiləşdirdiyi, 

onunla  daha  bağlı  olduğu  çox  qədim  dövrlərə  aid  edirlər.  İlkin  yazılı  mənbələrdən 

məlum  olur  ki,  Mihrican  əvvəllər  mehr  adı  ilə  tanınmışdır.  Qədim  İran  bitki  və 

məhsuldarlıq  tanrısı  Mitranın  adı  ilə  bilavasitə  bağlı  olan  bu  ad  (qədim  İran 

təqvimində  bu  ay  "baqayadiş",  yəni  Mitra  "Tanrısına  sitayiş"  ayı  adlanırdı)  Zərdüşti 

təqvimində Mitra adlanırdı. "Avesta" təqviminə görə, eyniadlı yeddinci ayın on altıncı 

günü  də  mihr  adlanır.  Zərdüştiliyə  görə,  mihr  ayının  mihr  günündə  Allah  Adəm  və 

Həvvaya ruh  vermişdir. Qədim qaynaqlardakı  mehr günəş  anlayışı ifadə  etdiyi  üçün 

mehrə  sitayiş,  Günəşə  sitayişdir.  Günəş  tanrısı  şəninə  icra  olunan  bu  bayram  əski 

təqvimin  mehr  ayının  on  altıncı  günündən  iyirmi  ikinci  gününə  kimi,  yəni  6  gün 

keçirilirdi.  İlk  vaxtlar  onu  günəşin  son  dəfə  yer  üzünə  qalxması  ilə,  eləcə  də  qədim 

inanca  görə,  həmin  gün  guya  bütün  göyərən  və  boy  atan  canlıların  öz  son  artım 

nöqtəsinə  çatıb,  bundan  sonra  quruması  ilə  əlaqələndirirdilər.  Son  illərə  qədər  bu 

bayram  ilin  əmək  qələbəsi,  ilin  yekunu  bayramı  -  məhsul  bayramı  kimi  qeyd 

olunmuşdur. 

Ülkər  ulduzlarının  görünməsi  ilə  əkinçilər  payız  əkinlərinə  başlardılar.  Payız 

əkinlərinin  başlanma  vaxtı  digər  əlamətlərlə  də  müəyyənləşdirilirdi.  Elə  ki  durnalar 

qatarlanıb  el-obanın  üstündən  köç  elədi,  səpinə  çıxardılar.  Əkinçi  babalarımız 

demişkən, durna  getdi çıx şuma, durna gəldi çıx şuma. Şuma çıxılan gün təntənə ilə 

qeyd edilirdi. Bol məhsulun əsasını qoymaq üçün elliklə şuma çıxardılar. Şumlanacaq 

əkin sahəsi sahmana salınır, əkinə mane olan daşlardan, kol-kosdan təmizlənir. 

Payız  fəslinin  noyabr  ayına  xalq  təqvimində  xəzəl  ayı  deyirlər.  İlin  bu 

vədəsində  göyün  üzündə  qara  buludlar  çoxalır.  Bu  o  deməkdir  ki,  güclü  yağış 

yağacaq.  Qəfildən  bulud  haçalanır,  göy  nəriltiylə  gurlayır,  ildırım  çaxır,  dağların 

başında  qılınc-qiyamət  oynayır.  Şimşəyin  nərəsindən  yer-göy  lərzəyə  gəlir,  bitib-

tükənməyən yağışın arası kəsilmək bilmir... Sel-su düz-dünyanı başına  götürür. Belə 

vaxtlarda  məcrasına  sığmayan  dağ  çaylarının  da  nəriltisi  adamı  vahiməyə  salır. 

Qayalardan,  dağlardan  sel  şəlalə  kimi  axır,  yekə-yekə  daşları,  qollu-budaqlı  ağacları 




437 

 

süpürləyib  qabağına  qatır.  Bəzən  yollar  dağılır,  bir  müddət  dağ  kəndləri  ilə  əlaqə 



kəsilir. 

Elə  ki  payızda  Bakıya  məxsus  xəzri  (güclü  şimal  küləyi  xəzri  öz  adını  əsas 

etibar ilə Xəzər dənizi tərəfdən əsdiyi üçün  onun adından  almışdır) küləyi əsdi,  toz-

torpağı göyə sovurardı. Karvan-karvan qara bulud topaları yayılıb şəhərin üstünü alır. 

Belə anlarda Xəzərin mavi suları da qara rəngə çalır. 

Xəzri  küləyi  havanı  kəskin  surətdə  dəyişdirir.  Payız  və  qış  fəsillərində  əsən 

xəzri  bəzən  fırtına  dərəcəsinə  qalxır,  tayaları  uçurur,  evlərin  damının  üstünü  atır, 

bəzən  də  çoxlu  qar  yağmasına  səbəb  olur.  Abşeron  qocaları  deyir  ki,  xəzri  əsdi  qış 

gəldi, xəzri qurtardı qış da öz ömrünü bağışladı. 

Payız  fəslinin  bu  vədəsində  bağ-bağçanın  xəzan  dövrü  (saralıb-solma  vaxtı) 

başlayır.  Xalq  arasında  xəzan  küləyi  adlanan  sazaqlı  külək  ağaclarda  qalan  sarı 

yarpaqları qoparıb ora-bura qovur, ağacların xəzəl mövsümü başlayır. 

XI  yüzilliyin  Azərbaycan  şairi  Qətran  Təbrizi  payızın  həmin  vaxtlarını  belə 

təsvir edir: 

Xəzan dövrü və mey vaxtıdır, 

Mey iç, çünki bu gün xəzan bayramıdır. 

Payız  fəslinin  bu  müddətinə  xalq  təqvimində  yarpaqtökən  vaxt  da  deyirlər. 

Payız fəslinin xəzəl ayından başlayaraq dünyagörmüş bağbanlar əllərində qayçı, mişar 

bağlara  çıxır.  Torpağın  canından  buğ  qalxanacan  bircə-bircə  ağacların,  tənəklərin 

başına  dolanır, azı qırx  yerə  şaxələnən ağacların ağzını bir  yerə  yığır, quru,  yararsız 

budaqları kəsirlər. Hər ağacın, hər tənəyin başına pərvanə kimi dolanmasan, səndən üz 

döndərər, barını görməzsən, - deyirlər. 

Payızın  son ayında qəfildən başlayıb  şiddətlə əsən küləkli-yelli soyuq  günlərə 

naxırqovan (bəzi hallarda bu müddət oğlaqqıran da adlanır) deyirlər. Belə sərt şaxtalı 

günlərdə əsən külək birinci növbədə çöldə otarılan naxırı (qaramalı) tövləyə qovurdu. 

"Naxırqovan"  adı  da  buradan  meydana  gəlib.  Bundan  sonra  soyuqlar  düşür.  Elə  ki 

soyuqlar başladı, bununla əlaqədar mal-qara 7-8 ay qışlaqda saxlanılır və otarılır. 

Qış  otlaqlarının  böyük  hissəsini  Kür-Araz  ovalığı  (Şirvan,  Mil,  Qarabağ, 

Muğan)  təşkil  edir.  Bundan  başqa,  Qobustan,  Ceyrançöl,  Acınohur,  Bozdağ,  Daşüz, 

Qarabağdakı  Geyan,  Çaxmaq  bozqırları  və  s.  ərazilər  Azərbaycanın  ən  əlverişli 

qışlaqları  hesab  edilir.  Quru  subtropik  iqlim  qurşağında  yerləşən  Azərbaycan 

qışlaqları üçün yayın isti və quraq olması, qışın isə mülayim keçməsi və yağıntıların 

az olması, yem ehtiyatının bolluğu və örüşlərin genişliyi səciyyəvidir. 

Payızın axırlarında dağların yamacları ilə duman sürünür. Bir anın içində dolu 

tökür,  yağış  yağır,  qarı  elə  qarışdırıb  sovurur  ki,  göz  gözü  görmür.  El-obada  bu 

müddətə il payızdan qışa dönən vaxt deyirlər. "Payızın bir ayı qışdandır, qışın bir ayı 

yazdan"  deyimi  də  bununla  əlaqədardır.  Ona  görə  də  xalq  qışa  hazırlığı  payızın 

sonuna qədər başa çatdırmağa çalışır, yəni qarlı-şaxtalı qışı qarşılamağa hazır olurdu. 

Xalqımız bununla əlaqədar başqa bir deyim nümunəsi yaratmışdır: 

Qorx payızdan, qabağında qış gəlir,  



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə