Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə27/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   23   24   25   26   27   28   29   30   ...   208

62 

 

ancaq  qadın  işlərinin  görülməsi  forması  kimi  başa  düşülürdü"[28].  Lakin  bunu 



Azərbaycanın bütün bölgələrinə şamil etmək olmaz. 

Etnoqrafik  ədəbiyyatda  təsadüf  edilən  belə  bir  fikirlə  də  razılaşmaq  olmaz  ki, 

qarşılıqlı yardım forması olmaq etibarilə "iməcilik" əsasən qadınlar arasında yayılmış, 

guya  yalnız  yunun daranmasında,  yun ipliklərin  hazırlanmasında  qonşu qadınlar bir-

birilərinə  kömək  etmiş[29],  müəyyən  ictimai-iqtisadi  səbəblər  üzündən  isə  o  bəzi 

ərazilərdə  özünün  ilkin  məzmununu  saxlamaqla  yanaşı,  həm  də  təsərrüfat  işlərinin 

görülməsində  tətbiq  edilmişdir"[30].  Əksinə,  adından  məlum  olduğu  kimi,  yunan 

dilində  "köməkləşmə"  mənasını  verən  "iməcilik"  Azərbaycanda  ellinizm  dövründə 

təşəkkül  tapdığı  vaxtlarda  insanların  bütün  əmək  fəaliyyəti  sahələrini  əhatə  etmiş, 

sonralar  isə  ayrı-ayrı  bölgələrdə  əhalinin  təsərrüfatının  və  məişətinin  müxtəlif 

sahələrində  hoy,  cey,  əvrəz,  mödgəm,  ortaqlıq,  şəriklik,  növbələşmə,  damazlıq, 

ziyanlıq, alışma və s. lokal onun yeni-yeni formaları yaranmışdır. 

Etnoqrafik ədəbiyyatda bəzən belə bir yanlış fikrə də rast gəlmək olur ki, guya 

müasir  Azərbaycan  kəndində  müxtəlif  məzmun  və  mahiyyətli  qarşılıqlı  yardım 

formalarının lokal adları "xalqın leksikonundan çıxdığından, el köməkliyi ilə görülən 

bütün işlər "iməcilik" istilahı altında birləşdirilmişdir ki, bu da əslində "subbotnik" adı 

ilə  məlum  olan  rus  istilahının  dilimizə  kor-koranə  tərcümə  edilməsindən  irəli 

gəlmişdir"[31]. Həqiqətdə isə müasir Azərbaycan və rus dillərində işlədilən "iməcilik" 

və "subbotnik" sözləri ekvivalent məzmuna malik olsalar da, mənşəcə müxtəlifdirlər. 

Məlumdur  ki,  ruslarda  "subbotnik"  adı  altında  görülən  könüllü  və  təmənnasız 

kollektiv  işlər  öz  adını  həmin  işlərin  görüldüyü  həftənin  yeddi  günündən  birinin  adı 

olan  "subbota"  sözündən  götürmüşdür;  çünki  ruslarda,  bir  qayda  olaraq,  könüllü  və 

təmənnasız görülən kollektiv işlər "voskresenye" adlanan istirahət günündən əvvəlki, 

"subbota"  adlanan  gündə  icra  edilir.  Halbuki  “iməcilik”  qədim  ellinizm  dövründə 

yaranmış yunan mənşəli sözdür; deməli, “subbotnik” sözündən tərcümə deyildir. 

İməciliklər Azərbaycanda çox geniş yayılmış qarşılıqlı yardım forması olmuş, 

həm  kişiləri,  həm  də  qadınları  əhatə  etmişdir.  İməciliklər  təcili  görüləsi  təsərrüfat 

işlərində  həmkəndlilərin  bir-birinə  köməkliyi  məqsədilə,  eləcə  də  köməyə  ehtiyacı 

olan ailələrə yardım məqsədilə təşkil edilirdi. 

Əkinçilikdə  müxtəlif  səbəblər  üzündən  qohumlardan,  yaxud  həmkəndlilərdən 

birinin  təsərrüfatında  taxıl  əkini  üçün  şumun gecikməsi  və  biçinin ləngiməsi zamanı 

qonum-qonşu  kəndin ağsaqqalları ilə  məsləhətləşib ona  köməklik  məqsədilə iməcilik 

təşkil edirdilər. İməciliyin günü müəyyənləşdirilir və hamıya xəbər verilirdi. İməcilik 

iştirakçıları şum zamanı öz xışları ilə, biçin zamanı isə çin, oraq və nəqliyyat vasitələri 

ilə sahəyə gəlirdilər. Xəbər verilmiş adamların hamısı iməciliyə çıxırdı. Birinin həmin 

gün  hətta  vacib  işi  olardısa,  onu  təxirə  salar,  iməciliyə  gələrdi.  Çünki  iməciliyə 

çıxmamaq el arasında qəbahət sayılırdı və kənd camaatı iməciliyə çıxmayan adamlara 

yaxşı münasibət bəsləmirdi. 

İməcilik, adətən bir gündən artıq olmazdı. Belə ki, yoxsul kəndlinin şumlanası 

əkin  sahəsi,  yaxud  biçiləsi  taxıl  zəmisi  o  qədər  də  böyük  olmazdı.  Lakin  zəruri 




63 

 

hallarda,  kəndlinin  torpaq  sahəsi  nisbətən  böyük  olduqda  şum  və  biçin  ilə  əlaqədar 



təşkil olunan iməciliklər bir neçə gün davam edirdi. Çünki köməksizlik üzündən şum 

və  biçin  proseslərinin  gecikməsi  nəticəsində  həmin  kəndlinin  təsərrüfatına  böyük 

ziyan dəyə bilərdi. Qohumlar və qonşular bəzən taxıl döyümü zamanı da işçi qüvvəsi 

az olan və imkansız ailələrə köməklik göstərirdilər. 

Azərbaycanın  kənd  və  şəhərlərində  iməciliklər  bir  qayda  olaraq  bayram 

şənliyinə çevrilərdi. Hamı adi gündəkindən ertə durar və təzə paltar geyərək iməciliyə 

daha  tez  çıxmağa  tələsərdilər.  İməcilik  iştirakçıları  bir-birilə  bəhsə  girər,  mərc  kəsər 

və yarışardılar. İməcilik təşkil edən təsərrüfat sahibi yarışda qalib gələnə xələt verərdi. 

İməciliyi təşkil edən ailə onun iştirakçılarına nahar yeməyi verərdi. Bəzən isə iməcilik 

iştirakçıları yoxsul ailəyə kömək məqsədilə təşkil edilən iməcilik zamanı yeməklərini 

özlərilə götürərdilər. 

Azərbaycanın  çəltikçiliklə  məşğul  olan  bölgələrində  iməciliklər  daha  tez-tez 

təşkil  edilərdi.  Burada  şum  işlərindən  tutmuş  çəltiyin  ayaq  dinglərində  döyülməsinə 

qədər bütün iş proseslərində iməciliklər keçirilərdi. Belə ki, Azərbaycanda

 

XIX əsrin 



ikinci yarısında çəltikçiliklə əsasən iri torpaq sahibləri məşğul olurdular və onların işçi 

qüvvəsi  az  idi.  Torpağın  əkin  üçün  şumlanması,  tumcar  və  bicar  ləklərinin 

hazırlanması  kimi  böyük  işçi  qüvvəsi  tələb  edən  prosesi  gecikdirmək  olmazdı. 

Çəltikçilik təsərrüfatlarında torpağın şumlanması və ləklərin hazırlanması gecikdikdə, 

bicarda  çəltik  şitillərinin  sancılması  prosesi  ləngidikdə,  bicarı  alaq  basdıqda  və 

yağışların həddən artıq yağması nəticəsində biçin gecikdikdə çətin vəziyyətə düşmüş 

ailə  yalnız  iməcilik  təşkil  etmək  yolu  ilə  geriliyi  aradan  qaldıra  bilərdi.  Torpağın 

şumlanması  və  ləklərin  hazırlanması  məqsədilə  yalnız  kişilər  çağırılardı.  Lənkəran 

bölgəsində  çəltik  şitillərinin  tumcardan  çıxarılıb  bicar  ləklərinin  yanına  gətirilməsilə 

də kişilər məşğul olurdu. Lakin bicarda onların su doldurulmuş ləklərə sancılması və 

alaq edilməsi ilə yalnız qadınlar məşğul olurdular. Odur ki, bicar və alaq ilə əlaqədar 

iməciliklərə yalnız qadınlar çağırılırdılar. Bicar prosesi başa çatdıqdan sonra iməciliyə 

toplaşmış qız və gəlinlər çalıb-oynayar, şən mahnılar oxuyar və məzəli oyunlar təşkil 

edərdilər. 

Azərbaycanın  çəltikçiliklə  məşğul  olan  bütün  bölgələrində  torpağın  əkin  üçün 

hazırlanması  prosesində  olduğu  kimi,  biçin  üçün  və  dərzlərin  daşınması  məqsədilə 

təşkil olunmuş iməciliklərdə  əsasən kişilər iştirak edərdilər. İməciliyə  gələnlər özləri 

ilə  biçin  aləti  olan  çin  götürərdilər.  Arabası,  atı,  öküzü  və  kəli  olanlar  bu  nəqliyyat 

vasitələrini  də  özləri  ilə  gətirərdilər.  Nəqliyyat  vasitələri  olmayan  kəndlilər  də 

dərzlərin  daşınmasında  iştirak  edərdilər.  Onlar  çəltik  dərzlərinin  sahədən  kənara 

çıxarılmasına  və  arabalara  yüklənməsinə  kömək  edərdilər.  Çəltiyin  biçilməsi, 

dərzlərin bağlanması və daşınması zamanı kəndlilər bir-birləri ilə yarışar, fərqlənməyə 

çalışardılar. İməcilik təşkil edən ailə  də  onların əməyini qeyd edərdi.  Adətə  görə  ilk 

dərzi  bağlamış  biçinçiyə  və  çəltik  dərzlərini  xırmana  birinci  gətirən  arabaçıya 

hədiyyələr  verilərdi.  İməciliyi  təşkil  edən  ailə  ya  fasilə  zamanı,  ya  da  iməcilik  başa 

çatdıqdan sonra onun iştirakçılarını dadlı yeməyə qonaq edərdi. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə