Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə23/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   19   20   21   22   23   24   25   26   ...   208

53 

 

əkin  əkiləcək  vaxta  qədər  saxlanılardı.  Həmin  sümüklər  birinci  əkin  vaxtı  tarlaya 



səpilərdi.  Beləcə  o  ili  həmin  tarlanın  əkininin  bərəkətli,  məhsulunun  bol  olacağına 

inanırdılar[35]. 

Xalq  etiqadına  görə,  qurban  verilən  heyvanın  sümüklərini  qırmaz,  köpəklərə 

verməzdilər,  odda  yandırıb  torpağa  basdırardılar.  Bəzi  bölgələrdə,  xüsusilə  Dərbənd 

azərbaycanlıları  Qurban  sümüyünü  atmaz,  qurudub  saxlardılar.  Bərk  külək  əsib 

kəsmək bilməyəndə həmin sümüyü yandırıb külünü atardılar evin damına. İnama

 

görə 


bundan sonra külək kəsməli idi. 

Qurban bayramı günlərində qocalara, kimsəsizlərə mərhəmət göstərir, xeyriyyə 

süfrəsi açır, şəfqət işləri görür, bunu böyük savab sayırlar. 

 

Qurban  bayramının  keçirilməsi  haqqında  1623-1624-cü  illərdə  Azərbaycanda 



olmuş  rus  taciri  F.Kotovun  müşahidələri  böyük  maraq  doğurur.  Həmin  bayramın 

iştirakçısı olan tacir yazır: "Qurban ediləcək dəvəni bəzəyib bir neçə gün küçələrdə və 

bazarda gəzdirir... şəhər meydanına gətirirlər... Dəvəni qurban yerinə gətirdikdə şah da 

müşayiətçiləri ilə meydana gəlir və qurbana yaxınlaşır. Darğa bəzədilmiş nizəni şaha 

verir. Şah nizəni dəvənin döşünə sancıb geri çəkilir. Qəssablar dərhal dəvənin başını 

kəsib parçalayırlar. Şəriət qanunlarına görə, dəvənin başını kəsməzlər, onu ayaq üstə 

üzü  qibləyə  saxlayıb  iti  və  uzun  bir  alətlə  -  xəncər,  nizə  ilə  döş  nahiyəsindən  içəri 

sancıb yerə yıxırlar. Buna nəhr deyilir. Hər tərəf bəzədilir, çıraqban edilir. Həmin gün 

şənlik edilir, çalıb-oynayırdılar". 

Azərbaycanlılar Qurban bayramı gününü xeyir və bərəkət günü, səadət, dinclik, 

sevinc və şadlıq bayramı kimi qeyd edirlər. Bayram günləri evlər təmizlənir, bəzədilir, 

dadlı-tamlı  yeməklər  bişirilir,  ən  gözəl  paltarlar  geyilir,  dostlar,  qohum-əqrəba  bir-

birinin evinə qonaq gedirlər. Bu müqəddəs bayram günlərində bir-birini təbrik edirlər, 

alqışlara üz tuturlar: "Bayramınız mübarək! Allah qurbanınızı qəbul etsin!" - deyirlər. 

Bayram mərasiminə xüsusi ibadət, əzizlərin məzarlarının ziyarət edilməsi də daxildir. 

 

 




54 

 

 



ORUCLUQ BAYRAMI 

 

Azərbaycanlılar  arasında  geniş  yayılan  ümumxalq  bayramlarından  biri  də 



Orucluq bayramıdır. Orucluq bayramı da "mübarək", "möminlərin qəlbinə sevinc bəxş

 

edən günlərindən" biridir[36]. 



İslam  dininə  görə,  orucluq  müsəlmanların  əməl  etmələri  vacib  sayılan  beş 

şərtindən  ikincisidir.  Orucluq  hər  il  hicri-qəməri  (hicri-ay)  təqviminin  9-cu  ayı  olan 

Ramazan ayında 30 gün müddətində saxlanılır. 

Müsəlman  dünyasında  oruc  tutma  (əs-saym)  hicrətin  2-ci  ilində  (624-cü  ildə) 

tətbiq  edilməyə  başlanmışdır.  Qurani-Kərim  Allaha  ibadətin  bu  şəklini  inkişaf 

etdirərək orucu Quranın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə 

əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır. 

İslamdan  əvvəl  meydana  gələn  dinlərdə  də  oruc  tutmaq  haqqında  göstərişlər 

olmuşdur.  Tarixi  məlumatlara  görə,  Həzrət  Adəmdən  (ə)  başlayaraq  Allahın 

rəsullarının (onlara salam olsun!) hər biri, o cümlədən Xatəmül-Ənbiya Mühəmməd(s) 

də bu barədə insanlara xəbərdarlıq etmişdir. 

Orucluğun  kökləri  uzaq  keçmişə  bağlıdır.  Orucluğun  meydana  gəlməsinin 

səbəbləri  məxəzlərdə  və  şəriət  qanunlarında  geniş  izah  edilir.  Qurani-Kərimə  görə 

şəriətimizdə  oruc  tutmaq  Allah  əmridir.  Orucluğun  yerinə  yetirilib-yetirilməməsini 

müzakirə etməyin özü əbəsdir. Çünki Allah kəlamı müzakirə olunmaz. 

İslama qədər orucluq - yeməkdən imtina etmək və ya yeməyi məhdudlaşdırmaq 

bir qayda olaraq yay fəslinə - isti dövrlərdə icra olunurdu. Ərəblər yay fəslinin çox isti 

vaxtında gündüzlər təsərrüfat həyatını dayandırır, bütün işləri axşama, hava sərinləşən 

vaxta keçirirdilər[37]. 

İslam  dini  bərqərar  olduqdan  sonra,  Qurani-Kərimin  hökmünə  əsasən, 

orucluğun ancaq ramazan ayında keçirilməsi qərarlaşmışdır. Bu da qəməri təqvimi ilə 

əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. 

Monoteist  dinlər  arasında  ən  yüksək  məqamda  duran  İslamda  orucluq  təlimi 

özünün daha kamil və dolğun əksini tapmış, böyük məna və məzmun kəsb etmişdir. 

İslamda  orucluq  ixtiyari  deyil,  müntəzəm  səciyyə  kəsb  edir,  fərdin  və  ya 

icmanın  həyatında  baş  vermiş  bu  və  ya  digər  gözlənilməz  dəyişikliklərlə 

əlaqələndirilmir və vaxtı dəyişdirilmir. 

Beləliklə, oruc tutan kəsin özündə mənəvi həyatın ən böyük hadisəsini - Allaha 

yaxınlıq  hissini  duymaq,  qavramaq  bacarığı  tərbiyə  etməsi  orucluqla  əlaqədar  onun

 

qarşısında duran ən mühüm vəzifədir. Belə bir tərbiyənin aşılanması orucluğun ruhani 



məzmunda İslam anlamının mahiyyətini təşkil edir. Orucluğun möminlər üçün açdığı 

mənəvi  imkanların  genişliyini  nəzərə  alsaq,  ramazanda  Cənnət  qapılarının  taybatay 

açılması,  Cəhənnəm  qapılarının isə  bağlanması barədəki Hədisi-şərifin  mənası aydın 

olar. 


Xalq  orucluğa  həm  də  islamın  əxlaqi-mənəvi  təsisatı  kimi  baxmışdır. 


55 

 

Həqiqətən orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaqi 



dərsi  təlqin  edilir.  Harama  aludə  olmaqdansa  özünü  ağır  sınaqlara  və  hər  cür 

çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır. 

"Quran  oruc  tutmağı  islamın  müsbət  meyarı  kimi  götürmüş,  başqa  vacib 

əməllərin  yerinə  yetirilməsində  yol  verilmiş  xətaların  orucluq  vasitəsilə 

bağışlanmasının mümkünlüyünü təsbit etmişdir" (Qurani-Kərim, əl-Bəqərə, 185).  

Xalq arasında yayılmış adətə görə, ramazan ayı başlamazdan bir-iki gün qabaq 

niyyət  edir  və  oruc  namazı  qılırlar.  Şəriətə  görə,  oruc  tutan  adam  təmiz  və  pak 

olmalıdır;  həmin  gün  dan  yerinin  sökülməsindən  -  sübh  namazı  azanından  sonra  şər 

qovuşanadək  hər  cür  yemək,  içki,  oyun,  tamaşa,  qadına  yaxınlıq,  şəhvət  doğuran 

hərəkətlər  etmək,  ciyərə  tüstü  almaq,  sürmə  və  müşk  çəkmək,  tütün  iyləmək, 

rahatlanmaq üçün hamama girmək, öpüşmək və s.-dən imtina edirlər. Oruc tutan adam 

bu müddət (ramazan ayında) ərzində yalnız Allaha ibadət etməlidir. 

Orucluq  müddətində  yemək-içməyə  gündə  iki  dəfə  -  gün  çıxmamış 

("obaşdanlıq") və şər qarışan vaxt ("iftar açma") icazə verilir. Hər bir oruc tutan adam 

iftarını  açmazdan  əvvəl  namaz  qılmalı,  dua  oxumalı  və  yalnız  sonra  əlini  yeməyə 

uzatmalıdır. 

Oruc  tutmaq  bütün  müsəlmanlar  üçün  vacib  sayılmaqla  burada  istisnalara  da 

yol verilir. Xəstələr, yaşlı adamlar, uşaqlar, səfərə çıxanlar, hamilə və südəmər körpəsi 

olan qadınlar, taqətsiz qocalar oruc

 

tutmaqdan azad olunurlar. Lakin "Qurani-Kərim" 



buyurur  ki,  "sizdən  xəstə  və  səfərdə  olanlar  tutmadığı  günlər  qədər  başqa  günlərdə 

orucu tutmalıdırlar" (Qurani-Kərim, əl-Bəqərə, 184). 

Orucluq zamanı varlı da, yoxsul da müsavi, yəni bərabər olur. İmkanlı adamlar 

ac qalanların halını başa düşür, onlara kömək etməyi özlərinə borc bilirlər. Orucluqda 

çox Quran oxumaq, dualar etmək müstəhəbdir. Həzrət Peyğəmbər (s) ramazan ayının 

ehtiramını qeyd edərkən belə buyurmuşdur ki, başqa aylardan fərqli olaraq bu zaman 

bütün  ibadətlər  birə-min  hesablanır.  Bu  baxımdan  valideynlərin  qəbirlərini  ziyarət 

etmək,  ölənlərin  ruhuna  ehsan  vermək,  iftar  süfrəsi  açmaq  böyük  savabdır.  Həzrət 

Peyğəmbər (s) buyurmuşdur: "Hətta, bir para xurma da versən, ehsandır". 

Orucluq  tibbi  və  sağlamlıq  nöqteyi-nəzərdən  və  əxlaqi  baxımdan  çox 

əhəmiyyətlidir. Əxlaqi-tərbiyəvi baxımdan orucluq dövründə tələb olunan qaydaların 

gözlənilməsi  insanı  şər  işlərdən,  haramzadəlikdən,  xoşagəlməz  hərəkətlərdən,  günah 

işlər görməkdən çəkindirir, onu xeyirxah əməllərə, yaxşılığa sövq edir, xalqla ümumi 

bir  işə  səfərbər  olmaq  vərdişi  yaradır.  Xalq  arasında  ramazan  ayı  təmizlik, 

mehribanlıq,  halallıq,  səmimiyyət,  istiqanlılıq  ayı  kimi  məşhurdur.  Ramazan  həm  də 

xeyirxahlıq, alicənablıq ayıdır. 

İnama görə, oruc tutmaq, müəyyən müddət ac qalmaq, pəhriz saxlamaq ilə bir 

çox  xəstəlikləri  müalicə  etmək,  eyni  zamanda  sağlamlıq  qazanmaq  mümkündür. 

Orucluq  bir  tərəfdən  mədə  və  həzmedici  orqanların  dincəlməsinə  səbəb  olaraq 

orqanizmi zəifləməkdən qoruyub insanlara yeni qüvvə verir, digər tərəfdən sağlamlıq 

üçün  zərərli  olan  yağları  və  zəhərli  maddələri  əridib  azaldır.  Orucluq  insana 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə