Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə21/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   17   18   19   20   21   22   23   24   ...   208

48 

 

hiyləgərlik və zor gücü ilə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaqla onun 



rəsmiləşdirdiyi  və  ümumiyyətlə,  xalqımızın  mənəvi  sərvətlərinə  qarşı  öz  yırtıcı 

siyasətini  gizlətmədi.  O  sıradan  Novruz  bayramı  da  bu  amansızlıqdan  yaxa  qurtara 

bilmədi.  Amma  bu  da  var  ki,  Azərbaycan  xalqı  hər  cür  qadağa,  yasaq  və  qorxuya 

baxmayaraq, gəlişini böyük sevinclə qarşıladığı Novruzdan heç vaxt ayrılmayıb, rəsmi 

şəkildə  olmasa  da,  bu  doğma  bayramını  günümüzə  çatdırmış,  onun  ayinlərini,

 

mərasimlərini,  nəğmələrini,  oyun  və  əyləncələrini,  tamaşalarını  göz  bəbəyi  kimi 



qorumuş, daha da zənginləşdirmişdir. 

Novruz  bayramının  xalqımızın  mənəvi  varlığına  böyük  rolunu  yüksək 

qiymətləndirən  görkəmli  dövlət  xadimi,  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev 

dmişdir:  "Böyük  mənəvi  gücə  malik  olan  Novruz  bayramı  ulu  əcdadlarımızın  bizə 

verdiyi  ən  gözəl  yadigar  olub  Azərbaycan  xalqının  milli  ruhunu  və  yaddaşını,  onun 

daxili  aləmini  bütün  zənginliyi  ilə  yaşadır.  Təbiətin  oyanışının,  varlığın  yenidən 

canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və 

məişətimizə  daxil  olmuş,  insanlara  aydın  və  işıqlı  sabaha,  xoşbəxt  gələcəyə  inam 

duyğusu bəxş etmişdir". 

Hazırda respublikamızda sosial-siyasi dəyişikliklər nəticəsində milli və mənəvi 

dirçəliş  prosesi  gedir.  Millətin  bu  dirçəlişində,  möhkəm  birliyində,  Azərbaycan 

dövlətçiliyinin  daha  da  inkişaf  etdirilməsində  bütün  mütərəqqi  adətlərimizi,  xeyirli 

ənənələrimizi yaşatmalıyıq. Bu etik qayda-qanunların qorunması insanlığın qorunması 

deməkdir. Səmimilik, mehribanlıq, xeyirxahlıq, halallıq, ədəb-ərkanlı davranış bu gün 

də biz azərbaycanlıların ömür yolunun bələdçisidir. 

Bu  gün  Novruz  bayramı  müstəqil  və  suveren  Azərbaycan  dövlətinin  rəsmi 

bayramları  sırasına  daxil  olmuşdur.  Milli  dövlətçiliyimizin  əlamətlərindən  birini, 

doğma  xalqımızın  ən  qədim  adət-ənənələrini,  milli-mənəvi  dəyərlərini  özündə 

yaşadan  müqəddəs  Novruz  bayramı  milli  təfəkkürümüzün  ayrılmaz  hissəsinə 

çevrilmişdir. 

 

 



49 

 

 



QURBAN BAYRAMI 

 

Azərbaycanlılar içərisində dərin kök salmış qədim və ümumxalq bayramlarının 

mühüm  hissəsini  islamla  bağlı  bayramlar  təşkil  edir.  Bütün  müsəlmanların,  o 

cümlədən  azərbaycanlıların  həyat  və  məişətinə  daxil  olan  həm  Qurban,  həm  də 

Orucluq bayramları əziz bayramlar kimi ta qədim zamanlardan qeyd edilmişdir. Lakin 

insanları  dini  əqidəsizləşdirməyə  xidmət  etmiş  sovet  ideologiyasının  hakim  olduğu 

dövrdə  xalqımızın  tarixinin,  elm  və  mədəniyyətinin,  ictimai-fəlsəfi  fikrinin 

öyrənilməsi  sahəsində  aparılan  tədqiqatlarda  islama  qarşı  qərəzli  mövqe  tutulmuşdu. 

Şüurlu  surətdə  aparılan  allahsızlıq  siyasəti  nəticəsində  tariximizi,  mədəniyyətimizi, 

adət-ənənələrimizi, bir sözlə, mənəviyyatımızı İslam dinindən uzaqlaşdırmağa, ondan 

təcrid etməyə cəhd göstərilmişdi. 

Sovet ideologiyasının totalitar hökmranlıq rejimi Azərbaycanımızı ağır mənəvi 

aşınmaya  məruz  qoymuşdu.  Milli  tarixi  keçmişimizlə  bağlı  müqəddəs  təsisatlar 

amansızcasına təqib olunmuş, bir çox dini ibadətgahlar dağılmış, məscidlər bağlanmış, 

dinimizə,  adət-ənənələrimizə,  bayramlarımıza,  bir  sözlə,  xalqımızın  milli-mənəvi 

dəyərlərinə qəsd edilmişdi. 

Bununla  belə,  Azərbaycan  xalqı  ötən  əsrlərin  bütün  ağır  sınaqları  içərisində 

milli  adət-ənənələrini  və  bayramlarını  qoruyub  saxlaya  bilmişdir.  Hər  bir  müsəlman 

gəlişini  böyük  sevinclə  qarşıladığı  Qurban  və  Orucluq  bayramlarını  müqəddəs 

borcunu  layiqincə  yerinə  yetirməkdən  doğan  daxili  rahatlıq  hissi  ilə  öz  evində, 

ailəsində, gizli olsa da, qeyd etmişdir. 

XXI  əsrin  əvvəlində  cəmiyyətdə  baş  verən  köklü  dəyişikliklər  nəticəsində 

Qurban  bayramı  da,  Orucluq  bayramı  da  əsil  ümumxalq  bayramları  sırasına  daxil 

olmuş, bayram günləri qeyri-iş günü elan olunmuşdur. 

Sosial-mənəvi həyatımızın tərkib hissəsinə çevrilmiş bayramlardan biri Qurban 

bayramıdır.  Qurbanlıq  heyvanın  kəsildiyi  bu  bayrama  ərəbcə  "Eyd  el-əzha"  və  ya 

"Eyd əl-kəbir" deyilir. Qurani-Şərifdə "eyd" kəlamı yalnız bircə dəfə işlədilmişdir və 

"təkrar  olunan  sevinc",  "bayram"  mənası  daşıyır.  Bu  məna  "mübarək"  "möminlərin 

qəlbinə sevinc" olan Qurban bayramı gününə də aid edilir[27]. 

Qurban  bayramı  müsəlman  hicri-qəməri  (hicri-ay)  təqvimi  ilə  12-ci  ayda  - 

zülhiccə  ayının  10-da  başlanır  və  bir  ay  müddətində  davam  edir.  Müsəlmanlar  bu 

təqvimə  Məhəmməd  peyğəmbərin  və  onun  tərəfdarlarının  -  mühacirlərin  622-ci  ilin 

sentyabrında  Məkkədən  Mədinəyə  köçməsindən  sonra  keçmiş  və  təqvimi

 

Məhərrəm 



ayı  ilə  başlamışlar.  Orucluq  və  Qurban  bayramları  Ay-Qəməri  təqviminə  əsasən 

keçirildiyindən  hər  il  on-on  iki  gün  geri  çəkilir  və  beləliklə,  bütün  fəsilləri,  ayları 

dolaşırlar. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə həcc 

ibadətlərinə daxil edilmişdir. 

Mənbələrdən  aydın  olur  ki,  qurbankəsmə  mərasimi  bəşər  tarixinin  çox  erkən 

çağlarına  gedib  çıxır.  Demək  olar  ki,  nəinki  əksər,  hətta  bütün  dünya  xalqlarında 




50 

 

qurbankəsmə  adəti  vardır:  müxtəlif  ruhlara,  allahlara,  müqəddəslərə,  Tanrının 



bəşəriyyətə bəxş etdiyi əsas maddi nemətlərə qurban verərmişlər.  

Qədim  türklər  yerləri  yaman,  bədxah  ruhlardan  qorumaq,  ilahi  varlıqlarla 

yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur. 

Atın  qurban  verilməsi  adəti  dünyanın  bir  sıra  xalqlarında  geniş  yayılmışdır.  Digər 

heyvanlardan  da  qurbanlıq  kimi  erkək  heyvanlar  üstün  sayılmış,  dişi  heyvanlar  isə 

qurban  kəsilməmişdir.  "Kitabi-Dədə  Qorqud"  eposunda  qurbanlıq  deyə  atdan  ayğır, 

qoyundan qoç, dəvədən, buğra qurbanlığı göstərilir. 

"Avesta"ya  görə,  atəşpərəstlər  su  mənbələrini,  çayları  ilahiləşdirib  onların 

şərəfinə qurbanlar verirmişlər. Çox yerlərdə qurbankəsmə ayini xüsusi qurbangahlarda 

keçirilərdi. 

Bir  çox  etnoqrafik  tədqiqatlarda  qurbanın  meydana  gəlməsi  ölüləri  ac 

qoymamaq,  ruhların  rəğbətini  qazanmaq,  onları  rəhmə  gətirmək  adəti  və  s.  ilə 

əlaqələndirilir"[28]. 

Azərbaycanda da qurbankəsmə ayini qədimdən olmuşdur.  Arxeoloji qazıntılar 

nəticəsində  aşkar  edilmiş  bəzi  maddi  mədəniyyət  abidələri  burada  hələ  eramızdan 

xeyli əvvəl qurbankəsmə adətinin icra edildiyini göstərir. Qobustanda qurban kəsilən 

müqəddəs qurbangahlar aşkar olunmuşdur[29]. 

Antik  mənbələrə  əsaslanan  tədqiqatçılar  islamaqədərki  Azərbaycan  ərazisində 

hələ  çox  qədim  dövrlərdə  qurbankəsmə  ənənələrinin  mövcudluğunu  qeyd  edirlər. 

Eramızdan  əvvəl  V  əsrdə  yaşamış  yunan  tarixçisi  Herodota  görə,  qurbanlar  uca 

yerlərdə  Göy,  Günəş,  Ay,  Od,  Su  və  Külək  tanrılarına  kəsilirdi.  Herodotun  bu 

mövzuda  məlumatlarını  təkrar  edən  coğrafiyaşünas  Strabon  (I  əsr)  yerli  əhalinin 

qurbanı təmiz və pak yerdə kəsdiyini, heyvanın ətinin dindarlara paylandığını, Tanrıya 

isə qurbanlığın ruhunun gərək olduğunu bildirir[30]. 

Qədim  Azərbaycanda  insan  qurbanı  verilməsi  adəti  haqda  da  Strabonda 

məlumat  vardır.  Bu  məlumata  əsasən,  bir  il  müddətində  xüsusi  olaraq  bəslənilən 

"müqədəs qul" (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir; 

bədəninə  ətirli  yağ  sürtülür  və  digər  qurbanlıq  heyvanlarla  birlikdə  qurban 

verilirdi[31]. 

Allaha  qurban  verməyə  hazırlaşmaq  barədə  "əs-Saffat"  surəsinin  104,  107-ci 

ayələrində buyurulur: Bu vaxt Allah-taaladan nida gəlmişdi: "Biz ona belə xitab etdik: 

Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin 

(Sənə  yuxuda  nə  əmr  olunmuşdusa,  onu  yerinə  yetirdin.  Allah  sənə  lütf  edərək 

oğlunun  yerinə  bir  qoç  kəsməyi  buyurur).  Biz  yaxşı  iş  görənləri  belə 

mükafatlandırırıq. Şübhəsiz,  bu  açıq-aydın bir imtahan idi. Biz  ona  böyük qurbanlıq 

(Habilin qurbanlıq qoçunu) əvəz  etdik". Habilin qurbanlıq qoçu haqqında  Müqəddəs 

Quran"ın  "Maidə"  surəsinin  27-ci  ayəsində  buyurulur:  "Ya  Məhəmməd!  Onlara 

Adəmin  iki  oğlunun  əhvalatını  olduğu  kimi  söylə!  Onlar  qurban  gətirdikləri  zaman 

birinin  qurbanı  qəbul  edilmiş,  digərininki  isə  qəbul  olunmamışdır.  Qurbanı  qəbul 

olunmayan Qabil qardaşı Habilə demişdir: "Səni mütləq öldürəcəyəm!" Habil ona belə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə