Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə22/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   18   19   20   21   22   23   24   25   ...   208

51 

 

cavab vermişdir: "Allah yalnız müttəfiqlərdən qurban qəbul edər!" 



İslamda  Qurban  bayramı  İbrahim  peyğəmbərin  adı  ilə  bağlıdır.  Qurani-

Kərimdən  məlum  olur  ki,  o,  Allaha  olan  sədaqətini  sübut  etmək  üçün  oğlu  İsmayılı 

qurban vermək istəyir; bu zaman Allah Cəbrayıl vasitəsilə iki qoç göndərərək oğlunun 

yerinə  onları  kəsməyi  İbrahimə  əmr  edir.  Məhz  buna  görə,  bu  qurbana  "İsmayıl 

qurbanı", "İsmayıl bayramı" da deyilir[32]. 

İslam  dininin  bu  tarixi  ayinə  mütərəqqi  xidməti  ondan  ibarətdir  ki,  onu 

ümumxalq  müsəlman  bayramı  səviyyəsinə  qaldırmışdır.  Lakin  qurban  kəsərkən  əsas 

qayə qan tökmək və ya ət yemək deyildir. Əsas məqsəd qurban kəsərkən həcc ibadəti 

sayəsində  müsəlmanın  şeytana  və  öz  nəfsinə  qalib  gələrək  onları  öldürməsi  və 

cəhənnəm  əzabından  xilas  olmasıdır.  Qurbanın  kəsilməsi  İbrahim  peyğəmbərdən 

qalmış Allaha xilaskarlıq ibadətinə əməl edilməsi deməkdir. 

Bu müqəddəs bayram hazırda Azərbaycanda da ümumxalq bayramı kimi qeyd 

olunur  və  bayram  günü  qeyri-iş  günü  elan  edilmişdir.  Qurban  bayramı  günü  imkanı 

olan hər bir müsəlman qurban kəsməlidir. Ənənəyə görə, qurbanlıq qoyun, keçi, dana 

və dəvədən ibarət ola bilər. Qurbanlıq dəvədirsə - beşillik, danadırsa ikiillik, qoyun və 

keçidirsə  birillik,  yaxud  bu  yaşlara  yaxın  olmalıdır.  Dəvə  və  ya  dananı  yeddi  ailə 

birləşib qurban kəsə bilər. 

Etnoqrafik  materiallardan  aydın  olur  ki,  qurban  kəsiləcək  heyvanı  xarici 

əlamətlərinə  görə  başqalarından  fərqləndirir,  bayram  ovqatı  yaradılır,  onun 

boğazından gözmuncuğu, bəzək elementi kimi rəngbərəng sap və ya ipdən hörülmüş 

qotaz asır, qoçun və ya qoyunun belinin ortasında qırxım vaxtı bir çəngə yun saxlayır 

(buna xalq arasında kəkil deyirlər), belinə xına yaxır, rəng vururlar. Maraqlıdır ki, heç 

kəs,  hətta  oğrular  belə  bu  cür  heyvana  toxunmazdılar,  onu  oğurlamazdılar.  İnama 

görə, əks halda onlar Allahın qəzəbinə düçar olacaqlar[33]. 

Tədqiqatçılar  yuxarıda  sadalanan  əlamətləri  insanların  Qurani-Kərimin 

müvafiq ayəsinə istinadən qurbanlıq heyvanlara vurduqlarını düşünürlər. Belə ki, "əl-

Maidə"  surəsinin  2-ci  ayəsində  buyurulur:  "Ey  iman  gətirənlər!  Allahın  müəyyən 

etdiyi  mərasimə,  haram  aya,  qurbanlara,  boyunlarına  nişan  taxılmış  qurbanlıq 

heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülharama üz tutub 

gələnlərə hörmətsizlik etməyin!" 

Adətə  görə,  Qurban  bayramında  nişanlı  qızların  adına  oğlan  evindən  alnına, 

ayaqlarına  xına (həna) qoyulmuş, boynuna qırmızı parça bağlanmış, zınqırov asılmış 

qurbanlıq  qoyun  gedir,  sevinc  payı  yola  salınır.  Digər  bayramlarda  olduğu  kimi,  bu 

bayramda da oğlan evindən qız evinə hədiyyələr, bəzəkli xonçalar göndərilir. 

Qurbanlıq  heyvanın  bəzədilməsi  Səməd  Vurğunun  yaradıcılığında  öz  əksini 

tapmışdı: 

      

     Qurban bayramıydı, gülürdü dağlar, 



Qonşumuz xınalı bir erkək kəsdi. 

Qurbanlıq  üçün  heyvanın  seçilib  əvvəlcədən  bəslənilməsini  və  bəzədilməsini 




52 

 

Hüseynqulu Sarabski də xüsusi vurğulayır: "Qurban ayına bir-iki həftə qalmış qoyun 



alıb həyətə buraxardılar. Bayram  günü bəslənib  yemlənmiş, kökəlmiş qoyunu  həyətə 

çıxarıb, gözünə sürmə çəkər, sulayıb ağzına bir parça qənd verərdilər. Qurban duasını 

oxuduqdan sonra qoyunu kəsərdilər"[34]. 

Qurban adətlərinə görə, kəsiləcək heyvan sağlam, gümrah və əzaları təndürüst 

olmalıdır.  Kor,  şikəst,  xəstə,  üstündə  eybi  olan  (axtalanmış,  buynuzu  sınıq,  quyruğu 

kəsik, dişi yox, arıq) heyvanı qurban kəsmək olmaz. Xalq arasında qara qoyunun əti 

daha  yüksək qiymətləndirildiyindən, çox vaxt qurbanlıq  üçün  kəsiləcək erkəyin qara 

və çəkil (ayaqlarında və başında ağ ləkələr) olmasına da xüsusi diqqət verilir. 

Qurbanın  kəsilməsi  zamanı  müəyyən  qaydalara  əməl  olunur.  Heyvan 

kəsilərkən  bədənində  qan  qalmamalı,  axıb  təmizlənməlidir.  Tökülən  qanın  altına  bir 

qab tutulur, həmin qab sonra torpağa basdırılır. 

Xalq  etiqadına  görə,  qurbanı  kəsərkən  bıçağın  ağzına  Qurani-Kərimdən 

götürülmüş  xüsusi  bir  ayin  oxutdururlar.  "Mən  Tovhidi  iqrar  edən  müsəlman  kimi 

üzümü göyləri və yeri yoxdan vücuda gətirənə tuturam və mən müşriklərdən deyiləm.

 

Həqiqətən  namazlarım  da,  ibadətlərim  də,  diriliyim  də,  ölümüm  də  aləmlərin  Rəbbi 



Allahındır.  Onun  şəriki  yoxdur.  Bu  mənə  əmr  edilib  və  mən  özünü  Allaha  təslim 

edənlərdənəm. Ya Allah, bu Səndəndir və Sənədir. Allahın adıyla və Allah böyükdür. 

İlahi, məndən bu qurbanı qəbul eylə". 

Qurban kəsərkən niyyət tutanlar belə deyirlər: "Bismillah,  bu qurbanı kəsirəm 

qürbətən  illəllah",  yəni  bu  qurbanı  Allahın  adı  ilə,  Allaha  yaxınlıq  və  Allahın 

buyurduqlarına əməl etmək üçün kəsirəm. Qurbanlıq heyvan üzü qibləyə (Məkkədəki 

müqəddəs  Kəbənin  səmti)  tərəf  kəsilir.  Bu  isə  xalqın  Yaradana,  ulu  Tanrıya  böyük 

məhəbbətindən, sədaqətindən irəli gəlir. Üzü qibləyə  kəsilməmiş heyvanın əti haram 

hesab  olunur.  Şəriət  qanunlarına  əməl  edən  adamın  heyvan  kəsməsi  məqbul  sayılır. 

Üzü qibləyə və Allahın adını zikr etməklə kəsilmiş heyvanın ətini yemək və paylamaq 

olar. Bu barədə Qurani-Kərimdə deyilir: "...Ətindən özünüz də yeyin, [yanınızda olub 

utandığından] əl açmayana [lakin verilənə etiraz etməyənə] və dilənçiyə də yedirdin. 

Onları  [qurbanlıq  heyvanları]  sizə  belə  ram  etdik  ki,  şükür  edəsiniz  bəlkə 

[nemətimizə]" (Qurani-Kərim, əl-Bəqərə 22, Həcc, 36). 

H.Sarabskinin  yazdığına  görə,  vaxtilə  Abşeron  kəndlərində,  xüsusilə  Bakıda 

"qurban  tikəsinin  müqabilində"  "ət  payı"  alınarmış.  Qurbanlıq  ət,  "Qurban  tikəsi" 

adətə görə, təmənnasız olaraq yeddi qapıya paylanır ki, imkanı olmayanlar da o günü 

bir  tikə  ət  yesinlər.  Belə  pay  adətən  daha  çox  fəqir-füqəraya,  yoxsullara,  əlsiz-

ayaqsızlara verilir. Qurbanlıq ətdən qismən də ailənin bayram süfrəsi üçün işlədirlər. 

Məhəmməd Peyğəmbərin (s) bir hədisində buyurulur: "İldə bir neçə dəfə rahat 

yatıram. Onlardan biri də  Qurban bayramı günüdür. Bilirəm ki,  ümmətimdən elə bir 

adam tapılmaz ki, həmin gün qurbanlıq ətindən faydalanmasın". 

İnama  görə,  keçmişlərdə  bir  sıra  xüsusi  ayinlərin  icrasından  sonra  qurbanlıq 

heyvanın  sümüklərini  yığıb  bir  qaba  qoyar  və  müqəddəs  sayılan  ağacdan  asardılar. 

Anadoluda  Qurban  bayramında  qurban  kəsilən  heyvanın  sümükləri  təmiz  bir  yerdə 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə