Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə30/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   26   27   28   29   30   31   32   33   ...   208

68 

 

icazə verilir[40]. 



Onu  da  qeyd  etmək  lazımdır  ki,  bəy  və  mülkədarlar,  yüzbaşılar  əvrəzdən 

kəndliləri  təkcə  öz  xüsusi  təsərrüfatlarında  işlətmək  üçün  deyil,  eyni  zamanda  su 

arxlarının  və  kəhrizlərin  qazılması  və  təmiri,  yol  çəkilməsi  və  körpü  salınması  kimi 

bütün  kəndin  xeyrinə  olan  ümumi  el  işlərində  də  istifadə  edirdilər.  Deməli,  ilk 

baxışdan  feodal  mükəlləfiyyəti  kimi  görünən  bəy  və  yüzbaşı  əvrəzində  kəndlilər 

əslində çox vaxt özləri üçün işləmişlər. 

Əvrəz  də  iməcilik  kimi  müəyyən  sosial-iqtisadi  səbəblərlə  bağlı  olaraq 

çağırılardı.  Hər  hansı  bir  təsərrüfat  işinin  təcili  görülməsi  üçün  işçi  qüvvəsi,  qoşqu 

heyvanı,  kotan,  yaxud  araba  çatışmadığı  hallarda  təsərrüfat  sahibi  özü  ağsaqqallarla 

məsləhətləşib  camaatı  əvrəzə  çağırardısa,  ailə  başçısı  xəstə  olan  və  ya  ailə  başçısını

 

itirmiş  ailələrə,  dul  qadınlara  kömək  məqsədilə  əvrəzi  camaat  özü  təşkil  edərdi.  El 



köməyinə  ehtiyacı  olan  şəxs  əvrəzin  təşkili  ilə  əlaqədar  müəyyən  hazırlıq  işləri 

gördükdən  sonra  kəndin  ağsaqqalları  ilə  məsləhətləşib  əvrəzin  gününü  təyin  edər  və 

qohum-əqrəba  vasitəsilə  camaatı  əvrəzə  çağırardı.  Camaatı  əvrəzə  çağırmaq  üçün 

məscidlərdən,  kəndin  kişilərinin  toplaşdığı  meydanlardan  və  "gimgə  yeri"  adlanan 

yerlərdən  də  istifadə  edilərdi.  Kəndin  mollası  və  ağsaqqalı  da  camaatın  müəyyən 

olunmuş  gündə  əvrəzə  çıxmalı  olduğunu  onlara  xatırladardı.  Lakin  əvrəzdə  iştirak 

etmək üçün heç bir məcburiyyət yox idi. Hamı əvrəzdə iştirak etməyi özünə borc bilib 

bu el köməyinə tələsərdi. Bununla bağlı xalq arasında bəzi ifadələr də vardır. Məsələn, 

biri tez-tez yol gedəndə deyirlər ki, "nə tələsirsən, əvrəzə getmirsən ki?" Əksinə, biri 

ləng tərpənəndə deyirlər ki, "elə bil biyara gedir".  

 Əvrəz  səhər  sübhdən  çox  canlı  şəkildə  başlanıb,  günün  sonunadək  işgüzarlıq 

şəraitində  davam  etdirilərdi.  İməcilik  kimi  əvrəz  də  işin  qurtarıb-qurtarmamasından 

asılı olmayaraq, adətən bir gündən artıq davam etməzdi. El adətinə görə, əvrəzi təşkil 

edən şəxs onun iştirakçılarına günorta  naharı verərdi.  İmkanı olanlar hətta qoyun da 

kəsərdilər.  Lakin  imkansız  ailələrə  kömək  məqsədilə  təşkil  olunan  əvrəzə  çıxan 

kəndlilər özləri ilə yeməklərini gətirərdilər. 

Əvrəzin  təşkili  görüləcək  işin  xüsusiyyətindən  asılı  olardı.  Torpağın 

şumlanması məqsədilə təşkil edilən əvrəz zamanı onun iştirakçıları sahəyə tez çıxmaq 

və öz işlərilə fərqlənməyə çalışardılar. Şum əvrəzi zamanı onun iştirakçıları bir-birilə 

yarışar  və  müxtəlif səciyyəli  adətlərə  əməl  edərdilər. Məsələn, əvrəz günü kotanı ilə 

sahəyə  tez  çıxıb  ilk  şırımı  açan  kəndliyə  xələt  verilərdi.  Adətən  əvrəz  zamanı  kəl 

sınağı  keçirilərdi.  Kotanı  bir  cüt  kəl  çəkməli  idi.  Şərtə  görə  kotanı  çəkməyə  gücü 

çatmayıb  dizini  yerə  qoyan  kəl  məğlub  sayılırdı.  Ən  qüvvətli  kəlləri 

müəyyənləşdirmək məqsədilə təşkil edilən belə yarışda daha güclü hesab edilən kəllər 

kotanın dib boyuna qoşulardı. Şərtləşmə müddətində qalib kəl müəyyən edilmədikdə, 

kotanın təkərləri çıxarılar və kəlin biri dizini yerə qoyanadək yarış davam etdirilərdi. 

Yarışda qalib gəlmiş ən güclü kəlin belinə əvrəzdə kəsilmiş qoyunun dərisini atardılar. 

Həmin  dəridən  kəl  üçün  boyun  yastığı  tikilərdi.  Belə  yarışlar  əvrəz  iştirakçılarının 

böyük  marağına  səbəb  olar,  işin  şən  əhvali-ruhiyyədə  davam  etməsinə  şərait 



69 

 

yaradardı. 



Əvrəz  qarşılıqlı  yardım  forması  taxıl  zəmisinin  biçilməsi,  dərzlərin  xırmana 

daşınması  və  ot  çalımında  daha  tez-tez  təşkil  olunardı.  Çünki  əkinçiliyin  mövsümi 

xarakter  daşıyan  bu  əmək  proseslərini  gecikdirmək  olmaz.  Əkinçilərin  dediyi  kimi, 

"biçində gecikən uduzar". Əkinçilikdə birgə işçi qüvvəsi tələb olunan bu proseslərini 

vaxtında  başa  çatdırmaq  məqsədilə  çağırılan  əvrəzdə  hamı  məmnuniyyətlə  iştirak 

edirdi və hər kəs qonşusuna, həmkəndlisinə, xüsusilə imkansız ailələrə kömək etmək 

üçün əllərindən gələni əsirgəmirdi. 

Biçin  əvrəzi  daha  təntənəli  keçirilirdi.  Bu  zaman  kəndin  ən  yaxşı  biçinçisini 

müəyyən  etmək  üçün  yarış  keçirilərdi.  Zurnaçıların  ifa  etdiyi  "Cəngi"  musiqisinin 

sədaları  altında  yarışan  biçinçilər  eyni  vaxtda  işə  başlardılar.  İlk  dərzi  hamıdan  tez 

zəmi sahibinin qənşərinə qoyan biçinçi yarışın qalibi olar və kəndin ən yaxşı biçinçisi 

hesab edilərdi. Qalibə hədiyyə olaraq qabaqcadan düzəldilmiş xonça verilərdi.  

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  əvrəz  qarşılıqlı  yardım  formasının 

təşkilində  qohumluq  münasibətlərilə  bağlı  el  adəti  də  olmuşdur.  Quba  qəzasının 

Gəndob və Söhüb kəndlərində "qız əvrəzi" adı ilə tanınan bu adətə görə nişanlı oğlan 

əkin-biçin prosesində qız evinə köməklik etməli idi. Qız evinin əvrəzə ehtiyacı olduğu 

hallarda nişanlı oğlan kəndin cavanlarını əvrəzə çağıraraq qayınatasının əkin sahəsini 

şumladar,  taxılını  biçdirib  dərzləri  zəmidən  xırmana  daşıdar  və  biçənəyini  çaldırıb 

otunu  tayalara  vurdurardı.  Əvrəz  zamanı  nişanlı  oğlanın  qoluna,  başqalarından 

seçilmək üçün, qız evindən göndərilmiş qırmızı sarğı bağlanardı. Əvrəz iştirakçılarına 

nahar yeməyi nişanlı oğlanın ailəsi tərəfindən göndərilərdi[41]. 

Azərbaycanın  Quba  bölgəsində  suvarma  arxlarının  çəkilməsi,  təmiri,  yaxud 

təmizlənməsi,  dəhnə  və  su  bəndlərinin  tikilməsi  kimi  böyük  zəhmət  və  çoxlu  işçi 

qüvvəsi tələb olunan işlərdə də əvrəz qarşılıqlı yardım formasından istifadə edilmişdir. 

Bəzən elə olurdu ki, kəndin ancaq bir məhəlləsinin istifadə etdiyi su arxının təmirində, 

yaxud  təmizlənməsində  həmin  kəndin  başqa  məhəllələrində  yaşayanlar  da  iştirak 

edirdilər. 

İməcilik  kimi  əvrəzdən  də  Azərbaycanın  bəzi  bölgələrində  ev  tikintisi 

prosesində  istifadə  edilmişdir.  Quba  bölgəsində  ev  tikintisi  zamanı  xeyli  işçi  tələb 

edən  və  bir  ailənin  gücü  ilə  görüləsi  mümkün  olmayan  kərpickəsmə  və  kərpicin 

daşınması,  evin  bünövrəsi  üçün  uzaq  məsafədən  daş  gətirmək,  daş,  torpaq  və  tir 

qaldırmaq kimi təsərrüfat və məişət xarakterli işlərdə də əvrəz köməklik formasından 

istifadə  edilmişdir.  Kərpic  kəsmək  məqsədilə  təşkil  edilmiş  əvrəz  üçün  palçıq  ev 

sahibi tərəfindən qabaqcadan hazırlanardı. Əvrəz günü dəvət olunmuş kişilər hərə öz 

qəlibi  ilə  gələrək  işə  başlardı.  El  adətinə  görə,  kərpic  kəsənlərdən  biri  "düşərlik" 

adlanan hədiyyə almaq üçün deyərdi ki, "ay qonşu, bu nə işdir, qəlib kərpici buraxmır, 

bir köməyə gəl görüm". Bunu eşidən ev sahibi kərpickəsənlərə şirinlik pay verərdi və 

iş davam edərdi. Belə adət Zaqatala-Balakən bölgəsində də mövcud olmuşdur. Başqa 

bir  adətə  görə,  ev  tikintisi  üçün  bünövrə  qoyuluşuna  köməyə  gələnlər  əliboş 

gəlməzdilər, xonça düzəldib gələrdilər. Köməklikdə qadınlar da iştirak edərdi. Onlar 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə