Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə38/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   34   35   36   37   38   39   40   41   ...   208

84 

 

etməyə çalışır, müdrik siyasət yürüdür, ağsaqqallığını göstərirdi. Xalqının, dövlətinin, 



torpağının  naminə  yüz  ölçür,  bir  biçir.  İşğalçılarla  dil  tapır,  vətənini  qətl  və 

qarətlərdən  sovuşdurmağı  bacarırdı.  O  təkcə  xarici  düşmənlərlə  deyil,  daxildə  də 

dövlətinin  möhkəmlənməsini  təmin  etmək  məqsədilə  barışdırıcı  mövqe  tutur,  əmin-

amanlığı, sabitliyi qorumağa çalışırdı (11). 

1387-ci  ildə  Əmir  Teymurun  ordusu  Azərbaycana  daxil  olarkən  Şirvanşah  I 

İbrahim  real  vəziyyətin  çətinliyini  düzgün  qiymətləndirərək  Teymurla  danışıqlar 

aparır, onun qəlbinə yol tapır. 

Teymurun  görüşünə  gedən  I  İbrahim  özüylə  qiymətli  hədiyyələr  aparır. 

Rəvayətə  görə  hədiyyələrin  hamısı  doqquz  olduğu  halda,  bir  hədiyyə  səkkiz  olur. 

Teymur  səbəbini  soruşur.  I  İbrahim  cavabında:  "Böyük  hökmdar,  biri  də  sizin 

qarşınızdadır"  -  deyir.  Bu  müdrik  kəlamı,  ağsaqqal  düşüncəsilə  Şirvanşah  ölkəsini 

Teymurun  yenilməz  ordusunun  hücumlarından  xilas  edir.  Bununla  Teymurla  dostluq 

əlaqələri  yaradır[12].  Beləcə  I  İbrahim  qılınc-qalxanla,  savaşıb  vuruşmaqla,  yeri 

gələndə  isə  sözlə,  incə  diplomatik  gediş  və  tədbirlərlə  əmin-amanlıq  yaratmağa  nail 

olmuşdur. Budur ağsaqqallıq, budur müdriklik səlahiyyəti. 

Xalqımızın  əsrlərcə  yaratdığı  bir  sıra  məhəbbət  və  qəhrəmanlıq  dastanları 

ənənəvi zənginliyi, qayəsi,  siqləti,  tərbiyəvi əhəmiyyəti və təsir gücü ilə bir-birindən 

fərqlənir. Bu dastanların hər birində ağsaqqallıq və ağbirçəklik institutunun izləri, arzu 

və  əməlləri  bu  və  ya  digər  çalarlarla  özünü  büruzə  verməkdədir

Bu  dastanların 



arasında  problemlə  bağlı  mətləblər  "Koroğlu"  eposunda  daha  geniş

 

və  daha  qabarıq 



şəkildə özünü göstərir. 

XVII əsrin məhsulu olan "Koroğlu" dastanı ilk öncə qəhrəmanlıq dastanı, həm 

 

məhəbbət  dastanı,  hikmət,  heyrət  dastanıdır.  Gör-götür  dünyamız,  təlim-tərbiyə



 

məktəbimizdir.  İnsanlığın,  kişiliyin,  mərdliyin,  mübarizliyin,  ağsaqqallığın  rəmzidir, 

nəsillərə  əvəzsiz  nümunədir.  Xalqımızın  yaratdığı  tarixi  həqiqətlərdən  yoğurulub 

yapılan, əfsanələşən "Koroğlu" dastanı, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyanın xalq 

yaradıcılığına  da  təsir  göstərmişdir.  Deməli,  "Koroğlu"  daha  geniş  arealda  türk 

dünyasında  yaşayan  çoxsaylı  xalqların  ağsaqqalı,  uzaqgörəni,  tədbir  tökəni 

olmuşdur[13]. 

Cəlalilər  hərəkatının  başçısı  Koroğlu,  qeyrəti,  cəsarəti  və  hünərilə  zalımlara, 

zülmkarlara  qarşı  barışmaz  mübarizə  aparmış,  xanlara,  paşalara  qənim  kəsilmişdir. 

Həyata baxışı, alicənablığı, qəlb genişliyi, sadə və səmimiliyi onun şöhrətini artırmış, 

xalqın  sevimlisinə  çevirmişdir.  Qoç  Koroğlunun  təbiətində  bir  yumşaqlıq, 

canıyananlıq  vardı.  Sözü  bütöv  idi,  əhdinə-ilqarına  sadiq  idi.  El  aşığı,  el  məclisləri 

yaraşığıydı.  Saz  sazlayan,  boy  boylayan,  hikmət  söyləyəndi.  İnsanları  öz  ətrafına 

toplayıb  birlik  yaradan,  yoxsullara  havadarlıq  edən  haqq-ədalət  carçısı  kimi  çıxış 

etmişdir. Milli qəhrəman, el ağsaqqalı, uzaqgörən kimi. 

Çənlibel  Koroğlunun  məskəni,  alınmaz  qalası,  basılmaz  eliydi.  O  həmişə 

məsləhət  verən,  həm  də  söz  eşidən,  məsləhət  dinləyən,  dəlilərinin,  ağbirçək  Nigar 

xanımın  fikirlərini  öyrənən,  düzgün  qərar  çıxarandı.  Koroğlu  yeddi  min  yeddi  yüz 




85 

 

yetmiş yeddi dəlinin məsləkdaşı, havadarı, arxası idi. Bu igidlər isə Koroğlunun vuran 



qolu,  döyünən  ürəyi,  arzusunu  çin  eləyənləriydi.  Bu  birlik,  bu  qarşılıqlı  anlaşma 

yenilməzliyin,  məğlubedilməzliyin  rəmzi  olmuşdur.  Buradan  doğurdu  Koroğlu 

müdrikliyi,  Koroğlu  ağsaqqallığı,  Koroğlu  mərdliyi,  mübarizliyi.  Heç  şübhəsiz,  bu 

birliyin,  əzmkarlığın  qorunub-saxlanmasında  Nigar  xanımın  analığı,  ağbirçəkliyi  və 

düzgün məsləhəti də böyük rol oynamışdır. 

Koroğluyam savaşanda, 

                                             İgid dəlilər başımda, 

 Nigar əyləşə qarşımda, 

  Keçən cavan çağım ola! 

Mərdliyin,  mübarizliyin  rəmzi  olan  "Koroğlu  həm  də  el  ağsaqqalıdır. 

Çənlibeldə  hər  şey  onun  məsləhəti  ilə  olur.  Bu  da  Koroğlunun  sərkərdəliyindən, 

böyüklüyündən, ağsaqqallığından irəli gəlir. Koroğlu özünü ağsaqqal kimi göstərməyə 

çalışmır, ancaq hamı ona ağsaqqal kimi baxır. Koroğlu yoldaşlarının, məsləkdaşlarının 

da məsləhətlərinə qulaq asır"[14]. Koroğlu  söz savaşında da döyüş savaşında olduğu 

kimi qəhrəmanlıq göstərmiş, qələbələr qazanmışdır. 

Koroğlu  döyüş  ərəfəsində,  çoxsaylı  düşmən  ordusu  ilə  üzləşəndə  dəlilərini 

sazla, sözlə ruhlandırır, onların qəlbində qələbəyə inam əzmini şölələndirirdi. Səf-səf 

düzülün,  hay  deyəndə,  huy  deyəndə  qoşa  gəlin  -  deyir.  Hamı  hazır,  hamı  əmrə 

müntəzir. Bu dəm Koroğlu bir dəli nərə çəkir, hünər qılıncını oynadır[15]. 

    Hoydu dəlilərim, hoydu, 

   Yeriyin meydan üstünə! 

                                                Havadakı şahin kimi, 

   Tökülün al-qan üstünə! 

 

      Qoyun bədöylər kişnəsin



 Misri qılınclar işləsin, 

  Kimi tənab qılınclasın, 

           Kiminiz düşmən üstünə[15]. 

Koroğlu  ömrünün  qürub,  ixtiyar  çağında  da  yenilməzliyini,  ağsaqqallığını 

göstərir,  müdrik  qərar  çıxarır.  Xotkarlara,  padşahlara,  paşalara,  xanlara  qarşı 

mübarizəni davam etdirir. Üzünü dəlilərinə tutur. "Nə qədər ki, onlar var, biz də varıq! 

Koroğludan bu sözü eşidən dəlilər nərə çəkdilər. Atlar kişnədi, qılınclar oynadı. Qırat 

iki  dal  ayağının  üstə  qalxıb  qızmış  pələng  kimi  elə  bir  şeyhə  çəkdi  ki,  dağ-daşlar 

titrədi... Hamı bir yerdən Çənlibelə qalxmağa başladılar"[15]. 

         Mərd dayanar, namərd qaçar, 

        Meydan gumbur-gumburlanı 

                                             Dəlilərim meydan açar 

         Düşmən gumbur-gumburlanı. 

Aşıq  sənətinin  tarixi  xalqımızın  tarixi  qədər  qədim  olub,  minilliklərdən  xəbər 

verir.  Saz-söz  sənətinin  sahibi  aşıqlar  zaman-zaman  qoşmaqla,  oxumaqla,  çalmaqla, 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə