Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə41/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   37   38   39   40   41   42   43   44   ...   208

91 

 

Azərbaycan  musiqisinin  sönməz  günəşi  Üzeyir  bəy  Əbdülhüseyn  oğlu 



Hacıbəyov  1885-ci  ildə  Ağcabədidə  dünyaya  gəlmiş,  1948-ci  ildə  dünyasını 

dəyişmişdir.  Qafqaz  musiqisinin  atası,  Şərq  musiqisinin  böyük  bilicisi,  dünya 

musiqisinin  klassiki  Üzeyir  bəy  xalqımızın  mənəvi  dünyasının  inkişafına  misilsiz 

xidmətlər göstərmişdir. Heç nə ilə müqayisəyə  gəlməyən, heç nə ilə əvəz edilməyən 

xidmət.  Dahi  bəstəkar,  məşhur  musiqişünas,  böyük  dramaturq,  görkəmli  pedaqoq, 

mahir  publisist  və  xalqın  müdrik  ağsaqqalı  kimi  şöhrət  tapmışdır.  O,  professional 

musiqi  sənətinin  və  milli  operamızın  yaradıcısı,  banisidir.  Azərbaycan  musiqisinin 

cahanşümul qələbəsi də ilk öncə bu dühanın adı, əməlilə bağlıdır. 

Xalqımızın  böyük  oğlu  Üzeyir  bəy  təkrarsız,  bənzərsiz,  əsrarəngiz  və 

heyrətamiz  musiqi  dünyasıyla  insanlara  vətənpərvərlik,  şücaət,  qəhrəmanlıq  ruhu 

aşıladı.  Milləti  mənəvi  zənginliyə,  gözəlliyə,  saflığa,  paklığa  səslədi,  eşq,  məhəbbət 

ülviliyinə  qovuşdurdu.  Hikmətli,  sirli-sehrli,  ovsunlayıcı,  pərvazlayıcı,  xəyalları 

göylərə  qaldıran  musiqisilə  müdrik  ağsaqqal  səlahiyyəti  qazandı.  Bu  çağlayan 

bulaqdan, nur çeşmədən kimlər faydalanmayıb?! 

Dahi  insan  kimlərə  atalıq  qayğısı,  kimlərə  müəllimlik,  kimlərə  ağsaqqallıq 

eləmədi?! Azərbaycanda onun qayğısı, əməli fəaliyyəti nəticəsində neçə-neçə məşhur 

bəstəkarlar,  xanəndələr,  sazəndələr,  müğənnilər,  musiqişünaslar  nəsli  yetişdi.  Onlar 

hamısı Üzeyir bəy dühası, Üzeyir bəy dünyasından ilhamlandılar, musiqimizi cahana 

yaydılar, xalqımızı musiqili xalq kimi təqdim etdilər. 

Çoxşaxəli,  çoxçalarlı  yaradıcılığa  malik  olan  Üzeyir  bəy  eyni  həvəs,  eyni 

hünərilə  dramaturgiya  sahəsində  də  böyük  uğurlar  əldə  etmişdir.  O,  Azərbaycanda 

musiqili  komediya  janrının  banisi  və  ilhamçısıdır.  Onun  bir  sıra  komediyaları 

xalqımızı  beynəlxalq  aləmdə  tanıtdırmış,  müəllifə  dünya  şöhrəti  qazandırmışdır.  O, 

komediyalarının mətnlərini yazmış, musiqisini bəstələmişdir. Onun sayəsində bu janr 

respublikada  inkişaf  etmiş,  yeni-yeni  uğurlar  qazanmışdır.  Böyük  artistlər  nəsli 

yetişmişdir. 

Tarixdən bəllidir ki, ağsaqqal təbiəti etibarilə sülhsevər, əmin-amanlıq tərəfdarı 

olmuş,  davasız-şavasız  yaşamağı  üstün  tutmuş,  qanı  qanla  deyil,  su  ilə  yumağı 

məsləhət  görmüşdür.  Lakin  zaman-zaman  ədalətsizliklər  də  baş  vermiş,  qırğınlar  da 

olmuş, qanlar da  tökülmüşdür. Belə  çətin zamanda, qan-qada  qapını döyəndə  qılınc-

qalxan öz  hünərini  göstərmişdir. Həyəcan təbili çalan ağsaqqal  inamla, hünərlə  elin-

obanın  igidlərini,  mərdlərini,  mübarizlərini  atlanaraq  düşmən  üzərinə  yeriməyə 

haraylamış,  qəti  sözünü  demişdir.  Qeyrət,  ismət  yolunda  xeyir-duası  ilə  onları 

qələbəyə  uğurlamış,  onlarda  qələbə  əzmini  artıraraq,  ruh  yüksəkliyi  aşılamışdır. 

Döyüşdən  qələbə  ilə  qayıdan  ər  igidləri  böyük  sevinclə  qarşılayanların  ön  sırasında 

olmuş, bu münasibətlə keçirilən el şənliyinə başçılıq etmiş, hikmət söyləmişdir. 

Tarix  boyu  vətəni,  sərhədi,  dövləti  möhkəm  ordu  qoruyub.  Xalqın 

təhlükəsizliyini,  əmin-amanlığını  ordu  təmin  edər.  Sərkərdə  ordunu  uğurdan-uğura, 

qələbədən-qələbəyə  aparmaq  üçün  möhkəm  nizam-intizam  yaradar,  ciddi  təlim-

tərbiyə keçər, hərbin qanun-qaydalarını, sirlərini öyrədər, ona böyük qayğı ilə yanaşar, 




92 

 

əqidə,  iradə,  dözüm,  mübarizlik,  hünər-zəfərlik,  vətənpərvərlik  dərsi  keçər.  Bu 



baxımdan  böyük  sərkərdə,  əvəzsiz  ağsaqqal  Əliağa  Şıxlinskinin  həyatı  və  fəaliyyəti 

təkcə hərbçilərə deyil, həm də ziyalılara, ümumən xalqımıza bir örnək, bir gör-götür 

dünyasıdır. Böyük filosof, vətənpərvər akademik Heydər Hüseynovun təbirincə desək, 

"Rus ordusunun general-leytenantı Əliağa Şıxlinski Azərbaycan xalqının fəxridir". 

İmkanlarımızı  nəzərə  alaraq  və  haqqında  yetərincə  mətləblər  söylənən  böyük 

sərkərdə,  əsil  xalq  adamı,  millətsevər  Əliağa  Şıxlinskinin  müdrik  ağsaqqallığı  və 

uzaqgörənliyi ilə bağlı bəzi məqamları yada salmalı olacağıq. O, 1865-ci ildə Qazax 

qəzasının Qazaxlı şenliyində anadan olmuşdur. Ə.Şıxlinski 1876-cı ildə Tiflisdə hərbi 

gimnaziyaya  daxil  olmuşdur.  1886-cı  ildə  Peterburqda  artilleriya  məktəbini 

müvəffəqiyyətlə  bitirmişdir.  Dərin  bilik  və  zəka  sahibi  olan  sərkərdə  1904-1905-ci 

illərdə Rusiya-Yaponiya müharibəsində fəal iştirak etmiş, Port-Arturun müdafiəsində 

göstərdiyi qəhrəmanlığa görə qızıl qılıncla mükafatlandırılmışdır[22]. 

Rusiya-Yaponiya  müharibəsindən  sonra  topçu  zabit  hazırlayan  məktəbdə 

müdir  müavini  işləmiş,  öz  bilik  və  bacarığını  müdavimlərə  öyrətmiş,  onların  kamil 

təhsil  almasına  çalışmışdır.  Əliağa  Şıxlinskinin  "Şıxlinski  üçbucağı"  və  "Şıxlinski 

formulu"ndan  təkcə  rus  artilleriyasında  deyil,  bir  sıra  Avropa  ölkələrində  də  istifadə

 

edilmiş, zəmanəsinin hərb elmində kəşf kimi qiymətləndirilmişdir[23]. 



Böyük  sərkərdə  Birinci  dünya  müharibəsində  Petroqradın  artilleriya 

müdafiəsinə

 

başçılıq  etmişdir.  Sonralar  Qərb  cəbhəsinin  artilleriya  qoşunlarının 



başçısı,  1917-ci

 

ildən  isə  onuncu  ordunun  komandanı  təyin  edilmişdir.  Azərbaycan 



oğlunun belə yüksək vəzifələr daşıması onun istedadının, dərin zəkasının və inamının 

uğurları kimi qiymətləndirilməlidir. 

"Rus artilleriyasının allahı" kimi böyük şərəfə nail olan sərkərdə uzun illər rus 

ordusunda nümunəvi xidmət və qəhrəmanlıqlarına görə Rusiya və Fransanın ordenləri 

ilə təltif edilmişdir. O,  Azərbaycan Xalq  Hərbi  və Dəniz İşləri komissarının  müavini 

təyin edildikdən  sonra  təkcə  hərbi işin zamanın tələbinə  uyğun qurulması  və  inkişaf 

etdirilməsində  deyil,  həm  də  azərbaycanlı  hərbi  mütəxəssislərin  hazırlanmasında 

əvəzsiz xidmətlər göstərmişdir[24]. 

Əliağa Şıxlinski bütün bilik və bacarığını gənc əsgər və zabitlərə aşılayaraq bir 

ağsaqqal  kimi  onları  ciddi  nizam-intizama,  təlim-tərbiyəyə,  vətənpərvərliyə, 

qəhrəmanlığa,  mübarizliyə  ruhlandırmışdır.  Ordusuz  nə  vətən,  vətənsiz  nə  ordu 

hünərini yaşamışdır. Beləliklə də müdrik ağsaqqal, nəsillərə nümunə olan böyük hərbi 

xadim  mənalı  ömür  sürdü,  şərəfli  həyat  yaşadı.  General-leytenant  Əliağa  Şıxlinski 

"...mən  öz  keçmişimə  tam  bir  vicdanla  və  müasirlərimin  üzünə  cəsarətlə  baxıram" 

demişdir. Müasirləri də bu böyük insanla fəxr edir, adı ilə qürur duyurlar. 

Ağsaqqalın  ailə  məişətində  rolu  özünü  daha  qabarıq  göstərir.  Ağsaqqal 

şenliyini,  elini,  obasını,  ailəsini,  nəslini,  tayfasını  yaxşı  tanıyır,  kimin  kim  olduğunu 

aydın  dərk  edir.  Ona  görə  də  ailə  qurmaqda  ağsaqqallar  həmişə  məsləhət  yeri  olub, 

öyüd-nəsihəti  dinlənilib,  qəbul  edilibdir.  Nişanda  onun  fikri  öyrənilib  və  məclisin 

başında əyləşibdir. Xeyir-duası qəbul edilibdir. Bir çox hallarda toyda toy babası olub, 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə