Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə40/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   36   37   38   39   40   41   42   43   ...   208

89 

 

şəxsiyyəti  xalqımız  haqlı  olaraq  bu  gün  də  millətin  atası  kimi  ehtiramla  yad 



etməkdədir. 

Gənclərə  təlim-tərbiyə  verən,  yol  göstərən,  bilik  öyrədən,  elmlə  məşğul  olan 

insanlar  el  arasında,  xalq  içərisində  həmişə  böyük  hörmət  və  ehtirama  layiq 

görülmüşlər. Bu böyük maarifçilər ordusu sırasında ən öndə gedənlərdən biri Firidun 

bəy  Köçərli  olmuşdur.  1863-cü  ildə  dünyaya  göz  açan,  1920-ci  ildə  ədalətsizliyin 

qurbanı  olan  Firidun  bəy  Əhmədağa  oğlu  Köçərli  zəkası,  cəfakeşliyi  ilə  xalqına 

xidmət  etməyi  özünə  borc  bilmiş,  şərəf  sanmışdır.  Bənzərsiz  bir  el  ağsaqqalı  kimi 

elmimizin,  dilimizin  qayğıkeşi,  təlim-tərbiyəmizin  cəfakeşi  kimi  tanınmış  və 

sevilmişdir. 

Bu  görkəmli  maarifçinin  ən  böyük  xidmətlərindən  biri  Qori  Müəllimlər 

Seminariyasının  Azərbaycan  şöbəsinin  1918-ci  ildə  Qazaxa  köçürülməsidir.  O  bu 

çətin və məşəqqətli işdə hər cür ədalətsizlik və məhrumiyyətlərə sinə gərdi, inadından 

dönmədi,  sonra  da  qalib  gəldi.  Bu  əvəzsiz  maarif  ocağını  yandırdı,  şölələndirdi  və 

aləmi  nura  qərq  elədi.  Hər  yandan  seminariyaya  axın  başlandı,  yaxşılardan  yaxşısı 

qəbul edildi. İstedadlar, talantlar üzə çıxarıldı. Neçə-neçə gənclərə təhsil verdi, kamala 

yetirdi,  həyata  uğurladı.  Tələbələrinə  övlad  nəvazişi,  valideyn  qayğısı,  ağsaqqal 

müəllim hikmətini göstərdi. Bu hikmətlə qürur duydu, əzmkarlıq işığı yandırdı. Onun 

yetirmələri olan şairlər, yazıçılar, alimlər, pedaqoqlar xalqına baş ucalığı gətirdilər. 

Firidun  bəyin  bu  əvəzsiz  xidmətinə  Borçalı  və  Göyçə  mahalları  borcludu, 

Gəncəbasar,  Qarabağ,  Naxçıvan,  Lənkəran,  Şəki-Şirvan,  Mil-Muğan,  cəmi 

Azərbaycan,  Türk  dünyası  borcludu.  Qazaxlılar  isə  bu  böyük  və  unudulmaz  şəxsi, 

gözlərinin  nuru,  qəlblərinin  işığı  bilirlər.  Ağsaqqallar  ağsaqqalı  kimi,  ata,  baba  kimi 

sevirlər[17]. 

Gərgin  əməyin,  inadkar  axtarışların,  dərin  biliyin,  geniş  erudisiyanın,  güclü 

məntiqin  və  müşahidənin  məhsulu  olan  ikicildlik  "Azərbaycan  ədəbiyyatı"  adlı 

dahiyanə  əsəri  F.Köçərlinin  xalqımızın  mənəvi  dünyasına  bəxş  etdiyi  tükənməz 

xəzinədir[18]. Tayı-bərabəri olmayan xəzinə.  Y.V.Çəmənzəminli  yazır: "Firidun bəy 

müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə 

bütün  keçmişimizi  diriltdi,  şairlərimizin  ülvi  ruhlarını  canlandırdı  və  həyati-

fikriyyəmizi təbii  yoluna saldı". Bu əsər folklorumuzun, ədəbiyyat tarixi, etnoqrafiya 

elmlərinin  öyrənilməsinə  əvəzsiz  töhfədir.  Çoxçalarlı  adət-ənənəmizə,  təlim-

tərbiyəmizə  açılan  işıqlı  yoldur.  Firidun  bəy  Köçərlinin  elmi  əsərlərini  müdrikliyin, 

alimliyin,  pedaqoqluğun  zirvəsi  saymaq  daha  düzgün  olar.  Onun  əsərlərində 

ağsaqqallıq institutunun bütün çalarları da öz əksini tapmışdır desək yanılmarıq. 

XX  yüzilliyin  başlanğıcında  Gəncə  quberniyasında  sözü  hamı  tərəfindən 

eşidilən  nüfuzlu  el  ağsaqqallarından  biri  Ələkbər  bəy  Rəfibəyli  olmuşdur.  O,  əsil  el 

atası, millət təəssübkeşi kimi sadə insanların haqqını müdafiə etmiş, çar məmurlarının 

özbaşınalıqlarının  qarşısını  almış,  erməni  qatı  millətçi  qüvvələrinin  dinc  müsəlman 

əhaliyə  qarşı  başlatdıqları  qətl  və  qarətlərin  geniş  miqyas  almasına  imkan 

verməmişdir[19]. Ələkbər bəy öz elindən-obasından güc alaraq ən müşkül məsələləri 




90 

 

həll etməyi bacarmışdır. 



1905-ci ildə Rusiya hakim dairələri xalqların imperiyanın müstəmləkə zülmünə 

qarşı  azadlıq  mübarizəsinin  güclənməsindən  bərk  qorxuya  düşdü,  kütlənin  diqqətini 

inqilabi  çıxışlardan  yayındırmaq  üçün  çox  çirkin  və  məkrli  yollara  baş  vurdu. 

Onlardan  biri  də  erməniləri  silahlandırıb  dinc  azərbaycanlı  əhalinin  üzərinə 

salışdırmaq oldu. Qəfil başlanan erməni silahlı basqınlarına tam hazırlıqsız yaxalanan 

azərbaycanlıları qorumaq, düşmənə layiq olduğu cavabı vermək lazım idi. Xalqımızın 

nüfuzlu  şəxsləri,  milli  ziyalıları,  el  ağsaqqalları  önə  çıxdılar,  qeyrətli  gəncləri  öz 

ətraflarına topladılar, rus hərbçilərinin dəstəklədiyi erməni quldur dəstələrinə sarsıdıcı 

zərbələr endirdilər. Bu sahədə çox mühüm addım Difai partiyasının yaradılması oldu. 

Ələkbər  bəy  Rəfibəylinin  fəxri  sədri  olduğu  bu  partiya  xalqımıza  qarşı  cinayətkar 

hərəkət  edən  rus  hərbçilərini,  məmurları,  millətə  xəyanət  edənləri  məhv  edir,  xalqın 

intiqamını  alırdı[20].  Çar  hakimiyyəti  nümayəndələri  bundan  möhkəm  qorxuya 

düşərək  bütün  addımlarını  ölçüb-biçərək  atmağa,  azərbaycanlılarla  insan  kimi 

davranmağa məcbur oldular. 

Uca  boylu,  enli  kürəkli,  sərt  baxışlı,  ciddi  görkəmli,  məntiqli  və  yerli-yerində 

danışan,  mədəni,  cəsarət  sahibi  olan  Ələkbər  bəy  xalqın  sevimlisi  idi.  Bütün  milli 

problemlərin  həll  olunmasında  öz  kəsərli  sözünü  söyləyib  düşmənləri  də  onunla 

hesablaşmağa  vadar  edirdi.  Bunun  bariz  nümunəsi  1916-cı  ildə  Qafqaz  canişini  ilə 

görüş  idi.  Birinci  dünya  müharibəsində  Rusiya  çox  ağır  itkilər  verdiyi  üçün,  çar 

imperiyanın  müsəlman  xalqlarını  cəbhəarxası işlərə  səfərbərliyə  almağı əmr etmişdi. 

Bunun  xalqımız  üçün  çox  ağır,  fəlakətli  nəticələr  verəcəyini  dərk  edən  nüfuzlu 

şəxslər,  millətin  başbilənləri  Qafqaz  canişininin  görüşünə  gedib,  bu  çar  fərmanının 

yanlış  olduğunu  bildirdilər.  Yalnız  Ələkbər  bəy  canişini  inandıra  bildi  ki, 

Azərbaycandan könüllü atlı döyüşçü toplanması daha məqsədəuyğundur[21]. 

Beləcə  yalnız  Azərbaycandan  deyil,  bütün  Qafqazdan  müsəlman  könüllüləri 

toplandı, ayrıca diviziya təşkil edildi. Heç bir hərbi təlim görmədən döyüşə göndərilən 

müsəlman  süvari  alaylarından  ibarət  diviziya  həqarətlə  "Vəhşi  diviziya"  adlandırılsa 

da,  tezliklə  qəhrəmanlıqları  ilə  rus  generallarını  heyrətə  saldı.  Bununla  xalqımız 

kütləvi surətdə cəbhəarxası işlərə cəlb olunmaq təhlükəsindən qurtuldu.  

Müharibə  dövründə  Ələkbər  bəyin  başqa  bir  müdrik  ağsaqqal  hərəkəti  Gəncə 

yaxınlığında  yaşayan  almanların  Sibirə  sürgün  edilməsinin  qarşısını  alması  oldu.  O, 

çarın  Qafqazdakı  alman  koloniyalarında  yaşayan  almanların  əmlakının  çox  ucuz 

qiymətə  xristian  vətəndaşlara  verilməsi,  özlərinin  də  Sibirə  göndərilməsi  haqqında 

əmrindən  xəbər  tutan  kimi  Gəncə  qubernatorunun  yanına  gedir,  əmrin  düzgün 

olmadığını,  müsəlman  əhalinin  də  bu  haqsız  zülmə  qarşı  çıxdığını  bildirir.  Ələkbər 

bəyin  qətiyyətli  mövqeyi  öz  təsirini  dərhal  göstərdi  və  rus  hökuməti  verdiyi  qərarı 

ləğv etdi.  

Xalqımızın yaddaşında Ə.Rəfibəylinin bu cür haqsızlıqlara qarşı çıxması, haqq 

işi  müdafiə  etməsi,  müdrik  ağsaqqallığı,  xeyirxahlığı,  insanlara  qayğı  göstərməsi 

haqqında çoxlu əhvalatlar qalmışdır. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə